Milli Kitabxana
56
Göylər yerlər üçün haqqın aynası,
Şəhidlər,qazilər şövqümdən o gün
Qalxıb məzarından dikələcəkdir.
Çiməcək yağışda qəbrimiz bizim,
Onda pöhrə-pöhrə göyərəcəyik.
Hələ yol gedirik bahara sarı,
Neynək ki,daralar səbrimiz bizim.
Bir azdan o günü biz görəcəyik,
Bir azdan yağacaq yaz yağışları.
9aprel 1992
NECƏ DƏ XOŞDUR
Bu yaz gecəsində göylərə baxmaq,
Qoşulub ulduza havaya qalxmaq
Necə də xoşdur.
O uca göylərdən enib astaca,
Bir parça buluda dönüb astaca,
Qəfil şimşək kimi kükrəyib çaxmaq,
Yağıb yağış kimi torpağa axmaq
Necə də xoşdur.
Sonra külək olub doyunca əsmək,
Çöllərin,düzlərin
üzündən öpüb,
Nəmli çiçəklərin gözündən öpüb,
Dərələr,yamaclar boyunca əsmək
Necə də xoşdur.
Səhərlər günəşlə birgə oyanmaq,
Eyvanda yar ilə qoşa dayanmaq,
Dünyaya,insana vurulduğunu,
Elə sevmək üçün doğulduğunu
Aşkara göstərmək,gizlincə anmaq
Necə də xoşdur.
OLMUR
Milli Kitabxana
57
Dost qəlbi bahardır,dost qabağında
Könlümü süfrətək açmasam olmur.
Qəlbimin,ruhumun dinən çağında,
Əsib titrəməsəm,coşmasam olmur.
Əcəb bir təzad var qarınla başda,
Fikir,düşüncədə,ağılda,yaşda.
Namərd əyləşəndə məclisdə başda,
Kükrəyib sel kimi daşmasam olmur.
Mən körpə qartalam,oylağım – səma,
Qartallar səmada yetişər kama.
Nadanın tənəsi dəyir adama,
Nadandan gen gəzib qaçmasam olmur.
Bir nadana baxdım,bir sənə,ey dağ,
Könlümü birtəhər ovutdum ancaq.
Dolanda,mən səni,ey ana torpaq,
Kövrələ-kövrələ qucmasam olmur.
28oktyabr 1974
BƏNÖVŞƏLƏR
Bu yaz yenə boyun büküb
Məni yaxıb bənövşələr.
Gözlərimə duman çöküb
Elə baxıb bənövşələr.
Düşünmüşəm: – Gedənləri
Qayıtmayan gözəllərdir.
Gözləməklə həsrətini
Ovutmayan gözəllərdir.
Yola çıxıb bənövşələr.
DƏYƏRMİ?
Gileyin-güzarın yeri deyildir,
Milli Kitabxana
58
Lermontov ömrünü yaşamışam mən.
Özüm də bilmirəm neçə fəsildir,
Sevinc,qəm yükünü daşımışam mən.
Çox da ki,çox arzu keçir könlümdən,
Dəyərmi başlayım naşükürlüyə?
Üstəlik taleyə yalvarımmı mən,
Bir qarğa ömrünü yaşayım deyə?
BULAQ
Nə ötürsən asta-asta, gah həzin?
Son qoysana bu fəğana, ay bulaq.
Dilində söz durmaz, ürəyində kin,
Bənzəyirsən lap insana, ay bulaq.
Şahidin yox, kimsə bilməz yaşını,
Həsrət, nəfəs yandırıbmı daşını?
İçmisənmi ala gözün yaşını,
Yana-yana, qana-qana, ay bulaq?
Zaman-zaman burulursan, axırsan...
Göz yaşıtək durulursan, axırsan.
Gözəllərə sən doyunca baxırsan,
Mən qalıram yana-yana, ay bulaq.
Uşaq idim, cavanlığı haqladım...
Gah od oldum, gah su oldum, çağladım...
Yol keçirdim, burda ayaq saxladım...
Nə deyirsən bu nöqsana,ay bulaq?
Hal əhlisən...hal əhlini qanarsan,
Bu günləri bir də dönər sanarsan?
Mən gizlində, sən aşkarda yanarsan,
Sən – sevdalı, mən – divanə, ay bulaq.