Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə3/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

 

Onun  “Azərbaycan  kapriççosu”  parlaq,  milli  ruhda  bir  əsər 



olub,  özünəməxsus  təzadlı  lövhələrdən  qurulmuşdur.  Çox 

melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən bu əsər 

yüksək  dərəcədə  zövqlü  orkestr  palitrası  ilə  fərqlənir. 

“Kapriçço”nun  mərkəzi  mövzusu  geniş,  möhtəşəm  xarakterli 

olub  rast  ladında  səslənir.  Bu  mövzu  Azərbaycanın  təbiət 

gözəlliklərini tərənnüm edir. 

Bəstəkarın  böyük  istedad  və  yüksək  professionalıqla  qələmə 

aldığı  əsərlərdən  biri  də  “Sevil”  operasıdır.  “Sevil”  operası 

bəstəkarın səhnə əsərləri üçün bəstələdiyi musiqilərin ən parlaq 

zirvəsidir. 1953-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik 

Opera və Balet Teatrında tamaşaya qoyulan “Sevil” məhz opera 

sənətimizdə  yeni  parlaq  səhifə  açdı.  XX  əsr  Azərbaycan 

operaları sırasında “Koroğlu”dan sonra məhz “Sevil” möhtəşəm 

sənət əsəridir. “Sevil”ə öz yaradıcılıq təxəyyülü ilə gəlib çıxan 

Fikrət  Əmirov  Azərbaycan  musiqili  teatrı  sahəsində,  ilk  dəfə 

olaraq müasir mövzuda lirik operanı yaratmağa nail olmuşdur. 

F.Əmirov bu operanı yazan zaman belə bir açıqlama verir: “Mən 

operada Cəfər Cabbarlının dediklərini musiqi vasitəsilə vermək 

istəyirəm”.  Bu  əsər  opera  teatrının  səhnəsində  tamaşaçıların 

qəlbini fəth edərək, ümumxalq məhəbbəti qazanmışdır. 

Fikrət Əmirovun musiqi tariximizdə rolu bəllidir. Hər şeydən 

əvvəl  o,  bizim  mədəniyyətimizdə  iki  nəhəng  musiqi  abidəsi 

ucaldıb. Bunlardan biri  “Sevil” operası,  ikincisi  isə müəllifinə 

dünya şöhrəti gətirmiş “Min bir gecə” baletidir. “Min bir gecə” 

baleti  təkcə  Azərbaycan  musiqisinin  deyil,  bütün  dünya 

mədəniyyətinin  incilərindən  sayılır.  Bu  baletdə  Azərbaycan 

təranələri  ilə  bərabər,  ərəb  musiqisinin  intonasiya  və 

ritmlərindən  də  istifadə  olunmuşdur.  Fikrət  Əmirovun  öz 

sağlığında  bu  balet  dünyanın  bir  çox  möhtəşəm  konsert 

salonlarında dəfələrlə ifa olunmuşdu. 

 Fikrət Əmirov iri, orijinal musiqi əsərlərinin müəllifi olmaqla 

bərabər, həm də gözəl mahnılar yazırdı. Unudulmaz ifaçılarımız 

Rəşid  Behbudov,  Şövkət  Ələkbərova  və  başqaları  onun 



10 

 

nəğmələrini şövqlə oxuyardılar. Fikrət Əmirovun ruhundan qida 



almış  o  nəğmələr  indi  bizim  retro  mahnılarımızdan  sayılır. 

“Gülərəm gülsən”, “Mən səni araram”, “Reyhan”, “Gülür ellər”, 

“Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan  elləri”, 

“Gülüm”,  “De  görüm  neyləmişəm”,  “Toy”  kimi  romans  və 

mahnıları,  neçə-neçə  pyes-prelüdləri,  dram-tamaşalarına, 

kinofilmlərə  (“Böyük  dayaq”,  “Səhər”,  “Mən  ki  gözəl 

deyildim”)  yazdığı  lirik,  dinamik,  dramatik  musiqiləri  hələ  də 

məşhurdur. 

Hələ  gənc  yaşlarından  Nizami  poeziyasına  olan  marağı 

bəstəkarın  yaradıcılığında  xüsusi  yer  tutur.  O,  “Nizami” 

simfoniyası  ilə  kifayətlənməyərək  dahi  şairin  həyat  və 

yaradıcılığını əks etdirən balet üzərində gərgin işləyir və 1984-

cü ilin yanvarında “Nizami” baletini tamamlayır.  

Fikrət  Əmirovun  Azərbaycan  mədəniyyəti  tarixindəki  yeri 

müstəsnadır. O, sadəcə bir bəstəkar kimi deyil, xalqını, vətənini 

bütün  varlığı  ilə  sevən,  əsl  şəxsiyyət  zirvəsində  duran  layiqli 

vətəndaş  və ictimai xadim  kimi  böyük xidmətlər göstərmişdir. 

Onun 


bu 

xidmətlərini 

xalq  da,  dövlət  də  yüksək 

qiymətləndirilmişdir.  Belə  ki,  1958-ci  ildə  Azərbaycanın  Xalq 

artisti, 

1965-ci 


ildə 

SSRİ  Xalq  artisti,  Azərbaycan 

Respublikasının  Dövlət  mükafatı  laureatı,  1982-ci  ilin  may 

ayında  Sosialist  Əməyi  Qəhrəmanı  fəxri  adlarına  layiq 

görülmüşdür.  Bunlardan  başqa,  bəstəkar  o  dövr  üçün  daha 

əlamətdar  olan  “Lenin”  ordeni,  iki  dəfə  “Qırmızı  Əmək 

Bayrağı” ordenləri və qızıl medalla təltif edilmişdir. 

Bəstəkar  həmişə  öz  yaradıcılığı  üçün  ilham  mənbəyi  olan 

xalqla  birlikdə  olmuşdur.  O,  tez-tez  təhsil  ocaqlarında, 

respublikamızın  bölgələrində  zəhmətkeşlərlə,  görüşlər  keçirər, 

konfrans  və  qurultaylarda  iştirak  edər  və  öz  çıxışları,  dolğun 

fikirləri ilə mədəniyyətimizin inkişafı üçün çalışardı. 

1984-cü  ildə  bəstəkar  bölgələrdəki  seçiciləri  ilə  görüşə 

gedərkən  bərk  xəstələnmişdi.  Elə  həmin  il  fevralın  20-də  ürək 

çatışmazlığından dünyasını dəyişmişdi. 



11 

 

Fikrət  Əmirov  yaradıcılığı  ulu  öndərimiz  Heydər  Əliyevin 



həmişə  diqqətində  olmuşdur.  Bəstəkarın  anadan  olmasının  80 

illik  yubileyi  münasibətilə  onun  imzaladığı  sərəncam 

Azərbaycan  mədəniyyətinə,  sənətə  və  sənətkara  qayğının, 

diqqətinin  bariz  nümunəsidir.  Sərəncamda  Fikrət  Əmirovun 

seçilmiş əsərlərinin beşcildliyinin və bəstəkar haqqında kitabın 

nəşr olunması, habelə həyat və yaradıcılığına dair sənədli filmin 

çəkilişinin təmin olunması qeyd olunur. 

Fikrət  Əmirovun  adını  əbədiləşdirmək  üçün  Azərbaycan 

Dövlət  Mahnı  və  Rəqs  Ansamblına,  Bakı  şəhərindəki 

küçələrdən birinə onun adı verilmişdir. 



 

Yubiley tədbirlərinin keçirilməsi 

 

Bu  il  noyabr  ayında  görkəmli  SSRİ  Xalq  artisti,  tanınmış 

ictimai xadim, dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun 95 

illik  yubileyi  qeyd  olunur.  Bu  münasibətlə  respublikamızın 

müxtəlif  təhsil  ocaqlarında,  liseylərdə,  kitabxanalarda, 

gimnaziyalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  Bu  tədbirlər  arasında  sərgilər  mühüm  yer  tutur. 

Sərgidə  şairin  kitabları,  müxtəlif  mətbuat  səhifələrində  onun 

haqqında nəşr olunmuş məqalələr, onun fotoları nümayiş olunur. 

Sərgi  müxtəlif  başlıqlarda  ola  bilər:  “Əbədi  varlığımız  milli 

sərvətimiz”,  “Böyük  Azərbaycan  bəstəkarı”,  “Dünya  şöhrətli 

bəstəkarımız”,  “Mənəvi  sərvətimiz  -  Fikrət  Əmirov”,  “İlhamlı 

nəğməkar”,  “Musiqi  ilə  doğulanlar  əbədi  yaşardırlar”, 

“Azərbaycan  musiqisinin  korifeyi  –  Fikrət  Əmirov”,  “Zirvəyə 

gedən  yol”,  “Ustad  sənətkar  -  Fikrət  Əmirov”,  “Zəmanəmizin 

böyük  bəstəkarı”,  “Dahi  bəstəkarın  düşüncəsi”,  “Azərbaycan 

musiqisinin  iftixarı”,  “Dahilər  ölmür”,  “Çoxcəhətli  istedad”, 

“Musiqimizin böyük dayağı – Fikrət Əmirov” və s. 

 

 

 




Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə