Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə2/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

 

XX  əsrin  əvvəllərində  Azərbaycan  musiqi  mədəniyyətinə 



gözəl  töhfələr  bəxş  edən  məşhur  sənətkar  Məşədi  Cəmil 

Əmirovun ailəsində böyüyən Fikrət Əmirov üçün həyat o qədər 

də asan olmayıb. Erkən yaşından atasını itirdiyinə görə çox çətin 

yollardan keçmiş, anası Dürdanə xanım 6 övladını tək böyütməli 

olmuşdur. Yalnız ana nəvazişinə sığınan övladlar, o cümlədən 

balaca Fikrət yaşadıqları çətinliklərə baxmayaraq, elmə, sənətə 

sıx  bağlanaraq  Məşədi  Cəmilin  layiqli  varisləri  kimi 

böyümüşdürlər.  Fikrət  Əmirov  atasının  sənət  yolunu  davam 

etdirərək  onun arzu və istəklərini daha yüksək səviyyədə həyata 

keçirməyə  nail  olmuşdur.  O,  oxuduğu  məktəbin  tədbirlərində 

fəal  olmaqla  yanaşı,  Bakıda,  Gəncədə  keçirilən  uşaq 

olimpiadalarında  da  iştirak  etmişdir.  Bəstəkar  1930-cu  illərdə 

dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Gəncədə təşkil olunmuş 

ansambla tar ifaçısı kimi daxil olmuşdur. Professional musiqiçi 

olmaq məqsədilə 1938-ci ildə Bakıya gəlmişdir. 

 F.Əmirov  1939-cu  ildə  Bülbülün  və  Üzeyir  Hacıbəylinin 

məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. 

Fikrət Əmirov Dövlət Konservatoriyasına daxil olduqdan sonra 

əsl yaradıcılıq fəaliyyətinə başladı. O, bir tərəfdən müxtəlif sənət 

məbədlərinə - Dövlət Filarmoniyasına, Opera və balet Teatrına, 

Bəstəkarlar  İttifaqına  rəhbərlik  edir,  digər  tərəfdən  musiqi 

tariximizin solmayan səhifələrini yazırdı. Musiqidə elə bir janr 

yox idi ki, bəstəkar ona müraciət etməsin. F. Əmirov operanın, 

baletlərin,  simfoniyaların,  simfonik  muğamların,  simfonik 

poemaların, 

süitaların,  kapriççionun,  fortopiano  üçün 

konsertlərin,  musiqili  komediyaların,  mahnı  və  romansların 

müəllifidir. 

Fikrət  Əmirov  musiqisinin  böyük  şöhrət  tapmasının  əsas 

səbəblərindən  biri  onun  dərin  milli  zəminə  bağlılığıdır. Milli 

musiqi  mədəniyyətinin  ilk  mənbələrinə  yaxınlıq  və  folklor 

musiqisinin  ülvi  surətdə  klassik  formalara  sintezi  Fikrət 

Əmirovu  Üzeyir  Hacıbəyli  ənənələrinin  bilavasitə  davamçısı 

kimi  səciyyələndirməyə  imkan  verir. O,  Üzeyir  Hacıbəylinin 




 

ənənələrini davam etdirməklə, ölkəmizin musiqi mədəniyyətinin 



inkişafında böyük rol oynamışdır. 

Fikrət  Əmirov  xalqın  musiqi  dilini,  musiqi  təfəkkürünü  elə 

dəqiqliklə dərk edirdi ki, onlar bəstəkarın öz üslubunun, musiqi 

dilinin  elementlərinə  çevrilirdi. Janrından  asılı  olmayaraq, 

Fikrət  Əmirovun  əsərlərində  melodiyanın  böyük  rolu  da  onun 

musiqisinin ən mühüm üslub xüsusiyyəti lirikanın üstünlüyü ilə 

bağlıdır. Fikrət  Əmirovu  həm  simfonik  orkestr  üçün  musiqi, 

həm  də  səhnə  musiqisi  cəlb  edirdi. Onun  səhnə  musiqisi 

sahəsində  ilk  örnəkləri  “Ürək  çalanlar”  və  “Gözün  aydın” 

operettaları bəstəkarın lirik əhvali-ruhiyyəsinin düşkünlüyünün, 

istedadının  parlaq  melodik  təbiətini  göstərirdi. Eyni  zamanda, 

bu  operattalar  Fikrət  Əmirovun  parlaq  və  geniş  musiqi 

xarakteristikalarına  meyilli  olduğunu  da  nümayiş  etdirirdi. 

Məhz  buna  görə  də,  onun  operettalarındakı  bir  çox  mahnılar 

melodiyasının  zənginliyinə,  səmimiliyinə  və  milli  zəminə 

bağlığına görə böyük şöhrət qazanmışdır.  

Yaradıcılığında  mühüm  yer  tutan  simfonik  əsərlərdə  Fikrət 

Əmirovun  fərdi,  özünəməxsus  üslubu  aydın  şəkildə  özünü 

göstərir. Xatırlayaq ki, simli orkestr üçün “Nizami” simfoniyası 

Fikrət  Əmirovun  bu  sahədə  gələcək  uğurlarını  təsdiqləyən 

əsərlərdən biri olmuşdu. Əsər 1947-ci ildə yazılıb və həmin ildə 

də  Nizaminin  800  illik  yubileyinin  keçirildiyi  Moskvanın 

P.S.Çaykovski  adına  salonunda  ilk  dəfə  olaraq  dirijor 

N.P.Anasovun  idarəsilə  səslənib.  Simfoniyada  əbədi  sənət 

çeşmələrindən,  bitib-tükənməyən  qaynaqlardan  bəhrələnən 

sənətkar Nizaminin xalq ruhu ilə mayalanmış əlvan poeziyasını, 

şairin nurlu obrazını özünün bu bənzərsiz əsərində əsl bəstəkar 

qəlbiylə ifadə etmişdir. Bəstəkar bu simfoniyadan sonra süitalar, 

rapsodiyalar,  simfonik  muğam  kimi  yeni  formalı  əsərlər 

yazmışdır. O, “Şur”, “Kürd ovşarı” və “Gülüstan-Bayatı Şiraz” 

simfonik muğamları ilə simfonik musiqi tarixində qeyri-adi bir 

yeniliyin müəllifi kimi mədəniyyət tariximizin təzə səhifələrini 

yazdı.  Müdrik  təfəkkürün  və  qeyri-adi  dərəcədə  zərif  hiss  və 



 

duyğuların  sintezindən  doğulmuş  bu  qiymətli  sənət  inciləri 



Fikrət  Əmirova  təkcə  Azərbaycanda  deyil,  dünyada  misilsiz 

şöhrət qazandırdı. Təsadüfi deyil ki, hələ 26 yaşlı bir gənc ikən 

o, həmin qiymətli əsərlərə görə SSRİ Dövlət mükafatı laureatı 

kimi şərəfli bir ada layiq görüldü. “Şur” və “Kürd ovşarı” ABŞ-

ın Hyüston və Texas ştatlarında səslənərkən Birləşmiş Ştatların 

ən məşhur bəstəkarları belə öz heyrətlərini gizlədə bilməmiş, bu 

cür  qüdrətli  bir  sənətkarla  şəxsən  görüşüb  söhbətləşməkdən 

məmnun  olacaqlarını  bəyan  etmişdilər.  Elə  həmin  vaxt  SSRİ 

nümayəndə  heyətinin  ABŞ-a  səfəri  bu  görüşə  geniş  imkan 

yaradır.  Nümayəndə  heyətinin  tərkibinə  musiqi  dünyasının 

D.Şostakoviç,  T.Xrennikov  və  D.Kabalevski  kimi  nəhəng 

korifeyləri  ilə  birlikdə  Fikrət  Əmirov  da  daxil  edilir.  ABŞ-ın 

paytaxtı  Vaşinqtonda  keçirilən  ilk  konsertdə  Fikrət  Əmirovun 

dünyanın  ən  məşhur  musiqiçilərindən  biri  olan  Leonid 

Stakovskinin dirijorluğu ilə Baston simfonik orkestrnin ifasında 

səslənən  “Kürd  ovşarı”  simfonik  muğamı  dinləyiciləri  məftun 

etmişdir.  Həmin  nümayəndə  heyətinin  tərkibində  olan  məşhur 

musiqiçilər qeyd edirdilər ki,  “Kürd ovşarı”nın  son akkordları 

çalınanda  artıq  bütün  zal  ayaqüstə  idi.  Bu,  Azərbaycan 

musiqisinin ecazkarlığına, Fikrət Əmirov sənətinin böyüklüyünə 

olan hörmət və ehtiramın təntənəsi idi. 

Fikrət  Əmirov  vaxtilə  dünyaya  Hafiz  və  Sədi  kimi  qüdrətli 

poeziya ustadları bəxş etmiş qədim Şiraz şəhərində olarkən bu 

yerin  əfsanəvi  gözəlliyi  onu  elə  sehrləmişdi  ki,  məhz  bu  sehr 

“Gülüstan-Bayatı Şiraz” adlı üçüncü simfonik muğamın doğuluş 

mənbəyi olmuşdur. “Gülüstan” Sədinin məşhur əsərinin adıdır. 

Şiraz isə Sədi və Hafizin yaşadığı şəhərin adıdır. Əsər ilk dəfə 

Moskvada  VII  Beynəlxalq  Musiqi  Konqresində  SSRİ  Dövlət 

Simfonik Orkestri tərəfindən ifa olunmuşdur.  

Fikrət 


Əmirovun 

simfonik 

muğamlarından 

başqa 


Azərbaycanın 

hüdudlarından 

uzaqlarda 

şöhrətlənmiş 

əsərlərindən  “Azərbaycan”  simfonik  suitasını,  “Azərbaycan 

kapriççiosu”nu, “Azərbaycan qravürləri”ni göstərə bilərik.  




Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə