Ustad Hüseyn Ənsariyan


Yeddinci fəsil Peyğəmbərlik (nübüvvət)



Yüklə 1,03 Mb.
səhifə6/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   2   3   4   5   6   7   8   9   ...   48

Yeddinci fəsil

Peyğəmbərlik (nübüvvət)


Əqidə əsaslarından ikincisi bütün müsəlmanlar tərəfindən qəbul olunan peyğəmbərlik məsələsidir. Peyğəmbərlər Allah tərəfindən bəşəriyyətin doğru yola çağırışı, hidayəti üçün seçilmiş insanlardır. İnsanın yaranışında məqsəd bu deyil ki, o dünya həyatına qədəm qoyub ne`mətlərdən bəhrələnsin və dünya ilə vidalaşsın. İnsanın əsas yaranış məqsədi təkamül, axirət aləmində uca məqama çatmaqdır. Belə bir məqsədə proqramsız və tə`lim-tərbiyəsiz yetişmək mümkün deyil. Bəs bu qanunları kim tənzimləməlidir? Cavab aydındır: Bu proqram bəşəriyyətin ruhi, fiziki və hissi səciyyələrindən tam xəbərdar olan şəxs tərəfindən müəyyənləşə bilər. İnsanı yetərincə tanıyan, onun haqqında ətraflı mə`lumata malik olan yalnız onun yaradanı, onu vücuda gətirəndir. İnsan üçün Allahdan savayı kim qanun müəyyənləşdirərsə, bir müddət sonra həmin qanunlarda nöqsan tapılar. Xüsusi ilə, qanun çıxaranların şəxsi mənafeləri onlara tərəfsiz qanunlar tənzimləməyə imkan vermir. Onlar heç vəchlə öz mənafelərinə və yaxınlarının mənafelərinə göz yuma bilmirlər. Bütün bəşəriyyətə eyni gözlə baxmaq insanın işi deyil.

Bəs Allah tərəfindən tənzimlənmiş qanunlar bəşəriyyətə hansı vasitələrlə çatdırılmalıdır? Məhz bu məqamda insanlar arasında ən üstün, ən ləyaqətli, günah və xətadan uzaq olan peyğəmbərlərə ehtiyac yaranır. Onlar Allahın hökm və göstərişlərini vəhy vasitəsi ilə qəbul edib xalqa bəyan edirlər. Vəhy dedikdə peyğəmbərlə aləmlər Rəbbi arasındakı xüsusi bir rabitə, təmas nəzərdə tutulur. Vəhy zamanı peyğəmbər batin gözü ilə varlıq həqiqətlərini hiss edir, batin qulağı ilə qeybi buyuruqları dinləyir.

Peyğəmbərlərin ən mühüm səciyyələrindən biri budur ki, onlar ilahi qanunlara əməldə öncüldürlər. Yə`ni peyğəmbərlər Allahın qanunlarını insanlara bəyan etməklə yanaşı bu qanunlara riayət etməkdə əməli nümunədirlər.

Peyğəmbərlərin səciyyələri


Peyğəmbərlərdə ümumi şəkildə iki səciyyə qeyd etmək olar:

1. Peyğəmbərlər günah və xətadan uzaqdırlar, yə`ni mə`sumdurlar. Bir fərdin cəmiyyətə və ümmətə nümunə olması, eləcə də insanların qeyri-müəyyən vəziyyətdən qurtuluşu üçün həmin şəxsin öz bəyan etdiyi qanunlara hamıdan üstün şəkildə əməl etməsi zəruridir. Yalnız bu halda həmin şəxs ətrafdakıların e`timadını qazana bilər. Düşünməməliyik ki, peyğəmbərlərin mə`sumluğu, günahdan uzaqlığı sırf Allaha aid olan işdir və bu sahədə onların öz fəallığı yoxdur. Peyğəmbərlərin günahdan sığortalanması dedikdə onların ilahi tə`limlər vasitəsi ilə agahlıq əldə etməsi və bu yolla büdrəməyə yol verməməsi nəzərdə tutulur. Məsələn, öz labaratoriyasında apardığı təcrübələr nəticəsində bir suyun öldürücü mikroblara malik olduğunu müəyyənləşdirən həkim heç vaxt həmin sudan içməz. Onun su ilə bağlı bilikləri həmin sudan istifadə etməsinə icazə vermir.

Bir çox günahların səbəbi həmin günahların sonundan xəbərsizlikdən qaynaqlanır. Allah-taala öz peyğəmbərlərinə elm və bilik öyrətməklə onları günahdan qorumuşdur. Peyğəmbərlərə belə bir lütf olunmasının səbəbi onların üzərinə qoyulmuş ağır məs`uliyyətdir. Peyğəmbərlər bütün həmnövlərindən ağır bir yüklə yüklənmişlər.

2. Öncə deyilənlərdən aydın olur ki, peyğəmbərlərin xüsusiyyətlərindən biri də onların dünya və axirət səadəti üçün zəruri olan qanun və hökmlərdən xəbərdarlığıdır. Onlar bəşəriyyəti xoşbəxtlik yolundan xəbərdar etmək üçün bu yolu tanımalıdırlar. Peyğəmbərlərin elmi Allahın müəyyənləşdirdiyi çərçivədədir. Peyğəmbərlər ilahi elmi çatdıra bilmələri üçün xüsusi bir ağıl və düşüncəyə malik olmalıdırlar. Başqa sözlə, peyğəmbərlər hikmət və düşüncə sahibləridir.


Peyğəmbərləri tanımaq yolları


Peyğəmbərlik iddiasında olan insan doğru deyib-demədiyini müəyyənləşdirmək üçün müxtəlif yollar var. Həmin yollardan bə`zilərini nəzərdən keçirək:

1-ci yol: Hər bir peyğəmbər ondan öncə peyğəmbərliyi sübuta yetmiş digər peyğəmbər tərəfindən təsdiq olunmalıdır. Peyğəmbər səhnəyə qədəm qoymamışdan öncə əvvəlki peyğəmbər onun xüsusiyyətlərini bəyan etməlidir. Növbəti peyğəmbərin qəbulu üçün ətrafındakıları hazırlamaq hər bir peyğəmbərin vəzifəsi olmuşdur. Necə ki, həzrət İsa İslam peyğəmbərini (s) təsdiqləmişdir.1 Eyni zamanda növbəti peyğəmbərlər özlərindən əvvəlki peyğəmbərlərin buyuruqlarını təsdiqləyir.

2-ci yol: Peyğəmbər dediklərinin doğru olduğunu sübuta yetirmək üçün mö`cüzə göstərməlidir. “Möcüzə” dedikdə qeyri-adi iş nəzərdə tutulur. Peyğəmbər təbii vasitələrdən istifadə etmədən başqalarının bacarmadığı qeyri-adi işləri bacarmalıdır. Həzrət Musanın əsasının əjdahaya çevrilməsi, həzrət İsanın ölüləri diriltməsi, həzrət İbrahim üçün odun soyuması, həzrət Salehin dağın köksündən dəvə çıxarması, həzrət Süleymanın küləklər və cinlər üzərində hakimiyyəti, İslam peyğəmbərinin (s) heç vaxt dəyişməyəcək Qur`anı gətirməsi uyğun mö`cüzələrə misal ola bilər.

Hər bir peyğəmbər öz dövrünün ən çox inkişaf etmiş sahəsində mö`cüzəyə malik olmuşdur. Bu yolla onların qeyb aləmi ilə əlaqəsi sübuta yetmişdir. Mütəxəssis olduqları sahədə qeyri-adi işləri müşahidə edən alimlər peyğəmbərlərə təslim olmuş, onların doğru dediyini təsdiqləmişlər. Uyğun nöqtə imam Rizadan (ə) nəql olunmuş hədisdə gözəl bəyan olunur. Ondan mö`cüzələrin bir-birindən fərqlənməsi barədə soruşulduqda həzrət buyurur: “Həzrət Musanın dövründə sehrbazlar və cadugərlər, həzrət İsanın dövründə həkimlər, İslam peyğəmbərinin (s) dövründə natiqlər və şairlər öz sahələrində çox inkişaf etmişdilər. Həzrət Musa öz mö`cüzəsi ilə sehrbazları, həzrət İsa xəstələrə şəfa verməsi ilə həkimləri, İslam peyğəmbəri (s) Qur`anın əsrarəngiz üslubu ilə şairləri məğlub etdi.”1

3-cü yol: Peyğəmbərlik iddiasında olanların danışıq və rəftarlarına bir qədər diqqət yetirək. Nə üçün həqiqi peyğəmbərlər heç vaxt maddi mənfəət fikrində olmur, mükafat və dünya malı istəmir, məqam və şöhrət ummur? Onlar hətta doğru yola çağırdıqlarından təşəkkür də gözləmirlər. Həqiqi peyğəmbərlər mənfəət axtaran yalançı peyğəmbərlərin əksinə olaraq yalnız Allahın razılığı barədə düşünürlər.

4-cü yol: Peyğəmbərlərin qanun və hökmlərini araşdırdıqda, onları dünyəvi qanunlarla müqayisə etdikdə onların həqiqətən də peyğəmbər olduğu aydınlaşır. Şübhəsiz ki, dördüncü yol elm və düşüncə sahiblərinə məxsusdur və sadə insanlar bu yoldan istifadə etmək imkanında deyillər.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə