25
tapır, hansı ki, bu mahnı da film boyu səslənir. Gəlin, mahnını
dinləyək:
Musiqinin müşayiəti ilə yuxarı sinif şagirdi “Səhər”
kinofilmindən “Aslanın mahnısı” nı oxuyur.
Mənim adım Aslandır, məni dinləyin. Hey!
Mənim adım Aslandır, məni dinləyin.
Aslanın nəğməsi düşsün dillərə.
Aslanın nəğməsi düşsün dillərə.
Mənim yarım Sevdadır, candan əzizdir.
Onu sevən ürəyim, çoşqun dənizdir.
İnsaf et, yoruldum, yol gözləməkdən,
Mən səni soruşdum, güldən çiçəkdən.
Mənim yarım Sevdadır, sevdalı gözəl.
Bizim doğma ellərin, maralı gözəl.
İnsaf et, yoruldum, yol gözləməkdən,
Mən səni soruşdum, güldən çiçəkdən.
1962-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi
əsasında rejissor Həbib İsmayılovun çəkdiyi “Böyük dayaq”
filmində də F.Əmirovun musiqisi özəlliyi ilə bədii məzmuna
xüsusi rəng qatır, hadisələrin gedişini daha da dolğunlaşdırır.
Burada da məhəbbət mövzusuna geniş yer verilir. Maya ilə
Qaraşın sevgisi lirik melodiyalarla verilir. Bu saf və ülvi
məhəbbəti əks etdirən “Gecə keçdi” mahnısı Mayanın ifasında
filmə əsl məhəbbət ovqatı gətirir.
Musiqi məktəbinin şagirdi “Gecə keçdi” mahnısını ifa edir.
Gecə keçdi, yuxu gəlmir gözümə,
Ürək baxmır, yenə baxmır sözümə,
26
Gah danışır, gah susuram,
Qəfəsdə bülbül kimi,
Çırpınır hey ürəyim
Pəncərəmdə, bir ulduzam yamyaşıl,
Səni heyran edib danışır,
Gah alışır, gah sönürəm,
Nədəndir, olur belə,
Yanır odsuz ürəyim?
I Aparıcı: Bəstəkar yaradıcılığı boyu uşaqları da unutmamış,
onlar üçün uşaq mahnıları bəstələmişdir. Fikrət Əmirovun
uşaqlar üçün bəstələdiyi “Bip-bipin nəğməsi”, “Bizim həyət”,
“Odlar ölkəsi”, “Qatar”, “Quzum”, “Bahar gəlir” mahnıları kiçik
yaşlı musiqiçilər tərəfindən bağçalarda, musiqi məktəblərində
sevə-sevə ifa edilir.
Liseyin ibtidai sinif şagirdləri “Bip-bipin nəğməsi”ni ifa edirlər.
Uçdu göylərə
Bizim peykimiz,
Söylədi yerə.
-Yol gedirik biz.
Bip-bip, bip-bip,
Göylər min rəngdir,
Burda ulduzlar
Gör nə qəşəngdir.
Günəşdən, Aydan
Salam var sizə,
Nəğmə deyirəm
Uşaqlar, sizə
Bip-bip, bip-bip,
Dərindir göylər,
27
Burda hər ulduz
Min nağıl söylər.
Uçuram Marsa
Dalımca baxın,
Ulduzlar mənə
Yaxındır, yaxın.
Bip-bip, bip-bip,
Gözləyin bir az,
Görüşərik biz
Darıxmaq olmaz.
Bip-bip, bip-bip!
Ədəbi-bədii gecənin sonunda məktəblilər, sözləri Zeynal
Cabbarzadənin, musiqisi Fikrət Əmirovun olan “Qatar” adlı
mahnını ifa etmək üçün səhnəyə dəvət olunurlar.
Qatar gəlir uzaqdan,
Taq-taq, taq-taq, taq-taq-taq.
Gözləyirəm bayaqdan,
Taq-taq, taq-taq, taq-taq-taq.
Tələs-tələs, ay qatar,
Yel kimi əs, ay qatar.
Yol gəldin gündüz, gecə,
Taq-taq, taq-taq, taq-taq-taq.
Ürəyim vurur necə,
Taq-taq, taq-taq, taq-taq-taq.
Atam gəlir səfərdən,
Gözləyirəm səhərdən.
Yaxınlaşır qatar, bax,
Taq-taq, taq-taq, taq-taq-taq.
28
Fikrət Əmirovun 95 illik yubleyi münasibətilə keçirilən
tədbirlərdən biri də sənətşünaslıq üzrə fəlsəfi doktoru Səadət
Təhmirazqızının tərtib etdiyi “Fikrət Əmirov” adlı kitabının
təhlilidir. Tədbirdə kitabın müəllifi, lisey şagirdləri, musiqi
məktəbinin müəllim və şagirdləri, jurnalistlər, sənət adamları
iştirak edirlər. Tədbirin açılışında kitabxanaçı təqdim olunan
monoqrafiya haqqında qısa məlumat verir:
Kitabxanaçı: Səadət Təhmirazqızının bəstəkarın həyat və
yaradıcılığından bəhs edən “Fikrət Əmirov” adlı monoqrafiyası
2012-ci ildə çap olunub. Kitabda sənətkarın həyatı, yaradıcılığı,
əsərlərinin təhlili, özünün xatirələri, dünya şöhrətli musiqiçilərin
onun haqqında fikirləri geniş şəkildə işıqlandırılır. Kitab
haqqında daha ətraflı məlumatı oxucular bizə təqdim edəcək.
Oxucular səhnəyə daxil olurlar.
I oxucu: Xalqımızın milli-mənəvi sərvətləri içərisində onun
musiqi incəsənəti xüsusi yer tutur. Odur ki, xalq musiqisi maddi-
mənəvi irsimizin ən vacib amillərindən biridir. Belə ki,
əsrarəngiz gözəlliyi təbliğ edən musiqi daim xalqımızın ruhuna
hopmuş və onun mənəvi dünyasında xüsusi yer almışdır.
Fikrət Əmirovun da xalq musiqisinə bağlılığını bu kitabda
qeyd etməmək olmazdı. Bəstəkarın xalq musiqisinə bağlılığının
əsas mənbəyi onun doğulub boya-başa çatdığı mühitdən, daha
doğrussu, ailəsindən başlayır. Monoqrafiyada sənətkarın xalq
mahnılarına bəstələdiyi musiqilərdən nümunələr verilir.
Yuxarı sinif şagirdlərin ifasında “Qadan alım” mahnısı səslənir.
Araz axır qiyğacı,
Ay qız, ay qız, ay qız, amandır,
Budur gəlir cüt bacı, qadan alım,
Biri mənim öz yarım,
Ay qız, ay qız, ay qız, amandır,
Biri başımın tacı, qadan alim.