Milli Kitabxana
23
Göydən asılı qaldıq,
Qəbri qazılı qaldıq,
Haray,Vətən yerimiz!..
25iyul 1995
ANAM TORPAQ
Anam torpaq,mən oğlunam,yaxşı bax,
Dayanmışam qabağında baş əyib.
Qucdum səni,sinəm yandı,sinəm,ax!
Öpdüm səni,dodağıma köz dəyib.
Anam torpaq,tale – şıltaq,tale – kür,
Öz bəxtini sınaqlardan keçirdin.
Axşam aydan,gündüz gündən əmib nur,
Yeddi arxa dönənimə içirdin.
İnanmağa ayın,günün bəsdilər,
Külliyən küp elədilər,ay sonam.
Qıyma-qıyma doğradılar,kəsdilər
Əqidəni,inamını,ay anam.
Üzü dönmüş səmum yelitək
Əsib keçdi başı üstən obamın.
Heçə döndük,puça döndük,ay ürək,
Goru necə çatlamasın babamın?
Güc hərlətdi o dəyirman daşını,
Zaman bizi un olunca üyütdü.
Axıtdıqca gözümüzün yaşını,
Bayatılar qəlbimizi ovutdu.
Ağzımıza zəhər əzdi yağılar,
Dinəmmədik,deyəmmədik bu dərdi.
İçimizdə kök atdıqca ağrılar,
Məbədinin daş sinəsi göyərdi.
Milli Kitabxana
24
Kərpic olub divarına hörüldük,
Hörüldükcə kaman kimi sızladıq.
Yad əliylə yad ellərə sürüldük,
Sürüldükcə,Vətən,deyib bozladıq.
Anam torpaq,mən oğlunam,yaxşı bax,
Dayanmışam qabağında baş əyib.
Qucdum səni,sinəm yandı,sinəm,ax!
Öpdüm səni,dodağıma köz dəyib.
21dekabr 1981
SƏNDƏ ŞAİR OLMAMAQ DA GÜNAHDIR
Qanqalını gözüm üstə qoyaram,
Zərrən üçün gözlərimi oyaram.
Nəfəsini yüz illikdən duyaram,
Eşqin ilə arzum budaq-budaqdır.
Səndə şair olmamaq da günahdır.
Xoş yazına, sərt qışına vuruldum,
Çiskininə, yağışına vuruldum,
Çınqılına,sal daşına vuruldum
Adın mənim yollarıma çıraqdır,
Səndə şair olmamaqda günahdır.
Bu dünyada qərənfil çox,lalə çox,
Amma sənin lalən kimi lalə yox.
Bulağının naləsi tək nalə yox,
Bulaqların nə nəğməkar bulaqdır,
Səndə şair olmamaq da günahdır.
Uşaqlığım belə döydü,ey yuvam,
Sevda məni yaman əydi,ey yuvam.
Cana gəldim,ətrin dəydi,ey yuvam,
Torpaq ki, var övladına dayaqdır,
Milli Kitabxana
25
Səndə şair olmamaqda günahdır
Şair sənsən,şeir deyən dilin – mən,
Sərkərdəsən, qılınc vuran əlin – mən.
Gözəl sənsən, sevgilin – mən, dəlin – mən,
Bilmirsənmi oğlun Kərəmsayaqdır?
Səndə şair olmamaq da günahdır.
Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman,bu – haqqdır,
Səndə şair olmamaq da günahdır.
2noyabr 1981
QƏBİRQAZAN
Külüngü,kürəyi qoyub yanına,
Qucub dizlərini göy otun üstə.
Nə fikrə getmisən, a Qəbirqazan?
Dərin dəryalardan xəyalın dərin...
Qazılan torpağa, açan yarpağa
Nə böyük heyrətlə baxır gözlərin?!
Günahmı etmisən, a Qəbirqazan?
Gün düşüb, alnında çiçəkləyib tər,
Gün aydın, usta!
Allah uzadandır sənin ömrünü,
Bu göy çəmənlikdə bir bahar günü
Mənim də qəbrimi qazaydın, usta.
Amma yorulmusan, bir azca dincəl!
Mən də bu güllərə sürtüm üzümü,
Əsən küləklərə qoşum özümü,
Dostumun oğlunun toyuna çatım.
Düşür sümüyümə zurnanın səsi,
“Cəngi”si, “yallı”si, “tərəkəmə”si,
Bir hava çaldırıb, bəlkə oynadım.
Şıtqa bur, ovça çal, döyülsün qaval!..
Dostları ilə paylaş: |