Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə8/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
1   2   3   4   5   6   7   8

29 

 

 



                                Araz axır mil ilə, 

            Ay qız, ay qız, ay qız, amandır, 

            Dəstə-dəstə gül ilə, qadan alım, 

                                Mən yarımı sevirəm, 

            Ay qız, ay qız, ay qız, amandır, 

         Şirin-şirin dil ilə, qadan alım. 

 

                                Arazı ayırdılar, 



            Ay qız, ay qız, ay qız, amandır, 

          Su ilə doyurdular, qadan alım, 

    Mən səndən ayrılmazdım, 

            Ay qız, ay qız, ay qız, amandır, 

         Güc ilə ayırdılar, qadan alım. 

 

II  oxucu:  “Əsl  sənət  əsərinin  yaranmasını  döyüş  meydanında 

əldə  edilən  qələbə  ilə  müqayisə  etmək  olar.  Yaradıcılıq 

cəbhəsində, əgər belə demək mümkünsə, böyük-kiçiklik yoxdur, 

sərkərdədən  də,  döyüşçüdən  də  eyni  hünər  və  fədakarlıq  tələb 

edilir.  Sənət  cəbhəsinin  sadə  bir  əsgəri  olmaq  belə  çox 

məsuliyyətlidir.  Sənətkarlar  öz  həyatının  mənasını,  varlığını 

yaratdığı  böyük  sənətin  saflığında,  yüksəkliyində  və  xalqa 

xidmətində görməlidir. Belə yaradıcılar əsl mənada sənətkardır 

və  onların  qələmindən  çıxan  hər  bir  əsər  ictimai  həyatımızda 

mühüm bir hadisə olur”. Əsl sənət əsərinin yaranması haqqında 

F.Əmirovun  məqalələrinin  birindən  götürülmüş  bu  sərrast 

deyim  bəstəkarın  1953-cü  ildə  tamaşaya  qoyulmuş  və  yarım 

əsrdən  çox  bir  müddətdə  səhnə  həyatını  yaşayan  “Sevil” 

operasına  şamil  edilə  bilər.  “Sevil”  operasının  təhlili  kitabda 

geniş  şəkildə  verilir.  Bu  əsərdə  yeni  həyat,  azadlıq  uğrunda 

mübarizə Fikrət Əmirovun musiqisi ilə çox canlı, emosional və 

təsirli  alınmışdı.  Opera  1963-cü  ildə  böyük  dirijorumuz 

Niyazinin  rəhbərliyi  ilə  Moskvada  ifa  olunmuşdu.  Eləcə  də 

Səmərqənddə tamaşaya qoyulmuş, hətta ekranlaşdırılmışdır. 




30 

 

Operanın  süjetinin  mərkəzində  XX  əsrin  əvvəllərində 



Azərbaycan  qadınının  taleyinin  canlandırılması  dayanır. 

Bununla  belə,  operanın  ideyası  bu  gün  də  aktuallığını 

itirməmişdir.  C.Cabbarlının  öz  pyesində  canlandırdığı  qadın 

azadlığı  siyasi,  ictimai-etik  problemi,  yeni  ilə  köhnənin, 

azadlıqla  köləliyin  mübarizəsi,  Şərq  qadınının  taleyi  ilə  bağlı 

böyük ictimai hadisələr operada tam şəkildə təcəssüm olunur. 



III oxucu: Kitabda Fikrət Əmirovun “Nəsimi dastanı”, “Min bir 

gecə”, “Nizami”, “Şur” baletləri haqqında da geniş məlumat var.

 

F.Əmirov  “Nəsimi  dastanı”nı  belə  səciyyələndirirdi:  “Baletin 



əsasını  Nəsiminin  dərin,  insani  fikirləri,  vüsal  həsrətini  ifadə 

edən poetik sözün qüdrəti haqqında, məhəbbət və onun ülviyyəti 

haqqında düşüncələri təşkil edir. 

“Məndə sığar iki cahan, Mən bu cahana sığmazam”, - deyən 

şairin bütün  həyatı  ədalətsizlik,  despotizm  və  qəddarlığa qarşı 

mübarizə ilə fərqlənir. Azadlıqsevər ruhlu şeirləri bütün Şərqdə 

şöhrət  qazanan  Nəsimi  çox  amansızlıqla  qətlə  yetirilsə  də,  öz 

yaradıcılığı ilə ölməz sənətkar kimi tarixdə yaşayır.  

Öz  əsərlərində  insan  zəkasını  təsdiq  edən,  insanı  dünyanın 

yaradıcısı  sayan  müdrik  şairin  obrazını  canlandıran  vokal-

xoreoqrafik  poemada  xeyir  və  şərin  mübarizəsi,  məhəbbətin 

təntənəsi təcəssüm olunur. 

Tamaşanın  konsepsiyası  ümumiləşdirilmiş  obrazlarda  öz 

əksini tapır: Bahar – saflıq, şənlik, ədalətin rəmzi, sevgili – şairin 

həyatının mənası, qara qarğalar – şairi izləyən şər qüvvələrdir. 

Tamaşa  çox  maraqlı  bir  tərzdə  birdəfəlik  kuliminasiyadan 

başlanır  –  Nəsimi  edam  olunur.  Səhnədə  böyük  bir  dar  ağacı 

qoyulur. Zəncirlənmiş şairin ətrafında qırmızı geyimli cəlladlar 

hökmü  icra etmək üçün  vəhşicəsinə rəqs edirlər.  Edam  yerinə 

yetirilirkən  səhnədə  bütün  işıqlar  söndürülür  və  yalnız 

Nəsiminin  üzərinə  işıq  salınır.  Nəsiminin  monoloqunda 

zəmanənin  ağırlığı,  xoşbəxtliyin  itirilməsi,  amma  bununla 

yanaşı, həm də işıqlı arzuların gözəl dünyası təcəssüm olunur. 



31 

 

Dar  ağacı  yox  olur  və  baharın  rəmzi  olan  pannonun  fonunda 



şairin və sevgilisinin dueti səslənir. 

IV oxucu: Simfonik musiqi janrı Fikrət Əmirov yaradıcılığının 

xüsusi  bir  şaxəsini  təşkil  edir.  O,  bu  janrda  müxtəlif  səpkili 

əsərlər  yazıb.  Hansı  ki,  həmin  əsərlər  milli  simfonizmin  ilk 

incilərindəndir.  Onun  ilk  simfonik  əsərlərinə  1943-cü  ildə 

yazdığı “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” 

simfonik poema, 1947-ci ildə dahi Nizami Gəncəviyə həsr etdiyi 

“Nizami”  simfoniyası  kimi  möhtəşəm  musiqi  nümunələri 

daxildir. 

“Nizami”  simfoniyası  dörd  hissədən  ibarətdir.  Əsərin 

quruluşu,  hissələrin  bir-biri  ilə  vəhdəti,  emosional  baxımdan 

ayrı-ayrı hissələrin təcəssümü və bütün bunların musiqi dili ilə 

ifadə  edilərək  dahi  şair  Nizami  obrazını  canlandıra  bilməsi 

müəllifin yüksək peşəkarlığının ifadəsidir. 

Bəstəkar əsərdə Nizaminin obrazını dolğun şəkildə yaratmağın 

məntiqi yolunu şairin misraları ilə təcəssüm etdirərək çox uğurlu 

nəticə  əldə  edir.  Belə  ki  hər  hissənin  əvvəlində  ulu  şairin 

poeziyasından nümunələr səslənərək bəstəkarın musiqisi ilə üzvi 

şəkildə qovuşur.  



Oxucu əsərin I hissəsindəki epiqrafı söyləyir. 

 

                        Şeiri oxunanda bu Nizaminin, 



                        Özü də görünür hər sözdə, yəqin. 

                        Gizlənib özünü verməz ki, nişan, 

 Sənə hər beytində bir sirr danışan. 

        Min il sonra sorsan: “Bəs o hardadır?” 

        Hər beyti söyləyər: “Burda, burdadır!” 

 

V  oxucu:  F.Əmirovun  yaradıcılığında  Azərbaycan  mövzusu 

xüsusi  yer  tutur.  “Azərbaycan”  simfonik  süitası,  “Azərbaycan 

kapriççiosu”  və  “Azərbaycan  qravürləri"  bəstəkarın  yaratdığı 

bir-birinə bənzəməyən, bir-birindən daha gözəl, daha kamil və 

musiqi  mədəniyyətimizi  zənginləşdirən  möhtəşəm  sənət 




32 

 

əsərləridir. Bütün bü əsərlərdə xalq ruhunun, xalqın düşüncə və 



arzularının  təcəssümünü  görürük.  Və  xalqın  tarixi  keçmişi, 

qəhrəman 

övladları, 

dahi 


sənətkarları, 

Azərbaycanın 

müstəqilliyi uğrunda mübarizəsi, xoşbəxt gələcəyi haqqında söz 

açan,  vətənini  ürəkdən  sevən  xalqın  sənətkar  oğlunun 

vətəndaşlıq pafosu ilə dolu səsini eşidirik. Əsər Səməd Vurğuna 

həsr olunmuşdur. 

Xalq  musiqisinə  daim  istinad  edən,  onu  müxtəlif  forma  və 

janrlarında  təcəssüm  etdirən  bəstəkar  1950-ci  ildə  dördhissəli 

“Azərbaycan” simfonik süitasını yazır.  

Birinci  hissə  -  “Gənclik,  gözəllik”,  ikinci  hissə  -“Çoban-

bayatı”,  üçüncü  hissə  -  “Kəndimizdə”,  dördüncü  hissə  - 

“Nəğməmsən,  Bakı”  adlanır.  Birinci  hissə  aşıq  musiqisinin 

ritmləri üzərində qurulur, çox dinamik və canlıdır. İkinci hissə 

peyzaj  lövhəsidir,  lirik məzmunludur,  burada  muğam  cizgiləri 

nəzərə  çarpır.  Üçüncü  hissə-yallı  rəqsini  xatırladır.  Son  hissə-

marş xarakterli olub, Bakı şəhərinin şərəfinə himndir. Süitadakı 

sırf  milli  xarakterli  melodiyalar,  zəngin  orkestrləşdirmə  dahi 

Səməd Vurğunun şeriyyətindən ilhamlanaraq qələmə alınmışdır.  



VI  oxucu:  Fikrət  Əmirovun  yaradıcılığında  vokal  musiqisinin 

də  xüsusi  yeri  və  əhəmiyyəti  var.  Belə  ki,  bəstəkar  öz 

yaradıcılığında vokal janra da geniş yer vermiş və digər janrlarda 

da onun xüsusiyyətlərindən istifadə etmişdir.  

Bəstəkar, əsasən, vokal musiqisinin mahnı və romans janrına 

müraciət  etmişdir.  Bu  istiqamətdə  də  çox  böyük  uğurlar 

qazanmışdır. Çünki F.Əmirov gözəl melodiyalar yaradıcısı idi. 

Mahnı üçün də melodiya ən vacib şərtlərdəndir. Başqa janrlarda 

olduğu  kimi,  vokal  musiqidə  də  xalq  melodiyalarından 

bəhrələnən  bəstəkar  bu  üslubda  ifadə  vasitələrindən  bacarıqla 

istifadə etməyə nail olmuşdur. 

Fikrət 


Əmirovun  yaradıcılıq  irsinin  əsas  qayəsini 

vətənpərvərlik  mövzusu  təşkil  edir.  Bu  bəstəkarın  mahnıları 

üçün  də  çox  səciyyəvidir.  Mirvarid  Dilbazinin  sözlərinə 

“Azərbaycan  elləri”  mahnısı  da  məhz  bu  mövzuda  yazılıb. 




33 

 

Yüksək  vətən  məhəbbətini  bəstəkar  öz  lirik  düşüncələri  ilə 



tərənnüm edir. Vətənin şad günündə xalqın mütəşəkkilliyi ilə bir 

bayraq  altında  qovuşan  müqəddəs  Azərbaycan  ellərinin  xoş 

rifahından bəhs edən bu mahnı hər zaman aktualdır. 

Bəstəkarın  vətənini  daim  şad  və  firavan  görmək  istəyi  onun 

Teymur Elçinin sözlərinə “Gülür ellər” mahnısında da tərənnüm 

olunur. 


Məktəb şagirdləri “Gülür ellər” mahnısını səsləndirirlər. 

 

                          Bayram gəlir elimə, elimizə, 



                          Nəğmə düşür dilimə, dilimizə

                          Könlüm gülür, elim gülür, gülür gözəl diyarım, 

                          Çalır tarı, çalır sazı, gülür ellər, gülür. 

                          Hər yan gül-çiçək, əlvan gül-çiçək, gül çiçək… 

                          Könlüm gülür, elim gülür, gülür gözəl diyarım, 

                          Çalır tarı, çalır sazı, gülür ellər, gülür. 

                          Zəhmət çəkib hünərlə min bir əllər 

                          Xonça tutub el üçün qız-gəlinlər 

                          Könlüm gülür, elim gülür, gülür gözəl diyarım, 

                          Çalır tarı, çalır sazı, gülür ellər, gülür. 

Kitabxanada bəstəkar haqqında çəkilmiş “Mən səni araram” 

sənədli  televiziya  filminin  müzakirəsi  keçirilə  bilər.  Tədbirə 

kino haqqında maraqlı məlumatlar vermək üçün filmin qurluşcu 

rejissoru, Əməkdar incəsənət xadimi Arif Qazıyevi və digər film 

heyətini  dəvət  etmək  olar.  Bu  film  haqqında  qısa  məlumata 

keçid alaq: 

Rejissor : Arif Qazıyev, Ssenari müəllifi : Eldar İsgəndərzadə, 

Operator : Adil  Abbasov,  Səs  rejissoru:  Firudin  Bağıroğlu 

olmuşdur.  Film  bioqrafik  janrında,  Azərbaycan  dilində, 

Azərbaycanda 2006-ci ildə çəkilmişdir. Filmdə Fikrət Əmirovun 

bacısı-Şəfiqə  Əmirova,  Ərəstun  Xəlilov,  qızı-Sevil  Əmirova, 

nəvəsi-Nəzrin,  Azərbaycan  Xalq  artisti-İlhamə  Quliyeva 




34 

 

bəstəkarla  bağlı  xatirələrindən  danışırlar.  Tədbirin  sonunda 



şagirdlər sözləri Tələt Əyyubova, musiqisi isə Fikrət Əmirova 

məxsus olan  “Mən səni araram” mahnısını ifa edirlər. 

 

  Hər gecə səni mən səslədim, 



 Yolunu sühbədək gözlədim. 

 Eşq odu məni, yar, yandırar, 

   Rəhm elə, yamandır intizar... 

 Eşq odu məni, yar, yandırar, 

   Rəhm elə, yamandır intizar... 

 

     Göz yaşım sel olar, ah sənsiz... 



      Bülbüləm neyləyim, çəmənsiz? 

Bəs hanı, hanı yar, o sevda? 

    Gör nələr, nələr var başımda... 

Bəs hanı, hanı yar, o sevda? 

    Gör nələr, nələr var başımda... 

 

                             Bir günəş nuru var üzündə, 



    Gözlərin hər zaman gözümdə. 

                             Mən səni araram, anaram, 

  Gül-çiçək sanaram, sanaram. 

    Mən səni araram, yar anaram, 

  Gül-çiçək sanaram, sanaram. 

 

Kitabxanada  Fikrət  Əmirovun  yaradıcılığı  ilə  bağlı  keçirilən 



maraqlı  tədbirlərdən  biri  də  mahnı  müsabiqəsidir.  Müsabiqə 

kitabxananın  “Nağıl  otağı”nda,  liseyin  ibtidai  sinif  şagirdləri 

arasında  təşkil  oluna  bilər.  Mahnını  ən  yaxşı  ifa  edən  oxucu 

kitabxananın 

müdiriyyəti 

tərəfindən 

mükafatlandırılır. 

Səsləndirilən mahnılardan bir neçəsini sizə təqdim edirik. 

 

 

 




35 

 

                                     Quzum 



 

                            Bir quzum var rəngi ala

                            Quzum oxşar marala. 

                            Ayrı düşsə mələr quzum, 

                            Tükləri məxmər quzum. 

                            Hər gün səhər səsləyirəm, 

                            Quzum deyə, mən onu. 

                            Yedirirəm, çimdirirəm, 

                             Bəsləyirəm mən onu. 

                             Bir quzum var rəngi ala. 

                             Quzum oxşar marala. 

 

                             Çağıranda, ala quzum, 



                             Dönür dala tez quzum. 

   Mənim qəşəng bala quzum, 

                             Mənim qara göz quzum. 

                             Yata bilmirəm gecələr. 

                             Yuxum qaçır gözümdən. 

                             Deyirəm tez açıl səhər, 

                             Quzumu tez görüm mən. 

                             Bir quzum var rəngi ala

                             Quzum oxşar marala. 

 

Bizim Həyət 



 

Bizim həyətdə 

                                      Yüz uşaq var. 

                                      Bir-birini 

  Çox sevir onlar. 

     Böyük meydandır 

                                      Bizim həyət, 

   Qaynar qazandır 

                                      Bizim həyət. 



36 

 

 



                                        Nəqarət: 

 

           Bax, bax, nə gözəldir 

                                      Bizim həyət. 

         Gəl, bax nə gözəldir 

                                      Bizim həyət. 

 

                                      Uca evləri 



Nə göyçəkdir, 

  Onun dörd yanı 

                                      Gül-çiçəkdir. 

     Gömgöy dənizdir 

                                      Bizim həyət 

     Hər vaxt təmizdir 

                                      Bizim həyət. 

 

Nəqarət: 

 

       Dərsdən, bağçadan 



                                      Gələndə biz, 

Gülür, oynayır 

                                      Həyətimiz. 

  Qoşur nəğmələr 

                                      Bizim həyət, 

       Hər gün, hər səhər 

                                      Bizim həyət. 

 

 



 

 

 



 

 



37 

 

 



 

Ədəbiyyat siyahısı 

 

Haqqında 

 

Fikrət Əmirov // Azərbaycan musiqi dünyası = Azerbaijan 



music world = Luminaries of Azerbaijan arts : Azərbaycan 

incəsənətinin korifeyləri. - Bakı : Nurlar, 2001. – S. 37. 

 

Fikrət Əmirov : Biblioqrafiya. - Bakı : Çinar-Çap, 2009. - 271 



s. - (Azərbaycanın Görkəmli Şəxsiyyətləri).  

 

Rza R. Fikrət Əmirov haqqında // Seçilmiş əsərləri. 5 cilddə. - 

Bakı : Öndər, 2005. – C.5. - S. 223-226.  

 

Rza, X. Fikrət ƏImirovun mahnıları : məqalə // Gəl, ey səhər. - 



Bakı : Nağıl evi, 2004. - S. 19-21. - Məqalədə F.Əmirovun 

ayrı-ayrı tamaşalara yazdığı mahnıların mətni də verilmişdir. 

 

Təhmirazqızı S. Fikrət Əmirov. - Bakı : Aspoliqraf, 2012. - 400 



s. : foto, rəngli foto, not.  

 

Dövri mətbuatda 

 

Abbaslı T.   Layla-bayatı simfoniyalı... : eyzən tufan 

coşğulu, atom təlatümlü, hərdən də bəmi-ahəstə bəstələr 

bəstəkarı - Fikrət Əmirov // Mədəniyyət. - 2016. - 18 noyabr. - 

№ 88. - S. 12.  



Abbaslı T.   Ümumbəşər fitrətli, dünya şöhrətli Fikrət : bu 

cavan Amerika salonu qocaman Şərq xəyalatına dalmışdı... // 

Mədəniyyət. - 2011. - 25. 11. - № 87. - S. 7.  

 



38 

 

Abbaslı T.   Ümumhalət sənətkarı... : Fikrət Əmirov - 90 // 

Mədəniyyət. - 2012. - 21 noyabr. - № 84. - S. 7.  

Allahverdiyev V.  

Fikrət Əmirovun fortepiano üçün yazdığı 

12 miniatür məcmuəsində milli üslub keyfiyyətləri // Mədəni 

Maarif. - 2011. - № 1. - S. 63--65.  



Azəri L. Məmməd Səid Ordubadi və musiqi // Mədəniyyət. - 

2012. - 19 dekabr. - № 92. - S. 13.  



Babayev A. Son görüş : Fikrət Əmirov // Mədəni Həyat. - 

2013. - avqust. - № 8. - S. 61, 62.  



Belarus səhnəsində əsrarəngiz "Min bir gecə" : Fevralın 16-

da Belarus dövlət Akademik Musiqili Teatrında Azərbaycan 

bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin ilk 

tamaşası olub // Mədəniyyət. - 2014. - 19 fevral. - № 13. - S. 8.  



Fərəcov S.  

Bəstəkar yaradıcılığının kəhkəşanı : Fikrət 

Əmirov // Mədəniyyət. - 2012. - 2 noyabr. - № 79. - S. 10.  

Fikrət Əmirov (1922-1984) // Savalan. - 2016. - 4-6 oktyabr. - 

№ 42. - S. 2.  



Xəlilzadə F. Açılan səhərin şəfəqləri : Fikrət Əmirov - 90 // 

Azərbaycan. - 2012. - 22 noyabr. - № 260. - S. 6.  



Xəlilzadə F. Bəşər mədəniyyətinin inciləri : Şuşanın işğalından 

20 il ötür : Əbədiyaşar ömürlər // Azərbaycan. - 2012. - 21 

aprel. - № 86. - S. 7.  

Onun əsərləri... göstərir ki, bu insanda milli duyğiular nə 

qədər yüksək səviyyədə idi : [sentyabrın 19-da Fikrət 

Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur] // 

Ədəbiyyat qəzeti. - 2011. - 23 sentyabr. - № 35. - S. 1-2.  



"Sevil" operası yaşayır və yaşayacaqdır : Azərbaycan 

Prezidenti Heydər Əliyev Akademik Opera və Balet teatrında 

əsərin yeni quruluşda ilk tamaşasına baxmışdır // Ədəbiyyat 

qəzeti. - 2013. - 9 may. - № 17. - S. 4-5.  




39 

 

Səməd M. Azərbaycan xalq mahnıları : Fikrət Əmirov  // 

Ədəbiyyat qəzeti. - 2012. - 4 avqust. - № 29. - S. 2,6.  

Vəfalı A. Yazmaya bilmədim : Fikrət Əmirov haqqında 

xatirələr // Ədəbiyyat qəzeti. - 2012. - 5 may. - № 16. - S. 1.  



Vəfalı A. Yazmaya bilmədim : Heydər Əliyev və Fikrət 

Əmirov // Ədəbiyyat qəzeti. - 2013. - 9 may. - № 17. - S. 5.  



Zərbəliyev C. Musiqi kəhkəşanının parlaq ulduzu // 

Mədəniyyət. - 2012. - 23 noyabr. - № 85. - S. 2.  



 

Bəstəkara həsr olunmuş şeirlər 

Bayram T.   Fikrət Əmirovun xatirəsinə : şeir // Seçilmiş 

əsərləri. - Bakı : Lider, 2005. - S. 148-150.  



 

Səfərli İ. Şirmayı dillər : bəstəkar Fikrət Əmirova : şeir // 

Seçilmiş əsərləri. - Bakı : Lider, 2005. - S. 175-176.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



40 

 

  Milli sərvətimiz-Fikrət Əmirov



 

(metodik vəsait) 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 38 

Çapa imzalanmışdır:15.09.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə