ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə34/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

Bir sözlə, İbn Səud Hicazı ələ keçirdikdən sonra Britaniyanın köməklərindən son dərəcə istifadə etdi. Həqiqətdə onun Hicazdakı qələbələri siyasi-hərbi bir qələbə idi. O, vəhhabilərin başçısı olduğuna görə vəhhabilər qələbəyə nail oldular. Cənab Məscid Camei bu mətləbi qeyd edərək yazır: “Həqiqət bundan ibarətdir ki, İbn Səudun Hicaza qələbə çalması əslində hərbi-siyasi bir qələbə idi vəhhabiyyətlə heç bir əlaqəsi yox idi. İbn Səud ingilislərin birbaşa ya müəyyən yollarla etdiyi köməklər nəticəsində qüdrəti ələ keçirdi vəhhabilərin başında olduğundan, vəhhabilər onun vasitəsi ilə qələbəyə çatdılar... (XIX əsrin əvvəllərində) onları mütəşəkkil səviyyəyə çatdıran islam ölkələrinə doğru axıdan da məhz vəhhabilər idi. Amma burada (Əbdül-Əzizin hicaza qələbəsində) vəhhabilik elə qüvvələrin qələbəsinə vasitə olmuşdular ki, o bu hərəkatın başlanıb qələbəyə çatmasının əsl amili deyildi. Bunu da inkar etmək olmaz ki, İbn Səud öz məktəbinin təlim prinsplərindən öz qüvvələrini nizamlamaq təmərküzləşdirmək, onları təhrik etmək, onların fədakarlıq müqavimət hisslərini təhrik etmək üçün mümkün qədər istifadə etdi. Belə ki, onun qələbələri tədrici idi şübhəsiz, bu ardıcıl qələbələrin özü elə bir təyinedici qüvvəli amil idi ki, onların vəhhabiliyə imanının güclənməsində təsirli idi bunun özü onların çoxunun təhrik olunması ilə nəticələndi. Nəhayət əvvəlcə Məkkənin, sonra isə Mədinənin fəth olunması vəhhabiləri öz məktəblərininhaqqolmasına inamlarını qat-qat artırdı. Çünki onların nəzərindən İbn Səud öz qüvvələri ilə öz ordusunda olanların ideoloji imanlarını təhrik etdi onu mümkün olan ən yüksək həddə çatdırdı.”1

Buna əsasən, İbn Səud özü üçün qüdrət və mənafe kəsb etmək yolunda vəhhabilərdən sadəcə bir vasitə kimi istifadə etdi. Eləcə də, o, ayinin təəssübkeşlik üzündən olan nəzərləri də onun “İxvan” cəmiyyətinin təşkil olunması və ərazi iddialarının genişləndirilməsində çox təsirli oldu.

Ustad Cəfər Sübhani vəhhabi ayini və ondan sonrakı (yəni Əbdül-Əzizin Hicaza hakim olmasından sonrakı) ayinlərin genişlənməsi ilə əlaqədar belə yazır: “... Ali-Səudun bu iki məntəqəyə (Nəcd və Hicaza), xüsusilə şərif hərəmlərə hakim kəsilməsi nəticəsində vəhhabi təbliğatı genişləndi. Sələfilik əqidəsində böyük bir canlanma yarandı, Nəcd və Hicazın hakimi – Əbdül-əziz İbn Səud vəhhabilik fikirlərinin yayılması nəticəsində müəyyən qrupları son dərəcə amansızlıqla qorxutmaqla, qılınc və süngü gücünə diz çökdürtdü və qələm sahiblərinə, yazıçılara maddi köməklər edərək onları ələ aldı və nəhayət, Nəcddə və Hicazda, hətta bəzi xarici ölkələrdə belə, qəzet və jurnallar Nəcd sultanını rəsmi olaraq tərifləməyə başladılar. Sələfiçilik üslubunu İslamda nicat səbəbi hesab etdilər. Lakin bu hərəkat, özü üçün müəyyən bir dalğa yaratmasına baxmayaraq, çox da sürətli deyildi ki, bütün maneələri aşıb keçə bilsin.

Ərəbistanın Zəhran məntəqəsində zəngin neft yataqlarının kəşf olunması nəticəsində Ali-Səudun keçmiş sövdaları əməli olaraq həyata keçdi və neftin külli miqdarda gəlirindən bu ayinin müxtəlif surətlərdə yayılmasına səy göstərildi. Bütün məntəqələrdəki yazıçı və müəllifləri bacardıqları qədər ram edirdilər ki, onların əleyhinə heç bir şey yazmasınlar. Onlar müəyyən bir qrupu da rəsmi olaraq özlərinə xidmətçi seçmişdilər.

Şərif hərəmlərdəki mürtəce sələfilik hərəkatı çox ziyanlı nəticələr verdi onların zəhərli təbliğatları qədim İslam tarixi əsər abidələrinə doğru yönəlmişdi. Belə ki, “tövhidə çağırış şirk əsərlərinin məhv edilməsiadı ilə müsəlmanların qədim həyata malik olmasının nişanələri olan islami əsərlərin çoxunu məhv etdlər. Lakin bunun əvəzində bəzi müşriklərin adları dirçəldildi. Bazarların, küçələrin adı onların adı iləzinətləndirildi”, həttatarixi əsər abidələrin qorunmasıadı ilə yəhudilərin Xeybər Kəb ibn Əşrəf qalaları yenidən təmir edildi.1

Qeyd olunanlara diqqət yetirməklə anlamaq olar ki, vəhhabilər Hicazı ələ keçirdikdən sonra malik olduqları təəssübçülük və donuq fikirliliklə əksər İslam əsər və abidələrini dağıtmağa və öz məsləklərini yaymaq üçün hər bir yoldan istifadə etməyə başladılar.

Əbdül-Əziz 1927-ci ilin yanvar ayında Nəcd Hicaza rəsmi şəkildə padşah olduğunu elan etdiyi zaman onun ilk əsas fikri öz qüdrətinin əsaslarını möhkəmlətmək idi. Ərəbistanın dövlət büdcəsinin abadlıq işlərinin əsası həcc mərasimindən təmin olunduğundan İslam dünyası tərəfindən öz hökumətinin rəsmi şəkildə tanınmasına səy göstərirdi.2 Amma həmin məqsədlə təşkil olunan konfransda yalnız Hindistan müsəlmanları onun dəvətinə müsbət cavab verdilər.3

Bundan sonra İbn Səud daxili siyasətlə əlaqədar vəhhabi məsləkində müəyyən islahatlar aparmağa başladı. Çünki artıq o başa düşürdü ki, ölkəni vəhhabiliyin təəssübkeş, quru bədəvilərə məxsus olan təlimləri əsasında idarə etmək olmaz. Buna əsasən, “O, vəhhabi məsləkinin özündə müəyyən islahatlar apardı. Teleqraf, radio, telefon, işıq, avtomobil sair kimi müasir məişət vasitələrindən istifadə etməyin zəruri olduğunu vəhhabi alimlərinə qəbul etdirdi. Eləcə vəhhabiliyin quru əməli olmayan prinsiplərindən çoxunu mötədil vəziyyətə gətirdi hətta onların bəzilərini ümumiyyətlə nəzərə almadı. Qəribədir ki, bu işləri görmək üçün bəzən zorakılıq yolundan da istifadə edildi.1

Aydındır ki, vəhhabi səudilər yaranan hər bir münasib şəraitdə İslam barəsində öz meylləri mənafeyi əsasında nəzər verirlər. Belə ki, ona əməl edilməsi əvvəla onlarınİslama əməl etmək onun hökmləri ilə uyğunlaşmaqbarəsindəki iddialarını təsdiq edir. İkincisi istilaçıların məntəqədə hazır olub öz niyyətlərini davam etdirmələrinə şərait yaradır. Cənab Məscid Camei bu barədə yazır: “... Əbdül-Əzizin bu barədə apardığı bəzi islahatlar hətta zorakılıqlarla yanaşı... əməldə İslamın zahiri göstərişinə riayət edir, xüsusilə, İslam hüdudlarına çox ciddi şəkildə əməl edirdi. Bu da onun dövrünün tələbi idi... Çünki əvvəla, oğurluq, qətl, təcavüz qarətdən başqa bir şey anlamayan rəhimsiz qan axıdan çöl ərəblərini bu yoldan başqa bir yolla sakitləşdirməklə əmin-amanlıq bərqərar edib öz hakimiyyətini möhkəmlədə bilməzdi. İkincisi, o, İslama əməl etməsini iddia edirdi heç olmazsa islam hökmlərinin bir qisminə, xüsusilə adi camaat üçün hiss olunan qədərinə əməl etməyi bu iddiasında həyata keçirirdi...”2

İbn Səudun daxili işlərlə əlaqədar apardığı islahatlardan biri kimi onun qəzavət məhkəmə orqanlarında apardığı islahat işlərini qeyd etmək olar. Belə ki, 1927-ci ilin avqust ayında məhkəmə işlərinin islah edilməsi üçün bir fərman verdi bunun əsasında klassik bədəvi qanunu ləğv edildi. Onun yerinə şəri qəzavət (özü məhz vəhhabilərin qəbul etdiyi şəri qəzavət) üslubunda olan qəbilə adəti keçirildi onun tərəfindən bu işlərə müəyyən qazilər təyin olundu. Həqiqətdəməhkəmə sistemində islahat işləri aparılması qəbilə sistemini yerindən tərpətdi mərkəzi dövlətin qüdrətini çox artırdı.”3

Bundan sonra Əbdül-Əziz 1932-ci ilin sentyabr ayındaNəcd Hicazda iki dövlət şəklində olan sultan ittihadiyyəsinin rəsmi şəkildə vahid Səudiyyə Ərəbistanı (Əl-məmləkətul-ərəbiyyətus-Səudiyyə) dövləti şəklinə salınmasını elan etdilər.”4

Vəhhabilərin idarəçilik sistemindəki nəzərə çarpacaq məsələbütün dövlət məqamlarının yalnız Ali-Səuddan olan şəxslərin əlində təmərküzləşməsi idi.”5 Bu da Əbdül-Əziz ibn Əbdür-Rəhmanın hakimiyyətinin əvvəllərində icra olunmuşdu. O, öz nəslindən olan şəxsləri təşkilat ya idarələrin başçısı təyin edirdi. Bunun nəticəsində vəhhabi hökmranlığı daha da möhkəmlənirdi. Vəhhabilərin Ərəbistana hakimiyyətindən bir neçə on il keçməsinə baxmayaraq, hal-hazırda da bütün həssas vəzifələr, eləcə idarə, dövlət sair kimi yerlərdəki əsaslı işlər vəhhabi səudilərin əlindədir bunlardan başqa heç bir rəis ya müdir tapmaq olmaz.

İbn Səudun daxili siyasətdəki ən əsas və ümdə çətinliklərindən biri “İxvan” təşkilatı və onların gördüyü tədbirlər idi. Onun ən böyük daxili düşməni Müteyir qəbiləsinin böyük şeyxi və “İxvan” təşkilatının rəhbəri Feysəl Düveyş idi. Bu təşkilat “Dövlət vergilərinin azaldılmasını, yeni ixtira olunan avtomobil, teleqraf və sair kimi vasitələrdən istifadə edilməməsi və İraq qarşısında cihad edilməsini istəyirdi.” Onlar malik olduqları şiddətli təəssüblərlə yanaşı həmişə sərhədləri iğtişaşlı edirdilər. Bu da İraqda böyük neft yataqlarından bəhrələnmək imtiyazına malik olan ingilislər üçün çox təhlükəli idi. Buna görə də İbn Səudu “İxvan” təşkilatı ilə qarşılaşmağa məcbur etdilər. Nəhayət o ingilislərin köməyi ilə daxili qiyamçılara və “İxvan” təşkilatına qalib gələ bildi.

İbn Səud daxili problemləri həll etdikdən sonra məntəqənin siyasi səhnəsində zahir olmaq üçün qərb, ərəb və qeyri-ərəb dövlətləri ilə siyasi əlaqələrini möhkəmləndirməyə başladı. O qonşu ərəb dövlətləri ilə dostluq və qardaşlıq əhd-peymanı bağlamaqla həm qəbilələrin ehtimal verilən qiyamları sarıdan yaranan nigarançılığını aradan qaldırdı, həm də qonşularla gözəl əlaqələr bərqərar etməklə Ərəbistanı özlərinin ata-baba yurdu olmasını iddia edənlərin təhlükəsini aradan qaldırdı.

Nümunə üçün, İbn Səud 1930-cu ildə Küveytlə qarşılıqlı ticarət və sərhəd ixtilaflarının aradan qaldırılması ilə əlaqədar müqavilə bağladı, üç ildən sonra İordaniya ilə dostluq və qarşılıqlı anlaşma müqaviləsi imzalandı və 1936-cı ildə İraqda haşimi sülaləsi ilə əlaqələrini yaxşılaşdırdı.

İbn Səudun silahlandırılmasını və iqtisadi cəhətdən himayə olunmasını öhdəsinə alan Britaniya artıq özü ilə həmpeyman olan ölkələri məntəqədə də bu siyasətin davamına saldı. Britaniya İbn Səudla bağladığı 1927-ci il müqaviləsinə əsasən onu himayə etməkdən əlavə Ərəbistanın kamil və mütləq istiqlaliyyətini də rəsmi olaraq qəbul etdi. Həmçinin İbn Səud 1929-cu ildə Almaniya ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. O, qonşu ölkələrlə sərhəd ixtilaflarını aradan qaldırmaq üçün 1353-cü h.q ilində yəmənlilərlə, Əsir, Nəcran, Cizan məntəqələri ilə əlaqədar müharibənin sona çatmasından və Təhamənin işğal olunmasından sonra imam Yəhya Bədr ilə dostluq müqaviləsi imzaladı.

1929-1933-cü illərdə dünyaya iqtisadi böhran hakim idi və bu zaman həcc ziyarətçilərinin sayının azalmasına, 1931-32-ci illərdə quraqlıq baş verdiyinə və eləcə də xurmalarının yaxşı satılmadığına görə Ərəbistanın iqtisadi vəziyyəti çox qeyri-münasib bir şəraitdə idi.

Bu çətinliklər İbn Səudu vadar etmişdi ki, oğlu Feysəli kredit almaq üçün Avropaya göndərsin. Feysəl 1932-ci ildə Avropaya səfər etdi. Onun kredit istəyinə diqqət yetirilmədiyinə görə Moskvaya getdi və orada Stalin tərəfindən alqışla qarşılandı. Çoxdan bəri məntəqəyə və Fars körfəzinin sularına nüfuz etmək üçün münasib şərait yaranmasını gözləyən ruslar Feysəlin oraya gəlişini qənimət saydılar və onun istəyinə müsbət cavab verdilər. Amma Britaniyanın göstərdiyi fəaliyyətlər rusların öz məqsədlərinə çatmasına mane oldu (ingilislər rusların Feysələ verdiyi təkliflərdən agah olmuşdular).

Artıq yeni bir imtiyaz verilməsinin vaxtı çatmışdı; vəhhabi səudilər öz iqtisadi problemlərini aradan qaldırmaq üçün (bunun əsas hissəsi daxili istehlakdan irəli gəlirdi) qərblilərə neft barəsində imtiyaz vermək məcburiyyətində qaldılar. Qərblilərin bu imtiyazları almaq üçün göstərdiyi səylər günbəgün şiddətləndi. Avropa və Amerika neft şirkətləri bu ilahi nemətdən istifadə etmək üçün ciddi şəkildə çalışdılar. Nəhayət “Standart Ovil Kaliforniya” neft şirkəti vəhhabi Səudilərə kredit vermək müqabilində Ərəbistanın şərqində neft ixracını 1932-ci ildən etibarən 66 il ərzində qəsb etdilər.

Ərəbistanda neftin kəşf edilməsi çıxarılması əsaslı dəyişikliklərə səbəb oldu vəhhabilərin iqtisadi vəziyyətində çevriliş yaratdı. Belə ki, Məscid Camei bu barədə yazır: “...Bu yeni qüdrətli amil (neftin kəşf olunması) həm Ərəbistana, həm vəhhabiliyə çox sıçrayışlı bir təsir qoydu. Neftin gəliri Səudi əmirlərinin gözünü işıqlandırdı onlara göstərdi ki, yaşadıqları dünya daha böyük, daha gözəldir. Bu da onların ixtiyarını əlindən aldı.”1

1939-cu ildə ikinci dünya müharibəsinin başlanması ilə eyni zamanda, beynəlxalq vəziyyət dəyişdi, Ərəbistan da bu dəyişiklikdən kənarda qalmamışdı. İbn Səud müharibənin əvvəlində döyüşən tərəflər qarşısında müəyyən və sabit mövqe tutmamışdı. Amma buna baxmayaraq (o, müharibə başlamazdan əvvəl Almaniya və İtaliya ilə hərbi müqavilə, Yaponiya ilə dostluq və ticarət əlaqələri imzalamışdı). Amma Almaniya və İtaliya İbn Səudu özlərinin mehvər qüvvələrinə meylli etmək üçün onu çox təzyiqlərə məruz qoydular. Amma bunlara baxmayaraq İbn Səud müharibənin axırlarına qədər konkret bir mövqeyə malik olmadı. Yalnız müharibənin axırlarında qələbə çalanlara meyl göstərməyə başladı.

Böyük İslam Enskilopediyasıkitabında belə qeyd olunur: “Əbdül-Əziz dünya müharibəsinin başlanması, neft istehsalının aşağı səviyyədə olması hacıların azalmasına görə iqtisadi çətinlikdə olduğundan, Amerika İngiltərə dövlətlərindən kredit istədi xatırlatdı ki, onun istəyinə diqqət yetirilməzsə neft ixracının qarşısı alınacaqdır.”2

Amerika İngiltərəyə verdiyi kredetin bir hisəsini İbn Səuda verdi. Amerikanın siyasətində daxili neftin yerinə xarici neftdən istifadə etmək zərurəti qarşıya çıxdığından (1940-cı ilə qədər İbn Səudun sarayında onların heç bir nümayəndəsi yox idi və Ərəbistan neftinin kəşf edilib çıxarılmasını yalnız amerikanların xüsusi şirkətləri öhdələrinə almışdı) 1943-cü ilin may ayında Ərəbistanla siyasi əlaqələr yaratdılar və “Aramku” neft şirkətinin işə düşməsi ilə Amerika müharibəni dünyanın bu tərəfindən idarə edilməsi üçün Zəhran hava limanında gizli bir qərargah təsis etdi. Bununla da Britaniyanın müstəmləkəçiliyi sona çatdı və ikinci dünya müharibəsi Amerikanın Ərəbistana nüfuz etməsi üçün dönüş nöqtəsi oldu. 1945-ci ildə Ruzvelt ilə Əbdül-Əziz arasında Amerikanın “Kuinsi” adlı hərbi gəmisində baş verən danışıqlar zamanı Amerikanın məntəqədəki müstəmləkəçilik siyasətləri genişləndi. Bu görüşün ardınca İbn Səud almanların əleyhinə çıxdı və bununla da müharibənin qalibləri sırasına keçdi.

Amerikanın prezidenti Ruzveltin İbn Səudla görüşündə diqqət yetirilən məsələ Fələstin məsələsi və yəhudilərin orada məskunlaşdırılması idi. Aydın olduğu kimi, amerikalılar sionistlərin orta şərqdə məskunlaşmasına şərait yaratmışdılar və əlbəttə, bu kimi səylər tamamilə diplomatik və hiyləgərlik yolları ilə həyata keçirilirdi.

Həqiqətdə amerikalılar vəhhabilərin firavanlıq, eyş-işrətçilik, həddindən artıq israfçılıq və pulpərəstlik kimi xüsusiyyətlərini yaxşı şəkildə dərk etmiş və onların şan-şöhrət istəklərini təmin etməklə Ərəbistanın neft hasilatı rayonlarına daha geniş nüfuz etmək üçün lazımi şəraiti yaratmışdılar.

Müntəzəm və dəqiq bir idarə sisteminin olmaması, eləcə də həddindən artıq iqtisadi çətinliklər, ikinci dünya müharibəsindən irəli gələn qeyri-münasib şəraitlər və bir sıra digər amillər səbəbi ilə 1945-ci ildə Əbdüllah Məndili adlı bir təyyarə sürücüsü tərəfindən İbn Səudun əleyhinə çevriliş yaradıldı ki, bu da nəticəsiz qaldı.

İqtisadi çətinliklər, iqtisadiyyata hakim olan infliyasiyalar, çıxarılan neftin (müharibə, təhlükəsizliyin olmaması və s.-yə görə) satılmaması “Aramko” fəhlələrinin üsyanına səbəb oldu. Bu üsyanın sürətlə yatırılmasına baxmayaraq gələcəkdə vəhhabilərin əleyhinə daha bir qiyam və ya tətil üçün şərait yaratdı.

İbn Səudun gördüyü tədbirlərdən biri 1945-ci ildəərəb ittihadiyyəsi protokolunu imzalaması idi. “Ərəb birliyinin yaradılması istiqamətində atılan ilk addımlar bu ittihadiyyənin təşkil edilməsi ilə əlaqədar təşkil edilən (1944- il, oktyabr) ilk konfransda İbn Səudu Misirdəki Məlik Faruğu bir-birinə yaxınlaşdırmaları idi.”1

Vəhhabi səudilərin etibar və heysiyyətinə ciddi zərbələr vuran məsələ 1947-ci ildə Fələstin ərazilərində təşkil olunan yəhudi dövlətinin qarşısında onların ciddi reaksiya göstərməmələri idi. Bu dövlətin Fələstində yaradılması ilə əlaqədar Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı müsbət rəyinin ardınca İbn Səudun bu acı həqiqəti qəbul etməsinə baxmayaraq (əlbəttə, onların mənafeyi amerikalılar tərəfindən təmin olunan vaxta qədər bu işlə çox da müxalifət etmirdilər). İslam və ərəb dünyasında o zaman qəbul ediləcək bir rəhbər olmadığından, vəhhabi səudiləri zəif reaksiya göstərdiyinə görə etibardan saldı. Vəhhabilər bu baxımdan ciddi zərbəyə məruz qaldılar. Xüsusuilə, onların etibarı əsasən, birinci Ərəb-israil müharibəsində (1948) ərəblərin cəbhəsinə yalnız bir qrup əsgər göndərdikləri zaman aradan getdi.

İbn Səud 1949-cu ildə çalışırdı ki, Suriyaya kredit verməklə o ölkəni, Haşimi sülaləsinin nüfuzu dairəsindən çıxarsın və neft kəmərlərini tam xatircəmliklə Suriyadan keçirə bilsin. İbn Səudun bu səyləri Haşimi xanədanının İordaniyada və İraqdakı tədbirlərinin ardınca baş vermişdi: onlar “böyük bir Suriya yaradılması fikrini irəli sürmüşdülər.” Səudiyyə Ərəbistanı da bu tədbirlə kəskin şəkildə müxalifət edirdi. Əgər Aramko şirkətinin Suriyaya verdiyi maddi köməklər olmasaydı, İordaniya və İraq hakimlərinin fikirlərinin gerçəkləşəcəyinə hər vaxt ehtimal verilirdi.

Həqiqətdə Ərəbistandakı Amerika neft şirkətləri öz mənafeyini kəsb etmək üçün hər növ siyasi müdaxiləyə hazır idilər. Onlar casus təşkilatlarının köməkləri ilə bir çox gizli məsələlərdən agah oldular və onu öz xeyirlərinə dəyişdirmək üçün tədbir gördülər. Nümunə üçün, vəhhabilərin problemlərindən biri onların sair ölkələrlə olan sərhəd ixtilafları idi. Bir tərəfdən vəhhabilərin ərazi iddiaları, digər tərəfdən isə bu ruhiyyənin yenidən canlanması vəhhabi İbn Səudu həmin yerləri işğal etməyə daha da sövq edirdi. Vahe Bərimi həmişə Ərəbistanla Əmmanın və Əbu-zəbinin Britaniya tərəfindən himayə olunan əmirlikləri və krallıqları arasında ixtilaflı məsələ idi.

Vəhhabilərin o məntəqəni ələ keçirmək üçün göstərdikləri səylər ingilislərin müdaxiləsi ilə məğlub edildi. Bu hadisələrdən vəhhabilərin imperialist ruhiyyələrini daha yaxşı şəkildə dərk etmək olar.

Qeyd olunmalıdır ki, vəhhabilərin Bərimidəki ərazi iddiaları Əbdül-Əzizin oğlu Məlik Səudun dövrünə qayıdır. Vəhhabilərin neft yolu ilə əldə etdikləri qazancların Amerika neft şirkətlərindən aldıqları kreditlərin hamısı İbn SəudunSuriyaya kredit vermək, abadlıq işləri görmək, ölkə büdcəsini tənzim icra etmək, təlim-tərbiyə, kənd təsərrüfatı, ticarət nazirliklərinin təsis olunması, xəstəxana mədrəsələrin tikilməsi kimi işlərinə sərf olunurdu.”1

Nəhayət, İbn Səud 51 illik qətl və qarətlə yanaşı olan hökmranlıqdan, günbəgün ərazi iddiaları etməkdən, müsəlmanların dininə və izzətinə (xüsusilə Fələstin məsələsində) xəyanət və zülm etdikdən sonra 73 yaşında dünyadan getdi.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə