Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə5/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

17 

 

kitabxanaçı  tərəfindən  kitabxanada  təşkil  olunur.  Kitabxanaçı 



əvvəl görkəmli bəstəkar haqqında məlumat verir: 

İyirminci  yüzillikdə  milli  musiqi  mədəniyyətimizi  təkrarsız 

əsərləri  ilə  zənginləşdirən  böyük  sənətkarlar  yaşayıb.  Şöhrəti 

ölkələr  dolaşan  bənzərsiz  sənətkarlardan  biri  də  Fikrət 

Əmirovdur. O, musiqini, ədəbiyyatı və tarixi çox sevərdi. Hələ 

10  yaşında  ikən  o,  gözəl  tar  çalar,  konsertlərdə  çıxış  edərdi. 

Fikrətin  uşaqlıqdan  xalq  musiqisinə  olan  hədsiz-hüdudsuz 

marağı  ömrünün  sonunadək  qalmış,  onun  böyük  bir  bəstəkar 

kimi yetişməsinə dərin təsir göstərmişdir. 

Ömrünü milli musiqimizin inkişafına həsr edən sənətkar daim 

yaradıcılıq axtarışında olub, musiqi sənətimizə yeni nəfəs, yeni 

çalarlar gətirib. F.Əmirovun rəngarəng yaradıcılığı dünyanın bir 

çox  ölkələrində  geniş  tanınıb,  böyük  dinləyici  auditoriyasının 

hörmət və məhəbbətini qazanıb. 

Fikrət  Əmirov  bəstəkar  olmaqla  yanaşı  pedaqoji  sahədə  də 

fəaliyyət göstərmişdir. Böyük bəstəkar, həmçinin mətbuatda bir 

sıra məqalələrlə çıxışlar edərək, ictimai işlərdə yaxından iştirak 

edib. 


1956-cı  ildə  Azərbaycan  Opera  və  Balet  teatrının  direktoru 

vəzifəsində  çalışmış,  Azərbaycan  Bəstəkarlar  İttifaqının  katibi 

olmuşdur.  O,  1947-ci  ildə “Qafqaz  uğrunda”,  “Böyük  Vətən 

Müharibəsində  Almaniya  üzərində  qələbə”  medalları  ilə  təltif 

edilmişdi.  

Kitabxanaçı bəstəkar haqqında qısa məlumat verdikdən sonra 

hazırladığı  sualları  şagirdlərə  paylayır.  Həmin  sualların 

nümunəsini sizə təqdim edirik. 



 

 

 

 

 

 

 


18 

 

Suallar: 

 

1. Fikrət Əmirov kimdir və neçənci ildə anadan olmuşdur? 

Cavab:  Fikrət  Əmirov  xalqımızın  böyük  bəstəkarı,  SSRİ  Xalq 

artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları 

laureatı, Sosialist  Əməyi Qəhrəmanı,  Azərbaycan SSR  Elmlər 

Akademiyasının müxbir üzvü və tanınmış ictimai xadimdir. O, 

1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində məşhur tarzən 

və  xanəndə    Məşədi  Cəmil  Əmirovun  ailəsində  anadan 

olmuşdur. 

 

2. Fikrət Əmirov hansı musiqili komediyaların müəllifidir? 

Cavab:  O,  musiqili  komediya  janrında  “Ürəkaçanlar”,  “Gözün 

aydın” kimi maraqlı əsərlər yaratmışdır. 

 

3.  Cəfər  Cabbarlının  eyni  adlı  dramı  əsasında  yazdığı  əsər 

hansıdır? 

Cavab:  Fikrət  Əmirov  C.Cabbarlının  eyniadlı  dramı  əsasında 

yazdığı  əsər  “Sevil”  operasıdır.  Əsər  ilk  dəfə 1953-cü  ildə 

Axundov  adına  Azərbaycan  Dövlət  Opera  və  Balet 

Teatrında tamaşaya qoyulmuşdur. 

 

4. F.Əmirov hansı kinolara musiqi bəstələmişdir? 

Cavab:

 



Böyük dayaq”, “Səhər”, “Mən ki gözəl deyildim”, “Bir 

ovuc torpaq”, “Üzeyir ömrü” və digər filmlərə maraqlı musiqi 

bəstələmişdir. 

 

5.  O, Konservatoriyanı  bitirərkən diplom  işi olaraq hansı  əsəri 

yazmışdır?  

Cavab: Bəstəkar diplom işi olaraq “Ulduz” operasını yazmışdır. 

 

6.  Uşaqlar  üçün  bəstələdiyi  mahnılardan  hansılarının  adlarını 

sadalaya bilərsiniz? 




19 

 

Cavab:  “Quzum”,  “Uçdu  göylərə  bizim  peykimiz”,  “Bizim 



həyət”, “Qatar”, “Odlar ölkəsi” və s. 

 

7.  Hansı  baletinə  görə  bəstəkar  Dövlət  mükafatına  layiq 

görülmüşdür? 

Cavab:  80-ci  illərin  əvvəllərində  “Min  bir  gecə”  baletinə  görə 

bəstəkar Dövlət mükafatına layiq görülmüşdür. 

 

8. Görkəmli bəstəkarın son əsəri hansıdır və nə vaxt yazılıb? 

Cavab: Bəstəkarın son əsəri “Nizami” baletidir və XX əsrin 80-

ci illərinin əvvəllərində yazılıb. 

 

9. Fikrət Əmirov hansı dram tamaşalarına musiqi bəstələmişdir? 

H.Cavidin  “Şeyx  Sənan”,  C.Cabbarlının  “1905-ci  ildə”, 

S.Vurğunun “Vaqif” pyeslərinə musiqi bəstələmişdir. 

 

10. Fikrət Əmirov neçənci ildə və harada vəfat etmişdir? 

Cavab:  O,  1984-cü  ildə  fevralın  20-də  Bakı  şəhərində  vəfat 

etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 

 

Kitabxanada  bəstəkarın  həyat  və  yaradıcılığından  bəhs  edən 



ədəbi-bədii  gecə  də  təşkil  etmək  olar.  Unudulmaz  bəstəkarın 

xatirəsinə  həsr  olunmuş  “İlhamlı  nəğməkar”  adlı  ədəbi-bədii 

gecəyə müxtəlif sənət adamları, jurnalistlər, müəllimlər, musiqi 

məktəbinin şagirdləri dəvət olunur.

 

Qonaqlar bəstəkarın şəkilləri 



ilə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Gecənin  qonaqları  ilk 

olaraq  “Fikrət  Əmirovun  ömür  yolu”  slaydına  baxmağa  dəvət 

edilir.  Gecəni  açıq  elan  etmək  üçün  aparıcılar  səhnəyə 

yaxınlaşırlar.  Hər  iki  aparıcı  qonaqları  salamlayaraq,  onlara 

gecədə iştirak etdikləri üçün təşəkkürlərini bildirirlər.  

I aparıcı “İlhamlı nəğməkar” adlı məruzəyə başlayır.  

 

 



20 

 

I  Aparıcı:  Azərbaycan  klassik  musiqi  sənətinin  görkəmli 

nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq 

dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni 

nəfəs  əlavə  etmişdir. Dünyaca  məşhur  olan  sənətkar  irsi  hər 

zaman diqqətdədir və tədqiq olunur.  

Bu  il  bəstəkarın  anadan  olmasının  95  illiyi  qeyd  olunur. 

Adətən  yubileyə  hazırlıq  dövründə  bəstəkarın  yaradıcılıq  yolu 

bir  daha  yada  salınır,  musiqi  kollektivləri  onun  əsərlərinə 

müraciət  edir,  yubiley  tədbirləri  çərçivəsində  konsertlər, 

konfranslar,  xatirə  gecələri  keçirilir.  Bütün  bunlar  təbii  haldır. 

Lakin Fikrət Əmirov kimi bir sənətkar haqqında “yada salınır” 

ifadəsini  işlətmək  mümkünsüzdür.  Çünki  onun  musiqisi 

xalqımızın  yaddaşına  əbədi  həkk  olunmuşdur  və  bu  musiqiyə 

məhəbbət xalqın qəlbində daima yaşayacaqdır. 

Fikrət  Əmirov  Azərbaycan  bəstəkarlarının  elə  nəslinə 

mənsubdur  ki,  onlar  bilavasitə  musiqimizin  patriarxı  Üzeyir 

Hacıbəylinin xeyir-duası ilə sənət  yoluna qədəm basmış, onun 

ideyalarının  təsiri  altında  formalaşmış,  onun  yaradıcılığından 

bəhrələnmiş  və  Üzeyir  bəyin  açdığı  yollarla  inamla  irəliləyib 

onun  ənənələrini  inkişaf  etdirmişlər.  F.Əmirovun  aforizmə 

çevrilmiş “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq” sözləri 

bunun sübutudur. 

II Aparıcı: Musiqi mədəniyyətinin görkəmli xadimləri arasında 

layiqli  yer  tutan  məşhur  sənətkarımız  Fikrət  Əmirovun 

yaradıcılığı  geniş,  bədii  maraq  dairəsi  çoxcəhətlidir.  Fikrət 

Əmirovun yaratdığı musiqi nümunələri nə qədər müasir texniki 

üslublarda  yazılsa  da,  milli  kökdən  uzaq  deyil.  Bəstəkarın, 

demək  olar  ki,  bütün  əsərləri  bu  deyilənlərə  bariz  nümunədir. 

Biz isə bir qədər onun xalq  mahnıları  əsasında işləmələrindən 

danışmaq  istərdik.  Çünki  Fikrət  Əmirov  xalq  mahnılarımızı 

ustalıqla  harmonizə  edərək  onlara  yeni  rəng  qatmış  və  xüsusi 

gözəllik vermişdir.  




Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə