Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə5/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   2   3   4   5   6   7   8   9   ...   20

15 

 

                 Bu keşakeşdə möhtəşəm, məğrur, 



                 Qoca, səksən yaşında bir sima

                 Uca bir dağ möhnətilə vüqur, 

                 Qoca bir türk edib namazı əda. 

                 Vird oxur, Həqqa eylər ərzi-niyaz

                 Bəlkə dağ sarsılar, o sarsılmaz. 

 

       Hüseyn  Cavidin  yaradıcılığında  poema  janrının  da 



özünəməxsus  yeri  vardır.  Şair  ilk  poemalarını  hələ  XX  əsrin 

əvvəllərində qələmə almışdır. Cavidin ilk poemaları əsasən lirik-

romantik,  yaxud  romantik-fəlsəfi  əsərlərdən  ibarətdir.  Bu 

poemaların  əksəriyyətində  süjet  əlamətləri  və  obrazlar  yox 

dərəcəsindədir.  Həmin  qəbildən  olan  poemalar  sanki  Hüseyn 

Cavidin lirik-romantik monoloqlarmdan yoğrulmuşdur. Həyata 

və 

insanlara  romantik  münasibət,  bədii  və  fəlsəfi 



ümumiləşdirmələr  bu  poemaların  əsas  qayəsini  müəyyən  edir. 

“Bir  ahi-məzlumanə”  (1907),  “İştə  bir  divanədən  bir  xatirə” 

(1912), “Hübuti-Adəm” (1913) poemalarında epik təsvirlərdən 

qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapmışdır. Yalnız 

“Hübuti-Adəm”  poemasmda  Adəm  peyğəmbərlə  Həvvanın 

münasibətlərindən  alınmış  bir  məqamın  təsviri  şairə  nəfsin 

fəlakətləri  ətrafmda  poetik  mülahizələr  irəli  sürməyə  imkan 

vermişdir.  “Bir  ahi-məzlumanə”  poeması  “küncü-möhnətdə” 

bəlaya düçar edilmiş, “ayaq altında paymal olmuş” Vətənin acı 

halına  dərin  təəssüf  hisləri  mənalandırılmış,  qeyrət  etməyə, 

himmət göstərməyə çağırış motivləri ifadə olunmuşdur. 

Hüseyn  Cavidin  yaradıcılığında  ideya-sənətkarlıq 

baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 

1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, 

nəhayət, 1928-ci ildə tamamlamışdır. 

“Azər” poeması Hüseyn Cavidin Qərbə və Şərqə, eyni zamanda 

Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə 



16 

 

ifadə  edən  mükəmməl  sənət  əsəridir.  Azərin  Qərb  və  Şərq 



ölkələrinə  səyahətləri  yeni  tarixi  mərhələdə  dünya  gedişatını 

öyrənmək, inkişafa ən məqbul yolunu seçmək məqsədini izləyir. 

Poemada  həmin  ölkələrin  fərqli  xüsusiyyətləri  haqqındakı 

düşüncələr  Azərin  simasında  dünyanı,  sivilizasiyaları  sintez 

etmək meylinin ifadəsindən ibarətdir: 

 

              Şərq elləri irişilməz “xəyal” için yaşarkən



              Qərb aləmi az da olsa həqiqətdən xoşlanar. 

              Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən, 

              Onlar yeni bir silah kəşfini səadət sanır. 

              Şərq uğraşır yalnız “ölməyim” deyə, 

              Qərb elləri maildir öldürməyə. 

              Ya o, ya bu qoşar durar hər bir dilək peşində

              Məqsəd ancaq yarışı yok, bir həyatı xoş bulmaq. 

              Şərqə görə o diyarda azad ikən düşüncə, 

              Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtarmaq. 

 

        Əsərin  əsas  qəhrəmanı  Azər  Cavidin  əksər  dramatik 



qəhrəmanlarından  fərqli  olaraq  tarixdən  deyil,  real  həyatdan 

alınmış bir bədii obrazdır. Azər şairin müasiri, daha çox isə onun 

özünün  proobrazıdır.  Azərin  yaşadığı  mühitə,  üzvü  olduğu 

cəmiyyətə,  Qərbə  və  Şərqə  baxışları  müəllifin  şəxsi 

qənaətlərinin və düşüncələrinin ifadəsidir. Poemanın böyük bir 

hissəsində  Azərin  Almaniyaya  səfərindən  söz  açılması,  əsərin 

bir  çox  bölmələrinin  Berlində  yazılması  ilə  Hüseyn  Cavidin 

Almaniyaya  gedib  orada  müalicə  olunmasının  səsləşməsi  də 

obrazla müəllifin baxışları arasında möhkəm bağlılıq olduğunu 

aydınlaşdırır.  Bütövlükdə  Azər  həyata  və  cəmiyyətə  yeni 

nəzərlərlə  baxan,  dünyada  gedən  prosesləri  obyektiv  dərk  və 

təhlil  etmək  qabiliyyətinə  malik  olan  yeni  tipli  bədii  obrazdır. 

Mənsub  olduğu  xalqı  və  ölkəni  mədəni  millətlərin  cərgəsində 



17 

 

görmək arzusu onun səciyyəvi cəhətidir. Azərin Qərbə və Şərqə 



səfərləri  sadəcə  səyahət,  gəzinti,  əyləncə  olmayıb,  dünyanı 

öyrənib  məmləkətini  və  millətini  irəli  aparmaq  niyyətlərinin 

ifadəsidir. 

      Poemada  Hüseyn  Cavid  Azərbaycanda  qurulmuş  yeni 

cəmiyyətə  münasibətini  də  ifadə  etmişdir.  Əsərin  “Səlmanın 

səsi”,  “İnqilab  xırsızı”,  “İsyan”  bölmələrində  yeni  cəmiyyətin 

bədii  dərki  məsələləri  ön  mövqedə  dayanır.  Hiss  olunur  ki, 

Cavid  imkan  olduqca  yeni  cəmiyyətə  yaxşı  tərəfdən  baxmaq 

meylindən  çıxış  edir.  Səlmanm  dilindən  deyilən  “hər  gülşənə 

vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud 

“Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin 

həmin  meylinin  əks-sədasıdır.  Bununla  belə,  Cavid  bu 

cəmiyyətin mövcud ziddiyyətlərdən xilas olmasının zəruriliyini 

də  qabarıq  şəkildə  nəzərə  çarpdırmışdır.  Poemanm  “İnqilab 

xırsızı”  bölməsində  “inqilab  kürkünə  girmiş”  Şura  sədrinin 

törətdiyi  özbaşınalıqların  təsviri  ilə  şair  yeni  qurulmuş 

cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə çəkmişdir. Cavid 

Şura sədrinin alova bürünmüş evini göstərməklə geniş mənada 

yeni quruluşun yaşamasının mümkünsüz hala düşdüyünü ifadə 

etmək istəmişdir. Poemadakı kənd Şura sədrinə aid edilən “balıq 

başdan  qoxarmış”  qənaəti  də,  heç  şübhəsiz,  bütövlükdə  o 

cəmiyyətin ən yuxarı təbəqələrinin çürüklüyünə, mənəvi-siyasi 

iflasa  məruz  qaldığına  açıq  işarədir.  Hətta  poemanın  epiloqu 

kimi  düşünülmüş  “İsyan”  bölməsində  ifadə  olunan  aşağıdakı 

misralar da sadəcə yeni quruluşun təsdiqi mənasında deyil, daha 

çox  çağdaş  gəncliyin  quracağı  böyük  gələcəyin,  müstəqil 

ölkənin dəstəklənməsi kimi başa düşmək, mənalandırmaq lazım 

gəlir: 


 

 

 




Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə