Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə2/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, 



milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, 

“Cavid  teatrı”  kimi  səciyyələndirilmiş,  dramaturgiyasında 

dövrün  ümumbəşəri,  böyük  ictimai-siyasi  və  mədəni 

əhəmiyyətə malik problemləri əksini tapmışdır. 

       Azərbaycan  ədəbiyyatında  ilk  mənzum  faciə  olan  “Şeyx 

Sənan”  (1914)  əsərində  xalqları  bir-birinə  qovuşdurmaq  üçün 

ümumbəşəri  din  ideyasını  ortaya  atmışdır.  Hüseyn  Cavid  bu 

dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır. 

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik 

şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında 

ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı 

ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha 

çox  dramaturq  kimi  tanınmışdır.  Yaradıcılığında  mühüm  yer 

tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce 

qüvvələri  -  “Insan  insana  qurddur”  fəlsəfəsinin  tərəfdarları, 

“İyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində 

ümumiləşdirilmiş,  işğalçı  müharibələrə  lənət  yağdırılmışdır. 

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində 

yaşayan  Hüseyn  Cavid  oradan  ziyalıların  mənəvi  iztirablarını 

əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı. 20-

30-cu  illərdə  Hüseyn  Cavid  bir  sıra  tarixi  dramlar  yazmışdır. 

“Peyğəmbər”  (1922)  və  “Topal  Teymur”  (1925)  əsərlərindən 

sonra  yazdığı  “Səyavuş”  (1933),  “Xəyyam”  (1935)  tarixi 

dramları  Hüseyn  Cavidin  tarixə,  tarixi  şəxsiyyətlərə  baxışında 

ciddi  dönüş  oldu.  Cənubi  Azərbaycandakı  azərbaycanlıların 

“şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi 

insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi 

Hüseyn  Cavidi  düşündürürdü  (“Telli  saz”  dramı,  1930;  “Kor 

Neyzən” poeması, 1930).  



 

         Sovetlər  Birliyində  totalitarizmin  dəhşətli  dövründə 



Hüseyn Cavid sosializmin “nailiyyətlər” indən yazmağı özünə 

rəva  bilməmiş,  Stalini,  Azərbaycan  ağalarını  mədh  etməkdən 

qətiyyətlə  boyun  qaçırmışdır.  Ona  görə  də  bu  mətin  şəxsiyyət 

Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-

ci ildə İrkutsk vilayətininTayşet rayonunun Şevçenko kəndində 

həlak olmuşdur. 

    

Hüseyn  Cavid  Azərbaycan  ədəbiyyatının  söz  və  fikir 



zadəganıdır.  Daxili  ləyaqəti  sənət  idealına  son  dərəcə 

uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini 

illər,  on  illər  boyu  formalaşdırmışdı.  “Gözəllik  namına,  sevqi 

namına”  yazan  böyük  sənətkar  neft  buruqlarından  və  dəniz 

qəhrəmanlarından,  tarlada  səhərdən  gecəyədək  çalışan  əmək 

qabaqcıllarından  tərənnüm  dolu  süni  misraların  sayını 

çoxaltmadı.  Azərbaycan  yaradıcı  fikri  bu  süni  misralar 

təlatümündə  boğulduğu  bir  zamanda  həyatı  bahasına  olsa  da, 

Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və 

sevgi şairi idi, eləcə də qaldı. 

Filmoqrafiya:  

1. 


Cavidi xatırlarkən (film, 1982) 

2. 


Topal Teymur (film, 1983) 

3. 


Hüseyn Cavid (film, 1988) 

4. 


Qayıdış (film, 1992) 

5. 


Səma şairi (film, 2003) 

6. 


Cavid ömrü (film, 2007) 

       Xalqımızın  görkəmli  qələm  sahibi, azadlıq carçısı  Hüseyn 

Cavidin 135 illik yubileyi ilə əlaqədar olaraq,  bir sıra  tədbirlər; 

kitab müzakirəsi, oxucularla söhbət,  konfrans, icmal, dəyirmi 

masa, rəsm və şeir müsabiqəsi, səhnəcik,  ədəbi-bədii gecə və s. 

keçirilə  bilər.  Bu  böyük    şəxsiyyətin    yaradıcılığını,  ölkəmizə 




 

olan qayğı və xidmətlərini  gənc nəslə və oxuculara  çatdırmaq 



məqsədilə  kitabxanada  kitab  sərgisi  təşkil  oluna  bilər.

 

Sərgidə 



şairin  müxtəlif illərdə çəkilmiş foto stendi, kitabları ilə yanaşı 

ədəbiyyatşünas  və  digər  müəlliflərin    onun  haqqında    yazdığı 

kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, kəlamlar və dövrü 

mətbuatda  yer  alan  məqalələr  öz  yerini  almaqdadır.  Sərgiyə 

müxtəlif  başlıqlar  verilə  bilər:  “Faciəli  ömrün  qəmli  dastanını 

yazan  şair”,  “Söz  sənətinin  böyük  rəssamı”,  “Cavidə  üz 

tutanda”, “Əsrinə sığmayan şair”, “Nurlu ömrün işığı”, “İşıqınız 

sönmədi, sönməyəcək”, “Cavidin söz dünyası”,  “Düşüncə şairi-

Hüseyn  Cavid”,  “Gözəlliyə,  sevgiyə    tapınan    həqiqət  aşiqi”, 

“Ömrün şah əsəri”, “Zamanın və məkanın fövqündə yüksəlmiş 

şair”,  “Məhəbbətin  qələbəsi”,  “Qaranlıqda  parlayan  nur”, 

“Cavid  irsinə  dərin  ehtiram”,  “Cavid  möcüzəsi  və  mifik 

təfəkkür”,  “Düşüncə  və  ideyanın  vəhdəti”,  “Hüseyn  Cavid  və 

modernizm”,“Başdan-başa Aşiq şair-Hüseyn Cavid”, “İnsanları 

gözəlliyə, idraka, işığa səsləyən sənətkar-Hüseyn Cavid”,

 

“Haqq 



yolçusu-Cavid”,  “Cavid  aləminə  səyahət”,  “Yaşadığı  illərə 

sığmayan  söz ustadı-Cavid”, “Gəldin də neçin pənbə bulutlar 

kibi  akdın”,  “Cavid  ocağının  işığında”,“Keşməkeşli  məhbus”, 

“Azadlıq  nəğməkarı”,  “Haqqı  özünə,  yaradıcılığı  xalqa 

qaytarılan  sənətkar”,

 

“Vaxtın  fövqündən  baxan  mütəfəkkir-



Cavid”, “Faciəli ömrün qəmli dastanı” ,  “Taleyinin ən böyük və 

kəskin  dramı-Hüseyn  Cavid”,  “Əsrin  romantik  şairi”,  “Turan 

mələyi” və s. 

 

 

 

 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə