Milli Kitabxana
59
Sən xeyir-şər qardaşısan bu elin,
Həmdəmindir
sevən gənclər, qız-gəlin.
Kim deyir ki, yox nəfəsin yox dilin?
Desən, sığmaz min dastana, ay bulaq.
Duyan ürək, söylə, necə daş olsun?
Səndən keçən məhəbbətə tuş olsun.
Salam apar, xatirimiz xoş olsun,
Bu zamandan o zamana, ay bulaq.
10 oktyabr 1979
YAŞIL YARPAQ
Yaşıl yarpaq,sənə baxmaq xoş imiş,
Ərgən qıza bənzəyirmiş bu dünya.
Hər ürəkdə bir söz olur,deyilmir –
Həmən sözə bənzəyirmiş bu dünya
Yaşıl yarpaq,yazdan sonra qış imiş,
Budaq-budaq tökülməyin var hələ.
Bilən bilir,ömrün sonu boş imiş,
İlmə-ilmə sökülməyin var hələ.
Yaşıl yarpaq gözümdəki yaş imiş,
Gözəl olan ədalıdır,ədalı...
Bu dünyanın,vallah,bağrı daş imiş,
Bağrı daşlar xatalıdır,xatalı!
PALID
Bütün ağaclardan ucasan,uca,
Yazda da,qışda da haman palıdsan.
İstini,soyuğu almazsan vecə,
Yaman palıdsan.
Bir kimsə arayış verməyib sənə,
Təsdiq eləməyib adın palıddır.
Baxıb bir özgəsi möhür yerinə,
Milli Kitabxana
60
Deməyib: – Bəlkə də,bu şabalıddır.
Üzsüz adamları üzün görməyib,
Ucalmaq xətrinə əyilməmisən.
Aslan qoltuğunda ömür sürməyib,
Çaqqal tərifilə öyülməmisən.
Elə buna görə haman palıdsan,
Yaman palıdsan.
Kökün torpaqdadır, əlin günəşdə,
Nə xoşbəxt bir tale olub qismətin.
Görmüşəm başını həmişə ərşdə,
Məğrur övladısan sən təbiətin.
Yaxşı ki,ağacsan,deyilsən insan,
Ömr elə o ki var,ucal o ki var.
Sən insan olsaydın,bir az suyundan,
Bir az da havandan oğurlardılar.
Ağac yaranmısan,ağac olub qal,
Kölgə sal bu yerə,zinət ol bura.
Nə kütə boyun əy,nə hütə alçal,
Qoy səni görənlər min ildən sonra
Desinlər yenə də: – Haman palıdsan.
Yaman palıdsan.
25sentyabr 1986
AĞACIM
Qış gəldi,üşütdü məni,
Vadar elədi ehtiyac.
Közərdi,isitdi məni,
Qızarıb kəsdiyim ağac.
Yaş kəsənin axırı yox,
Baş kəsənin axırı yox.
Bağışla məni,ağacım,
Milli Kitabxana
61
Eşiyimə daş atdılar,
Yerimdə at oynatdılar,
Çəpərə qaldı əlacım.
Ev tikmişəm,dirəyim yox,
Gəlmişəm sənə əl açım.
Demə mənim ürəyim yox,
Bağışla məni,ağacım.
Mən heç belə olmamışdım,
Ələ balta almamışdım.
Üzü dönsün ehtiyacın,
Bağışla məni,ağacım.
27may 1988
AĞACLAR
Bir qoca çinara işlədi balta,
O,bir ləngər vurdu,bir yırğalandı.
Yatdı xartıltıyla ağaclar üstə,
Ağaclar necə də tez sıralandı.
Havada tutdular onu,havada,..
Quşlar pırıltıyla uçdu hürküşüb.
Uçdu küləklərlə uçan yuva da...
Deyərdin meşəyə indi ün düşüb.
Əzildi ağaclar,sındı ağaclar...
Dağlar vüqarını itirdi sanki.
Bu son gedişi də qandı ağaclar,
Onu öz çiyninə götürdü sanki.
Ağacı yıxdılar,ağaclara bax...
Onu yıxılmağa qoymadı ancaq.
4noyabr 1976
SORUŞ
Mənim şahidimdir o tənha çinar.