Milli Kitabxana
81
Ver,sabaha saxlama.
Dan ulduzu doğdu,bax,
Şirin,şəkər,bal yanaq.
Mən günah işləmədim,
Acıqnan dişləmədim,
Yana-yana qal,yanaq!
Ay alyanaq,alyanaq!
17fevral 1975
ŞAMAMA
Yenə də baş-başa verib.
O bir cüt haman şamama.
Salacaqdır işə məni,
Eyləyəcək qan şamama.
Dəysə əllərim,kəsərəm
Yüz quzu qurban,şamama.
Sığal çəkməsəm,küsərəm
Küsərəm yaman,şamama.
Durma belə boynu buruq,
Can sənə,can,can,şamama.
Bu titrəyiş,bu əsməcə
İlahidir.Dözüm necə?
Axı,səndən bezim necə?
İstəyim aman,şamama?
Eh,başıma gəldi hava,
Gözümə duman,şamama.
Ay mənə dərman,şamama.
8aprel 1975
GÖZLƏRİN
Bilirsənmi,gözəl,məni
Salıb nə hala gözlərin?
İnsafdırmı bir cavanı
Verə zavala gözlərin?
Milli Kitabxana
82
Şimşək olub çaxır,axı,
Ürəyimə axır,axı.
Axırıma çıxır axı,
Bəladır,bəla gözlərin!
Eşitsənə,ey bağrı,daş!
Əriyirəm yavaş-yavaş.
Qəbrim üstə ağlaya kaş
Dalıb xəyala gözlərin,
Sənin o ala gözlərin.
20 iyun 1977
SƏN
Sən – mənim bəxtimin açılan gülü,
Sən – mənim ömrümün yaz səhərisən.
Sən – mənim şeirimin məhəbbət dili,
Sən – mənim könlümün nəğmələrisən.
Səadət gətirdin gəlişinlə sən,
Anamın,atamın təzə gəlini.
Nənəm duz çevirdi başına hərdən,
Qorxdu gətirərlər gözə gəlini.
Elə düşünmə ki,bəxtinə düşüb
Bu iynə-dərmanın ağrı-acısı.
Səni ki qaytara biliblər mənə,
Həkimlər gözümdə müqəddəsləşib,
A qardaş-bacımın gəlin bacısı.
Sən – mənim bəxtimin açılan gülü,
Sən – mənim ömrümün yaz səhərisən.
Sən – mənim şeirimin məhəbbət dili,
Sən – mənim könlümün nəğmələrisən.
27iyun 1978
KÖNLÜMÜ
Milli Kitabxana
83
Nə sözüm kar edir,nə gücüm çatır,
Ovuda bilmirəm dolan könlümü.
Onda qəmlər yatır,nisgillər yatır,
Yoxdur sevindirən,alan könlümü.
Nə qanır-qandırır,nə düşür başa,
Mənnən cəng eləyir,çıxır savaşa.
Bilmirəm öldürüm,ya çırpım daşa,
Başımın bəlası olan könlümü.
Nə gözəl niyyəti,arzusu vardı,
Əsdi qara yellər,aldı,apardı.
O mənimki idi,məndən qopardı,
Bir ruhsuz elədi talan könlümü.
Yoxdur vəfasızdan hay,Cumayoğlu,
Eyləmə özünü zay,Cumayoğlu.
Açma hər yetənə,ay Cumayoğlu,
Məni bu dərdlərə salan könlümü.
26fevral 1975
ALIŞQAN
Bir alışqan almışam
“Tutuquşu”adında.
Siqaret od almamış,
Mən yanıram odunda.
Sorma satan kim idi,
Demərəm,üz vurma gəl.
Sözü şeirim kimiydi,
Özü şeirimdən gözəl.
Alışqan da çox idi,
Heç beləsi yox idi.
Özü seçib verdi qız.
Dünya gözəllərindir,