Ustad Hüseyn Ənsariyan


Məadın inkar olunmasının səbəbləri



Yüklə 1,03 Mb.
səhifə10/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

Məadın inkar olunmasının səbəbləri


Məadın, insanın qiyamət səhnəsinə qayıdışının bə`ziləri tərəfindən inkar edilməsinin müəyyən səbəbləri var. Həmin səbəblərdən bə`zilərini nəzərdən keçirək:

1. Bə`ziləri məs`uliyyətdən qaçmaq üçün bəhanə axtarırlar. Onlar öz ətrafındakılara zülm edir, onların haqqını tapdayır, fitnə-fəsad törədirlər. Axirət inancı insanın günaha doğru azad addım atmasına mane olur. Bu qəbil insanlar öz yolunu açmaq, çirkin işlərə mane olacaq səbəbləri aradan qaldırmaq üçün qiyaməti inkar edirlər. Qur`ani-məcid buyurur: “İnsan düşünür ki, onun sümüklərini bir yerə toplamayacayıq? Biz onun barmağının bəndlərini yenidən yaratmağa qadirik. İnsan məada şəkk etmir. O sadəcə azad olmaq istəyir. İstəyir ki, ömrünün sonunadək günah iş görsün. Buna görə də soruşur ki, qiyamət nə vaxt olacaq?”2

2. Bə`zən insanın yetərincə agah olmaması, Allahın qüdrətindən xəbərsizliyi onun məadı inkar etməsinə səbəb olur. Təfsir kitablarında bildirilir ki, bir şəxs çürümüş sümük parçasını əlinə alıb düşündü ki, bu yolla Peyğəmbərlə (s) mübarizəyə qalxacaq, onun məadla bağlı sözlərini batil edəcək. Həmin şəxs Peyğəmbərin (s) görüşünə gəldi. Əlindəki sümük parçasını ovub yerə tökdü və dedi: “Bu çürümüş sümüyü kim dirildə bilər?!” Həmin məqamda Allah hazırkı ayələri nazil etdi: “O (həmin şəxsə işarədir) öz yaranışını unudub bizə misal çəkdi. Dedi ki, bu sümükləri kim dirildə bilər, axı onlar çürüyüb? De ki, onları həmin şəxs dirildəcək ki, başlanğıcda yaratmışdı. O hər məxluqdan agahdır.”3

Məadın inkarının digər bir səbəbi dini təbliğat vəzifəsini öhdəsinə götürənlərin ləyaqətsiz rəftarlarıdır. Cəmiyyətin dini baxımdan mə`lumatlandırılmasına vəzifəli bə`zi insanlar zahirdə özünü dindar göstərsə də, əməlləri sözləri ilə bir araya sığmır. Onların riyakarlığı bir çoxlarını məada münasibətdə tərəddüdə salır. Məsələn, insanlar bütün fikir-zikri dünya malı və məqam əldə etmək olan din alimi gördükdə düşünürlər ki, əgər qiyamət haqq olsaydı, bu şəxs belə rəftar etməzdi. Bəli, riyakar alimin sözlərindən çoxları belə qənaətə gəlir ki, həmin alimin dedikləri düz olsaydı, özü əməl edərdi. Məadın inkarının başqa bir səbəbi xürafi söhbətlərdir. Qiyamətlə bağlı məntiqsiz bir söz danışıldıqda bu sözlər nəinki insanların e`tiqadını artırmır, əksinə mənfi tə`sir göstərir və bir çoxlarını dindən uzaqlaşdırır.

Zəruri bir nöqtə: Şübhəsiz ki, düşüncəli müsəlmanlar başqalarının yersiz əməllərinə, alimlərin riyakarlığına xatir öz e`tiqadlarından əl çəkmirlər. Qiyamət günü kimsədən bu qəbil üzürlər qəbul olunmayacaq.

Məada e`tiqadın faydaları və tə`sirləri


Məada e`tiqad, ölümdən sonrakı həyatın yada salınması insan həyatının bütün məqamlarına müsbət tə`sir göstərir. Bu iman və xatırlama səbəbindən insan öz vəzifələrini yerinə yetirməyə daha çox çalışır. O inanır ki, zərrəcə əməli nəzərdən qaçmır, yaxşı və pis bütün addımları qeydə alınır. Bəli, Allah-taala dəqiq hesab aparır, insanın gizli və aşkar əməllərini qeydə alır. Məad e`tiqadı insana əbədiyyət və`d edir. Əbədiyyətə inanclı insan axirət həyatının qurulması üçün çalışır. Onun üçün ölüm başqa bir həyata atılan addımdır. Axirətə inanclı insanlar zülm-sitəmdən çəkinir, günaha yol vermir. Onlar əmindirlər ki, bütün əməllərinə görə cavab verəcəklər. Məada inanan fərd dini vəzifələrini üstün şəkildə yerinə yetirir, ehtiyaclılara yardımını əsirgəmir.

Əgər cəmiyyətdə məada e`tiqad ruhu hakim olarsa günah, cinayət, ayrıseçkilik, möhtəkirlik, ədalətsizlik, yoxsulluq göstəriciləri əhəmiyyətli həddə aşağı düşər. Hazırda əksər cəmiyyətlərdə uyğun problemlər mövcuddur və onların günbəgün artımı göz qabağındadır. Bunun əsas səbəbi insanların axirətə, hesab-kitaba e`tiqadsızlığıdır. Qur`ani-kərim bu barədə buyurur: “Qiyaməti daim inkar edən şəxsi gördünmü? O həmin şəxsdir ki, yetimi qəzəblə qovub, başqalarını miskinə təam verməyə təşviq etmir...”1

Qiyaməti qəbul etməyən insan o qədər alçalır ki, öz miskin imkanları sonsuz qüdrət sahibi olan Allaha qarşı çıxır. Fir`on və fir`onkimiləri deyilənlərə aşkar misal ola bilər.

Bərzəx, dünya və axirət arası aləm


Sual: Dünya və axirət arasında başqa bir aləm varmı?

Cavab: Qur`an ayələri və mə`sumların buyuruqlarından belə bir qənaətə gəlmək olur ki, bu dünya ilə axirət dünyası arasında bərzəx adlanan bir aləm var. Bərzəx dedikdə iki şey arasında vasitə nəzərdə tutulur. Qur`ani-kərimdə qiyamət və axirət dünyası haqqında danışıldığı qədər Bərzəx haqqında danışılmır. Bu səbəbdən də bərzəx aləminin xüsusiyyətləri bir o qədər aydın deyil. Amma əldə olan mə`lumatlardan aydınlaşır ki, Fir`on və onun kimi zalım kafirlər bərzəx aləmində əzab çəkəsi, şəhidlər kimi yüksək məqamlı mö`minlər həmin aləmdə ne`mətə çatasıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirdə behişt bağlarından bir bağ və ya cəhənnəm quyularından bir quyu var.”2

On birinci fəsil

İmamət və müsəlmanlara rəhbərlik


Biz şiələrin əsas inanclarından biri də imamətdir. İmamət dedikdə insanlara dini və dünyəvi işlərdə rəhbərlik nəzərdə tutulur. Ötən söhbətlərdə peyğəmbərlik, risalət və imamət arasındakı fərqlərdən danışıldı. Qeyd edildi ki, imamət peyğəmbərlik və risalət məqamından yüksək bir məqamdır. Dini məqsədlərin həyata keçirilməsi, tərbiyəvi proqramların icrası imamın vəzifəsidir. Bu iş istər ədalətli hökumətin təşkili, istərsə də bu hökumətsiz həyata keçməlidir. Qeyd etdik ki, əziz Peyğəmbərin (s) üç məqamı olmuşdur: peyğəmbərlik, rəsulluq və imamlıq. Həzrət İbrahim də bir sıra sınaqlardan sonra, yəqin, kamal və peyğəmbərlik mərhələlərini keçib imamət məqamına nail olmuşdur.1

İmama ehtiyacın dəlilləri


Əziz Peyğəmbərdən (s) sonra imamın vücudu müsəlmanların zəruri ehtiyaclarındandır. Bu ehtiyacın bə`zi dəlillərini nəzərdən keçirək:

1. Nə qədər ki, həzrət Peyğəmbər (s) sağ idi, müsəlmanlara müdiriyyət və rəhbərlik edirdi. Peyğəmbər (s) ilahi səfir olmaqla yanaşı, həm də hakim sayılırdı. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra müsəlmanlar problemlə üzləşdilər. Hərəkətdən dayanmış İslam cərəyanı imama ehtiyaclı idi. İmam Peyğəmbərin (s) məqsədlərini izləməli idi. Əks təqdirdə Peyğəmbərin (s) zəhmətləri puça çıxardı.

2. Peyğəmbər (s) müsəlmanlara nəbiyy və hakim olmaqla yanaşı ilahi bir müəllim idi. O ehtiyac duyulan həqiqətləri açıqlayır, insanları mə`lumatlandırırdı. Peyğəmbərdən (s) sonra bu yolu davam etdirəsi bir şəxsə ehtiyac vardı. İslam Peyğəmbəri (s) dinin ümumi qanunlarını tam şəkildə çatdırmışdısa da, bu külliyyatın izahına, xalqın suallarını cavablandırmağa ehtiyac vardı. Qur`an həqiqətləri, şəriət hökmləri insanlara Peyğəmbər səviyyəsində təqdim olunmalı idi.

İmam həm də cəmiyyəti səadətə doğru aparmağa vəzifəlidir. İnsan vücudunda ağıl başqa üzvlərə yol göstərdiyi kimi, imam da cəmiyyətdə fərdlərə yol göstərir. İmam Baqirdən (ə) nəql olunmuş rəvayətdə buyurulduğu kimi, vilayət və imamət İslamın beşinci və mühüm sütunu sayılır. İmam (ə) buyurur: “İslamın beş sütunu var: Namaz, zəkat, oruc, Həcc, vilayət (mə`sum rəhbərə itaət)”.

Tarix sübuta yetirib ki, ləyaqətli rəhbər sayəsində əzəmətə çatan bir millət ləyaqətsiz bir rəhbərin ucbatından süquta uğrayır. Həmin milləti zəlalət içində görəndə inanmaq olmur ki, bir vaxt o millətlər cərgəsində öndə dayanıb. Cahil ərəblər Məhəmməd (s) adlı ilahi rəhbərin zühuru ilə qısa bir vaxtda inkişaf edib dünyada tanındılar. Bəli, hər bir dövr üçün bəşəriyyətə xilaskar rəhbər tə`yin edən Allahdır. İcraçı olmadan səadət proqramı həyata keçmir. İnsanların həqiqi rəhbəri tanıması isə çox mühümdür. Çünki azğın rəhbərlərin caynağından qurtulmaq olduqca çətindir.

Əbu Əli Sina deyir: “İnsana kiprik və qaş yaratmaqla onun ən kiçik ehtiyaclarını ödəyən hikmət sahibi olan Allahın onların ən böyük ehtiyaclarından olan həqiqi rəhbər ehtiyacına göz yumması, onları rəhbərsiz və təbiyəçisiz qoyması məntiqi deyil.”



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə