Valproate Art 31 Core elements guide for prescribers


YADDAŞ KİTABÇASININ MƏQSƏDİ



Yüklə 275,04 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix11.12.2023
ölçüsü275,04 Kb.
#144220
1   2   3   4   5   6   7   8   9   ...   15
1-Valproatlar-tibb-isciləri-ucun-yaddas-kitabcasi-30 08 2021-1

YADDAŞ KİTABÇASININ MƏQSƏDİ 
Tibb işçiləri (Tİ) üçün yaddaş kitabçası 
valproy turşusunun qəbulu zamanı hamiləliyin 
qarşısının alınması Proqrammının 
m
əlumat vasitəsi olub həm tibb işçiləri həm də pasiyentlər 
üçün nəzərdə tutulmuşdur. 
Onun 
əsas məqsədi - 
hamil
əlik zamanı valproy turşusunun qəbulu ilə bağlı teratogen risklər və 
pasiyentl
ərdə risklərin minimallaşdırılması üçün tələb olunan tədbirlər haqqında məlumatın 
verilm
əsi və həmçinin risklərin pasiyentlər tərəfindən anlamının adekvat səviyyəsinin təmin 
edilm
əsidir.
Bukletd
ə bətndaxili dövrdə valproy turşusunun təsirinə məruz qalmış uşaqlarda anadangəlmə 
qüsurların və sinir sisteminin inkişafının pozulmaları riski haqqında məlumat əks etdirilmişdir. 
B
ətndaxili dövrdə valproy turşusunun təsirinə məruz qalmış uşaqlar üçün risklərin xarakteri 
valproy turşusunun hansı göstərişə əsasən təyin edilməsindən asılı olmayaraq eynidir. Bu 
s
əbəbdən Yaddaş kitabçasında əks etdirilmiş risklərin minimallaşdırılmasına dair tədbirlər 
valproy turşusunun istənilən göstərişlər üzrə istifadəsinə tətbiq oluna bilər.
Yaddaş kitabçası aşağıda sadalanan Tİ üçün nəzərdə tutulmuşdur: epilepsiyanın və ya bipolyar 
pozulmaların müalicəsi sahəsində mütəxəssislər (epileptoloq, psixiatr), ümumi təcrübə 
h
əkimləri, terapevtlər, mama-ginekoloqlar. 
Reproduktiv yaş dövründə olan qızlar və qadınlar üçün xüsusuilə tərtib olunmuş valproy 
turşusunun istifadəsi üzrə məlumat materiallarına aşağıdakılar aiddir:

Pasiyentl
ər üçün yaddaş kitabçası 

H
ər il doldurulan risklər ilə razılıq Forması 
Bu bukleti pasiyentl
ər üçün Yaddaş kitabçası ilə yanaşı istifadə edin. 
Pasiyentl
ər üçün Yaddaş kitabçası valproy turşusunu qəbul edən bütün pasiyentlərə - 
reproduktiv yaş dövründə olan qızlara və qadınlara (və ya yetkinlik yaşına çatmamış və ya şüurlu 
q
ərar vermək qabiliyyətinə malik olmayan pasiyentlərin valideynlərinə/qanuni nümayəndələrinə 
v
ə ya qəyyumlarına) - təqdim olunmalıdır. 
H
ər il doldurulan risklər ilə razılıq Forması doldurulmalı və valproy turşusu ilə müalicənin 
əvvəlində, valproy turşusu ilə müalicəyə hər il profilli mütəxəssis tərəfindən yenidən baxıldıqda 
v
ə, həmçinin, müalicə müddətində hamiləlik baş verdiyi halda onun istifadəsi müvafiq qaydada 
s
ənədləşdirilməlidir.
Pasiyent 
yetkinik yaşına çatmadığı və ya şüurlu qərar vermək qabiliyyətinə malik olmadığı 
halda, 
effektiv kontrasepsiya üsullarına dair tövsiyələr və valproy turşusunun hamiləlik zamanı 
istifad
əsinə dair məlumat pasiyentin valideynlərinə/qanuni nümayəndəsinə verilməli və onların 
m
əsələni tam dərk etməklərinə əmin olunmalıdır.
Valproy turşusunu təyin etməzdən əvvəl dərman vasitəsinin tibbi istifadəsinə dair Təlimatın 
aktual versiyası ilə tanış olmaq lazımdır. 




Yüklə 275,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə