Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə15/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   12   13   14   15   16   17   18   19   20

46 

 

Giriş otağı-“Cavidin ədəbiyyatı”. 



1-ci otaq-“Cavidin ömrü”. 

2-ci otaq “Cavidin faciəsi”. 

Soldakı zal-“Cavidin şöhrəti”.  

Təqdim olunan muzey-ekspozisiyası  planında Hüseyn Cavidin 

ev-muzeyinin  tam  təsviri  və  aparıcı  mətnlər  verilib.  Hər  bir 

oxucunun  daha  geniş  biliyə  və  məlumata    malik  olması  üçün 

aşağıdakı qaynaqların öyrənilməsi  tövsiyə edilir. 

1.Məhəmməd Cəfər Cəfərov. Hüseyn Cavid. 

2. Qulam Məmmədli-Cavid-ömrü boyu.  

3. Rəfael Huseynov. Vaxtdan uca.  

4. Mehdi Məmmədov. Şirin arzular, acı fəryadlar.  

5. Cavidi xatırlayarkən. Məqamlar və xatirələr toplusu.  

6. Cəlal Qasımov. Cavidi məhbəsə aparan yol.  Ekspozisiyanın 

ilk  otağında  bir-birindən  sütün  divarlarla  ayrılan  3  şəbəkəli 

bölümün hər birində heykəltaraşlıq nümunələri və məqbərənin  

maketi yerləşir: 

1.  Ortada  Hüseyn  Cavidin  məqbərəsindəki    mərmər  heykəlin 

natural  ölçüdə  gipsdən  olan  variantı.  (Müəllif  Ö.Eldarov).  Bu 

heykəlin  üst  hissəsində  Hüseyn  Cavidin  “Azər”  poemasından 

misralar yazılıb:  

                       Bir əlim iştə su, atəş bir əlim. 

                       Çarpacaq qəlbim əgər, sussa dilim.  

 

2.Solda  Ərtoğrol  Cavidin  mərmərdən  büstü.  (Müəllif 



Ö.Eldarov).    Heykəlin  üst  hissəsində  H.  Cavidin    “Qadın” 

şeirindən misralar yazılıb: 

                           Kimsədən gözləmə yardım əsla 

 

  Yalnız kəndinə kəndin ağla! 



3.Sağda    Hüseyn  Cavidin  Naxçıvandakı  məqbərənin  maketi. 

(Müəllif    İbrahimov).      Maketin  üst  hissəsində  “Şeyx  Sənan” 

əsərlərindən misralar yazılıb: 



47 

 

 



Bəni öldürsələr də, bən yaşarım. 

                        Tərk edib xəlqi, xaliqə qoşarım.   

Müdriyyətin qapısının  sol  hissəsində rəssam Rafael  Əsədovun 

Cavidin “Topal Teymur” televiziya tamaşası üçün çəkdiyi dekor 

və obrazların geyim eskizləri (1983) nümayiş olunur. Dəhlizdə 

sıralanmış vitrində Hüseyn Cavidin  əsrin ilk onilliklərində ərəb 

və latın qrafikası ilə nəşr edilmiş “Bahar şəbnəmləri”, “Keçmiş 

günlər” , “İblis”, “Şeyx Sənan”, “Uçurum”, “Topal Teymur” və 

sair əsərləri ilə yanaşı bəraətdən sonra işıq üzü görmüş müxtəlif 

dillərdə olan kitabları, Cavidin həyatı və yaradıcılığı ilə əlaqədar 

həm Azərbaycanlı, həm də əcnəbi müəlliflərin əsərləri düzülüb. 

Həmçinin burada Ə.Cavidin notları nümayiş olunur.  

       Əslən  Naxçıvan  MR-dan  olan  Hüseyn  Cavidin  doğma 

vətəni  Naxçıvanda  da,  ev-muzeyi  açılmış  və  fəaliyyət 

göstərməyə  başlamışdır.  Hüseyn  Cavidin  Naxçıvanda  ev-

muzeyi  Azərbaycan  KP  MK-nın  25  dekabr  1980-cı  il  tarixli 

qərarı  və  Azərbaycan  Nazirlər  Sovetinin  13-fevral  1981-ci  il 

tarixli sərəncamı ilə yaradılıb. Muzeyin rəsmi açılışı 1984-cü il 

iyun ayının 9-da olmuşdur. Ev-muzeyinin ümumi sahəsi 367m2, 

ekspozisiya yerləşən bina 212m2-dir.  Muzeyin ekspoziyası və 

mövzu-tematik  planı  mərhum  teatrşünas  Tamilla  Təhmasib 

tərəfindən  hazırlanmışdır.  Hüseyn  Cavidin  ev-muzeyində 

hazırda 7200-ə yaxın eksponat toplanmışdır. Onların içərisində 

Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən  foto-şəkillər, 

sənədlər,  əsərlərinin  ilk  nəşrləri,  üzərində-müəllifin  aftoqrafı 

olan 1934-cü ildə nəşr olunmuş “Səyavuş” və 1926-cı ildə nəşr 

olunmuş “İblis” əsərləri, böyük şairin yubileyləri, onu  müxtəlif  

teaqtrlarda tamaşaya qoyulmuş  afişa  və proqramları, müxtəlif 

xatirə  əşyaları  vardır.  Bu  eksponatlar  içərisində    ədibin  yaxın 

dostu  Əziz  Şərifin  muzeyə  şəxsən  üzünü  köçürüb  bağışladığı 

Cavidin  İstanbuldan  Qurbanəli  Şərifzadəyə    göndərdiyi  

məktublardan ibarət dəftəri, şairin qızı Turan Cavid tərəfindən 




48 

 

hədiyyə edilmiş “Knyaz” əsərinin əlyazmasını və ailə şəkillərin 



orijinallarını,  Ərtoğrol  Cavidin  hərbi  xidmət  illərində  1942-ci 

ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi Hospitalından 

və Naxçıvandan Bakıya-anası Mişkinaz Cavidə  və bacısı Turan 

Cavidə yazdığı  71 ədəd məktubu xüsusi qeyd etmək olar. 

 Tədbirin  sonunda  oxucular şair haqqında yazılmış bir neçə  şeir  

deməyə başlayırlar:  

                                   Naxçıvanda Cavid çıxdı qarşıma,  

 

 



Türbəsiydi indi vətən Cavidin.  

 

 



Şahlıq quşu gördüm qonub başına,  

 

 



Sürgünlərdə qəbri itən Cavidin. 

 

 



 

Tutdurdular, öldürdülər şairi,  

 

 

Yasaq oldu o şairlər şairi.   



 

 

Türbəsinə qoymayın hər şairi,  



 

 

Ruhu pakdı ilahidən Cavidin. 



 

 

 



Qılıncını üstə çəkdi xəyanət, 

 

 



Köməyinə nə dost çatdı, nə millət.  

 

 



İlhamından qisas aldlı cəmiyyət,  

 

 



Taleyindən üzü dönən Cavidin. 

 

 



 

Gedən getdi, qalanları qaldılar.  

 

 

Xiyabanda fəxri yerlər aldılar. 



 

 

Atabəylər torpağında yadigar  



 

 

Cavid qaldı fəxri adı Cavidin. 



 

 

 



Başqaları bir ağ günə çıxdılar,  

 

 



Tamaşaydı, səsə-ünə çıxdılar.  

 

 



Yer altlından, yer üstünə çıxdılar,  

 

 



Dalısınca Müşfiq, Hadi, Cavidin.  

                                                                        Xalq şairi N.Həsənzadə       


Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə