Milli Kitabxana
78
Sonra da tərləyən al yanaqları
Döyükə-döyükə siləsən gərək.
Qırmızı geyinə,üzdə tel əsə,
Didə ürəyini, səbrini kəsə.
“Yox”deyə, gedəsən gedər-gəlməzə,
“Hə”deyə, özünə gələsən gərək.
Dünya, Cumayoğlu, qoca dünyadır,
Heç nəyi almayan vecə dünyadır.
Bilmək istəsən ki, necə dünyadır,
Öləndə eşq ilə öləsən gərək.
7yanvar 1976
GÖRÜNÜRSƏN
Tez-tez görün,qadan alım,
Sən niyə az görünürsən?
Görünəndə də,ay zalım,
Bir qış,bir yaz görünürsən.
Allah haqqı,dünya qopmaz,
Etsən mənə nəzir-niyaz.
Sən şəkərsən,mən şəkərbaz...
Edirsən naz,görünür,sən.
Ay ağzımın dadı,duzu,
Nə baxırsan quzu-quzu?
Gah geyirsən al-qırmızı,
Gah bəmbəyaz görünürsən.
Çəmən yaşıl,çiçək əlvan...
Bülbül ötür,sinəsi qan.
Sən onların hamısından
Şirin avaz görünürsən.
Sızladıqca için-için
Milli Kitabxana
79
Vaqif Aslan sənin üçün,
Ey üzü gül,teli çin-çin,
Lap kefi saz görünürsən.
11iyul 1996
HAVASI
Hər nə sümük olsa düşər,
Vallah,bu qaş-göz havası.
Ürək nədir,ciyər bişər
Dəysə üzə üz havası.
Gözün hardan seçdi məni?
Qətrə-qətrə içdi məni.
Qəfil vurub keçdi məni
Cavanlığın yaz havası.
Gözlərinin nədi qəsdi?
Zalım qızı,daha bəsdi!
Yağı belə eləməzdi,
Qoca kişi,.. naz havası.
Axşam oldu yaman yerdə,
Allah,çarə qıl bu dərdə.
Bu yandan da pərdə-pərdə
Çalır məni saz havası.
Saz yiyəsi naz aşiqi,
Naz yiyəsi saz aşiqi.
Bir gözəlin yüz aşiqi,
Hər aşiqin öz havası.
Cumayoğlu,göz ki,haqdır,
Gözəl gördü,baxacaqdır.
Bil ki,səni yıxacaqdır
Pıçpıçıyla söz havası.
31mart 1991
BAXARSAN TUFANIMA
Milli Kitabxana
80
Baxışların cil olub
Yapışdıqca canıma,
Qız,susama qanıma.
Ölləm,qanlı olarsan,
Gözü yaşlı qalarsan,
And olsun vicdanıma.
Bu nə həvəsdir,ay qız?
Həvəsdir,bəsdir,ay qız!
Qan kimi qaynaram mən,
Yerimdən oynaram mən.
Göylər tamaşa eylər
Vallah,həyəcanıma.
Axı,hara qaçım mən
Sevdalı gözlərindən?
Bircə cüt ulduz olub
Dikilib ünvanıma.
Çimirəm nurunda mən,
Ölümmü uğrunda mən?
Tanımırsan sən məni,
Dönnəm,sevərəm səni,
Baxarsan tufanıma.
16may 1995
ALYANAQ
Ay alyanaq,alyanaq,
Üstündə var xal,yanaq.
Gəl biz də bir gün görək,
Sən də bir kam al,yanaq.
Şuxluq etmə bir belə,
Əl-qolumu bağlama.
Ver payımı,tez elə,