Milli Kitabxana
41
Ölümün çox yerdə səsi gur olur.
Ölüm arsız-arsız əl açsa əgər,
Sədəqə verməkdən ömrünü vaz keç.
Ölüm yaşamağa möhtacsa əgər,
Sən onun üstündən ürəklə bas,keç!
Milli Kitabxana
42
QOY ƏMƏL İNSANA BAŞDAŞI OLSUN
Ayları,illəri çəkirik dara,
Narazı qalırıq ömürdən,yaşdan.
Özümüz edəni qoyub kənara,
Giley eyləyirik dostdan,tanışdan.
Vəfasız deyirik nədən özgəyə?
Sədaqət deməkdən heç yorulmuruq.
İş məqama çatıb,başa yetəndə
Leyli də tapılır... Məcnun olmuruq.
Hissə qul oluruq,ağla hökmran,
Bir vədə hissdən də qalmayır nişan.
Vallah,qəribəyik,elə onda da
Çıxmırıq xatirə burulğanından.
Gəlin özümüzü sınayaq bir az,
Bir az tanış olaq özümüzlə də.
Gəlin özümüzü qınayaq bir az
İsinək imisti sözümüzlə də.
Elə yaşayaq ki, yaşadıqca biz,
Bir ömrün min zəfər yoldaşı olsun.
Yer kimi müqəddəs,gün kimi təmiz
Qoy əməl insana başdaşı olsun.
16may 1973
BİR YOL VAR
Bir yol var ömrümün dolaylarında,
Səninlə bir gülüb,ağladığım yol.
Sonra əllərimi yaylıq eləyib
Ağrıyan sinəmə bağladığım yol.
Bir yol var ömrümün dolaylarında,
Əvvəli vüsaldır,axırı hicran.
Odlara yanaram,keçmərəm daha
Milli Kitabxana
43
bir də bu yoldan.
...Demə ki,mən səni çoxdan atmışam,
Yolu da,səni də xatirə edib,
Mənzili olmayan yol yaratmışam.
10avqust 1972
YAŞAMARAM
İllər mənsiz ötüşəcək,
Nə mənası?Yoxam,varam.
Gələn bir şey götürməli,
Gedən bir şey verməlidir.
Yadigarsız yaşamaram.
Nəyə gərək hər söhbəti
Açıq deyəm,üzə vuram?
Başaşağı yaşayan çox,
Mən vüqarsız yaşamaram.
Kimə bəlli deyil görən
Bu torpağın səxavəti?
Qətrə-qətrə içmişəm mən
Bulaqlardan məhəbbəti.
Anaya da ananızdan
Əziz olan bir ana var.
O – Vətəndir!
Vətən qızı,mənim üçün
Səndən gözəl bir sona var.
O – Vətəndir!
Eşitdinmi,a sevgilim,
Deyən sənsiz yaşamaram?
Mən sənsiz də yaşayaram,
Mən Vətənsiz yaşamaram!
13aprel 1974
Milli Kitabxana
45
İSTƏK,.. İNAM!
Həyat istəyirəm bir az nəşəli,
Amma kədəri çox,sınaqları çox.
Qayğısız ömrü də ömür saymıram,
İstəmirəm,yox!
Sevgi istəyirəm,həsrətli sevgi,
Amma vüsalına bir ümid qala.
Sevgi olan yerdə inam,vəfa var...
Bir az da,bir az da qısqanclıq ola.
Əllər istəyirəm,pislikdən uzaq,
Fikir istəyirəm,ləkələnməmiş.
Sinə istəyirəm,dağ görməsin,dağ,
Gözlər istəyirəm kölgələnməmiş.
Gülzar istəyirəm,çiçəklərinə
Xəzan küləkləri dəyməmiş olsun.
İnsan istəyirəm,xəcalətindən
Başını heç yerdə əyməmiş olsun.
ATAM MƏNİ ALAR İDİ QOYNUNA
Atam məni alar idi qoynuna,
Qollarımı dolar idim boynuna.
Aparardı bağçamıza hər səhər,
Uzanardım çiçəklərə “ləh” deyə.
Uzanardım,uzanardım o qədər,
İnadıma tab etməyib çökərdi,
Ata-bala batardıq gözəlliyə.
Aylar,illər köhlənini tez çapıb,
Yaş yetirib gözəlliyin dəlisi.
Yaşadıqca bu dünyada çox tapıb,
Çox itirib gözəlliyin dəlisi.
Ata-ana həsrətlisi olan – mən,