Milli Kitabxana
35
– Bu qoca kimdir? – dedim, –
Sakitcə öz-özümə.
Səs gəldi ki,
babandır.
Deyəsiydim:
– Yalandır!
Deyəmmədim,oyandım.
COCUQ
Tutub cənazəni saxlama,burax!
Bu nə düşüncədir,ağıldır,cocuq?
Kim sənin başını sığallayacaq?
Daha belə şeylər nağıldır,cocuq.
Bərk durun! – Demişdi atamın özü,
Çıxdımı yadından anamın sözü?
Yaxın var,.. uzaq var,.. sındırma bizi,
Səbrim boğazıma yığıldı,cocuq!
Baxır üzümüzə bir cüt baş daşı...
Bəsdir göynətdiyin bacı-qardaşı.
Leysan yağışımı səndə göz yaşı?
Gözünə qızıl qan sağıldı,cocuq!
Gəlişi olanın gedişi haqdır,
Dünyanı kim tutub saxlayacaqdır?
Bu – belə zamandır,bu – belə vaxtdır,
Bizim tifaqımız dağıldı,cocuq!
1dekabr 1989
GÖRÜŞ
Üstünə yarpaqlar yağır,ay nənə,
Evim-eşiyimsən dediyin balan,
Dolu beşiyimsən dediyin balan
Əlləri qoynunda baxır,ay nənə!
İçimdə fəryadlar oxunub keçir,
Milli Kitabxana
36
Dünya üzü bozmuş,nəfəsi buzmuş.
Ölüm sopsoyuqmuş,əcəl quduzmuş,
Cansız daşlara da toxunub keçir.
Gəlib baş qaltında durmuşam sənin.
Gündüzlər verdiyin noğuldan şirin,
Axşamlar dediyin nağıldan şirin,
Şirin bir yuxuya dalmısan yəqin.
Torpaq yorğanını qucub,ay nənə,
İstərəm oxşayam,ovudam səni.
Uşaq deyiləm ki,oyadam səni,
O da sənlə birgə köçüb,ay nənə.
QANMAQ DƏRDİ
Qıyardım bu ömrə,bu cavanlığa,
Tabutun
ağırlığını görməsəydim.
Babamın tabutuna
kişi-kişi girməsəydim.
Sonra da
çiynimin ağrısından,
ürəyimin yanğısından
boğazım yanmasaydı,
Başımda
düşüncələr donmasaydı.
Qatlanmasaydı belim,
keyləşməsəydi əlim.
Bilməsəydim tabuta
qoyulmuş kindir,qəzəbdir.
Bir ömürlük sevincdir,
ağrıdır,əzabdır ölüm.
Bir də bilsəydim
hələ şaxı sınmayan beliylə,
hələ qıc olmamış əliylə
Atam tabutumu götürə bilər.
Milli Kitabxana
37
Anamın fəryadına məzarım
davam gətirə bilər,
Qəbrimdən dik qalxmaram,
hələ dil açmayan oğlumun
həsrətli gözlərinə
sönük-sönük baxmaram.
Bir də düşünə bilməsəydim,
bunları bir anlığa,
Qıyardım bu
ömrə,bu cavanlığa.
OLAYDI
Bu dünyanın ulduzu var,ayı var,
Günəşi var,dənizi var,çayı var.
Mən yazığın bir ömürlük payı var,
Qışla yazın arasında dolanır,
Qaşla gözün arasında dolanır.
Bu çəmənin çiçəyini dərən qız,
Dərib-dərib yaylıq üstə sərən qız,
Birini də mənə peşkəş verən qız,
Əllərinə əlim dəyər,qorxuram,
Ürək gedər,can göynəyər qorxuram.
O laləli yamac sənə tanışmı?
Yamacdakı ağac sənə tanışmı?
İzinə bax,dindirirəm danışmır,
Gözünə bax,ulduz-ulduz axır hey.
Şimşək olub başım üstə çaxır hey.
Gün dolanır,şər qovuşur,doğur Ay,
Altdan-altdan,gizli-gizli baxır Ay.
Əl titrəyir açıldıqca yaxa,ay!
Çöl döşəyim,gül yorğanım bu gecə,
Çırağbandır asimanım bu gecə.