Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə13/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

40 

 

Şərqin böyük alimi və filosofu, İbn Sinaçı Xəyyamın keşməkeşli 



həyatı  və  fəaliyyəti    tarixilik  və    müasirlik  baxımından  tədqiq 

edilir.  Cavidin  görkəmli  şəxsiyyətlər  haqqında  və  görkəmli 

şəxsiyyətlərin  şair-dramaturq  haqqında  fikirlərinə  ayrıca  yer 

verilir.  

      İsgəndər  Atillanın  “İnsan  ömrü  bir  dalğa  kimi...”  (Turan 

Cavid  haqqında  sənədli  xatirələr)  kitabında  uzun  illər  Teatr 

İnstitunda  (indiki  Mədəniyyət  və  İncəsənət  Universitetində)

 

Azərbaycan  teatr  tarixindən  dərs  demiş,  Cəfər  Cabbarlı  adına 



Dövlət  Teatr    və  Muzeyində

 

Hüseyn  Cavidin  ev  muzeyində 



direktor  işləmiş  teatrşünas  Turan  Cavidin  həyat  və  məişətinə, 

ömür gün yoluna nəzər salınır. Onun Cavid muzeyinin təşkili ilə 

bağlı  rastlaşdığı  böyük  çətinliklər  addımbaaddım  izlənilir. 

Oxucuda  görkəmli  muzey  işçisi  və  cəfakeşi  haqqında  dolğun 

təsəvvür  yaradılır.  Müasir  dövrün  bəzi  böyük  alim  və 

sənətkarları  barəsində

 

Turan  Cavidin  fikirlərinə  ayrıca  yer 



verilir.  Kitab  müəllifin  gündəlikləri  əsasında  qələmə  alınmış, 

sənədli  xatirələr  təsiri  bağışlayır  və  geniş  oxucu  kütləsi  üçün 

nəzərdə tutulmuşdur.  

     Nafilə  Abuzərlinin    “Eşq  mələyi”  adlı  kitabı.  Bu  kitaba 

Hüseyn Cavid haqqında  yazılmış “Eşq mələyi” dramı, “Hüseyn 

Cavid”  ədəbi-bədii  kompozisiyası,  eləcə  də  müxtəlif  illərdə 

yazdığı şeirləri toplanmışdır.  

     Görkəmli 

alim 

və 


ədəbiyyatşünas  Məsud  Əlioğlu 

yaradıcılığında  Azərbaycan  ədəbiyyatında  romantizmin 

cərəyanının    görkəmli    nümayəndəsi    hesab    edilən  Hüseyn 

Cavid  irsinə  önəmli  yer  ayırmışdır.  Müəllifin    “Darıxan 

adamlar”  toplusu  bütövlükdə

 

Hüseyn  Cavid  yaradıcılığının 



tətbiqinə həsr olunmuşdur.  

       Rəfael  Hüseynov  “Vaxtdan  uca”  kitabı.  Bu  kitabın 

qəhrəmanları      Müslüm  Maqomayev,  Hüseyn  Cavid,  Ərtoğrol 

Cavid  istedadlarıyla,  sənətə  sonsuz  sevgiləriylə,  solmaz 




41 

 

yadigarlarıyla dünənin, bu günün və sabahındırlar. Yaşadıqları 



illərə sığmayan bu sənətkarlar hər gələn nəsillə müasir olacaq və 

həmişə  də  zəmanəyə  Vaxtın  fövqündən  baxacaqlar.  Bu  işıqlı 

ömürlərin ölümsüzlük sahilləri hamımıza bəllidir. Ancaq həmin 

ölümsüzlüyün  tayında  onların  ümidli,  arzulu,  mübarizəli, 

sevincli,  nisgilli,  gerçək  həyatları  dayanır.  Kitabdakı 

düşüncələrdə bu unudulmaz insanların ömür yolunun zəngin və 

maraqlı səhifələri vərəqlənir.  

       Kitabxanada      Cavid  yaradıcılığını  oxuculara  çatdırmaq 

üçün yazıçının xatirəsini əziz tutmaq məqsədilə respublikamızda  

fəaliyyət  göstərən  muzeylərimizdən  bəhs  edən  kitabların  

sərgisini  təşkil  etmək  olar.  Sərgi  “Qaranlıqda  parlayan  nur” 

adlana  bilər.  Kitabxanaçı    kitabxanaya  gələn  oxuculara 

H.Cavidin  həm  Bakı  şəhərində,  həm  də  Naxçıvan  şəhərində 

yerləşən  xatirə  muzeyləri  haqda  məlumat  verə  bilər.  Sərgidə  

müxtəlif  kitablarla  yanaşı  dövri  mətbuat  nümunələri  nümayiş 

olunur.Kitabxanaçı sərgi ətrafında oxucularla söhbət təşkil edir.  

 

Sərgi  ilə  maraqlanan  oxuculara    Salatın  Əhmədlinin  qələmə 

aldığı  “Hüseyn  Cavidin  ev-muzeyi”  kitabı  haqqında  məlumat 

verilir.  Kitabda  muzeyin  yaranma  tarixindən,  oradakı  

eksponatlardan,  muzeyə    verilmiş  hədiyyələrdən    və    Hüseyn  

Cavidin  Naxçıvandakı ev muzeyindən bəhs edilir.  

Kitabxanaçı:Sözlərimi  görkəmli  şəxsiyyətlərin  dahi  şair 

haqqında söylədikləri fikir və kəlamlarla  başlamaq istərdim:  

Hüseyn  Cavid      həmişə  öz  iradəsi    ilə  yaşamış,  öz  iradəsinə, 

millətinə    sadiq  olmuşdur.  Onun  yaratdığı  əsərlər  Azərbaycan 

xalqının  milli  sərvətidir.  Onlar    bu  gün  üçün,  gələcək  nəsillər 

üçün  dərslik  kitabıdır.  Ümidvaram  ki,  Cavid  ocağı  xalqımızın 

tarixinin,  ədəbi  irsinin  milli-mənəvi  dəyərlərinin  gənc  nəsillə 

aşılanmasında misilsiz rol oynayacaqdır.  

(Heydər Əliyev, Azərbaycan xalqının ümummmilli lideri)  

Hüseyn Cavid Azərbaycan teatrının Şekspridir.  




42 

 

(Mikayıl Müşfiq, şair) 



Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz. 

 (Cəfər Cəfərov, tarix elmləri doktoru)  

Hər  şeyə  görə-atamı  Vətən  torpağına  qovuşdurduğuna, 

əzizlərimi bir sərdabədə-Cavid  məqbərəsində görüşdürdüyünə, 

Cavid  ocağının  çırağını  yenidən  yandırdığına  görə  unudulmaz 

Heydər Əliyevə minnətdaram.  

(Turan Cavid, əməkdar mədəniyyət işçisi.) 

Turan  xanım  Cavid  irsinin  ən  böyük  pərəstişkarlarından  və 

təbliğatçılarından  biri  idi.  Şairin  ev-muzeyinin  yaradılması, 

əsərlərinin ən mükəmməl nəşrinin hazırlanması bilavasitə onun  

adı  ilə  bağlıdır.  Sovet  dövr  nəşrlərində  Cavidin  imlasına 

müdaxilə olunmuş, bir çox yerlərdə isə təhriflərə yol verilmişdir. 

Turan  xanımın  hazırladığı  son  beşcildlik    külliyatda  Cavidin 

ilkin  imlası  demək  olar  ki,  bərpa  olunmuş,  böyük  şair-

dramaturqun hətta indiyə qədər çap olunmamış əsərləri də ilkin 

şəkildə  oxuculara  çatdırılmışdır.  Bu  gün  Hüseyn  Cavidin  Ev 

Muzeyində  Cavidin  irsinin  təbliği    və  araşdırılması,  eləcə  də 

tərcüməsi  və  internet  vasitəsilə  dünyaya  yayılması  yönündə 

mühüm  işlər  görülür.  Turan  xanımın  anım  günündə  ev-

muzeyinin  rəsmi  açılış  mərasimi  zamanı-2002-ci  ilin  24 

oktyabrında,  yəni  Cavidin  120-illik  yubileyi  günündə,  Cavidi 

yenidən  öz  doğma  xalqına  qaytarmış  ümummilli  liderimiz  

Heydər  Əliyevlə  Turan  xanımın  apardığı  söhbəti  oxuculara 

təqdim edirik. Hər ikisinin ruhu şad olsun! Kitabxanaçı  onların 

arasında  olan  dialoqu  tamaşaçılara  çatdırdıqdan  sonra  muzey 

haqqında məlumata keçid alır: 

21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nın “Hüseyn Cavidin 

anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərarda Bakı 

və  Naxçıvan  şəhərlərində  Hüseyn  Cavidin  xatirə  muzeylərinin 

yaradılması,  Bakı  şəhərinin  İstiqlaliyyət  küçəsində  Hüseyn 

Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə