Milli Kitabxana
14
Bizim belimizi bükən itaət
Səni də qınına qoymalıydımı?
Yad əlin sığalı nə yaman imiş?
Ey hirsi,qəzəbi pas atan qılınc!
Dağlara çən gələr,el başına iş...
Hələ də Vətənə yas tutan qılınc!
Matəm paltarındır bu qın ,soyun,çıx!
Sinəmin qanıyla silim pasını.
Göynəyən əlimlə bir zərbə çalım,
Doğra,tök Vətənin qəm libasını!
21dekabr 1981
İTAƏT
İtaətlə enən qılınc havaya qalxmaz,
İtaətdə keçən ömür ölümdən betər.
Əl altında yaşayan xalq qabağa çıxmaz,
Əqidəsi tapdalanar,tarixi itər.
Əyildikcə ucalan baş vəzir başıdır,
İtaətdir azadlığa,mənliyə düşmən.
İtaətlə bükülən bel sınsa yaxşıdır,
Özü ilə milləti də əyəcək hökmən.
8 avqust 1982
KƏRBƏLA FACİƏSİ
Biz didərgin salındıq
Zəngəzurdan, Göyçədən
“Gəlməsiniz” adıyla.
Gəlinlərimiz – gözəl,
Qızlarımız – gülbədən...
Döşlərinə yazdılar
Siqaretin oduyla.
Hamilə qadınların
Qarnından körpəsini
Milli Kitabxana
15
Çıxarıb kəsdilər də.
Fəryad eləyənlərin
Batırdılar səsini.
İmdad diliyənləri
Tapdıyıb əzdilər də.
Bizim bu başbilənlər
Barmağı dodağında
“Suss!” eyləyib durdular.
Şirvanlandıqca onlar
Yadların qabağında
Yağılar qudurdular.
Onda Qarabağ odu
Qalandı başımızda.
Atamız boynu bükük,
Anamız gözü yaşlı
Dayandı qarşımızda.
Bizim bu baş bilənlər,
Sağlığında ölənlər,
Bölünənlər, bölənlər
Bircə kəlmə söz ilə
Mat qoydular hər kəsi:
– Başımıza gəlibdir
Kərbəla faciəsi.
Ondan sonra kimsədən
İmdad gəzmədi millət.
Əlini Tanrısından
Amma üzmədi millət.
Ağlamadı hər yetən
Başbilənin yanında.
Ağrısını saxladı
Ürəyində, canında.
“Qaçqına yardım gəlir”,
“Köçgünə yardım gəlir”
deyə haray saldılar.