Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə6/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

21 

 

Bu  yerdə  yaxşı  olardı  ki,  şagirdlər  bəstəkarın  xalq  mahnıları 



əsasında  işləmələrindən  bir  nümunə  təqdim  etsinlər.  Musiqi 

məktəbinin  ifaçıları  “Küçələrə  su  səpmişəm”  adlı  mahnını 

səsləndirirlər. 

 

                                Küçələrə su səpmişəm



Yar gələndə toz olmasın 

                                Elə gəlsin, elə getsin

                                Aramızda söz olmasın 

 

Samovara od salmışam, 



Stəkana qənd salmışam. 

      Yarım gedib, tək qalmışam, 

                                Nə əzizdir yarın canı. 

                                Nə şirindir yarın canı… 

 

Fortepiano və səs üçün işlənən bu və ya digər xalq mahnıları 



öz orijinallığını saxlayaraq bəstəkarın musiqi təfəkkürü ilə üzvi 

şəkildə  qovuşub  əsl  professional  sənət  nümunəsinə  çevirilib. 

Çünki bəstəkar xalq mahnılarını işləyərkən onların üstündə çox 

məsuliyyətlə  çalışıb.  Necə  deyərlər,  xalqın  sərvətinə  ehtiyatla 

yanaşaraq  ona  öz  sevgisini  bəxş  edib.  Bu  yerdə  bəstəkarın  öz 

fikirlərinə nəzər salaq. O, yazır: “Mən əvvəlcə xalq mahnılarını 

hiss etmişəm, sonra isə onu yaratmağı öyrənmişəm. Bəlkə, buna 

görədir ki,  xalq  musiqisi nümunələrinə müraciət  etdikdə onun 

ahəngi və formasını mühafizə etməyə cəhd göstərmişəm”. 

Fikrət  Əmirovun  bu  fikirləri  həm  də  özündən  sonra  gələn 

bəstəkar nəslinə bir tövsiyədir, xalq mahnılarını necə sevmək və 

necə qorumaq  yolunda bir örnəkdir. O, musiqi  folklorumuzun 

toplanmasında  yaxından  iştirak  etmişdir.  Belə  ki,  Bülbülün 

redaktəsi və Cabbar Qaryağdıoğlunun oxusundan S.Rüstəmov, 

T.Quliyev  və  F.Əmirovun  nota  yazdıqları  mahnılar  əsasında 

ikicildlik “Azərbaycan xalq mahnıları” məcmuəsi yaranmışdır. 

Həmin məcmuələrdə Fikrət Əmirov tərəfindən bu mahnılar nota 



22 

 

yazılmışdır:  “Xoş  gəldin”,  “Ay  mübarək”,  “Can  gülüm  can-



can”,  “Qadan  alım”,  “Bu  gecə”,  “Evləri  tər-tər  üstə”,  “Kimin 

yarısan”, “Üç gündən bir, beş gündən bir”, “Süsən sünbül”, “Ay 

Laçın”, “Gözəlim sənsən”, “İki alma”, “A dağlar”, “Ay Sona”, 

“Gülə-gülə”,  “Xanım  sevdim  əzəldən”,  “Dad  əlindən”,  “Qız 

kəmərin bağlama”, “Neylərsən” və s. 

Musiqi məktəbinin sagirdi səhnəyə daxil olur. “Ay Laçın” adlı 

mahnını fortepianoda ifa edərək səsləndirir. 

 

                                    Araz axar lil ilə, 



Dəstə-dəstə gül ilə, 

  Mən yarımı sevirəm 

                                    Şirin-şirin dil ilə. 

 

                                    Bağçaları sarı gül, 



  Yarı qönçə, yarı gül. 

       Gec açıldın, tez soldun

    Olmayaydın barı, gül. 

 

   Ay Laçın, can Laçın, 



          Mən sənə qurban Laçın... 

 

                                    Yeri-yeri nişan yar, 



   Yeni eşqə düşən yar

                                    Elçiləri qırılmış... 

                                    Özü elçi düşən yar! 

 

     Alma atdım nar gəldi, 



        Kətan köynək dar gəldi 

   Qapıya kölgə düşdü, 

   Elə bildim yar gəldi. 

 



23 

 

    Ay Laçın, can Laçın, 



           Mən sənə qurban Laçın... 

 

                                    Su atdım yara dəydi 



                                    Əlim divara dəydi. 

      Dilim mənim qurusun, 

     Nə dedim Yara dəydi. 

 

                                    Ey əlim oda yansin 



  Pərvanə o da yansın 

           Mən yandım yar üzündən 

                                    Eşitsin o da yansın. 

 

   Ay Laçın, can Laçın, 



         Mən sənə qurban Laçın... 

 

I Aparıcı: Bəstəkarın əsərlərindən bəhs edərkən yaradıcılığında 

xüsusi yer tutan baletlərini də unutmaq olmaz. Fikrət Əmirovun 

balet  janrında  yaratdığı  hər  bir  yeni  əsəri  musiqimizin  uğuru, 

nailiyyəti  olmaqla  yanaşı,  Azərbaycan  musiqili-xoreoqrafik 

teatrının müxtəlif mərhələlərini əks etdirir. Bəstəkarın baletləri 

onun  bu  sahədəki  yaradıcılıq  axtarışlarını  canlandırır,  balet 

janrının yeni inkişaf perspektivlərinə yol açır.  

1979-cu ildə səhnəyə qoyulan “Min bir gecə” baleti bəstəkarın 

yaradıcılığında xüsusi bir mərhələni təşkil edir. Əsər haqqında 

geniş danışmazdan əvvəl yaxşı olardı ki, onun bədii məzmununa 

nəzər salaq:  

“Bir dəfə şahlardan biri – gənc və əzəmətli Şəhriyar öz sevimli 

arvadı ilə vidalaşdıb ova gedir. Gözlənilmədən saraya qayıdan 

hökmdar arvadının xəyanətini görür və bu rüsvayçılıqdan donub 

qalmış  şahidlərin  gözləri  qarşısında  arvadına  divan  tutur  və 

bütün gənc qadınları edam etmək kimi dəhşətli bir fərman verir. 



24 

 

Nahaq  yerə  ölümə  məhkum  olunmuş  qadınların  yalvarışları 



hiddətli  şahın  qəzəbini  söndürmür.  Budur,  qəzəb  dünyasına 

gözəllik  və  müdriklik  daxil  olur;  bu,  Şəhrizaddır.  Bu  zaman 

sanki  möcüzə  baş  verir.  Şəhriyarın  qəddar  ürəyinə  məhəbbət 

hisləri  oyanmağa  başlayır.  Ancaq  o,  sevsə  belə,  qərarını 

dəyişmir – Şəhrizadı ölüm gözləyir. Ağlın qəzəblə, məhəbbətin 

nifrətlə mübarizəsi başlayır. Şəhriyar birdən-birə təslim olmaq 

istəmir.  Əvvəlki  məhəbbət  və  xeyirxahlığa  inam  yenidən  əldə 

etmək  üçün  o,  Şəhrizadın  əsrarəngiz  nağıllar  dünyasına  daxil 

olub min bir gecə keçirir”. 

F.Əmirovun “Min bir gecə” əsəri Azərbaycan baleti tarixində 

yeni mərhələ açır. Belə ki, bu əsərdə çoxpərdəli tamaşa və kiçik 

formalı  baletlərin  ənənələri  birləşir.  Şərq  xalqlarının  nadir 

abidəsi  üzrə  yaranan  bu  əsərin  konsepsiyasından  baletin 

dramaturgiyası doğulur. Bu əsəri musiqi dilində mahnıvari, rəqs 

və  muğam-improvizasiyalı  melodiyaları  müasir  musiqi 

elementləri  ilə  dolğun  şəkildə,  əsl  ustalıqla  uzlaşdırmışdır. 

Bütün  bu  cəhətlər  orkestr  partiyasında,  ansamblların,  solo 

alətlərin  ifasında  düzgün  təqdim  olunur.  Odur  ki,  Fikrət 

Əmirovun “Min bir gecə” baletinin musiqisi şərq koloritli milli 

çalarları ilə əsl müasir sənət əsəridir və hər zaman da aktualdır. 



II  Aparıcı:  F.Əmirovun  musiqisi  bir  neçə  kinofilmlərdə  də 

xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəstəkarın musiqi yazdığı 

kinofilmlərə  tamaşa  edərkən  orada  musiqinin  bədii  məzmunla 

sıx  bağlılığının  şahidi  oluruq.  “Azərbaycanfilm”  studiyasında 

çəkilən və musiqisi də F.Əmirova aid  olan filmləri bu gün də 

tamaşaçılar rəğbətlə qarşılayır. 

Bəstəkarın kino sahəsində ilk işi 1960-cə ildə Mehdi Hüseynin 

ssenarisi  əsasında  rejissor  Ağarza  Quliyevin  çəkdiyi  “Səhər” 

filmidir. İctimai-siyasi hadisələrlə zəngin olan filmdə məhəbbət 

mövzusu da geniş yer tutur. Aslan ilə Sevdanın saf məhəbbəti 

bütün məhrumiyyətlərə qalib gəlir. Necə deyərlər, qəhrəmanın 

sonsuz  məhəbbət  mövzusu  Aslanın  mahnısında  öz  ifadəsini 




Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə