Milli Kitabxana
49
Açan çiçək də mənəm,
Çaxan şimşək də mənəm,
Solan yarpaq da mənəm,
İnsan oğlu,qəmin kəm.
ŞÜKÜR ALLAHA!
Görürəm saçına dən düşüb daha,
Amma gözlərinin nuru yerində.
Alovu yerində,qoru yerində,
Şükür Allaha!
Yerişin,duruşun dəyişib daha,
Zaman hansımızın qəddini əymir?
Gəl bir də sevişək,bataq günaha,
Allah sevənlərin qəlbinə dəymir.
Şükür Allaha!
8yanvar 1988
KEŞİKÇİLƏR
Oğul əsgərliyə gedəndən bəri,
Ata öz qəlbində qürur duyurdu.
Ananı çaşdırır düşüncələri,
Süfrəyə bir qaşıq artıq qoyurdu.
Hamı bilirdi ki,nə vaxt qar düşüb,
Nə vaxt yağış yuyub orda çölləri.
Ürəyə gizli bir intizar düşüb
Oğul əsgərliyə gedəndən bəri.
Buğda cütləyirdi xəlvəti nənə,
Deyirdi: – Tək gəldi,qəlbim isindi.
Möhkəm dur,ay oğul,göz ol Vətənə,
Düşmən çəpərisən,nə var ki,indi?
Milli Kitabxana
50
Hər axşam beləydi,azı on kərə
Hamı dinləyirdi son xəbərləri.
Bir ev qərq olurdu düşüncələrə,
Oğul əsgərliyə gedəndən bəri.
Fəsillər beləcə çatırdı sona,
Ürəyi gah sevinc,gah qəm sökürdü.
Ana övladına,ata oğluna,
Nənə nəvəsinə keşik çəkirdi.
30dekabr 1974
ÜRƏK
“Hər ülfətə uyma” – dedim.
Qəzəbləndi.
“Hər ağrını duyma” – dedim,
Əzablandı.
Ərköyündür... “Şıltağına dözüm” – dedim.
Səbrimi də qırdı ürək.
Axır “ondan bezim” – dedim,
Beynimdə də vurdu ürək.
Eşitdimi məni bəyəm?
Dinən döyəm,
Daha bəsdi.
Mənə qalsa,
ürək belə göynəməzdi.
5aprel 1980
ETİRAF
Niyyətin haradır,mənzilin ora...
Yol gedib ömrümün sonuna kimi.
Çatsam o mənzilə,bəs ondan sonra?
Məni əcdadımın yanına kimi
Alıb çiyinlərdə aparacaqlar.
Bəlkə vay-şivən də qoparacaqlar.
Özüm yük olsam da başqalarına,
Təsəllim budur ki,fikrim,xəyalım
Milli Kitabxana
51
Mənzil bilməyəcək,əminəm buna.
Milli Kitabxana
52
YARATMISAN
Şükür birliyinə, Yaradan Kişi!
Gecədən gündüzə yol yaratmısan.
Mizan tərəziylə görüb hər işi,
İşığı zülmətdən bol yaratmısan.
Hərədə bir ləqəb, hərədə bir ad...
Onunçün bu qədər gözəldir həyat.
Məsləhət bəlmisən qartala qanad,
Ceyrançün süzməyə çöl yaratmısan.
Dağları, daşları xəlq eyləmisən,
Alçaqdan ucaya fərq eyləmisən.
Dərin dəryaları qərq eyləmisən,
Bir kiçik damladan göl yaratmısan.
Bilmirəm nədəndir yazdığın yazı,
Hələ ki, heç kimi salmayıb razı.
Varlı gileylidir, kasıb narazı,
Hərədə bir cürə dil yaratmısan.
Nər-nər nərildəyir şirlər qəfəsdə,
Çaqqallar, tülkülər ayrı həvəsdə.
Yazıq bənövşənin .başının üstə
İlahi, nə deyib kol yaratmısan?
Kim ki, mənəm deyib azdı yolunu,
Gözləri görmədi sağı, solunu.
Deyirəm, nə yaxşı, Cumayoğlunu
Haqqa, ədalətə qul yaratmısan.
19mart 1991
İLK BAHAR
Nə vaxtsa dünyaya gəlib ilk bahar,
Dünya sevincindən aşıb-daşıbdır.
Torpaqdan ilk dəfə göyərib otlar,