Milli Kitabxana
20
Məni gül elədi Azərbaycanım.
30mart 1990
ŞƏHİD KÖYNƏYİ
Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
bazarlara cuma axtaran arxadaşlar,
mal qurtarıb.
Özgə verən tuman-köynək,
şal qurtarıb.
Ət qaxacı, şəkər tozu,
yad verən adyal qurtarıb.
Bircə şəhid köynəyi var,
verəmmərəm onu sizə.
Geysəniz də, dar gələcək
əyninizə.
Didərginin tikəsini
yeyənlərim.
Millətimi soyundurub,
Köynəyini geyənlərim!
Bazarlara yol axtaran
bagrıdaşlar,
a soydaşlar,
a yoldaşlar
yol qurtarıb!
Yaşamaga yarpaq, budaq,
Kol qurtarıb.
Bircə şəhid köynəyi var,
Necə qıyım onu sizə?
Eybinizi örtmək üçün
Çəkəsiniz əyninizə?!
Kəfən deyil –
Qandan baha, candan baha
köynəkdi bu!
Şivən deyil –
göz dağıdı,lal fəryadlı
Milli Kitabxana
21
göynəkdi bu!
Əlvan deyil,
bir üzlüdü,
bir ipdəndi,
bir rəngdi bu!
Mənsəb gəzən,taxt axtaran
taxtabaşlar,
Gəzdiyiniz hal qurtarıb.
Şirin nağıl,yalan vədə
Heç dəyməyib,kal qurtarıb.
Doğru sözə,düz ilqara
qismət olan
buxov,noxta,
nal qurtarıb.
Satılmayan namus,həya,
satlıq qoyun,mal qurtarıb.
Şor quruyub,yağ tükənib,
bal qutarıb.
Bircə şəhid köynəyi var,
O da mənim.
Qalan nə var...sizin olsun.
A qandaşlar,
qarındaşlar!
Təkcə isti qan çilənən
köynəkdəki
O qan mənim,
qada mənim!
18iyul 1994
OCAQ
Bir ocaq qaladı o tayda bacı,
Bir ocaq qaladı bu tayda qardaş.
Diriykən ayrılıq ölümdən acı,
Bizim başımıza tale salıb daş,
Tüstümüz görüşür Arazın üstə.
Bir əsgər o taydan bir güllə atdı,
Milli Kitabxana
22
Bu yandan görünən tüstüyə sarı.
Bir əsgər bu taydan bir güllə atdı
O yandan görünən tüstüyə sarı.
Bacı xəbər aldı olub təngnəfəs:
– Qardaş,bacın ölsün,canın sağdımı?
Qardaş qəhərlənib niyə susdu bəs?
Səsinə güllələr batacaqdımı,
Qəlbində qövr edən avazın üstə?
O yandan bir əsgər yanaşdı ona,
Bu yandan bir əsgər yanaşdı buna.
Bacı harayladı: – Di salamat qal!
Qardaş xəcalətdən tutdu üzünü.
Mən isə istədim əcəldən macal,
Baxıb qan içində gördüm özümü,
Axdı göz yaşlarım bu yazım üstə.
19dekabr 1989
QAÇQIN MAHNISI
O yana keçdi getdi...
Bu yana keçdi getdi.
Tanrısı qarğamışlar,
Yurdu qan ağlamışlar
Hayana köçdü getdi?
Bu dərdi atammırıq,
Alan yox,satammırıq.
Gecə-gündüz qaçırıq,
Yurd qaçır,biz qaçırıq,
Yenə də çatammırıq.
Getdi gedən yerimiz,
Ölüb-itən yerimiz,
İtib-bitən yerimiz.