Milli Kitabxana
29
Elə bil,dəyişib
bir az görkəmin,
Elə bil,yad sözə uyumusan sən.
Əvvəllər heç belə soyuq deyildin,
İndi nə olub ki,soyumusan sən,
Otağım?
Aradan nə keçdi? İllər,fəsillər...
Başqa nə oldu ki? Dəyişdin niyə?
Nənəm əldən düşüb,anam qocalıb,
Atam da yetirib daha əlliyə,
Otağım!
Mən də gözəllərdən düşəndə söhbət,
Özümdən bədgüman oluram,düzü.
Bir də ki,rastıma çıxanda,əlbət,
Utanıb sıxılır qonşunun qızı,
Otağım!
Ona bir söz dedim,eylədi acıq,
Nədənsə ürəyi qızmadı mənə.
Sənin qapın açıq,pəncərən açıq,
Bəs sənə nə düşüb,qızmırsan yenə,
Otağım?
Sıxırsan adamı,darıxdırırsan,..
Ürəyim əlindən qanlar udubdur.
Belə getməyəcək,soyuqluğundan
Atam da,anam da xəbər tutubdur,
Otağım!
1iyul 1975
ŞAİR SİNƏSİNDƏN TANINAR
Məni tanımırsan,.. əcəb sözdü bu,
Tanımaq olarmı adamı üzdən?
Tanıyanlar olar,gözəl,düzdü bu,
Milli Kitabxana
30
Kəkliyi ayaqdan,ceyranı gözdən.
Tanımaq istəsən məni dünyada,
Dolaş səhər-səhər bağçanı,bağı.
Lalə bitməyirmi sizin bağçada?
Şair sinəsindən tanınar axı.
7yanvar 1976
SADƏLÖVHLÜK
Şeir amansızdır,şair qardaşım,
Yaman imansızdır şeir,qardaşım.
Yayın ortasında isitməsi var,
Qışın şaxtasında üşütməsi var.
Köz kimi içindən göynədər səni,
Dırnağın üstündə oynadar səni,
Nə yaxşı elə bir əsərim yoxdur.
Gözünü nadana oydurar şeir,
Dərini yaltağa soydurar şeir.
Mənim nə vecimə,şair qardaşım,
Rüşvətin gücünə kəsilmir başım.
Deşilmir qulağım paslı biz ilə,
Paslı bir zəncirdən asılmır başım...
O yanda,bu yanda tanıyanım yox,
Tərif edənim yox,qınayanım yox,
Özümə,özgəyə xətərim yoxdur.
Bir gün istədim ki,şeir yazım mən,
Baxdım,allı-güllü çəməndir şeir.
Göz yaşım güllərin şehinə döndü,
Mənə elə gəldi Vətəndir şeir.
Nəfəsim Vətənin mehinə döndü.
Razı olmadılar yoldan azım mən,
Dedilər: – Özünə düşməndir şeir.
Gördüm,bu dünyadan xəbərim yoxdur.