Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə4/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   2   3   4   5   6   7   8   9   ...   20

12 

 

Kitabxanaçı:  Hüseyn  Cavidin  poeziyası  onun  romantik 



şeirlərindən  və  poemalarından  ibarətdir.  İdealla  varlıq 

arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən 

xəyallardan  yaranan  lirik-fəlsəfi  düşüncələr  Cavid  şeirinin 

başlıca  məzmununu  təyin  edir.  Şairin  lirik  “mən”  i  qayğılı, 

narahat  düşüncələr  və  zəngin  xəyallarla  yaşayan  filosof 

xarakterli aşiqdir: 

                Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur, 

               Yaşarsa bir könül, az-çox xəyal içində yaşar. 

H.Cavid  bədii  yaradıcılığa  klassik  lirika  üslubunda  yazılmış 

qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki 

şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir. Lakin belə 

ifadələr  əsasən  lirikada  əsrlərdən  bəri  qanuniləşən  “qəmi-

hicran”,  “zülfü-yar”, “əhli-dərd”,  “zənciri-zülf”,  kimi  anlaşıqlı 

təsvir vasitələrindən ibarətdir: 

                   Məndən fələk ayırdı vəfapişə yarımı, 

                   Tar etdi zülfi-yar kimi ruzigarımı. 

                    Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, 

                    Hicri-nigar əlimdən alıb ixtiyarımı. 

                    Bir əhli-dərd yoxdu bu viranə şəhərdə

                    Tainki şərh edəm ona mən qəlbi-zarımı. 

                     Hər kəs ki, Salika, çəkib eşqin bəlasını- 

                     Mən eyləməz görəndə mənim ah-zarımı. 

       Sonrakı  illərdə  İstanbulda  təhsil  alması,  türk  poeziyasını 

dərindən öyrənməsi onun şeir dilində Anadolu şivəsinə məxsus 

ifadələrin  fəallığını  bir  qədər  artırmışdır.  Şairin  təhsil  illəri 

zamanı qələmə aldığı “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah 

yalnız sən” və s. şeirləri də və 1913-cü ildə Tiflisdə nəşr olunan 

“Keçmiş  günlər”  şeir  kitabında  toplanan  digər  nümunələrdə 

Anadolu  şivəsinin  müəyyən  əlamətləri  nəzərə  çarpır.  Lakin 

İstanbul  mühitindən  ayrıldıqdan  sonra  şairin  əsərlərində 




13 

 

Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, 



davamlı bir prosesdən sonra təxminən aradan qalxmışdır. 

H.Cavidin  şeir  yaradıcılığının  ilk  mərhələsində  janr 

baxımından ənənəvi  iki  üslubluluq özünü göstərir. Şair həmin 

illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq 

şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu 

olan  “Get”,  “Könlümü”  rədifli  şeirlər,  habelə  “Hər  yer  səfalı, 

nəşəli”  şeiri  qəzəl  formasında,  “Xuraman-Xuraman”  şeiri  isə 

qoşma  formasındadır.  “Rəqs”,  “Uyuyur”  və  s.  şeirlərdə 

müxəmməs  və  müsəddəslərin  müəyyən  əlamətləri  müşahidə 

olunur.  Bədii  yaradıcılığın  başlanğıc  mərhələsinə  xas  olan 

həmin  cəhət  sənətkarın  fərdi  üslub  axtarışları  dövrü  üçün 

səciyyəvi  hal  hesab  oluna  bilər.  Çünki  elə  ilk  yaradıcılıq 

mərhələsinin  özündə  də  Cavidin  yeni  formalı  şeirlər  yazdığını 

asanlıqla  müşahidə  etmək  mümkündür.  Türkiyədə  təhsil 

illərində yazılan “Yadi mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin 

quruluşunda  müəyyən  orijinallıq  vardır.  Bu  şeirlər  hər  iki 

üslubun-klassik  lirika  və  xalq-aşıq  lirikası  üslublarının 

qovuşuğundan  yaranmışdır.  Xalq-aşıq  poeziyasında  olduğu 

kimi,  şeirlər  bəndlərdən  ibarətdir.  Lakin  bəndlərin  arasında 

klassik  lirikadakı  beytlərə  bənzər  cüt  misralar  verilmişdir. 

Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi 

formasmda qafiyələndirilmişdir: 

                    Ey Vətən! Ey könül pərəstarı! 

                    Yar ümidim, qüsura bakmayasan. 

                    Bizə tərcih edib də əğyarı, 

                    Burakıb nari-hicrə yıkmayasan. 

                    Səni bu hala saldı qəflətimiz, 

                    Daha əhv et! Yetər nədamətimiz. 

     

 



14 

 

Sonrakı  dövrlərdə  Cavidin  yaradıcılığında  belə  orijinal 



quruluşlu şeirlərin sayı  getdikcə çoxalmışdır. “Otuz yaşımda”, 

“Bir  rəsm  qarşısında”,  “Dəniz  tamaşası”  şeirlərində  dördlük 

bəndlər  mənanı  qüvvətləndirən  və  tamamlayan  beytlərlə 

növbələşmişdir.  Beləliklə,  poetik  forma  axtarışları  H.Cavidin 

janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnmişdir. Hətta 

bir  sıra  janrları,  xüsusən  sonet,  türkü  və  marşları  Azərbaycan 

şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. Şairin “Mən istərim 

ki”,  “Çəkinmə,  gül”  şeirləri  Avropada  geniş  yayılmış  italyan 

soneti  formasında  qələmə  alınmışdır.    H.Cavid  şeirlərini  həm 

əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı 

münasibət  bəsləyən  şair  onlara  əsaslı  keyfiyyət  dəyişiklikləri 

gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, 

rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla 

bərabər,  həm  də  həzəc  bəhrinin  yeni  bir  növünü  yaratmağa 

müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü “Cavid həzəci” 

adlandırırlar.    Əsrin  əvvəllərində  əruzdan  hecaya  keçmək  də 

şeirdə yeni üslub axtarıcılığından irəli gəlirdi. Heca vəznli şeirə 

üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı 

poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX 

əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli 

şeirlər yazmağa müvəffəq olmuşdur. 

Orijinal  təşbeh  və  metaforalar,  epitet  və  təkrirlər, 

monoloq  və  dialoqlar  Cavidin  şeirlərində  fikrin,  mənanın 

qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edir. Cavidin 

şeirlərində təşbeh yaratmaq üçün təbiət hadisələrilə insan həyatı 

müqayisə  olunur.  Şair  Qara  dəniz  sahillərində  təsvir  etdiyi 

səksən yaşlı qocanın məğrurluğunu canlandırmaq məqsədilə onu 

“ulu  bir  dağ”a  bənzədir,  bədii  obrazın  dolğun  poetik  rəsmini 

çəkir: 

 

 




Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə