Milli Kitabxana
26
Onsuz da bu dünya oynadır məni.
Gözümü açmağa vermiyir macal,
Oynada-oynada göynədir məni.
Nə yazib – xoş yazib o Taleyazan.
Sən də çox düşünüb özünü yorma.
Mən – qəbir yiyəsi, sən – Qəbirqazan...
Qucub dizlərini, boynunu burma.
Onsuz da ölənin qəbrini qazmaq
Qaydadır, aqətdir, a Qəbirqazan!
Quyu qazmırsan ki, gizlində mənə?!
Söz gəlsin sənə.
Kiş-kiş!..Bizdən uzaq!Yolundan azmaq,
Böyük qəbahətdir, a Qəbirqazan.
Bəlkə, tənha qalmaq səni qorxudur?
Sənə də bir Qəbirqazan tapılar.
Ayıl bu sükutdan, ölüm – yuxudur!
Amandır, qaralma buludlar kimi
Gələndə ilk bahar göy otlar kimi
İnsanın torpaqdan göyərməyi var.
Göyörmək – ləzzətdir, a Qəbirqazan!
8 may 1988
DƏMİR
Vaxt var idi,dağdan ağır babamız
Elə bilirdi ki,toxadır dəmir.
Çəngəldir,qarmaqdır,koğadır dəmir,
Candan əziz idi dəmir yabamız.
Birdən qılınc olub kəsib-biçdi o,
Nizəyə çevrilib,dəlib-keçdi o.
Bir gün çəkic alta gəlib-düşdü o,
Gördük,yupyumuşaq yuxadır dəmir.
Əzəldən xamlarla o, yola getməz,
Qananlar dəmirə etibar etməz.
Milli Kitabxana
27
Pulun var,ətə ver,yağa ver,itməz,
Vallah,əjdahadır,naxadır dəmir.
İnsan – çiy süd əmən,dünya – üzü boz,
Könlün hansı səmtə istəyirsə yoz.
Naxələf adama ölümdən ucuz,
Dostun salamından bahadır dəmir.
7noyabr 1990
QALALAR
Qəfil zərbə kürəyinə işləyib...
Qəfil zərbə ölümdən də yamanmış.
Acığından dodağını dişləyib,
Kürəyini dağa verib dayanmış
Cərgə-cərgə,sıra-sıra qalalar.
Yumruq kimi düyünlənib o vaxtdan,
Yağıların başı üstə asılmış.
Qıymakeşlə qıyma-qıyma doğranan
İgidlərin qanı ilə yazılmış
Sətir-sətir,misra-misra qalalar.
Sükutundan tük ürpəşər,donar qan,
Min illərdir zəhmi çöküb hər yana.
Yuxu bilməz,diclik bilməz heç zaman,
Keşik çəkər ulu Azərbaycana!
Əsrləri yora-yora qalalar,
Daş köynəyi para-para qalalar!
BİR EV VAR
Bir ev var,göyərib torpağı,daşı,
Baxana göz dağı çəkir divarlar.
Elə ki,qış gedib gəlir yazbaşı,
Ağlayıb göz yaşı tökür divarlar.
Milli Kitabxana
28
Burda nə it hürür,nə at kişnəyir,
Eyvan uçuq-uçuq,dam dəlik-dəlik.
Toy üçün burnunun ucu göynəyir,
Həsrətdir bir tanış səsə üstəlik.
Bir ev var,həyəti xoruz-beçəsiz,
Möhtacdır ötəri bir təbəssümə.
Sökülüb çər-çəpər,göyərib yol-iz,
Yiyəsi şəhərdə olurmuş demə.
Evin gözəlliyi dost-tanış,qonaq,
Kişi hənirtisi,qadın səsidir.
Yiyəsi sağ ikən yiyəsiz qalmaq
Evlərin ən böyük faciəsidir.
BAXIŞ
Dünyaya zirvədən baxmışam bu gün,
Çiynimi göylərə söykəyib həmən.
Bir məhək daşıymış həyat,ömür-gün,
Bir yaqut qaş imiş dünya büsbütün,
Niyə indiyədək görməmişəm mən?
Dünyaya zirvədən baxmışam bu gün,
Dağ dağa,daş daşa söykənib durub.
Ağaclar baş-başa söykənib durub.
Dolaylar keçmişəm bu hikmət üçün,
Buludlar başımda qılınc sındırıb.
Dünyaya zirvədən baxmışam bu gün,
Dünya sərhəd-sərhəd,çəpər-çəpərmiş.
Azadlıq,genişlik hər şeydən üstün,
Zirvədə yorğunluq çıxarmış bütün,
Ürək gah gülərmiş,gah sökülərmiş.
OTAĞIM
Dostları ilə paylaş: |