Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə4/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

12 

 

 



 

 

      



     

  

      



               

 

 

    

 

 

 

 

 

 

 


13 

 

Görkəmli şəxslərin Fikrət Əmirov haqqında söylədikləri: 



 

Fikrət  Əmirovun  yüksək  sənətkarlıqla  bəstələdiyi  əsərlər 

dünyanın məşhur dirijorlarının repertuarına daxil olmuş, bir çox 

xarici  ölkələrin  konsert  salonlarında  səslənərək  Azərbaycan 

musiqi sənətinə böyük şöhrət gətirmişdir. 

Heydər Əliyev, 

ümummilli lider 

 

Azərbaycanın  musiqi  sənəti  tarixinə  parlaq  səhifələr  yazmış 



Fikrət  Əmirovun  musiqinin  ən  müxtəlif  janrlarını  əhatə  edən 

çoxsaylı əsərləri, o cümlədən opera, balet, simfoniya, mahnı və 

romansları  xalqımızın  mədəni  sərvətlər  xəzinəsinin  qızıl 

fondunda  xüsusi  yer  tutur.  Böyük  bəstəkar  milli  musiqimizin 

zəngin  ənənələri  ilə  dünya  musiqi  mədəniyyətinin  mühüm 

nailiyyətlərinin  qovuşuğunda  misilsiz  sənət  inciləri  meydana 

gətirmişdir.  Bəstəkarın  dünyanın  ən  iri  konsert  salonlarında 

mötəbər 


orkestrlərin 

ifasında 

səsləndirilən 

simfonik 

muğamlarının  Azərbaycan  mədəniyyətinin  tanıdılmasında 

müstəsna rolu vardır. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Fikrət  Əmirov  təkcə  bizim  respublikanın  deyil,  dünyanın 



qabaqcıl,  istedadlı  bəstəkarlarındandır.  Onun  adı  ölkənin 

hüdudlarından çox-çox uzaqlarda məşhurdur. O, bizim musiqi 

həyatımıza  daxil  olmuş  bir  çox  parlaq,  istedadlı  əsərlərin 

müəllifidir. 



Qara Qarayev, 

bəstəkar 

 

 

 


14 

 

Azərbaycan xalq musiqisinə yaxşı bələd olan Fikrət Əmirovun 



müvəffəqiyyəti  çox  böyükdür.  “Sevil”  operası  müəllifin 

tükənməz  xalq  muğamlarımızın  xəzinəsindən  aldığı  və 

məharətlə istifadə etdiyi cazibəli melodiyalarla zəngindir. Xalq 

musiqisi opera üçün çox zəngin musiqi materialı olmuşdur.  



Səməd Vurğun, 

Xalq şairi 

 

Fikrət  Əmirov  doğma  torpaqdan  start  götürmüş,  zirvədən-

zirvəyə  ucalmış  Sovet  Azərbaycanının  bəstəkarlıq  şöhrətini 

qitədən-qitəyə yaymışdır. 



Mirzə İbrahimov, 

Xalq yazıçısı 

 

İlk  növbədə bəstəkarın fövqəladə qiymətli  keyfiyyətini  qeyd 

etmək istərdim – o, səhnə xüsusiyyətlərini çox gözəl duyur, bu 

da opera yazan bəstəkar üçün çox önəmlidir. Xüsusən operanın 

dramatik  səhnələrində  Əmirovun musiqisi böyük ifadə gücünə 

malikdir. 



Dmitri Şostakoviç, 

bəstəkar 

 

Mən  Fikrət  Əmirovun  “Şərq  simfonizmi”nin  böyük  yaradıcı 

təcrübəsini,  sovet  şərqi  xalqlarının  simfonizmini  yaratmaq 

uğrunda 


keçdiyi 

böyük 


yolun 

dəyərini, 

mənasını 

qiymətləndirməkdə  çətinlik  çəkirəm.  Mən  hətta  nəyə  üstünlük 

verəcəyimi  bilmirəm-müəllifin  böyük  poetik  istedadına,  yoxsa 

onun getdiyi bu fədakar yola. Onun yaradıcılıq gəmisi indi sənət 

axtarışları dənizində çox düzgün istiqamətlə gedir”. 

Boris Yarustovski, 

musiqişünas 

 



15 

 

Böyük  və  unudulmaz  bəstəkarımız  öz  istedadının  sayəsində 



sənətdə  elə  bir  zirvənin  sahibi  olub  ki,  onun  musiqisi 

yurdumuzun dağı, daşı, çayı, dənizi kimi əbədidir. 



Flora Xəlilzadə, 

jurnalist 

 

Böyük bəstəkarımız Fikrət Əmirovun ürəkləri riqqətə gətirən 



musiqisi,  qəlboxşayan  melodiyaları,  yüksək  bədii  səviyyəli 

müxtəlif  janrlı  əsərləri  onun  ömrünü  əbədi  edəcək,  sorağını 

əsrlərdən-əsrlərə aparacaqdır. 

Ramiz Zöhrabov

Əməkdar incəsənət xadimi, professor 

 

Gözəllik  və  ağıl,  dərinlik  və  orijinallıq,  məna  və  aydınlıq  – 



Fikrət  Əmirov  musiqisinin  ruhunu,  canını  təşkil  edən  əsas 

keyfiyyətlərdəndir. 



Əliağa Kürçaylı, 

Xalq şairi 

 

Mən  bulaq  gördüm.  Saf  və  şəffaf  bir  bulaq.  Əmirovun 



mahnıları  saf  və  təravətlidir.  Mən  çinar  gördüm.  Başı  göyləri 

yaran,  kökləri  torpaqda  dayanan  bir  çinar.  Bu  gün  Əmirovun 

sənət  çinarının  göylərə  ucalması  onun  doğma  torpağa 

bağlılığıdır. 



Nəbi Xəzri, 

Xalq şairi 

 

Fikrət  Əmirov  milli  və  professional  musiqimizin  böyük 

dayağıdır. Bu dayaq Fikrət Əmirovun ölməz musiqisidir ki, o, 

bütün nəsillərə örnək olacaq. İnsanları daim mənəvi saflığa və 

vətənpərvərliyə səsləyəcək. 

Səadət Təhmirazqızı, 

sənətşünaslıq üzrə fəlsəfə doktoru 

 



16 

 

Fikrət Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları 



məni vəcdə gətirərək, qarşımda Şərqin dərin və parlaq sənətini 

açdı. 


Erik Stal, 

Danimarka musiqişünası 

 

Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” çox bayramsayağı 



bir  əsər  olub,  xalq  şənliyini  ifadə  edərək,  nikbinliyi  və  musiqi 

dilinin təravətliliyi ilə diqqəti çəkir. 



Natali Raxlin, 

SSRİ Xalq artisti, dirijor 

 

“Sevil”  operası,  şübhəsiz,  bəstəkar  Fikrət  Əmirovun  böyük 



uğurudur.  Ən  dəyərlisi  odur  ki,  müəllif  Azərbaycan  xalq 

melodiyalarına istinad edərək dünya və rus opera klassikalarının 

zəngin  opera  formaları  və  musiqi-dramatik  priyomlarından 

cəsarətlə istifadə etmişdir. 



Şövkət Məmmədova

 Xalq artisti 

Musiqili  Komediya  Teatırının  açılışı  müvəffəqiyətli  işdir, 

Fikrətin  müvəffəqiyyətli  işidir.  Fikrətin  müvəffəqiyyəti 

sevindiricidir. 



Üzeyir Hacıbəyli, 

bəstəkar 

 

“Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək 



sənətkar üçün ən böyük səadətdir”. Fikrət Əmirovun bu sözləri 

onun  sənət  devizidir.  Biz  bu  sözlərin  təsdiqini  onun  yaratdığı 

irili-xırdalı  bütün  əsərlərində,  onun  həyatının  bütün  anlarında, 

fəaliyyətinin bütün sahələrində müşahidə edirik, görürük. 

Bəstəkarın  95  illiyi  münasibətilə  Firidun  bəy  Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasında  müxtəlif  tədbirlər  keçirilir.  

Belə tədbirlərdən biri də sual-cavab gecəsidir. Sual-cavab gecəsi 



Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə