Ustad Hüseyn Ənsariyan


Əxlaqi və tərbiyəvi işlərin yeri



Yüklə 1,03 Mb.
səhifə13/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

Əxlaqi və tərbiyəvi işlərin yeri


İnsan istənilən bir şərait və zamandan əxlaq və tərbiyəyə ehtiyaclıdır. Hətta bu günkü texnoloji tərəqqi əsrində əxlaqi məsələlər öz əhəmiyyətini itirməmişdir. Bəlkə də bu sahədə ehtiyaclar daha da artmışdır. Çünki elm və sənət gücləndikcə vicdan və insanlığa ehtiyac artır. Əks təqdirdə insan ixtiyarında olan elm və texnologiyadan yalnız kimyəvi bombalar, atom silahları düzəltmək üçün istifadə edir. Sənai deyir:
Oğru çıraq ilə gələrsə əgər

Ən yaxşı meyvəni ağacdan dərər.
Hər birimiz ailə-övlad, dostlar və ətrafdakılarla rəftarlarımıza diqqətli olmalıyıq. Gözəl əxlaq həyatın istənilən bir mərhələsində insana gözəllik və kəramət verir. Hikmət sahibi olan Allah Qur`ani-kərimdə İslam peyğəmbəri (s) haqqında buyurur: “Həqiqətən, sən böyük əxlaq sahibisən.”1

Həqiqətən də əziz Peyğəmbər (s) və onun ardıcıllarının gözəl əxlaqı İslam dininin tərəqqisinə əhəmiyyətli tə`sir göstərmişdir. Həzrət Peyğəmbər (s) güzəşt edən və alicənab bir şəxs idi. O ətrafdakılarla xoş davranır və hamının öz fikrini bildirməsi üçün şərait yaradırdı.

Nəql edirlər ki, bədəvi bir ərəb tez-tez İslam peyğəmbərinin (s) görüşünə gəlib ona hədiyyə verir və dərhal da pul istəyirdi. Həzrət Peyğəmbər (s) onun bu işinə təbəssümlə cavab verərdi. Həzrət Peyğəmbər (s) pərişan vaxtlarında buyurardı: “Ey kaş həmin bədəvi yenə gələydi!”

Həzrət Peyğəmbər (s) və mə`sumların gözəl əxlaqla bağlı bir neçə buyuruğunu yada salaq:

1. Əziz Peyğəmbər (s): “Sirkə balı korladığı kimi pis əxlaq yaxşı əmələ tə`sir göstərib onu məhv edir.”2

2. İmam Həsən Müctəba (ə): “Həqiqətən də yaxşılıqların ən üstünü gözəl əxlaqdır.”3

3. İmam Sadiq (ə): “Günəşin hərarəti buzu əritdiyi kimi gözəl əxlaq insanın xətalarını əridir.”4
Sual: Müsəlman gözəl əxlaq sahibi olmalıdır dedikdə onun həmişə təbəssümlü olmasımı nəzərdə tutulur?

Cavab: Gözəl əxlaq dedikdə insanın öz ətrafındakı şəxslərlə gözəl və münasib rəftarı nəzərdə tutulur. Güzəşt, mehribanlıq, xoş danışıq, təvazökarlıq, xeyirxahlıq, böyüklərə və ata-anaya ehtiram, ustada hörmət gözəl əxlaq nümunələridir. Qeyd edək ki, başqalarını sevindirib onlara qəm-qüssəsini unutdurmaq mö`minlik xüsusiyyətlərindəndir. Mö`min insan şadlığını büruzə verir, qəm-qüssəsini gizlədir. O istəmir ki, öz kədərini ətrafdakılarla bölüşsün. Mö`min fərd öz gülüşü və zarafatları ilə başqalarını alçatmır, birini incitməklə o birini şadlandırmır.

İkinci fəsil

Bə`zi əxlaqi sifətlər


İnsan mə`nəvi kamilliklərə çatmaq, təkamül zirvəsinə ucalmaq üçün öncə çirkin sifətlərdən uzaqlaşmalıdır. Bu proses “təxliyə” adlanır. Yalnız təxliyədən sonra əxlaqi fəzilətlərlə zinətlənmək olar. Belə bir zinətlənmə “təhliyə” sayılır. Əgər mənzilimizdəki hovuza su tökmək istəyiriksə, əvvəlcə onun çirkabını təmizləməliyik. Hovuzdakı iylənmiş suyu təmizləmədən ona saf su tökmək mə`nasız bir işdir.

Şübhəsiz ki, ruh bədəndən ayrıldıqdan sonra cisim təbii olaraq çürüyür. Amma ölməz ruh yaşayır və onun hansı vəziyyətdə olması insanın aqibətini tə`yin edir. Əgər dünya həyatında insan öz ruhunu çirkin əxlaqla bulaşdırmışsa, axirət aləmində də əzab çəkir. Əksinə, dünya həyatında əxlaq əldə etmiş insan axirət dünyasında da şad-xürrəmdir.

Şübhəsiz ki, təxliyə və təhliyə proseslərindən keçmək üçün insan öncə çirkin və gözəl sifətləri tanımalıdır. Ruhu çirkinliklərdən təmizləmək və zinətləndirmək üçün belə bir tanışlıq qaçılmazdır. Uyğun ehtiyacı nəzərə alaraq hazırkı fəsildə çirkin və gözəl sifətlərdən bə`zilərini yada salırıq:

1. Yalan


Allah-taalanın insana verdiyi ən böyük ne`mətlərdən biri danışıq istedadıdır. İnsan danışıq vasitəsi ilə öz ehtiyaclarını dilə gətirir, istəklərini bildirir. Düşüncə və e`tiqadlar da dil vasitəsi bəyan olunur. İnsan dil vasitəsi ilə dostlarla qəmini bölüşür, ruhunda bir yüngüllük yaradır. Ən sadə ünsiyyət vasitəsi olan dilin fəaliyyət dairəsi çox böyükdür. Dil vasitəsi ilə başqalarını sevindirmək, öyüd-nəsihət vermək, elm öyrətmək, barışıq yaratmaq mümkündür. Amma dil də başqa əşyalar kimi pis yolda istifadə edilə bilər. Necə ki, bıçaq həm xeyir, həm də şər yolda istifadə olunur. Bıçaqla həm zəruri ehtiyacları aradan qaldırmaq, həm də günahsız insanı öldürmək olar. Kiçik həcmli dil də insana çox böyük zərərlər gətirə bilər. Dilin kiçikliyinə aldanmamalıyıq.

Dilin insan üçün zərərlərindən biri yalan danışmaqdır. Yalan o qədər böyük günahdır ki, yalançı Allahın düşməni sayılmışdır. Dini rəhbərlər hətta zarafata yalan danışmağı qadağan edirlər. Çünki belə bir günah digər günahlar üçün qaynaqdır. İmam Baqir (ə) buyurur: “Allah-taala pislikləri qıfıllamışdır və həmin qıfılın açarı şərab içməkdir. Amma yalan danışmaq şərab içməkdən qat-qat pisdir.”1

Cəmiyyətin ən böyük qazanclarından biri onun fərdləri arasında qarşılıqlı e`timaddır. Bu böyük sərmayəni puça çıxaracaq ən təhlükəli vasitə dil və dilin yol verdiyi yalandır. Yalan insanların bir-birinə olan e`timadını qırır, yalançıya kimsə hörmət göstərmir.

Çirkin sifət olan yalanın ziddi doğruçuluqdur. Yalan nə qədər çirkindirsə, doğruçuluq bir o qədər gözəldir. İmam Sadiq (ə) buyurur: “Dilini islah edən insanın əməlləri çiçəklənər.”2 Digər bir hədisdə imam buyurur: “İnsanların rüku və səcdələrinin uzunluğunu əsas götürməyin, bu iş adət də ola bilər. Əsas məsələ insanların doğruçuluğu və əmanətdarlığıdır.”3


2. Həsəd


Ruhi və əxlaqi xəstəliklərdən biri də insanın həsədçiliyidir. Bu xəstəliyin müalicəsi olduqca zəruridir. Həsəd o qədər təhlükəli şeytani xasiyyətdir ki, Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Ey mənim rəsulum! De ki, pənah aparıram Allaha... həsədçinin şərindən...”4

İnsan Allah-taalanın bir şəxsə verdiyi ne`mətə müxtəlif cür münasibət göstərə bilər:

1. Arzu edər ki, Allah həmin ne`məti o şəxsdən alsın. Eyni zamanda özü həmin şəxsi o ne`mətdən məhrum etməyə çalışar. Bu çox pis bir haldır və həmin ruhiyyəyə həsəd deyilir. Bu çirkin xasiyyət səbəbindən insan özünü yaddan çıxarıb başqalarını məhv etməyə çalışır.

2. İnsan arzu edir ki, Allah həmin fərdə verdiyi ne`mətdən ona da versin. Belə bir hal “ğibtə” adlanır. Qibtə bəyənilmiş bir haldır. Çünki insan qibtə sayəsində fəallaşır. Qibtənin heç bir ictimai zərəri yoxdur. İmam Sadiq (ə) buyurur: “Mö`min insan həsəd aparmır, amma qibtə edir. Münafiq isə qibtə etmir, həsəd aparır.”1

3. İnsan arzu edir ki, Allahın başqalarına verdiyi ne`mətdən yalnız onda olsun və Allah başqalarına verdiyini geri alsın. Belə bir şəxs Allahın ona ehsanından imtina edir. Uyğun hal paxıllıq sayılır. Paxıl insan yalnız özü üçün istəyir və başqalarının məhrumluğundan ləzzət alır. Həsəd və paxıllığın ziddi i`sar sifətidir. İ`sar əhli başqalarının ne`mətə çatmasından şadlanır, hamının ne`mət və asayiş içində olmasını istəyir, hətta öz ixtiyarında olanları başqalarına verməkdən ləzzət alır.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə