Milli Kitabxana
38
Gecə keçir,əsir sərin-sərin meh,
Çiçəklərin gözlərinə qonub şeh.
Vüsalın da ömrü gödək olur,eh!
Bu qanunu pozan əlim olaydı,
Nə ayrılıq,nə də ölüm olaydı.
DÜNYA
İməklədik, yeriməyə alışdıq,
Yeridikcə yürüməyə alışdıq.
Yıxılanda için-için ağladıq,
Qalxan kimi kiriməyə alışdıq.
Dünya bizi salıb tora, – söylədik,
Dünya beşdir,beşi də qara, – söylədik.
Toy elədik,dedik: – Dünya toy imiş.
Zurna-qaval,balabanmış,ney imiş.
Sərxoş durub dedi: – Dünya mey imiş,
Bir mən varam,bir də mey var burada.
Baş qarışıb,məzhəb itdi,arada
Vaxt olmadı,bilək dünya nə imiş.
Yaz çiçəyi gözümüzü oxşadı,
Yay küləyi üzümüzü oxşadı.
Payız gəldi,havalandıq: – Bar belə!
Qış olanda şairləşdik: – Qar belə!
Yarpaqları xəzəl görüb dayandıq,
Elə bil ki, yatmış idik,oyandıq.
Yerə baxdıq,gördük yerin üzü buz.
Göyə baxdıq,gördük göyün üzü boz,
Dünya bizi salıb tora, – söylədik.
Dünya beşdir,beşi də qara, – söylədik.
BEŞİYİMİ İSTƏYİRƏM
Beşiyimi verin mənə,
Milli Kitabxana
39
süd qoxulu beşiyimi,
bircə anlıq uşaq olum.
Beşiyimi verin mənə,
süd yuxulu beşiyimi.
Paxılların qəzəbindən,
tənələrin əzabından
böyüdükcə
uzaq olum.
Qoltuq altda böyüyənlər,
donuram mən.
Ucaldıqca əyilənlər,
yanıram mən.
Sərtləşirəm,kövrəlirəm
dönə-dönə.
Beşiyimi verin mənə.
Nə müddətdir bir mehriban
nəfəs üçün göynəyirəm.
Beşiyimi verin mənə.
Ayrı şeyi neynəyirəm?
Körpəlikdə doymadığım,
böyük olub duymadığım
bir nəfəsi duya bilim.
Nifrətimi,hiddətimi
yuya bilim.
Böyük olum sonra yenə.
Beşiyimi verin mənə.
28dekabr 1976
DÜNYA
Anam məni doğdu, sən övladımı,
Gördünmü uc-uca calandı dünya?
Aldım bu dünyadan hər muradımı,
Mən necə deyim ki,yalandı dünya?
Körpə gülüşündən açıldı könlüm,
Dünya sevilməli gözəldir,gülüm.
Milli Kitabxana
40
Sevincdən ağzımda dolaşdı dilim,
Şadlıqdan başıma dolandı dünya.
Dönsün adətiylə,dəyişsin aləm.
Sən ki,mənimləsən nə kədər,nə qəm?
Sən ki,mənimləsən demərəm ölsəm,
“Biz gəldi gedərik,qalandı dünya.”
26iyun 1978
TANIYIN MƏNİ
Mənim mətanətim,mənim mərdliyim,
Yenilməz iradəm,kişi sərtliyim,
Bu şahanə vüqar,şahanə baxış
Mənə torpaqdandır,torpağa alqış!
Sevinci sevincim,qəmi qəmimdir,
Yaxşısı mənimdir,pisi mənimdir.
Məndə dağ ətri var,aran odu var,
Ey məni yaxından tanımayanlar!
Bu ulu dağların gücü,qüdrəti
Biləyimdədir.
Bu əsrin qayğısı ürəyimdədir.
Bilirəm nədir eşq,nədir etibar,
Ey məni yaxından tanımayanlar!
Mən sizə yaxınam,tanıyın məni.
Axı doğulmayır gündə bir şair,
Sabahın eşqinə sınayın məni.
Sanmayın qızışıb özündən deyir,
Sınaqdan çıxmasam,qınayın məni.
23sentyabr 1975
KEÇ
Bir yanı olumdur,bir yanı ölüm
Bizim dünyanın.
Olum da,ölüm də cürbəcür olur.
Olumun çox yerdə heç səsi çıxmır,