ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İngilis müstəmləKƏÇiliyinin VƏHHABiLİYin inKişaf edib genişlənməsində oynadığı rol



Yüklə 5,57 Mb.
səhifə26/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

İngilis müstəmləKƏÇiliyinin VƏHHABiLİYin inKişaf edib genişlənməsində oynadığı rol


İngilislərin istismarçılıq və müstəmləkəçilik siyasətləri islam aləmində təfriqə və bir-birini inkar etmək kimi fəzanın yaranmasında, digər islami firqələrə qarşı bədbinlik yaradılıb töhmət və yalan nisbəti verilməsində, bir-birini və islamın dəyərli şəxsiyyətlərini iftiraçılıqda müttəhim edilməsində, yeni-yeni firqə və məzhəblərin yaradılmasında ən ümdə və əsasalı səbəblərdən biri hesab olunur. Əgər istismarçıların müsəlman qüvvələri zəiflədib məhv etmək üçün istifadə etdikləri ən müvəffəq yolun onların arasında təfriqə və ixtilaf yaradıb, yeni-yeni saxta dinlər, məzhəblər və peyğəmbərlər icad edilməsi olduğunu desək, heç də mübaliğəyə yol verməmiş olarıq.

İstismarçı qüdrətlər islam ölkələrinə hakim kəsilib öz qüdrət və nüfuz dairələrini genişləndirmək, zəif ölkələrə hakim kəsilərək onların maddi və mənəvi sərvətlərini qarət etmək üçün həmişə cürbəcür əsaslı maneələrlə qarşılaşırdılar, onlar heç bir ölkəyə asanlıqla daxil ola bilmirdilər. Heç olmazsa daxil olduqları ilk anlarda yerli əhalinin ciddi müqavimətləri və bir çox digər maneələrlə qarşılaşırdılar. Çoxlu səbəblər camaatın hərəkətə gəlməsinə və təcavüzkar-istismarçı qüvvələr qarşısında dayanmağa səbəb olurdu. O cümlədən, milliyyət, dil, mədəniyyət, din və məzhəb kimi amilləri qeyd etmək olar.

Bu amillər içərisində istismarçıların hədəfi müqabilində çox möhkəm və mühüm bir sədd – camaat arasında dinin, özü də İslam kimi bir dinin qüdrəti və məzhəbin nüfuzu idi. Buna görə də istismarçıların özləri həmişə bu amilin qüdrətini etiraf etmişlər. İngilislərin qədim istismarçı nümayəndələri bu ölkənin ümumi məclislərində Quranı ələ alıb deyirdilər: “Avropa bilməlidir ki, nə qədər ki, bu kitab müsəlmanların yol göstərəni və onların əməl etdikləri bir kitabdır, bizim istismarçı siyasətlərimiz bu ölkələrdə heç vaxt möhkəmlənməyəcəkdir.” İslamın çiçəklənməsinə, intibahına yol açıldığı, onun hərəkətverici qüvvələrinin bir daha hərəkətə gəldiyi dövrdə, dünya ağalığına can atan bütün istismarçı qüvvələr İslamı öz yolları üstündə ən böyük maneə hesab edirdilər. Çünki islam dini, hər bir ünvanda olursa olsun, istismarçılığı, istilaçılığı və zorakılığı rədd edir və müsəlmanları zülm və zalımlar əleyhinə qiyama sövq edir. Əlbəttə, bu mübarizə təkcə müsəlmanlar üçün deyil, əksinə bütün məhrum və məzlum kütlələrin azadlığa çıxması üçün bir yoldur. Buna görə də bu din özünə vəzifə hesab edir ki, bütün azadlıqsevər hərəkatlara öz qüdrəti çatan qədər köməklik göstərsin.

İstismaçılar belə bir böyük və əzəmətli sədd ilə mübarizə aparmaq üçün iki yoldan istifadə etmişlər:

1-Birbaşa mübarizə.

Bu növ mübarizənin özü də iki cür baş verirdi:

a) Hərbi qarşılaşmalar yolu ilə; məsələn, islam ölkələrinə, o cümlədən, Liviya, İraq, Əfqanıstan və sair yerlərə səlib yürüşləri təşkil edib o yerlərin hərbi cəhətdən işğal olunması.

b) İslam hökmlərini təhrif edib əksinə cilvələndirmək, islama və onun müqəddəslərinə ittihamlar vurmaqla İslamın dini təlimlərinə hücum etmək.

2-Birbaşa olmayan yollarla mübarizə.

İstismarçı qüvvələr İslamla bu cür mübarizə apararkən üç yoldan istifadə edirdilər:

a) Müsəlmanların öz dinlərinə qarşı laqeyd münasibət bəsləməsi üçün onların arasında əxlaqsızlığın, fahişəliyin və fəsadın yayılması.

b) İslam ölkələrində ayrı-ayrı şəxsləri və qrupları bir-birindən ayırıb parçalamaq üçün millətçilik hisslərinin təhrik edilməsi.

v) Müsəlmanların arasında bədbinliyi artırıb ittihamların yayılması yolu ilə təfriqə və ixtilaf yaradılması.

İstismarçıların müsəlmanların əzəmət, iqtidar ittihadını sındırmaq, onların arasında təfriqə bir-birinə qarşı çıxmaq ruhiyyəsi yaratmaq üçün gördüyü tədbirlərdən biri firqəçilik, yeni-yeni məzhəblər yaratmaq saxta dinlər icad etməkdən ibarətdir ki, onlar bunun vasitəsi ilə İslamı müsəlmanların dini əqidələrini məhv etməkdən əlavə, özlərinin müsəlmanlar arasında təfriqə salmaqdan ibarət olan əsl hədəflərini həyata keçirirlər. “Şəxsiyyət əndişehayi-Kaşiful-ğitakitabının müəllifi yazır: “... İstismarçılar son bir neçə əsrdə çalışmışlar ki, islam ölkələrindəməzhəbi-dini islahatlaryeni həyatünvanı ilə gizli hərəkatlar icad edərək onlardan öz məqsədləri üçün istifadə etsinlər. Babiliyin, vəhhabiliyin, kəsrəviyyətin, şeyxçiliyin zahir olması, Məhəmməd ibn Əbdül-Vəhhab, Seyyid Əli Məhəmməd Bab, Mirzə Həsən Əli Bəha, Şeyx Əhməd Ehsai, Seyyid Kazim Rəşti, Əhməd Kəsrəvi kimiləri dini-siyasi səhnələrə daxil edib onların təbliğ edilməsi, eləcə “23 il”, “Şeytan ayələri s. kitabların yayılması istismarçıların məkrli planlarından başqa bir şey deyildir. Bu da təbii olaraq qısa yaxud uzun müddət ərzində onların istəklərinə uyğun olaraq yüksək nəticələr verirdi.1

Vəhhabilik də istismarçılar tərəfindən icad edilib inkişaf etdirilən bir firqədir. Çünki istismarçılar özlərinin məkrli hədəflərinə çatmaq üçün müsəlman şiələri arasında şeyxçiliyi, sünnülərin arasında isə vəhhabiliyi yaymaq qərarına gəlmişdilər. Belə ki, vəhhabilik siyasəti islam firqələrinin kafir hesab edilməsi, müsəlmanların arasında təfriqə salıb, risalət və vəhy əsərlərinin məhv edilməsi, zülm və təcavüzkarlıq əsasında qurulmuşdur.

İngilislər ilk dəfə olaraq XVII miladi əsrinin əvvəllərində ticarət məqsədləri ilə Fars körfəzində zahir olmuşdular. Məhz bu zaman İngilis istismarçıları əvvəlki müstəmləkələrə (Hindistana) daha artıq hakim kəsilmək və yeni müstəmləkləri ələ keçirmək fikrində idilər. Doktor Əmin İngilis istismarçılarının Fars körfəzinə daxil olduğu ilk dövrlərdən etibarən mövcud vəziyyət barəsində yazır: “... İngilislərin Fars körfəzindəki ölkələrlə əlaqəsi bərqərar olunan dövrdən sonrakı 150 il ərzində onlar Fars körfəzi ilə olan əlaqələri Portuqaliyanın və Hollandiyanın kəskin rəqabətinə baxmayaraq yerli qüvvələrlə, yəni yunanlar, osmanlılar və ərəblərin vasitəsi ilə öz mövqeyini qoruyub saxlaya bildilər.

İngilislər əsas etibarı ilə portuqaliyalılar holandiyalılarla müqayisədə malik olduqları zəifliklərə görə məntəqədəki sultanlar, padşahlar hakimlərlə daha çox mülayim rəftar edir, mötədil mövqelərini qoruyub-saxlayırdılar. Əlbəttə, zamanın keçməsi ilə bu məsələ onların böyük imtiyazlar əldə etməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, ingilislərin məntəqədə əsas ümdə məsuliyyətləri ticarət idi elə ilk əvvəldən Şərqi Hind kompaniyalarının məmurlarıistər Hindistanda, istər Fars körfəzində, istərsə başqa yerlərdəsiyasi cərəyanlara daxil olmaqdan şiddətlə çəkinir bütün səylərini ticarətə yönəltmişdilər. Lakin kompaniyalar ticarət işinin daha da asanlaşdırılması üçün siyasi hadisələrin bəzilərinə dəxalət etməyin lazım zəruri olduğunu tədricən hiss etdilər. Buna görə müharibələrə qarışmaq, sülh müqavilələri imzalamaq, siyasi müzakirələr aparmaq müəyyən imtiyazlar almaq kompaniyaların əsas ümdə fəaliyyətlərindən oldu.1

XVIII əsrin ortalarında ingilislərin Hindistanda Fars körfəzi ölkələrindəki siyasət mənafeləri gücləndi. Onlar Fars körfəzində daha artıq nüfuz əldə edə bilmişdilər. Bundan uzun müddət əvvəl bu məsələ Britaniya siyasətlərinin ən aşkar növlərindən birinə çevrilmişdi. “Britaniya hökumətinin Hindistandakı təhlükəsizliyi o zaman daha yaxşı şəkildə təmin oluna bilərdi ki, Fars körfəzi ölkələri əməli olaraq britaniyalıların dəryaçası surətinə düşsün2 Ərəbistan tam mənada ingilislər üçün bir sipər olduğundan, bu ölkəni əldə saxlamaq onlar üçün həyati əhəmiyyət kəsb edirdi.3 Buna əsasən, İngilis istismarçıları (Hindistanın təbii sərvətlərini qarət etməkdən ibarət olan məqsədləri barədə) tam xatircəm olmaq üçün arxadan da qafil olmamalı idilər.

Buna görə XIX əsrin əvvəllərində İngiltərə ilə Əbu-zəbi, Dubey Küveytin şeyxləri arasında bir müqavilə imzalandı ki, onun əsasındasahildə yaşayan şeyxlər Britaniyanın himayəsini cəlb etmək müqabilində bağladıqları müqaviləyə əsasən öz tarixi siyasətlərinə nəzarəti onlara həvalə etdilər bu himayə əvvəlcə Məsqət Bəhreyn, sonralar isə Küveytdə müstəmləkəçilərin xidmətçiləri tərəfindən həyata keçirilirdi Britaniyanın mənafeyi təhlükəyə düşməyəcəyi zamana qədər davam etdi.1 Robert Lisi öz kitabının bir hisəsində ingilislərin XVIII əsrin axırlarında XIX əsrin əvvəllərində Fars körfəzi əyalətində nüfuz etmələri barəsində belə yazır: “...Amerikalı missioner doktor Pol Hariyun öz xatirələrində qeyd edir ki, Fars körfəzində köçəri ərəblər, ərəb tacirləri, mirvari sükançıları, xurma əkinçiləri İngilis dövlətinin qulluqçuları var idi.2

Buna əsasən ingilis istismarçı qüvvələri Fars körfəzinə nüfuz etdikdən sonra öz istismarçılıq siyasətlərini davam etdirmək üçün hətta yeni-yeni firqələr yaratmaq işindən belə çəkinmirdilər. Məhəmməd ibn Əbdül-Vəhhabın himayə olunma səbəblərindən biri də bu idi. Britaniya müxtəlif şəraitləri nəzərə almaqla vəhhabiləri bəzən güclü şəkildə, bəzi hallarda isə zəif şəkildə hamayə edirdi. Bunlar birinci dünya müharibəsindən əvvəl Osmanlı imperatorluğunda təfriqə salınmasına tərəfdar olmalarına baxmayaraq imperatorluğun xüsusi mövqeyini nəzərə almaqla bu imperatorluqda digər bir qüdrətin yaranmasını istəmirdilər. Çünki bu iş ingilislərin Hindistandakı mənafeyini təhlükəyə salırdı. (Belə bir şəraitdə Osmanlı imperatorluğunun dağılmaması Britaniyanın mənafeyini təmin edirdi.)

İngilis istismarçılarının (XIX əsrin axırlarında) vəhhabiliyin yaranıb inkişaf etməsindəki rolu daha aydın şəkildə nəzərə çarpır. Bu dövrdə Ali-Rəşid sülaləsi vəhhabilərə hakim kəsildi onları Riyazı tərk edib Küveytə qaçmağa məcbur etdi (1891). Əbdür-Rəhman ibn Hüseyn öz ailəsi ilə Küveytə sığındı. “Amma Küveyt Şeyxi Məhəmməd Əs-Sabah onun Küveytə gəlməsinə mane oldu. Əbdür-Rəhman məcburi olaraq Nəcd səhrasınaRübül-xaliyə üz gətirdi. İlk əvvəldə Bəni Mürrənin yanında, sonra isə bir müddət Əcman qəbilələri arasında yaşadı. Bundan sonra Qətərə gedib iki ay orada qaldı nəhayət Osmanlı dövləti Əbdür-Rəhman üçün (ona məskunlaşmaq haqqı verməklə) müəyyən bir yer təyin etdi ki, yenidən müharibəyə başlamasının qarşısını ala bilsin. Osmanlılar tərəfindən təyin olunan elə onlar tərəfindən himayə olunan Məhəmməd Əs-Sabah da Əbdür-Rəhmana Küveytdə yer verdi beləliklə bir müddətə qədər heç olmazsa vəhhabilərin qiyam iğtişaşları aradan qaldırıldı.1

Amma 1901-ci ildə Küveytdə baş verən çevriliş vəziyyəti tamamilə dəyişdi. “Hindistana bir neçə dəfə səfər edən Mübarək əvvəllər öz çevrilişi barəsində ingilislərlə müzakirə etmiş belə razılaşmışdı ki, onun Küveytdəki hökumətini rəsmi tanımaq müqabilində o bu məntəqəni osmanlıların himayəsindən çıxarsın Britaniyanın himayəsinə keçirsin.”2 Nəhayət Mübarək Səbah (Məhəmməd Əs-Səbahın qardaşı) onun əleyhinə qiyam etdi onu öldürdükdən sonra özünü Küveytin əmiri adlandırdı. Bu o zaman baş vermişdi ki, artıq ingilislər Osmanlı dövlətinin Ərəb ölkələrindəki qüdrətinə zərbə vurmaq öz adamlarını ora hakim etmək qərarına gəlmişdilər. “Nizami Ali-Səudkitabının müəlifi bu barədə belə yazır: “Təbiidir ki, ingilislər fürsəti qənimət saydılar bununla da Berlin-İstanbul-Bağdad-Küveyt dəmir yolunun çəkilişi ləğv edilirdi (Almaniya osmanlıların müttəhidi idi).”3

Osmanlı sultanı Küveyt əmirinin ingilislərə meyl etdiyini hiss etdikdə Ali-Rəşidə kömək etməyə başladı və onu Küveytin əmiri ilə müharibə aparmağa təşviq etdi. Tərəflər arasında başlanan müharibədə Ali-Rəşidin qələbə çalması labüd olduğu bir halda ingilis qüvvələri Küveyt əmirinin köməyinə gəldilər və Ali-Rəşid qoşunlarını geri oturtdular. Ali-Rəşid osmanlılardan gömək istədi, lakin onlarla ingilislərin arasında baş verən müzakirələrdə ingilislər artıq Osmanlı dövlətini Ali-Rəşidə kömək etməməsindən ötrü razı salmışdılar. Aydındır ki, bu məsələ britaniyalıların Fars körfəzindəki mənafeyi üçün çox əhəmiyyət daşıyırdı. Çünki, Küveyt əmirini süqut təlükəsindən xilas etməkdən əlavə, ingilislər də özü üçün Fars körfəzində möhkəm bir baza yarada bilmişdilər.

Ali-Rəşidin zəifliyi nəticəsində Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl yaranan fürsətdən istifadə edərək vəhhabi dövlətini bir daha dirçəltdi. Buna əsasən Küveytin əmiri və ona göndərilən köməkçi qüvvələrin həmkarlığı, eləcə də ingilislərin verdiyi döyüş texnikası vasitəsi ilə Nəcdə və Ali-Rəşidə hücumunu gücləndirdi. Nəhayət, 1319-cu hicri qəməri il, şəvval ayının 4-ündə (14 yanvar, 1902) Riyaz şəhərini Ali-Rəşidin ixtiyarından çıxara bildi.

Əbdül-Əzizin Ərəbistanda olan bir İngilis generalına yazdığı məktubdan ingilislərin vəhhabilərin yenidən qüdrətə çatmalarında ingilislərin istismarçılıq proqramlarının icrasındakı kömək rolları aydın şəkildə gözə çarpır. O həmin məktubda Ali-Rəşidin hakimiyyəti altında olan Qəsim nahiyəsinə etdiyi həmləni qeyd etməklə bəyan edir ki, “Pərvərdigarın köməyi sizin yardımınızla sübh açılmamış dəvələrimizi Üteytiyyə dağının yüksəkliklərinə çatdıra bildik.”1 Bundan əlavə, ingilislərin istismarçılıq planlarını Hindistanda İngilis qüvvələrinin baş komandanı general Lord Kerzinin 1903- ilin noyabr ayında Fars körfəzinin sahillərində yaşayan şeyxlərə etdiyi xitabından da gözəl şəkildə anlamaq olar. General onlara xitabən yazmışdı: “... Biz bütün qüvvələrdən öncə burada idik... Britaniya dövləti ən yüksək məqama malik olmalıdır... Biz keşməkeşlərlə üzləşdik inzibatı, nizam-intizamı bərqərar etdik. Biz sizi qonşularınızın vasitəsi ilə məhv olmaqdan xilas etdik...”2

Riyazın işğal edilməsindən bir neçə ay sonra Əbdül-əziz Britaniyanın Fars körfəzindəki nümayəndəsindən istəyir ki, onun yeni hökumətini Britaniya ilə yaxşı münasibətdə olan bir dövlət kimi nəzərə alsın Britaniyanın qarşılıqlı müqaviləsindəki ölkələrdən biri, həmçinin Əbu-zəbi, Dubey Küveyt kimi şeyx yaşayan əyalətlərin bir hissəsi hesab etsin. (Bu da yalnız ingilislərin osmanlılar qarşısındakı qüdrətindən istifadə etmək məqsədi daşıyırdı.) LakinƏbdül-Əziz Küveytin əmiri Mübarəkin Fars körfəzindəki təbii limanların ən yaxşısını ingilislərə təqdim etməsindən xəbəri yox idi. Halbuki Ali-Səud Ərəbistanın mərkəzi əyalətlərini iddia edən türklərlə çarpışma ehtimalından başqa britaniyalılara heç bir imtiyaz vermirdi.”3

Bundan əlavə, osmanlıların şərqdə və Avropadakı mövqeyi ingilislər üçün müəyyən problemlər yarada bilərdi. Buna görə də İngiltərə müvəqqəti olaraq türklərlə, onların istədiyi kimi, Ərəbistanın daxili səhralarına hökmran olmasını qəbul etdi.

Bu mərhələdə vəhhabilərin istəyi cavabsız qaldı. Çünki ingilislər heç vaxt qəbilə rəqabətlərinə qarışmaq, həmçinin o dövrdə Nəcd ölkələrinə hakimiyyət iddiası edən osmanlıları incitmək istəmirdi.

Əbdül-Əzizin məğlub edilməsi üçün Osmanlıların 1904- ildə Ali-Rəşidlə apardıqları həmkarlıqlar onun rəqiblərinin məğlubiyyəti ilə nəticələndi. Çünki, “Türklər İbn Rəşidi, Nəcdlə əlaqədar iddialarında qaldığı vaxta qədər, azad qoymuş Əbdül-Əziz ilə saziş imzalamışdılar (fevral, 1905). Bununla Səudilərin Nəcdə olan hakimiyyətlərini rəsmi şəkildə tanıyırdılar Əbdül-Əziz bunun müqabilində osmanlıların ağalığını qəbul edirdi.1

Osmanlı qüvvələri 1906- ilə qədər məntəqədə qaldı ki, Ali-Rəşid ilə vəhhabilər arasındakı müvazinəti qorusunlar. Amma Ali-RəşidinRovzətul-mühənnamüharibəsində məğlub olması onların on il müddətində Ərbistanın şimalındakı hakimiyyətini əldən vermələrinə səbəb oldu. Türklər Ənizədə Bəridədə uzun müddət qala bilmədilər. ÇünkiRovzətul-mühənnamüharibəsindən sonra artıq Əbdül-Əziz məntəqədə inzibatın tənzim olmasına səy göstərmirdi bunun nəticəsində türklər 1906- ildən etibarən tədrici olaraq öz qüvvələrini məntəqədən çıxarmağa başladılar. Bu da onların Ərəbistanın mərkəzindəki hüzuruna son qoyurdu.”2

Bu dövrdən başlayaraq, ingilislərin vəhhabilərlə olan münasibəti onların qarşısındakı siyasətləri yeni mərhələyə daxil oldu. Baxmayaraq ki, türklər Nəcd ölkələrinə malikiyyəti iddia edirdilər. Lakin ingilislərin nəzərində Əbdül-Əziz barəsində xatircəm oluna biləcək bir şəxs sayılırdı. Belə ki, Britaniyanın Küveytdəki siyasi nümayəndəsi kapitan Şekspir 1910-cu ildə özündən yuxarıdakı məqamlara bir məktubda ingilislərin Fars körfəzindəki daimi nümayəndəsi olan Serpersi Kaksa belə yazmışdı: “Əbdül-Əziz yaxşı bir adamdır. Onun aydın fikirləri vardır ki, ehtimal üzrə ərəblər içərisində başqalarından daha çox ona etimad etmək olar.”3 Robert Lisi osmanlıların XX əsrin əvvəllərindəki vəziyyətini belə bəyan edir: “...1911-ci ildə İtaliya Tripoli məntəqəsinə (bugünkü Liviya) hücum etdi. Halbuki, bu yer osmanlılara aid idi. Sonrakı ildə yunanlar Makedoniyanı Kərətin böyük bir qismini ələ keçirmək üçün Türkiyəyə hücum etdilər. Bu dövrə qədər Bolqarıstan, Bosnya Qvineya sərhədləri böyük Osmanlı imperatorluğunun əlindən çıxmışdı. Osmanlı dövləti artıq dağılma ərəfəsində idi türklər çox məyus halda öz qüvvələrini yaxın şərqdə yerləşdirdikləri bazalardan çıxarmağa başlayırdılar. Belə nəzərə çarpırdı ki, ərəblər osmanlıların himayəsində olan sair xalqlar kimi, mövcud şəraitdə azadlıqlarını əldə edə bilərdilər. 1913- ildə Əbdül-Əziz Nəcdin şimalındakıƏl-məcmə yenidən kapitan Şekspirlə görüş keçirdi ona xəbər verdi ki, artıq Nəcd diyarını osmanlıların mütləq hökumətinin şərindən qurtarmağın onların qüvvələrinin Ehsadan çıxarmağın vaxtı gəlib çatmışdır.”

Şekspir öz xatirələrində yazır: “Bir dost kimi Əbdül-Əzizə heç vaxt icazə verə bilməzdim ki, türklərin qüdrətini bu qədər az əhəmiyyətsiz təsəvvür etsin... Digər tərəfdən o, İngiltərə dövlətinin nümayəndəsi kimi öz vəzifəsinin tələbinə görə bu məsələni Əbdül-Əziz üçün aşkar edib bildirməli idi ki, əgər Ehsadakı türk qoşununa həmlə etməklə əlaqədar öz qərarında sabit qalsa Britaniya dövləti ona heç bir kömək edə bilməyəcəkdir.”1

Bir tərəfdən Osmanlıların malik olduqları mövqeyi görməməzliyə vura bilməyən, digər tərəfdən öz müstəmləkələrini qoruyub saxlamaq istəyən ingilislər müvəqqəti olaraq türklərin ərazi bütövlüyündən tərəfdarlıq edirdilər. Bu məqsədlə 1913- ilin iyun ayında onlarla bir saziş imzaladılar bu saziş əsasında yaxın şərq ölkələrini bir-birinin arasında bölüşdürdülər. Bu sazişin ikinci bəndində səudilərin on illik imperatorluğuosmanlıların Nəcd məntəqəsiadı ilə qeyd olunmuş, amma Səud sülaləsinə heç bir işarə edilməmişdi.”2 Amma ingilislər bu dövrə qədər vəhhabilərlə müqavilə bağlamaq üçün heç bir fəaliyyət göstərmədiklərindən “1914- ilin yazında Əbdül-Əziz şimalda Küveytdə yenidən osmanlıların nümayəndələri ilə görüşdü o, Nəcdin hakimi rəhbəri kimi seçildi. Lakin o, öz qərarlarında hakimiyyətində müəyyən qədər müstəqil idi bundan əlavə, xaricilərlə müəyyən müqavilələr imzalamağa haqqı yox idi.”1

Birinci dünya müharibəsi başlandıqdan sonra (1914) osmanlılar Almaniyanın xeyrinə olaraq müttəhidlərin cərgəsinə qoşuldular. İngilislər isə Ərəbistan yarımadasının daxilində müttəhidlər sırasında nifaq təfriqə salmaq üçün səy göstərdilər ki, bunun vasitəsi ilə Osmanlı dövlətini daxildən ağır çətinliklərə düçar etsinlər. Buna əsasən, Əbdül-Əzizlə İngiltərənin nümayəndəsi Kaks arasında ilk dəfə olaraq 1915-ci ildə saziş imzalandı Əbdül-Əziz ölkəsinin xarici ticarətə rəhbərlik etməkdə ticarət işlərində İngiltərəyə müəyyən imtiyazlar verdi. Onun müqabilində daxili xarici düşmənləri qarşısında onu himayə kömək etmələrini istədi. Britaniyanın hərbi himayələrə dair zəmanət verməsi türklərin mərkəzi Ərəbistan ölkələri üzərindəki hər növ iddiasına son qoydu.”2 Britaniya dövləti bilirdi ki, İbn Səudun qüdrəti çöl ərəblərinin qəbilələrinin nəzarət altına alınıb onları itaətə vadar edilməsi üçün yaxşı bir amildir. Buna görə ona etdiyi köməklər nəticəsində Əbdül-Əziz Ehsa məntəqəsini yenidən ələ keçirə bildi. Xüsusilə bunu nəzərə almaq lazımdır ki, Ali-Rəşid osmanlıların himayəsi köməyi ilə Bəsrədə ingilislərin əleyhinə qiyam etmişdi ingilislər Əbdül-Əzizin yenidən Ali-Rəşidlə mübarizəyə girişməsini istəyirdilər.

Amma ərəblərin arasında millətçilik hərəkatları genişlənirdi. Britaniya bu amildən istifadə edərək Hicazda Şərif Hüseyn Haşiminin varlığından öz xeyrinə istifadə etmək qərarına gəldi. İngiltərənin ərəb ölkələrindəki casusu Lorens öz xatirələrində belə qeyd edir: “Biz görürdük ki, şərqdə yeni bir amilə ehtiyac duyulur... Elə bir qüdrətə, yaxud irqə ehtiyac duyulurdu ki, say baxımından türklərlə qarşılaşa bilsin ideoloji fəaliyyətlər baxımından da onlardan qabaqda olsun.”3 Bu mərhələdə Britaniyanın siyasəti Hicaza doğru istiqamətləndi baş verən müzakirələrin ardınca Şərif Hüseyn osmanlıların əleyhinə qiyama başladı. Bununla yanaşı Britaniya dövləti Ali-Səudu yenə Nəcddə saxladı ki, lazım olan vaxtlarda onlardan öz mənafeyinə istifadə etsin. Bundan əlavə, Britaniyanın siyasəti Ali-Rəşidin qorunmasını da tələb edirdi ki, Ali-Səud ilə Haşimilərin qüdrəti arasında müvazinət bərqərar edə bilsin. İzzətullah Dehqan öz kitabının bir bölməsində ingilislərin istismarçı müstəmləkəçi məqsədlərinə işarə edərək yazır: “Böyük Osmanlı dövlətinin kiçik zəif ölkələrə parçalanması, irq, dil, millət s. kimi ixtilafların, milli ədavətlərin qızışdırılması, eləcə İslam ölkələrinin ən mühüm mərkəzlərində xəbis İsrail şəcərəsinin millətçilik duyğularının əkilib təhrik olunması sair kimi hallar İslam paltarında olan casusların göndərilməsi özlərini zahirdə müsəlman adlandıran şəxslərin hiylələri ələ çox da əlaqəsiz ola bilməzdi.”1

Nəhayət, “birinci dünya müharibəsinin gedişində Osmanlı dövlətinin qüdrət vəhdətini məhv edib aradan aparmaq əzmində olan, eləcə Şərif Hüseyn onun övladlarının zəiflədilməsi (onlara xilafət vədəsi vermişdir) məqsədini güdən İngiltərə gözlənilmədən vəhhabilərin rəisi olan Əbdül-Əziz İbn Səuddan istifadə etdi. Beləliklə həm Osmanlı xəlifəsinin Hicaz məntəqəsindəki nüfuzunu Şərif Hüseynin əli ilə aradan apardı, həm İbn Səuddan Şərif Hüseyn sair kimilərin ehtimal üzrə gözlənən (xalq arasında) sevilmək qüdrətə çatmaq təhlükəsini aradan apardı. Onun ərəb aləmindəki vəhdət xilafətindən istifadə etdi... Beləliklə, ingilislərin silahları sair köməkləri birbaşa yaxud müxtəlif yollarla sel kimi axaraq Nəcdin çöllərinə gəlib çıxırdı. Əbdül-Əziz nəhayət 1924- ildə Şərifin tərəfdarlarını qəti şəkildə məğlub edərək qüdrəti ələ ala bildi.”2

Belə nəticə alınır ki, İngilis müstəmləkəçiləri əvvəlcədən təyin olunmuş hiyləgərlik planları və məkrli tədbirləri ilə vəhhabiləri elə bir tərzdə himayə edə bildilər ki, Ərəb dövlətlərində öz mənafelərinin qorunması üçün münasib bir baza olsun. Vəhhabilər İngilis istismarçılarının siyasətlərinin davamında Ərəbistanın səltənət kürsüsünə oturdular və islama zidd olan vəhhabiyyət dinini çox şiddətlə təbliğ etməyə başladılar.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə