ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Əbdür-Rəhman ibn Feysəl (1891)



Yüklə 5,57 Mb.
səhifə31/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

Əbdür-Rəhman ibn Feysəl (1891)


Klevd Fuiye Əbdür-Rəhman barəsində belə yazır: “Səud sülaləsinin ilk şəxsinin Məhəmməd ibn Əbdül Vəhhabın qızı ilə evlənməsinin nəticəsi olan Əbdür-Rəhman siyasi qüdrətdən məhrum idi, lakin vəhhabi firqəsinin rəhbəri kimi tanınırdı.”1

Həqiqətdə Əbdür-Rəhmanın dövründəŞəmmər əmirləri, yəni Ali-Rəşid çox böyük qüdrətə malik idi Ərəbistanın şimalında ən güclü dövlət sayılırdı.”2 Onlar hətta vəhhabilərin daxili işlərinə belə, müdaxilə edirdilər. Səlim onların tərəfindən vəhhabilərə hökmranlıq edirdi. Əbdür-Rəhman bir neçə dəfə Riyaz əhalisini Səlimin əleyhinə təhrik etmək istəyində olmasına baxmayaraq, hər dəfə məğlubiyyətə uğramışdı. “Nəhayət Səlim mübarək Ramazan ayı münasibəti ilə onunla görüş keçirdiyi zaman Əbdür-Rərhman onu öz evində qətlə yetirdi.”3 Məhəmməd ibn Rəşid Əbdür-Rəhmanın onlara təyin etdiyi hakimi, yəni Səlimi qətlə yetirdikdən sonra Riyazı mühasirəyə aldı (1891). Əbdür-Rəhman həm canı təhlükəyə düşdüyü üçün, həm şəhər əhalisinin gecə ikən onu tutub düşmənə təhvil verməsini ehtimal etdiyindən ailə üzvləri ilə birlikdə şəhərdən qaçdı. Əvvəlcə Ehsaya getdi oradan Küveytə yollandı. Beləliklə, Nəcd Ali-Rəşid dövlətinin bir əyalətinə çevrildi.

İbn Rəşid, Əbdül-Əziz ibn Əbdür-Rəhmanın, küveytlilərin və igilislərin köməyi ilə Riyazı onların əlindən çıxardığı vaxta qədər Nəcddə hökmranlıq edirdi. Onlar şəhərdən qaçan Əbdür-Rəhmanın yerinə Məhəmməd ibn Feysəli təyin etdilər.

İbn Rəşid Feysəl ibn Türkidən sonra vəhhabilərin arasında yaranmış kəskin ixtilaflardan istifadə edərək vəhhabi əmirlərinin vəzifədən çıxarılması və ya vəzifəyə təyin olunması işlərində dəxalət etməklə əməli olaraq öz əlaltılarını hakim etdi.

Nəhayət, Məhəmməd ibn Feysəlin Riyazda ölmü ilə Ali-Səud hökumətinin Nəcddəki rəhbərlərinin ikinci dövrü də sona çatdı və onların əraziləri ibn Rəşidin ixtiyarında qaldı.

Vəhhabi rəhbərliyinin ikinci dövrünü araşdırmaqla belə nəticə alınır ki, onu ümumi şəkildə bir dövr adlandırmayılıq (1234-1319-cu hicri qəməri).

Bu dövrdə vəhhabilər və onların rəhbərlərinin cüzi məsələləri ilə əlaqədar dəqiq məlumat yoxdur. Bunun özü də həmin dövrdə vəhhabilərdə baş verən işlərin incəlikləri barəsində məlumat olmadığını göstərir. Bəlkə də bunun dəlillərindən biri həmin dövrdə vəhhabi rəhbərlərinin hökumətində sabitliyin olmamasıdır. Çünki bir tərəfdən vəhhabi tarixçiləri həmin dövrdə vəhhabilərin vəziyyət barəsində dəqiq məlumat verə bilməmişlər. Digər tərəfdən də həmin dövrdəki tarixi əlyazmaların çoxunun məhv edilməsi ehtimal verilir.

Bu dövrdə ən mühüm məsələ vəhhabilərin arasında qüdrəti ələ keçirməklə əlaqədar kəskin daxili ixtilafların baş verməsi və günbəgün artması olmuşdur. Vəhhabi rəhbərləri əsas etibarı ilə daxili işlər və qüdrətin genişləndirilməsi barəsində fikirləşdiyindən, Nəcd əyalətində ictimai asayiş çox az hallarda bərqərar olurdu. Bundan əlavə, həmin dövrdə vəhhabilərin keçmişdəki ixtiyarlarından söhbət getmir.

Bu dövrdə misirlilərin vəhhabilərlə qarşılaşmaqdakı sayasətinin tamamilə dəyişdiyini görürük. Belə ki, onlar vəhhabilərlə birbaşa qarşılaşmaq, eləcə də onlarla hərbi toqquşmanın ardınca gələn müxtəlif çətinlikləri aradan qaldırmaq əvəzinə inandığı və etimad etdiyi vəhhabi şəxsləri himayə edirdilər ki, vəhhabilərə rəhbərliyi öhdəsinə alsınlar. Belə ki, bu dövrün axırlarında Ali-Rəşid də misirlilərin həmin siyasətindən istifadə etmiş, Riyazı ələ keçirməklə vəhhabilərə hakim ola bilmişdi.


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə