Milli Kitabxana
72
göyün,yerin,
Odunun,ocağın,təndirin.
Öz əlin,öz başın,
Öz tərəzin,öz daşın.
Öz boynun,boğazın,kəndirin.
Sən ki,mənim özümsən,
Canımsan,gözümsən,
İnsansan,.. əzizimsən.
13aprel 1988
NƏĞMƏLƏR
Budaqdan budağa qonan quş kimi
Dodaqdan dodağa qonar nəğmələr.
Ürək var – daş kimi,qəlb var – qış kimi,
Üşüyər nəğmələr,donar nəğmələr.
Doğulub arzudan,eşqi həvəsdən,
Yan gəzər,gen qaçar ümidsiz kəsdən.
Amandır!Od düşər həsrət nəfəsdən
Alışar nəğmələr,yanar nəğmələr.
Qəlbimdə yanğı var,pəncərəmdə buz,
Yer naxış-naxışdır,göy ulduz-ulduz.
Taledən şikayət etmə,gözəl qız,
Bir ömrü,bir günü qınar nəğmələr.
Olub keçənləri saldıqca yada,
Gah buza dönürəm,gah da ki,oda.
Sizdən çox yaşayan yoxdur dünyada,
Siz deyin,dünyada nə var,nəğmələr.
17iyul 1975
NƏĞMƏ
Bir nəğmə axtarıram,
Odundan ürək yana,
Alovundan dil-dodaq.
Bir nəğmə axtarıram.
Milli Kitabxana
73
Nəqaratı gec gələn
Vüsal kimi yanğıma
Su çiləyə,su ancaq.
Hirsimə dar ağacı,
Hissimə zəncir olan
Nəğmə axtarıram mən.
Lap ən son çağımda da
Onu oxuyam gərək,
Ölüm də qorxa məndən.
9aprel 1976
ŞİR
Deyirlər,qocalanda şir,
Qalxır bir dağ başına,
Qabardıb tüklərini
gərnəşir.
Qabaq qolları üstə
qoyub ağır başını,
Axıdıb göz yaşını,
Uzanıb ölmək,
qurda-quşa yem olmaq
Ona ağır gəlir.
Bir dəli nərə çəkib
atılır günəşə.
Toxumaq istəyir özünü
əbədi atəşə.
Uçur qayadan...
Axı,şir şirdir!
Atlanıb keçir dünyadan.
14may 1985
KƏPƏNƏK
Bu – çəmən,bu çiçək,.. kəpənək,
Bu dünya nə göyçək,kəpənək.
Üç yüz il yaşayıb
bir gülə yetməyən,
Ölməyən,itməyən
Milli Kitabxana
74
Qurd-quşu yaxırsan.
Bir
günlük ömründə min gülün
dadına baxırsan.
Qonursan gah ona,gah buna,kəpənək.
Salmısan məni də oyuna,kəpənək.
Gecələr düşdümü,
işığa uçursan.
Elə bil qaranlıq dünyadan qaçırsan.
Sonra da zövq ilə,
Bir dəli şövq ilə,
Çırpırsan özünü oda sən,kəpənək.
Yaşamaq xətrinə
verirsən bir ömrü bada sən,kəpənək.
17aprel 1990