Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə9/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

27 

 

        Fironlar  qədim  Azərbaycana  da  sağalmaz  yaralarını 



vurdular.  Elmin,  dövlətçiliyin  bütün  sahələrində  fəaliyyət 

göstərənləri  mərhələ-mərhələ  məhv  etdilər.  Hüseyn  Cavid  bir 

sinif kimi dövlətlərin məhv edilməsinin əlehinə çıxırdı.  “Mən 

zənginləri 

məhv 

etmək 


yox, 

zəngin 


olmayanları 

zənginləşdirmək  tərafdarıyam” - deyirdi. 1937-ci ilin soyqırımı 

qasırğası millətin başqa ziyalıları kimi, Hüseyn Cavidin də başı 

üzərində əsdi. Özünə və ailəsinə fəlakət gətirdi. İnsanları heyrətə 

gətirən əsərləri qadağan olunub məhv edildi. “Atilla”, “Çingiz”, 

“Şəhla”,  “Koroğlu”,  “İblisin  ilhamı”,  “Telli  saz”  adlı  əsərləri 

onun  bioqrafiyasından  silindi.  Uzun  illərdən  sonra  Hüseyn 

Cavid  xalqına  qaytarıldı.  Uzaq  Sibir  çöllərində  dəfn  olunan 

böyük  şairi  ulu  öndərimiz  Heydər  Əliyev  doğma  yurduna 

qaytardı.  Hər  birimiz  Hüseyn  Cavid  kimi  dahi  sənətkarların 

ədəbi irsini hər nəsl olduğu kimi mənimsətməliyik. Bəşəriyyətə 

ədəbi  günahlarımızı  tanıtmaq  üçün  əvvəlcə  onları  özümüz 

tanıyıb dərk etməliyik.  

III  məruzəçi:  Hüseyn  Cavid  dünya  şöhrətli  şair-dramaturq 

olmaqla  yanaşı,  həm  də  görkəmli  filosof-mütəfəkkirdir.  Onun 

içtimai-siyasi,  hüquqi  görüşləri  Azərbaycanda,  yeni  sosial-

iqtisadi  münasibətlərin  formalaşdığı,  cəmiyyətin  sosial 

strukturunda  ciddi  dəyişikliklərin  baş  verdiyi,  kapitalist 

münasibətlərin  əsas daşıyıcıları olan burjuaziya və fəhlə sinfinin 

təşəkkül  tapdığı  bir  dövrdə  formalaşmağa  başlamışdı.  Bu 

baxımdan  onun    içtimai  görüşlərində  yaşadığı  dövrün 

xarakterini,  inkişaf  meyillərini,  ziddiyyətlərini  əks  etdirən 

fikirlər  mühüm  yer  tutur.  Yaşadığı  mühiti  dərindən  öyrənən 

mütəfəkkir  cəmiyyətin  sinfi  təbəqələşməsinin  səbəblərini, 

içtimai  münasibətlər  sistemində  hər  bir  sinfin  yerini  və 

mövqeyini  dərk  etməyə  çalışmışdır.  Hüseyn  Cavidin  fikrincə, 

içtimai  inkişaf  irəliyə  doğru  yüksələn  xətlə  gedir,  elmin, 

maarifin,  texnikanın  uğurları  tarixi  inkişafı  sərtləndirir. 



28 

 

Mütəfəkkirin gəldiyi qənaət bundan ibarətdir ki, insan cəmiyyəti 



təbii  və qanunauyğun olaraq irəliyə doğru tərəqqi edir. Hüseyn 

Cavid  Azərbaycan  ədəbiyyatı  tarixində  xüsusi  mövqeyi  olan, 

milli şeirin ən yaxşı ənənələrini  inkişaf etdirən, zənginləşdirən 

qüdrətli  söz  ustadlarından  biridir.  Cavid  gənc  yaşlarından  şeir 

yazmağa başlasa da, məhsuldar yaradıcılığı 26 illik dövrü əhatə 

edir.  Cavid  sənəti  bədii  forma,  janr  baxımından  çox  zəngin, 

əlvan olmuşdur. O, yüksək sənətkarlıqla yazdığı lirik şeirlərlə, 

poemalarla  yanaşı,  Azərbaycan səhnəsinə  faciə  və dramlardan 

ibarət  orijinal  əsərlər  vermişdir.  Cavid  dramaturgiyası 

xarakterlər

 

dramaturgiyası olmuşdur.  Bu baxımdan onun dram 



sənətini  dünyanın  ən  böyük  dramaturqlarının  yaradıcılığı  ilə 

müqayisə  etmək  olar.  Hüseyn  Cavid  çox  ölkələr  gəzmiş,  çox 

görmüş, ömrünün  14 ilini  vətəndən kənarda keçirmişdir. Şair 

yaxın  ülfətdə  olduğu  hər  xalqın  həyatından  dəyərli  əsərlər 

yazmışdır. Onun yaradıcılıq idealı konkret milli məzmun, milli 

kolorit daşımaqla yanaşı, həm  də ümumbəşəri mahiyyətdədir və 

zamanla  bağlı  ziddiyyətlər  daxilində  büllurlaşma,  aydınlaşma, 

əsərin qabaqcıl  ideyalarına yaxınlaşma prosesində olmuşdur.  



VI  məruzəçi:    Cavidin  min-bir  ruhla    mədəni  inqilab  uğrunda 

apardığı  mübarizələri  kütlələrin  maariflənməsinə,  Azərbaycan 

qadınının  savadlanmasına  və  cəmiyyət  işlərinə  qoşulmasına, 

zəhmətkeş  xalqın  vətənin  həqiqi  sahibi  olmasına  xidmət  edir. 

Şair Berlində ikən  yazdığı  “Kömür mədənində”  şeirində fəhlə 

sinfinin  atəşin 

müdafiəçisi  kimi  çıxış  etməsi,  Qərb 

burjuaziyasının yeni müharibə planlarını ifşa etməsi onun siyasi-

içtimai görüşlərinin inkişafında əlamətdar hadisə idi.  “Xəyyam” 

“Səyavuş”  son  dramları  Cavidin  tarixə,  tarixi  şəxsiyyətlərə 

baxışında  da  ciddi  bir  dönüş  oldu.  Tarix  Cavidin  nəzərində 

xeyirlə  şərin,  müdrikliklə  cəhalətin  mübarizəsi  idi.  Cavid 

“İblisin  intiqamı”  dramında  faşizmi  bəşəriyyəti  böyük 

fəlakətlərə  sürükləyəcək  “iblis  siyasəti”  adlandırdı.  Hüseyn 




29 

 

Cavidi  daim  narahat  edən,  kədərləndirən  amillərdən  biri  də  



Azərbaycanın 

cənubunda  çoxmilyonlu  azərbaycanlıların 

“şahənşahlıq”  üsul-idarəsi,  Şərq  despotizmi,  satqın  fars 

feodallarının əsarəti altında əzab çəkməsi, vətəndə ikən vətənsiz 

yaşaması,  ən  adi  insan  hüquqlarından  və  beynəlxalq 

hüquqlardan  məhrum  edilməsi  idi.  H.Cavid  Azərbaycanın 

parçalanması, bir ürəyin iki yerə bölünməsi ilə barışmırdı. Şair 

bu mövzuya “Telli saz” dramı  və “Kor Neyzəm” kimi mənzum 

əsərlər həsr etmişdir.  

Tədbirin  sonunda  iştirakçılar  Hüseyn  Cavidin  “Xəyyam”  adlı 

dramını səhnəlləşdirdilər.  

Hüseyn Cavidin yubileyi ilə əlaqədar  kitabxanalarda keçiriləcək 

tədbirlərdən biri “Hər həqiqətdə çırpınır bir nur,

 

Hər həqiqətdə 

bir  xəyal  uyuyur”  adlı  şeir  müsabiqəsi  ola  bilər.  Kitabxanaçı 

öncə  şairin  bir  neçə  şeir  kitabını  məktəblilərə  təqdim  edir. 

Məktəblilər müəyyən etdikləri şeiri  əzbərləyərək təyin edilmiş 

tarixdə  kitabxanaya  gəlirlər.  Qonaqlar  və  münsiflər  öz  yerini 

aldıqdan  sonra  kitabxanaçı  hər  kəsi  salamlayaraq  tədbirə 

başlayır.

 

O, ilk olaraq Hüseyn Cavidin həyat və yaradıcılığından, 



onun  ömür  yolundan,  əsərlərindən  və  kitablarından  və 

poeziyasından  qısa məlumat verir.  Nəfis şəkildə  nəşr olunmuş 

kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanır.  

Birinci işrirakçı “Şərq qadını” adlı şeirini intonasiya ilə  deyir:  

                  Bən nə  idim? Şərqin əzilmiş qadını! 

                  Bən nə idim?  Uf onu heç sormayınız!   

                  Varlığım bir quru heç!  

                  Keçmişin ən qaba, ən vicdansız,  

                  Kirli dırnaqları qəhr etdi bəni.  

                  Görmədim gün işığı;  

                  Doğduğum gündən-əvət-tarixin   

                  Paslı  zəncirləri inlətdi bəni. 

                  Hər tərəfdən qara bir mevhumat  




Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə