Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə10/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

30 

 

                 Pərdələr çəkdi həmən gözlərimə...  



                 Qoparırkən fəryad,  

                 Etdi qanun ilə din  istehza 

                 Bənim öksüzcə qırıq sözlərimə... 

 

İkinci  iştirakçı  “Bənim  tanrım”  adlı  şeirini  demək  üçün 



səhnəyəyə yaxınlaşır.  

 

            Hər qulun cihanda bir pənahı var,  

            Hər əhli-halın bir qibləgahı var,  

            Hər kəsin bir eşqi, bir ilahı var,  

            Bənim tanrım gözəllikdir, sevgidir. 

  

            Həzz etmədim firqədən, cəmiyyətdən,  



            Zevq alamam hərbdən, siyasətdən,  

           Bir şey duymam fəlsəfədən, hikmətdən, 

           Bənim tanrım gözəllikdir, sevgidir. 

           Gözəl sevimlidir, cəllad olsa da; 

           Sevgi xoşdur, sonu  fəryad olsa da; 

           Uğrunda bənliyim bərbad olsa da,  

           Son dildarım gözəllikdir, sevgidir. 

 

           Gözəlsiz bir gülşən zindana bənzər,  



           Sevgisiz bir başda əqrəblər gəzər,  

           Nə görsəm, hanki bəzmə etsəm güzər,  

           Həp duyduğum gözəllikdir, sevgidir. 

 

 



 

 



31 

 

Uçüncü  iştirakçı “Qoca bir türkün vəsiyyəti” adlı şeirini 



deməyə başlayır.  

 

             Yavrularım! Ey ömrümü şənləndirən, güldürən,  

             Alnı açıq oğullarım, gözəl, yosma qızlarım,  

             Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,  

             Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım.  

 

            Artıq bana dar gəliyor həp şu əngin üfüqlər,  



            Sanki ruhum qanatlanıb şimdi pərran   olacaq.  

            Qarşımızda yanğın kibi ğörünən al şəfəqlər,  

            Ehtimal ki, yarınkigün bəni sönmüş bulacaq.     

          

            Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulamaz,  

            Toplaşınız, vardır, sizə qaç sözüm, dinləyin. 

            Getməliyəm,vəsiyyətsiz ölsəm ruhum şad olmaz,  

            Qulaq verin sözlərimə, birər-birər bəlləyin... 

  

Dördüncü iştirakçı “Sevinmə, gülmə, quzum” adlı şeirini 

qiraətli bir şəkildə deməyə başlayır.   

  

            Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə,  



            Bu hal, əvət, eyi bir şey deyil, sevinmə saqın! 

            Sevinmə başqasının hali-pürsəfalətinə,  

            Toqunma qəlbinə bikəslərin, zavallıların.  

 

             İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş,  



             Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar,  

             O qəlb avusa da, aldanma, incinib küsmüş,  

             Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.  

 

 




32 

 

             Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün 



             Qızar, həmən gücənib intiqam alır səndən.  

             Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün! 

             Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..  

 

   Böyük şair



 

Hüseyn Cavidin  yaradıcılığını oxuculara tanıtmaq 

və  şair  qələmini  sevdirmək  üçün  kitabxanada  bir  neçə  tədbir 

keçirilir.  Bu  tədbirlərdən  biri  də  “Cavid  bir  günəş  idi”  adı 

altında  keçirilən  “bibloqrafik  icmal”  dır.  Tədbirə  Cavidin 

yaradıcılığı ilə tanış olan, onun kitablarını mütailə edən oxucular 

və b. qonaqlar   dəvət olunur. İlk olaraq kitabxanaçı qonaqlara 

qəlbi vətən üçün döyünən şair Hüseyn Cavid haqqında  məlumat 

verir:  

Kitabxanaçı:    Mütəfəkkir  şair,  görkəmli  dramaturq  Hüseyn 

Cavid


 

Azərbaycan  ədəbiyyatı    tarixində  orijinal  ədəbi 

simalardan  biridir.  Minillik  Azərbaycan  ədəbiyyatının  növbəti 

inkişaf  mərhələsi  sayılan  XX  əsr    Azərbaycan  romantizmi 

hamıdan çox Hüseyn Cavidin adı ilə bağlıdır. “Şeyx Sənan” və 

“İblis”,  “Xəyyam”  və  “Səyavuş”  bizim  dramaturgiyamızda 

romantizmin  bütün  problematikliyi,  ideya  və  mənzum 

xüsusiyyətləri  ilə  təzahür  etdiyi  əsərlərdir.    Öz  yaradıcılığı  ilə  

Hüseyn Cavid

 

Azərbaycan dramaturgiyasının mövzu sərhəddini  



genişləndirir, tragik xarakterin, romantik qəhrəmanın, dramatik 

konflikt və kolliziyaların yeni tiplərini yaradır, qəhrəmanı qadın 

olan ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib 

və  bəşəri  ideyalarla  daha  zənginləşdirir.    Hüseyn  Cavid  bizim 

dramatik  poeziyada  qüvvətli  bir  faciənəvis,  mənzum  və 

romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yer tutur. 

H. Cavid orijinal bir dramaturq kimi ədəbiyyat aləmində 1910-

1912-ci  illərdən tanınır.  Hələ  1910-cu ildə   yazdığı  bir pərdəli 

ilk “Ana” səhnəciyi ilə o, gələcəkdə ustad

 

faciənəvis olacağını  



vəd  edirdi.  Bu  əsər  öz  maraqlı  tragik  situasiyası  ilə  diqqətləri 


33 

 

cəlb  edir:  böyük  ürəkli  ana  öz  balasının  hələ  isti  meyiti 



üzərindən  onun  namərd  qanlısına  xilas  yolu  göstərir.  Bəşəri 

analıq  məhəbbəti  şəxsi  qisas  duyğusuna  qalib  gəlir.  Bu  cəhət, 

insan  ləyaqətinə  inam,  yüksək,  ülvi  duyğuların  tərənnümü, 

sonralar  Cavidin  bütün  əsərlərinin  əsas  məziyyətlərindən  biri 

kimi  meydana  çıxır.  1913-cü  ildə  Hüseyn  Cavidin  “Keçmiş 

günlər” adlı ilk şeirlər məcmuəsi nəşr edilir. Bu lirik və romantik 

şeirlərdə    şair  müasir  içtimai  mühiti  tənqid  edir,  köhnələn 

etiqadlara,  din  və  fəlsəfələrə  qarşı  çıxır,  eyni  zamanda,  fərdin 

arzuları  ilə  cəmiyyətin  tələbləri  arasındakı  ziddiyyətləri  açıb 

göstərməyi bir  mütəfəkkir sənətkar, humanist şair kimi qarşıya 

qoyur.  H.Cavidin  mövcud  həyatdan  narazılığı,  şairin    narahat 

ruhu,  ideya  axtarışları  onun  “Bahar  şəbnəmləri”    adlı  ikinci 

kitabında  toplanmış  şeirlərində  hiss  olunur.  H.Cavid  böyük 

dramaturq  olmazdan  öncə  böyük  şair  olmuş  və  lirik-fəlsəfi 

yaradıcılığını  bütün  ömrü  boyu  davam  etdirmişdir.  Onun 

şeirlərini  oxuduqca  sanki  başlanğıcda  sakit  axan,  qıjıldayan, 

daşlardan töküldükcə isə etirazlı bir nərə çəkən dağ çeşməsinin, 

dağ çayının səsini eşidirsən. Elə buna görədir ki, H.Cavidin şeir 

dili  səmimi,  saf  insan  duyğularının  tərənnümündə  nə  qədər 

həzin, kövrək, lirikdirsə, insanlara zülm və müsibət gətirən şər 

qüvvələrə, heyvani instinklərə tabe olub öz həmcinslərini zülmət 

və  cəhalətdə  saxlayan  riyakarlara  qarşı  mübarizədə  o  qədər 

kəskin,  amansız,  qəti  və  hayqırtılıdır.  Bu  baxımdan  Hüseyn 

Cavidin  poeziyasında  romantika  ilə    realizmin  heyrətamiz  bir 

vəhdətini görürük. Şair xeyirin tənəsinə nə qədər işıqlı romantik 

xəyallar bəsləyirsə, şərin məhvi üçün də o qədər səbirsiz, acıqlı 

tədbirlər  irəli  sürür.  Hüseyn  Cavid  bir  şair  kimi  orijinaldır. 

Təkraredilməzdir,  yalnız  özünə,  öz  sənətinə  xas  olan  poetik 

ifadə  və  vasitələrin  müəllifi  kimi  çox  uğurlu  bir  dəsti-xətti 

vardır.  Cavidin  şeir  yaradıcılığındakı  romantik  bədbinlik,  ruh 




Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə