Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə7/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   2   3   4   5   6   7   8   9   10   ...   20

21 

 

müsəlmanlar,  müridlər,  möminlər  mühitində  hamıdan  ucada 



dayanan Sənan baxışlarda gürcü qızı Xumara olan sevgisindən 

sonra  yaranan  dəyişikliklərin  timsalında  bütövlükdə  insanın 

dəyişməsi  prosesi  dolğun  şəkildə  canlandırılır.  Bu  vaxtadək 

müqəddəs  məbədgahlara  və  ziyarətgahlara  səcdə  edən  Şeyx 

Sənan bundan sonra ülvi, uca eşqin böyüklüyünə inam bəsləyir. 

Şeyxin  timsalında  Cavid  eşq,  yoxsa  etiqad,  möminlik  və  ya 

gerçəklik  sualları  əsasında  qurduğu  süjet,  yaratdığı  dramatik 

münaqişə  vasitəsilə  insanın  həqiqət  axtarıcılığı,  məhəbbəti 

etiqad  səviyyəsinə  yüksəltmək  səyləri  ilə  ucala  biləcəyinin 

mümkünlüyünü  isbat  etmişdir.  Əsərdə  Sənanın  dilindən 

deyilmiş aşağıdakı misralar da bunu bir daha təsdiq edir: 

                     Kim ki, eşq atəşilə oldu hədər

                    Onu yandırmaz öylə atəşlər. 

                     Bəni öldürsələr də bən yaşarım, 

                     Tərk edib xəlqi xaliqə qoşarım. 

                     Əbədiyyət bənim məzarımdır, 

                     Çünki sultani-eşq yarımdır. 

                     Eşq üçün can nisan edən ərlər

                     Əbədi bir həyat içində gülər. 

          “Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının 

birinci  mərhələsi  başa  çatır.  Mövzusu  Türkiyə  həyatından 

alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli 

mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirmişdir. 

      Sovet  hakimiyyəti  illərində  yazılmış  “Afət”  (1922) 

faciəsində kübar cəmiyyətinin meşşan əxlaqının mənəvi puçluğu 

açılıb  göstərilmişdir.  Afətin  doktor  Qaratayın  yalan  vədlərinə 

aldanaraq,  kobud,  qaba  mənəviyyatca  kasıb  olan  əri  Özdəmiri 

öldürməsi,  daha  sonra  isə  özünü  məhv  etməsi  həmin  dairənin 

faciəsi kimi ümumiləşdirilir. 

     Hüseyn  Cavidin  təkcə  yaradıcılığında  yox,  həm  də  şəxsi 

taleyində  “Peyğəmbər”  və  “Topal  Teymur”  dramlarının 



22 

 

özünəməxsus yeri vardır. Əvvəla, hər iki əsərdə Cavid ilk dəfə 



idi ki, tarixi şəxsiyyətə və tarixdən alınmış hadisələrə müraciət 

etmişdi.  Ikincisi  isə  böyük  ədib  tarixi  mövzuya  müasir 

mövqedən yanaşmışdı ki, bu da dövrün ədəbi tənqidi tərəfindən 

bir  çox  hallarda  mövcud  cəmiyyətlə  bağlı  yozulduğundan 

Hüseyn Cavid üçün müəyyən çətinliklərə səbəb olmuşdu. Cavid 

əfəndi  həm  də  Teymurləng  kimi  bir  fatehi  və  Məhəmməd 

peyğəmbəri  ideallaşdırmaqda  günahlandırılmışdı.  Əslində  isə 

dramaturqun məqsədi “Topal Teymur” əsərində tiranlığı tənqid 

etməkdən, “Peyğəmbər”də isə insanın müqəddəslik mərtəbəsinə 

yüksələ  bilməsindən  bəhs  edirdi.  Hər  iki  əsərdə  dramatik 

vasitələrlə yanaşı, təsvirə, təhkiyəyə də müəyyən yer verilmişdir 

ki,  bu  da  həmin  bədii  nümunələrin  səhnəyə  çıxarılmasını 

çətinləşdirir.  “Peyğəmbər”  dramı  isə  bütövlükdə  səhnə  üçün 

nəzərdə tutulmamışdır. 

        “Knyaz” dramında (1929) Cavid müasirliyə daha yaxın idi: 

Bu  baxımdan  “Knyaz”  faciəsi  Cavidin  yaradıcılığındakı  yeni 

əhvali-ruhiyyəni əks etdirən əsər kimi ciddi maraq doğurur. Xoş 

güzəran  keçirən  Knyazın  zorla  özünə  arvad  etdiyi  kəndli  qızı 

Casmenin  onların  qapısında  qulluqçuluq  edən  Marqonun  oğlu 

bolşevik Antonu seçməsi və keşməkeşli hadisələrdən sonra ona 

qovuşması  Cavidin  yaradıcılığında  möhkəm  yer  tutan  azad 

sevginin və pak mənəviyyatm təntənəsi motivinin yeni şəraitdə 

canlandırılmasına xidmət etmişdir. Dramaturq gurlayan inqilab 

dalğalarından  xoflanıb  Avropaya  qaçan  knyazın  və  onun 

ailəsinin faciəsini də məharətlə ümumiləşdirmişdir. 

    Görkəmli İran şairi Əbülqasım Firdovsinin anadan olmasının 

min  illik  yubileyi  münasibətilə  keçirilən  müsabiqədə  iştirak 

edən  Hüseyn  Cavid  1932-ci  ildə  “Səyavuş”  faciəsini  yazıb 

tamamlamışdır.  Əsər  Firdovsinin  “Şahnamə”  dastanının 

motivləri  əsasında  qələmə  alınmışdır.  Lakin  Cavid  böyük 

Firdovsini 

təkrar 


etməmiş, 

İran-Turan  qarşıdurmasının 




23 

 

təsvirindən  yaranmış  “Şahnamə”  dən  fərqli  olaraq  insanların, 



münasibətlərin  yaxınlaşdırılması  yollarındakı  maneələrin 

aradan qaldırlmasından söz açmışdı. 

          “Xəyyam”  dramında  Cavid  böyük  şair  və  mütəfəkkir 

Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir 

romantik qəhrəmanı canlandırmışdır. Xəyyam ayıq şübhələri və 

həyat  eşqi  Cavidə  sənətkar  və  cəmiyyət  probleminə 

münasibətini  ifadə  etmək  üçün  münasib  şərait  yaratmışdır. 

Böyük  türk  hökmdarı  Alp  Arslanm  və  onun  oğlu  Məlikşahm 

elmi-ədəbi  fəaliyyət  üçün  yaratdığı  münbit  mühitin  Xəyyam 

kimi  sənətkarlar  yetişdirə  biləcəyini  vurğulayan  müəllif  sanki 

məntiqi mənada yeni qurulmuş sovet dövrlərində bütün bunları 

tapa bilmədiyini vurğulamışdı. Qanlı-qadalı repressiya rejiminin 

başlanması ərəfəsində irəli sürülən bu ideya xeyirlə şərin əzəli-

əbədi mübarizəsinin yeni şəraitdəki əks-sədası kimi səslənirdi. 

    Azərbaycan teatrlarında Hüseyn Cavidin dram əsərləri böyük 

müvəffəqiyyətlə  tamaşaya  qoyulmuşdur.  Respublikamızda 

özünəməxsus prinsiplərə malik Cavid teatrı mövcuddur. Cavidin 

romantik  mənzum  dramaturgiyası  milli  mədəniyyətimizin 

inkişafına  böyük  töhfə  vermişdir.  Rejissorların,  aktyorların 

bütöv bir nəsli Cavid teatrı əsasında yetişib formalaşmışdır. 



Tədbirin sonunda Hüseyn Cavidin əsərlərindən səhnələr verilir:   

        Böyük şair Hüseyn Cavidin yubileyi ilə bağlı kitabxanada 

keçirilən  tədbirlərdən  biri  də  “Əsrin  şairi”  adlı  “dəyirmi 

masadır” dır. Dəyirmi masa yuxarı sinif şagirdləri və ali məktəb 

tələbələri  arasdında  keçirilə  bilər.  Tədbirdə  ədəbiyyat 

müəllimləri,  H.Cavidin  yaradıcılığı  ilə  yaxından  tanış  olan 

tədqiqatçılar,  alimlər  və  dramaturqun  yaradıcılığını  sevən  

oxucular  dəvət  olunur.  Kitabxanaçı  dəyirmi  masa  keçirərkən 

oxuculara  dahi  mütəfəkkür  şairin  özü  və  əsərləri    haqqında 

məlumat verir: 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə