Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə8/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

24 

 

Kitabxanaçı: Azərbaycanın dünyaya bəxş etdiyi dahilər çoxdur. 

Onların arasında Hüseyn Cavidin özünəməxsus və əlçatmaz yeri 

var.  Bir  çox  dahilərimiz  kimi,  Hüseyn  Cavidin  taleyi  də 

məşəqqətli və əzablı bir tale olub. Amma o əyilməyib, sınmayıb, 

əqidəsindən dönməyib. Bu baxımdan müdrik Sokratla Cavidin 

taleləri  arasında  çox  qəribə  bir  oxşarlıq  var.  Hər  ikisinin 

insanlara yaşadıqları dövrün ədalətsizlik və eybəcərliklərindən, 

rəzilliklərindən  qurtarmaq  yollarını  sözlə  göstərmək  arzuları 

onların həqiqi mənada şəhid olmalarına gətirib çıxardı.  

                      Cavidin dilində söz aliləşdi,  

                      Ali sözlər ilə dil aliləşdi. 

                      Dilinin yolunda canından keçdi, 

                     Dilin şəhidinə sayğılar sonsuz. 



                                                         

Vaqif Abbasov 

         Çox təəssüf ki, XX əsrin ədəbiyyatşünasları 1930-1950-ci 

illərdə Cavid zirvəsini görmək, etiraf etmək istəmədilər. Keçən 

əsrin 60-cı illərində Cavidin adı məktəb proqramlarında da yox 

idi. Amma zamanı çatanda tarix hər şeyi öz yerinə qaytarır, sanki 

özünün hər şeyi yaşanmış ədalətsiz bir dövrü üçün bəşəriyyətdən 

üzrxahlıq  diləyir.  Hər    halda,  qoca  tarixin  zaman-zaman 

təkrarlanan  bu  “səhvi”  “sivil”  dünyanı  düşündürməli, 

qədirbilməzlikdən,  qəddarlıqdan,  müqəddəs  insanlar  olan  dahi 

və  müdrik  söz  sahiblərinə  qarşı,  hətta  eyhamlardan  da 

çəkindirmək  üçün  bir dərs olmalıdır. Acı, ağır, amma həqiqətə 

söykənən Böyük Tarix Dərsi!  



I məruzəçi:    Bildiyimiz kimi      Azərbaycan tarixinin  XIX-XX 

əsrləri  çox  mürəkkəb  dövrdür.  Bu  dövrdə  dünya  miqyasında 

içtimai-siyasi fikir toqquşmaları baş vermiş, epoxalar, içtimai-

iqtisadi  formasiyalar  bir-birini  əvəzləmiş  və  bütün  bunlar 

nəhəng  qanlı  inqilablarla  müşayiət  olunmuşdur.  Dünyada  baş 

verən  bu  hadisələr  dünyanın  əhəmiyyətli  parçası  olan 

Azərbaycandan  da  yan  ötməmiş,  bütün  bu  mübarizələr 



25 

 

xalqımızın  tarixində də  özünə  yer  almışdır.  Ədəbi-fəlsəfi  fikir 



tariximizə    diqqət  yetirdikdə  görürük  ki,  Əlibəy  Hüseynzadə, 

Mirzə  Cəlil,  Sabir,  Əhməd  bəy  Ağaoğlu,  Əlimərdan  bəy 

Topçubaşov,  o  cümlədən  Hüseyn  Cavid  və  başqaları  müxtəlif 

ədəbi, siyasi, məfkurəvi cərəyanları təmsil etmişlər. Vaxtılə fikir 

meydanlarında qarşı-qarşıya bu nəhənglərin qoyub getdiyi irsə 

bu gün nəzər saldıqda aydın şəkildə görürük ki, həmin dövrün 

adları  çəkilən  və  çəkilməyən  nümayəndələri  bütün  varlığı  ilə 

Azərbaycan  xalqına  bağlı  olmuş,  xalqımızın  xoş  gələcəyi 

uğrunda  çarpışmışlar.  Hüseyn  Cavid  haqqında  çox  yazılıb. 

Tədqiqatçılarımız  onun  poeziyasının  dərinliklərinə  baş  vurub, 

professor Kamran Əliyevin təbiri ilə desək, “Cavid möcüzəsi” 

nin  sirlərini  açmağa  çalışıblar.  Maraqlıdır  ki,  bu  poeziyanın 

cazibəsi  onun  sirlərinə  vaqif  olduqca  azalmaq  əvəzinə,  öz 

cazibədarlığını daha da artırır. Biz ona görə də belə hesab edirik 

ki, “Cavid möcüzəsi”  tədqiqatçılarımızı hələ bundan sonra daha 

çox  düşündürəcək  və  bu  barədə  çoxlu  araşdırmalar  meydana 

gələcəkdir.  XX  əsr  Azərbaycan  ədəbiyyatının  zirvəsində 

dayanan Hüseyn Cavid ədəbi-bədii-estetik fikir tariximizdə adı 

qızıl hərflərlə yazılan, sözlə möhtəşəm abidə yaradanlardandır. 

Yaşadığı üç ölkədə şahidi olduğu hadisələrin ümumiləşmiş bədii 

əksini romantik şəkildə yaradan sənətkar az müddət içərisində 

şöhrətin ən yüksək zirvəsinə çatdı. Əsərləri tamaşaya qoyuldu, 

dillər  əzbəri  oldu.  1910-cu  ildə  yazdığı  birpərdəli  “Ana” 

dramının məramı “Mənim tanrım gözəllikdir, sevgidir” ideyası 

ilə  səsləşir.  Oğlunun  qatilini  lənətləyən  ana  düşmənini  sağ 

buraxır, onu  xilas olmasına kömək edir. Çünki ana qəlbi sevgi 

və  mərhəmətlə  doludur.  Övlad  itkisindən  nə  qədər  sarsılsa  da, 

intiqamı  taleyin  ixtiyarına  buraxır,  zamana  öz  böyük  ürəyinin 

hökmü ilə meydan oxuyur.  

 



26 

 

II  məruzəçi:    Dünya  yaranandan  üzü  bu  yana  Xeyirlə  Şərin  

mübarizəsi, dövrün diqtəsi ilə fəlakətlərin böyüyüb ümumbəşəri 

faciəyə çevrilməsi Cavid əsərlərinin mərkəzində durur. “Maral”, 

“Şeyx Sənan”, “Afət”,  “Şeyda”, “İblis”, “Peyğəmbər”, “Topal 

Temur”, “Səyavuş”, “Knyaz”,“Xəyyam” kimi əsərlərində böyük 

eşq,  amallarla  yaşayan  insanların  fəlakətləri  göstərilir.  Bu 

fəlakətlərin səbəbkarı “İblis” adı ilə damğalanır. “Şeyx Sənan” 

əsərinin  qəhrəmanı  Şeyx  Sənan  başqa  bir  dindən  olan  qadına 

vurulur. Bir vaxt mənsub olduğu dinin ehkamlarına qul olmasına 

baxmayaraq,  məhəbbəti  yolunda  haram  buyurulan  donuzları 

otarmağa  belə  razı  olur.  Cəmiyyət,  insanlar  önündə  misgin 

görünən qəhrəman fədai bir aşiqə çevrilir və bu yolda canını fəda 

edir.  “Topal  Temur”  əsərində  də  qardaş  qırğını  törədən 

bəşəriyyətə  düşmən  kəsilənlərə  Cavid  dərs  verməyə  çalışır. 

Dramın sonunda Teymurun öz dili ilə “Cahangirləri” ifşa edir. 

“Əgər  dünyanın  zərrə  qədər  dəyəri  olsaydı  yığın-yığın  

insanlara,  ucu-bucağı  yox  məmləkətlərə  sənin  kimi  bir  kor, 

mənim  kimi  bir  topal  müsəllət  olmazdı”-deyir.

 

Hüseyn  Cavid 



keçdiyi  həyat  yolu,  təhsili,  gördükləri,  təhsil  aldığı  insanların 

həyata  baxışı  onun  düşünmə  tərzinin,  həyata  münasibətinin 

formalaşmasında  mühüm  rol  olmuşdur.  Üstəlik  dəyişən, 

dəyişdirilən, yeni dünya, böyük dövlətlərin maraqları, iblisləşən 

zaman  ona  “İblis”  əsərini  yazırdı.  Haqq-ədalət  axtaran, 

humanizm  tərəfdadı  olan  insanlar  fəlakət  törədənlərə  qarşı 

mübarizə apararkən hər biri çevrilib qatil olurlar. Belə məqamda 

da İblis peyda olur. Sonra onun monoloqu həmin dövrü bütün 

dəhşət və vəhşəti ilə çox aydın şəkildə ifadə edir. Həmin dövrdə 

Avropa  və  Asiyada  inkişaf  edən  dövlətlərin  maraqları 

toqquşurdu. Avropa Türkiyə kimi qədim dövləti yer üzərindən 

silmək  istəyirdi.  Rusiya  dünyanı  işğal  etmək  istəyirdi.  Şərq 

ölkələri  bir-biri  ilə  düşmən  vəziyyətdə  idi.  İnsan  və  insan 

həyatından ucuz daha hec nə yox idi.  




Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə