Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə6/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   2   3   4   5   6   7   8   9   ...   20

18 

 

              Bu gün gəncliyə baksan



              Bir sel kimi hər an 

              Sağlam, yeni məfkurələr izlər. 

                Bizlər? 

             ...Bizlər yeniləşsək belə, daim, 

              Bir əskilik az-çox bizə hakim... 

               ...Onlar qoşacaq, çırpışacaqlar, 

              Bir çox üçürümlar aşacaqlar. 

              Lazımsa cəhalətlə güləşmək, 

             Bir çarə var: ancaq yeniləşmək! 

             Onlardakı himmət və mətanət 

             Qırmaclayacaq Şərqi nihayət. 

             Onlardakı qüdrət və məharət

             Er-gec vercək xalqa səadət. 

           ...Onlar güləcək güldürəcəklər, 

           Bizdən daha xoş gün görəcəklər! 

Janr  etibarilə  “Azər”  lirik-epik  poemadır.  Əsərdə  dramatik 

ünsürlərdən də istifadə olunmuşdur. Poetik vüsətinə görə “Azər” 

poeması dastan təsiri də bağışlayır. Hüseyn Cavidin poemaları 

Azərbaycan 

ədəbiyyatında 

romantik-fəlsəfi 

poemanın 

inkişafında  mühüm  rol  oynamışdır.  Hüseyn  Cavidi  ədəbiyyat 

tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran 

dram 

əsərləridir.  O,  Azərbaycan  romantik  mənzum 



dramaturgiyasının  görkəmli  yaradıcısı  və  banisidir.  Ədibin  ilk 

dram  əsəri  olan  “Ana”  mənzum  faciəsinin  (1910)  mövzusu 

Dağıstan  həyatından  alınmışdır.  Əsərin  əsas  qəhrəmanı  olan 

qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni 

tipli Ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan 

oğlu  Qanpoladla  bu  qıza  könül  salan  Orxan  arasında  rəqabət 

vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır 

və  Orxanın  cah-cəlalını  rədd  edir.  Orxan  dostu  Muradın 

vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq 



19 

 

üçün  kimliyini  bilmədən  Səlma  xanımın  -  Ananın  evində 



sığınmaq  istəyir.  Ana  oğlunun  qatilini  tanısa  da,  dərin  daxili 

sarsıntılarına,  mənəvi  iztirablarına,  qəzəbinə  qalib  gəlməyi 

bacarır. “Namərd qonağı” evindən uzaqlaşdımaqla cəzalandıran 

Ana  bu  acı,  qanlı  taleyin  səbəbini  Allahın  qisməti  ilə 

əlaqələndirir: 

                  Get, namərd qonaq, get! Alçaq mültəci! 

                  Get, miskin hərif, get! Cəllad, yırtıcı! 

                  Get, vicdansız kəndini qurtar, yaşa! 

                  Ancaq vicdansızları bəslər dünya! 

                  Get, gözüm görməsin! Uzaqlaş, dəf ol! 

                  Nə haqsızlıq etdinsə Allahdan bul! 

                  Get, çəkil get! Dinsiz, Allahsız xain! 

                  Murdar izin bu torpaqdan silinsin! 

 Övladının  qatilini  bağışlamağı  bacaran  Səlma  surəti  dünya 

ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır. 

Cavidin “Maral” və “Şeyda” pyesləri nəsrlə yazılmışdır. 

Hər  iki  əsərdə  şeir  parçalarından,  lirik  elementlərdən  istifadə 

olunmuşdur. Ailə-məişət planında qələmə alınmış “Maral” pyesi 

(1912) pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks 

etdirir. Yaşca çox kiçik olan Maralı altun gücünə özünə arvad 

etmiş  Turxanbəy  üçün  dünyanm  bütün  səadəti  yalnız  para  ilə 

bağlıdır.  Muasiri  Nadirbəyin  mənəviyyat,  tərbiyə,  sağlam 

düşüncə haqqındakı fikirlərini o, yad baxışlar kimi qəbul edir. 

Əsərdəki  Nadirbəy-Turxanbəy  xətti  cəmiyyətdə  yenilik  və 

köhnəlik arasında gedən proseslərin çətinliklərini bütün təbiiliyi 

ilə  təqdim  edir.  Atası  Turxanbəyə  əks  mövqedə  dayanan, 

məhəbbəti,  sədaqəti  hər  şeydən  uca  tutan  oğlu  Cəmilin  saf 

romantik  düşüncələri  ilə  müqayisədə  də  sərvət  əsiri  olan 

Turxanbəy  miskin  görünür.  Ər  evində  özünü  dustaq  sayan, 

sərvət içində nisgilli tale yaşayan Maralın ərinin gənc qohumu 

Arslanbəyə olan təmiz sevgisi də ona səadət deyil, fəlakət gətirir. 



20 

 

Arslanbəyə  olan  münasibətindən  xəbər  tutan  Turxanbəyin 



Maralı vəhşicəsinə öldürməsi həmin cəmiyyətdə azad sevgiyə, 

saf  mənəviyyata  yer  olmadığı  fikrini  əsaslandırmağa  xidmət 

edir.  Lakin  Cavid  Cəmillə  Humay  arasındakı  qarşılıqlı 

məhəbbətə rəğbətini ifadə etməklə  yeniliyin köhnəlik üzərində 

qələbə çalacağına ümid və inam duyğuları aşılaya bilir. 

     Bakı mətbəə işçilərinin həyatından bəhs edən “Şeyda” (1916) 

pyesində  çətin,  ağır  həyat  tərzinin  və  azadlıq  düşüncəsinin 

təqdimi ön mövqeyə çəkilmişdir. Digər dram əsərlərindən fərqli 

olaraq  Cavid  bu  əsərdə  realist,  həyati  məsələlərə  geniş  yer 

ayırmışdır.  Pyesin  ilk  səhnələrində  mətbəə  işçisi  Şeydanın 

azadlıq  arzusu  ilə  çıxış  etməsi,  fəhlələrə  öz  hüquqlarını  başa 

salması  dramaturqun  ictimai  mübarizəsinin  vəziyyəti  və 

vəzifələri haqqındakı qənaətlərini ifadə etməsinə şərait yaradır. 

İnqilab ruhlu marşları fəhlələr tərəfindən oxunduğu üçün işdən 

qovulan,  həbs  edilən  Şeydanın  ruh  düşgünlüyünə  qapılması, 

dərvişvari  həyat  keçirməsi  mübarizənin  axıra  çatdırılmasına 

imkan  verməyən  faktor  kimi  dəyərləndirilir.  Başına  min  bir 

müsibətlər  gətirilən,  qardaşı  vərəm  xəstəliyindən  ölən,  ağır  iş 

şəraitində qolunun birini itirən, əslində meydanda tək qalan Qara 

Musanm  intiqam  hisləri  də  cəmiyyəti  irəliyə  apara  bilmir. 

Bütövlükdə  “Şeyda”  pyesi  üsyankar  çıxışlar  etməsinə 

baxmayaraq,  real  mübarizə  yollarını  tapa  bilməyən  insanların 

faciəsini ümumiləşdirir. 

      Hüseyn  Cavidin  “Şeyx  Sənan”  mənzum  faciəsi  geniş 

mənada Azərbaycan dramaturgiyasının şah əsərlərindən biridir. 

Bu əsər Cavidin romantik dramlarının zirvəsində dayanır. “Şeyx 

Sənan”  mənzum  faciəsi  (1914)  dini-əfsanəvi  şəxsiyyət  olan 

Sənanın  məhəbbət  macərası  əsasında  insanm  mənəvi  ucalığı 

haqqında yazılmış dramatik üvertura təsiri bağışlayır. Cavid bu 

əsərində  əsl  eşqin  dini  etiqad  üzərindəki  təntənəsini,  bütün 

buxovları  dağıtmaq  qüdrətini  nümayiş  etdirmişdir.  Pyesdə 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə