Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə12/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

37 

 

Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  nümayəndələrindən 



biridir.  Novator  şair-dramaturqun  romantik  ruhu  bənzərsiz 

pyesləri  dünya  söz  sənətinin  ən  parlaq  örnəyi  olmaqla  qlobal 

bəşəri  duyğu  və  düşüncələri,  dərin  fəlsəfi-mənəvi  ideyaları 

heyratamiz  bir  aktuallıqla  əks  etdirməkdədir.  Azərbaycan 

Respublikasının  Prezidentinin  “Hüseyn  Cavidin  125-illik 

yubileyinin  keçirilməsi  haqqında”  sərəncamına  uyğun  olaraq 

Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  nəşr  edilən  bu 

kitabda ölməz sənətkarın “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, 

“Topal Teymur” və “Xəyyam” əsərləri daxil edilmişdir. Ədibin 

öz əsərlərinin sonunda “İmlasına toxunmamalı!” qeydinə əməl 

olunmuş, mətnlərin dil və üslubunun qorunmasına çalışmışdır. 

Kitab geniş oxucu kitləsi üçün nəzərdə tutulub.  

         Dahi  şair  Hüseyn  Cavidin  anadan  olmasının  120  illik 

yubileyi münasibətilə oxuculara təqdim olunan “Hüseyn Cavid-

120”  adlı  bu  kitaba  müəllifin  müxtəlif  illərdə  qələmə  aldığı 

“Bahar  şəbnəmləri”  şeirlər  toplusu  “İblis”,  “Peyğəmbər” 

pyesləri  daxil  edilmişdir.  Kitabda  ədibin  əsərləri  üzərində 

aparılan  məqsədli  sadələşdirmələr,  əvvəlki  nəşrlərdə  yol 

verilmiş  təhrif  və  yanlışlıqlar  aradan  qaldırılmış,  dilinin, 

üslubunun qorunulmasına çalışılmışdır.  

         Hüseyn  Cavidin  növbəti  kitablarından  biri  də  Mustafa 

Çəmənlinin    “Hüseyn  Cavid.  Dram  əsərləri.”    adlı  kitabıdır.   

Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi  Hüseyn 

Cavidin anadan olmasının 130 illiyi münasibətilə nəşr olunan bu 

kitabda  dramaturqun  “Ana”,  “Maral”,  “Şeyda”,  “Uçurum”, 

“Afət”,  “Knyaz”,  “Səyavuş”,  “İblisin  intiqamı!”  dramları 

toplanmışdır.  Bu  əsərlərdə  şair-filosof  lap  qədimlərdən  insan 

oğlunu düşündürən suallara cavab axtarmış və nəticədə özünün 

orijinal  bədii-estetik  konsepsiyasını  yaratmışdır.  Kitaba  daxil 

edilmiş  əsərlər  Hüseyn  Cavidin  1982-1985-ci  illərdə  nəşr 

olunmuş “Əsərləri” nin dörd cilddiyindən götürülmüşdür.  



38 

 

        “Cavid  hikməti”  (seçmə  aforizmlər)  kitabı  Hüseyn  Cavid 

külliyyatının  son  beşcildlik  nəşri  əsasında  tərtib  edilmiş 

aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, 

millət,  qadın,  məhəbbət  və  ən  müxtəlif    insan  münasibətləri 

haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir. Kitab geniş 

oxucu kütləsi üçün nəzərdə tutulub.    

        Hüseyn  Cavid  yaradıcılığı  sovet  dövründə  geniş  ədəbi 

mübahisələrə  səbəb  olmuş,  ciddi  markisist-leninçi  tənqidə 

məruz qalmışdır. Şair bolşevik partiyasının və şura hökumətinin 

bədii  ədəbiyyat  sahəsində  həyata  keçirdiyi  siyasəti  və  sovet 

quruluşunu qəbul etməmiş sinfi cəmiyyətdə ədəbiyyat və sənət 

haqqında  marksist  nəzəriyyəsi  ilə  hesablaşmamış,  ona  qarşı 

prinsipal  ədəbi  mövqe  nümayiş  etdirmişdir.  Dramaturq  sifariş, 

qanun və fərmanla əsərlər yazmaq tələbini rədd etmişdir. Heç bir 

tənqidçi onu öz mövqeyindən  döndərə bilməmişdir. Müəllif bu 

monoqrafiyada ədəbiyyat və sənət haqqında marksizm-leninizm 

nəzəriyyəsini  bədii  əsərin  təhlili    və  qiymətləndirilməsində 

qeyri-qənaətbəxş    və  nöqsanlı  hesab  edir,  “Sinfi  cəmiyyətdə 

incəsənət  müxtəlif    siniflərin  intereslərini  ifadə  edir”  fikrilə 

razılaşmır,  bədii  ədəbiyyatın  sinfiliyi  və  partiyalılığı  haqqında 

markisist 

təliminə 

qarşı 


çıxır. 

Monoqrafiyadan 

ədəbiyyatşünaslar,  ali  məktəblərin  filologiya  fakültələrinin 

tələbələri, cavidsevərlər yararlana bilərlər.  



 

Bibloqrafik  icmal  zamanı  kitabxanaçı    Hüseyn  Cavidin  öz 

kitabları  ilə  yanaşı  digər  yazarların  kitabları  haqqında  da 

məlumat verə bilər. 

    İsgəndər  Atillanın  “Əsrin  şairi”  adlı  kitabında    Hüseyn 

Cavidin həyatı və taleyindən bəhs olunur. Bu kitab, başda böyük 

Azərbaycan türk şairi Hüseyn Cavid olmaqla, sovet quruluşunun 

qurbanları olan və Stalinin  bilavasitə rəhbərliyi altında həyata 



39 

 

keçirilən Azərbaycan represiyaçılarına-Azərbaycan şəhidlərinə 



ithaf olunur.  

   Yazıçının  ikinci  kitabı  olan  “Əsrin  şairi”  kitabında    Cavid 

estetikası (Sənət və gözəllik dünyası) və s. söhbət açılır. Çağdaş 

Azərbaycan  ədəbiyyatşünaslığında  görkəmli  şair-filosof  və 

estetik  Hüseyn  Cavidin  gözəllik  dünyası,  sənətə,  həyata, 

dünyaya  və  kainata  fəlsəfi  estetik  baxışları  az  araşdırılmışdır. 

Müəllif  “Əsrin şairi” silsiləsindən çap etdirdiyi ikinci kitabında  

Cavid estetikasında sənət anlayışı, eşq və gözəllik, gözəllik və 

məhəbbət,  məhəbbət

 

və  nifrət  kimi  estetik  problemlərə  nəzər 



salır,  onun  fəlsəfi  düşüncələrinə  ayrıca  yer  verir.  Kitab 

sənətşünaslar, cavidşünaslar  və ali məktəblərin tələbələri üçün 

nəzərdə tutulmuşdur.  

       “Əsrin  şairi”  silsiləsindən

 

Hüseyn  Cavidin  mənzum 



dramlarının üç hissədə çap edilməsi nəzərdə tutulmuşdur.  Bu 

hissədə  böyük  şair  və  dramaturqun  “Ana”,    “Şeyx  Sənan”,  

“Uçurum”,

 

“İblis” mənzum dramaları nəzərdən keçirilir, müasir 



tələblər  baxımından  araşdırılır  və  təhlil  edilir.  Cavid  bədii 

dühasına, əsərlərinin sənətkarlıq  xüsusiyyətlərinə, ədəbi və teatr 

tənqidinə ayrıca yer verilir.  

    İsgəndər Əhməd oğlu Atillanın “Cavidin mənzum dramları” 

kitabında  “Əsrin  şairi”  silsiləsindən  Hüseyn  Cavidin  sovet 

dövründə  qələmə  aldığı  “Peyğəmbər”  və  “Knyaz”  mənzum 

dramları araşdırılır. Əsərlərin təhlil və tənqidinə yeni mövqedən 

yanaşılır. Tənqid tarixinə və teatr tamaşalarına ayrıca yer verilir.  

“Peyğəmbər” təhlil olunarkən “Qurani-Kərimdən istinad olunur. 

Oxucuların  nəzər-diqqəti  pyesin  mətninə  uyğun  gələn  surə  və 

ayələrə cəlb edilir.  

    Yuxarıda  adı  gedən  kitabın  II  hissəsində    Əsrin  şairi” 

silsiləsindən  Hüseyn  Cavidin  sovet  dövründə  qələmə  aldığı 

“Səyavuş” və “Xəyyam”  mənzum dramları araşdırılır və təhlil 

edilir.  Əsərlərin tənqidinə  və  tamaşalarına ayrıca  nəzər salınır. 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə