Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə16/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   12   13   14   15   16   17   18   19   20

49 

 

 



  Dahi  Azərbaycan  mütəfəkkiri,  dramaturq,  nasir  Hüseyn 

Cavidin  yaradıcılığını  oxuculara  tanıtmaq  məqsədilə  Hüseyn 

Caviddən bəhs edən  xatirə gecəsi də təşkil edilir.  Gecə  “Gəldin 

də neçin pəmbə buludlar kibi akdın...” başlığı altındadır. Ədibin 

xatirəsinə həsr olunmuş gecədə cavidşünaslar, yazarlar, maarifçi 

və dramaturqlar, eləcə də incəsənət və elm xadimləri və müxtəlif    

ixtisas sahibləri ilə  yanaşı oxucularla  ali məktəb tələbələri  də 

dəvət  olunurlar.  Qonaqlar  görkəmli  dramaturq  H.Cavidin 

şəkilləri,  müxtəlif  adda  əsər  başlıqları  və  hikmətli  sözlərinin 

çərçivərələrlə bəzədilmiş zalda əyləşirlər. Gecənin qonaqlarına 

öncə  onun haqqında hazırlanmış slayt təqdim edilir. Gecəni açıq 

elan etmək üçün aparıcılar səhnəyə yaxınlaşırlar. 



I aparıcı:  Salam, dəyərli qonaqlar, xalqın böyük oğlu, misilsiz 

istedada sahib dahi şəxsiyyət, bəşəri faciə və humanizmin banisi  

Hüseyn  Cavidin  qaranlığa  nur  parlayan  gecəsində  sizləri  xoş 

gördük,  dəyərli  qonaqlar,  cavidsevərlər!..“Məhəbbətdir  ən 



böyük  din”  misrası  Hüseyn  Cavidin  şah  misralarından  biridir. 

Məhəbbət  ədəbiyyatın  əsas  mövzularından  olmaq  etibarilə 

Hüseyn  Cavid  sənətində  də  mühüm  yer  tutur.  Cavid  sənəti 

ölməzdir.  Cavid  sənəti  ölməz  olduğu  üçün  Cavidşünaslıq  da 

əbədidir. Bu zəngin iş barəsində deyilmiş, deyilən və deyiləcək 

fikirləri toplayıb gələcək nəslə çatdırmaq işində Cavid ocağının 

işığına pərvanə olanlara yeni uğurlar diləyirik.  

II aparıcı:               Haqq da, həqiqət də göz önündədir,  

                                Yer altında deyil, yer üstündədir.  

                                Bəxtiyarsan, əgər, çəkdiyin əmək 

                                Cahan sərgisinə versə bir çiçək.  

 Romantik-fəlsəfi  poeziyası  ilə  klassik  və  müasir  ədəbiyyat 

arasında etibarlı mənəvi  körpü salan, ilk Azərbaycan mənzum 

faciələrini,  fəlsəfi  dramlarını  yaradan,  dramaturgiyamıza    və 

səhnəmizə ümümbəşəri problemlər dolğun xarakterlər, qüdrətli 




50 

 

şeiriyyət gətirən  Hüseyn Cavidin əsərləri, doğrudan da, “cahan 



sərgisinin” “çiçək” ləridir.  

      Məqsədi  vətəninə,  millətinə  fədakarlıqla  xidmət  etməkdən 

ibarət olan görkəmli şair və dramaturq  Hüseyn Cavid öz dəst-

xətti  ilə  Azərbaycan  ədəbiyyatında  yeni  mərhələnin  əsasını, 

eləcə  də  mənzum  dramın  bünövrəsini  qoymuşdur.    Sələf  və 

xələflərinə  bənzəməyən Hüseyn Cavid ürəyi susdurulana qədər 

vicdanının dediklərini yazan və ömrü boyu həqiqətən əsiri olan

gözəlliyə  tapınan    bir  mütəfəkkir  idi.  Hüseyn  Cavid  elə  bir 

həqiqətin  əsiri  idi  ki,  o  altun  saraylara,  daş  zindanlara,  vəhşi 

pəncərələrə,  tikanlı  məftillərə,  dəmir  qəfəslərə  meydan 

oxuyurdu.  Hüseyn Cavid elə bir həqiqətin aşiqi idi ki,  qumral 

gözəllərə, sevdalı könüllər, parlaq sevgilərə, gülümsəyən günəşə 

öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı.  



I aparıcı: Ulu sələflərindən xeyli cavan olmasına, 135 yaşının 

hələ 


təzə-təzə 

tamam  olmasına  baxmayaraq,  böyük 

sənətkarımız,  babalarının  layiqli  xələfi,  istedadlı  şair  və 

dramaturq  Hüseyn  Cavid  də  əsərlərində  yaratdığı  ölməz 

hikmətlərə  görə  Azərbaycan  ədəbiyyatında  və  ədəbi-fəlsəfi 

fikrində həkim adını daşımağa layiq olan azyaşlı şəxsiyyətlərdən 

biri  kimi  nəzərə  çarpmaqdadır.  Hüseyn  Cavid  də  xalqımızın 

yetirdiyi  böyük  söz  sənətkarı  və  mütəfəkkirlər  kimi,  özündən 

əvvəki mədəni-mənəvi xəzinəni mənimsəmiş və ölməz fikir və 

obrazları ilə daha da zənginləşdirilmişdir. Bütün bunlar, nəhəng 

bir  sənətkar  kimi  Cavidin  bilik  və  məlumat  dairəsinin 

heyrətamiz  dərəcədə  genişliyindən,  onun  xalq  müdrikliyi  

xəzinəsinə  olduqca  yaxınlığından  xəbər  verir.  Elə  bu 

səbəbdəndir 

ki, 

Cavid 


aforizmləri 

Azərbaycan 

xalq 

müdrikliyinin  ayrılmaz  əlaməti  olan  dərin  humanizmi, 



ümumbəşəri xarakter və məna yükü daşıması ilə seçilir.  Hüseyn 

Cavidin  yaradıcılığı  o  qədər  dərin,  o  qədər  mənalı  hikmətlərlə 

doludur ki, bəlkə də beşcildliyin hamısını “Cavid hikməti” adı 



51 

 

altında çap etmək mümkündür. Gəlin,   Cavid  hikmətindən bir 



neçə yarpaq qoparaq:  

 Bir 



neçə  oxucu  səhnəyə  yaxınlaşıb  sırayla  Cavid 

aforizmlərindən sitatlar deməyə başlayırlar. 

               İdrakı sönük başçıların qəfləti ancaq 

               Etmiş, edəcək milləti həp əldə oyuncaq. 

 

               Kəssə hər kim dökülən qan izini,  



               Qurtaran dahi odur yer üzünü. 

 

              Turana qılıncdan kəskin ulu qüvvət,  



              Yalnız mədəniyyət,

 

mədəniyyət, mədəniyyət! 



 

              Çalış, öyrən, ara, bul, haqqını al!

      

 

              Ədəbiyyat bir millətdəki əhval-ruhiyyənin ifadəsidir. 



 

              Mən sənətdən aldığım zövqü  heç bir şeydən almıram.

 

                                            



 

              Hər qaranlıqda çırpınır bir nur,  

              Hər həqiqətdə bir xəyal uyuyur. 

  

             Qadın! Ey möhtərəm ənisi-bəşər! 



             Sənsiz öksüz qalırdı hissi-bəşər! 

 

             Yüksəl ki, yerin bu yer deyildir



             Dünyayə gəliş hünər deyildir. 

  

 



 


Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə