Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə11/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

34 

 

düşkünlüyü və ümidsizlik zaman keçdikcə mübariz bir ovqata, 



nizamivari bir “inqilabçılığa” çevrilir.  

 Kitabxanaçının 



çıxışından  sonra  həmin  kitabxananın 

biblioqrafı kitablar haqqında məlumata başlayır. O, ilk olaraq 

5 cildlik “H. Cavidin  əsərləri” kitabı haqqında məlumat verir:    

    (I  kitab)  Çoxəsirlik  Azərbaycan  ədəbiyyatının  ən  yaxşı 

ənənələrini  inkişaf  etdirən,  zənginləşdirən  qüdrətli  söz  ustası 

Hüseyn  Cavid  öz  yaradıcılığı  ilə,  dərin  hikmətli  və  fəlsəfi 

poeziyası,  təkrarsız  dramaturji  əsərləri  ilə  Azərbaycanda  milli 

şüurun 

intibahına 



xidmət 

göstərmişdir. 

1937-ci 

il 


repressiyalarının qurbanı olmuş mütəfəkkirin, anadan olmasının 

100 illiyi ilə bağlı hazırlıqların getdiyi dövrdə, Heydər Əliyevin  

şəxsi  təşəbbüsü  ilə  məzarının  Sibirdə  tapılıb  nəşinin 

Azərbaycana  gətirilməsi,  təsadüfü  deyil  ki,  bir  çox  dünya 

tarixçiləri tərəfindən ölkədəki  müstəqillik arzularının və milli-

azadlıq hərakatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir. 

Müqtədir  sənətkarın  yaradıcılığındakı  romantik  coşğunluq  ilk 

öncə türk millətinin sabahına olan sonsuz inamdan qidalanırdı. 

Sənətkarın  “Əsərləri”  nin  I  cildinə    “Keçmiş  günlər”  (Tiflis, 

1913),  “Bahar  şəbnəmləri”  (Bakı,  1917)  şeirlər  silsiləsi  və 

“Azər”  (1920-1937)  poeması  daxil  edilmişdir.  Bütün 

yaradıcılığı 

insanda, 

təbiətdə 

və 

dünyada 


gözəllik 

axtarışlarından  ibarət  olan  mütəfəkkir  şair  bu  şeirlərində 

gözəlliyin  pozulan  qaydalarını  nizama  salmaqla  məşğuldur. 

Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız geniş fəlsəfi 

mənada  gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə 

axıracan başa düşmək olar. Əsərlərin imlasına toxunmamış, dil 

və üslubunun qorunmasına çalışılmışdır.  

(II  kitab)  XX  yüzil  bədii  fikrimizin  mərdlik  və  əyilməzlik 

simvoluna  çevrilən  şəxsiyyəti,  böyük  mütəfəkkir  Hüseyn 

Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz  yaradıcılıq 

irsi zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir. Şair və 




35 

 

ədiblərimiz  içərisində  ən  müstəsna,  ən  zərif  və  narın  bir  dillə 



yazan  Cavid  yaradıcılığa  poeziya  ilə  başlasa  da,  Azərbaycan 

ədəbiyyatı    tarixində  daha  çox  dramaturq  kimi  şöhrət  tapmış, 

dramatik növün ağırlığı ilə müşayiət olunan ədəbi fəaliyyətində 

fəlsəfi    ruhun  hakim  kəsildiyi  poeziyasından  gələn  çalarların 

aparıcı  olduğu  aşkar  duyulmaqdadır;  onun  dram  əsərlərinin 

mühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir.  

Ədibin  “Əsəri”  nin  II  cildinə    “Ana”,  “Maral”  və  “Şeyda” 

pyesləri  ilə  yanaşı,  Azərbaycan  ədəbiyyatının  ilk  mənzum 

dramlarından  “Şeyx  Sənan”,  “Uçurum”  faciələri  daxil 

edilmişdir.  Böyük  sənətkarın  öz  əsərlərinin  sonunda  etdiyi 

“İmlasına toxunulmalı!” qeydinə əməl olunmuş, mətnlərin dil və 

üslubunun qorunulmasına çalışılmışdır.  



(III kitab) Böyük

 

Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə 



pyeslər  müəllifi  Hüseyn  Cavidin  “Əsərləri”  nin  bu  cildinə 

müqtədir  sənətkarın,  səhnəmizin  şah  əsərlərindən  olub,  dünya 

ədəbiyyatındakı  əfsanəvi  İblis  surətinin  çox  böyük  ustalıqla 

canlandırıldığı  “İblis”  faciəsi  mövzusu  İstanbul  həyatından 

alınmış  “Afət”  i  Peyğəmbərin  dahiyanə  obrazının  öz  parlaq 

əksini  tapdığı  “Peyğəmbər”  i  və  hərb  demonunun  surətinin 

yaradıldığı  “Topal  Teymur”  daxil  edilmişdir.  Cavid  yaşadığı 

cəmiyyətin,  mənsub  olduğu  soyun  və  bütövlükdə  insanlığın 

problemlərini əks etdirməyə can atdığı üçün onun mövzuca və 

qaldırılan problem baxımından heç biri digərini təkrarlamayan 

bu əsərlərində də dünyanın mahiyyətinə varılır, həyatın, xilqətin 

fəlsəfi dərkinə çalışılır.  Əsərlərin imlasına toxunulmayaraq, dil 

və üslubunun qorunmasına çalışılmışdır.  

(IV  kitab)  Hüseyn  Cavid  sənətimiz  tarixinə  əlvan,  romantik 

səhifələr 

yazmış  şair  və  dramaturqdur.

 

Azərbaycan 



ədəbiyyatında  mənzum  pyeslərin  yaradıcısı  olan  monumental-

romantik  sənətkarın  əsərləri  1920-30-cu  illərdə  səhnəmizin 

inkişafında  əvəzsiz  rol  oynamış,  neçə-neçə  faciə,  dram 



36 

 

aktyorumuz məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və 



estetik   konspesiyalarıyla “Cavid teatrı” hətta  Cavidin əsərləri 

səhnədə  oynanmadığı  dövrlərdə  belə  öz  təsir  gücünü  zərrəcə 

itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın “Əsərləri” nin  bu 

cildinə  “Knyaz”  (1928-1929)  və  “Səyavuş”  (1933)  mənzum 

faciələri  daxil  edilmişdir.  İnqilabi  mövzuda  yazılmış  “Knyaz”

 

dramının  ideyası  Gürcüstanda  sovet  quruluşunun  bərqərar 



olduğu  dövrdən  və  həmin  ərəfədə  baş  verən  hadisələrdən 

alınmışdır.  “Səyavuş”

 

mənzum  faciəsi  isə  fars-tacik  şairi 



Əbdülqasim Firdovsinin 1000 illik yubileyinə Hüseyn Cavidin 

hədiyyəsi idi. Faciədə qədim “Şahnamə” motivlərinə, çox geniş 

yayılmış  və  dəfələrlə  işlənmiş  “Səyavuş”  dastanına  tamamilə 

yeni,  müasir  mövqelərdən  yanaşan  Cavid  tarixi  keçmişdə  də 

daha çox milli istiqlalla bağlı motivlər axtarır.  

(V  kitab)

 

Ədəbiyyatımızın  ən  böyük  klassiklərindən  biri  kimi 



şöhrətlənmiş  Hüseyn  Cavid  qələmə  aldığı  faciələrdə  Şərq 

taleyinin  müxtəlif  ciddi  problemlərini  qaldırmış,  türkçülük 

ideyalarını  təbliğ  etmiş,  ümumbəşəri  məsələləri  yüksək 

humanizm mövqeyindən işıqlandırmışdır. “Əsərləri” nin  bu son 

cildinə sənətkarın “Xəyyam” (1935) və “İblisin intiqamı” (1936-

1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə 

pyesi  olan  “Xəyyam”  da  Cavid  Şərqin  qədim  və  ziddiyətli 

keçmişini  artıq  bir  şair-filosofun  timsalında  tərənnüm  edir. 

Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas sujet xəttini 

təşkil  edir.  Hüseyn  Cavidin  bütövlükdə  bədii  bioqrafiyasından 

qırmızı xətt kimi keçən İblis ideyası və obrazı öz qanunauyğun 

fəlsəfi-estetik  və  bədii  yekununu  dramaturqun  son  əsərində-

faşizm əleyhinə çevrilən, müharibə məfkurəsinin  təhlilinə həsr 

olunan  “İblisin  intiqamı”  nda  tapır.  Bu  cilddə  mütəfəkkir 

sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.  

     Hüseyn  Cavidin  növbəti  kitablarından  biri  də  “Hüseyn 

Cavid.  Dram  əsərləri.”  adlı  kitabıdır.  Hüseyn  Cavid  XX  əsr 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə