ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


VƏHHABİLƏRin ƏBDÜL-Əziz İBN MƏHƏMMƏD İbn Səudun haKimiyyəti dövründə (1766–1803) gördüKləri tədbirlər



Yüklə 5,57 Mb.
səhifə29/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

VƏHHABİLƏRin ƏBDÜL-Əziz İBN MƏHƏMMƏD İbn Səudun haKimiyyəti dövründə (1766–1803) gördüKləri tədbirlər


Məhəmməd İbn Səuddan sonra onun böyük oğlu Əbdül-Əziz vəhhabi hökumətinin idarə olunmasını qırx il müddətində öhdəsinə aldı. O, vəhhabiliyin genişləndirilməsində xüsusi təəssübə malik idi və məhz onun dövründə Kərbəlaya və Nəcəfə hücum etdilər və Kərbəlada çoxlu insani faciələr törətdilər.

Bundan əlavə, vəhhabilər Əbdül-Əzizin dövründə Məkkə, Mədineyi-Münəvvərə və Taif şəhərlərini işğal etdilər. Müqəddəs zərihləri və məkanları dağıdıb yerlə yeksan edərək, insanlığa zidd olan çoxlu faciələr törətdilər.

Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında bağlanan sazişdən sonra Əbdül-Əziz həmişə atası ilə yanaşı bu müqavilədə iştirak etmiş vəhhabi ordusunun böyük bir hissəsinin sərkərdəliyini öhdəsinə almışdı. Sonra atası onu Məhəmməd ibn Əbdül-Vəhhabın razılaşması ilə canişinlik məqamına seçdi Məhəmməd ibn Əbdül-Vəhhabın qızı ilə evləndi. O, “imamləqəbi alan Ali-Səudun ilk şəxsidir.1

Əbdül-Əziz ibn Məhəmməd vəhhabiliyin yayılması öz ərazisinin genişləndirilməsi üçün çox çalışdı, Nəcd məntəqəsində ətraf qəbilələrlə (Bəni-Xalid, Ali-Mükrəmi, Müntəfiq sair kimi qəbilələrlə) döyüşdü əvəlcə Büreydəni Tənuməni tutdu. Sonra Riyazı ələ keçirmək üçün həmlə tədarükü gördü, lakin müvəffəqiyyət əldə etmədikdə, üzücü bir müharibəyə əl atdı. Riyaza həmlə etmək üçün Əl-ğəzvanəni qərargah seçdi həmin vaxtda Qəsimə hücum edərək, Hilaliyyə şəhərini ələ keçirdi qayıdan zaman Bəni-Xalid qəbiləsindən bir qrupunu ağır məğlubiyyətə uğratdı2; amma vəhhabilərin tədbirləri cavabsız qalmadı. Ehsanın əmiri (Üreyər ibn Rəcin) Bəni Xalid Üneyzə qəbilələri ilə əlbir olaraq Qəsimdə Büreydəni Ali-Səudun işğalından xaric etdi. Nəcdin əmiri bir il sonra vəhhabilərin sərhəd məntəqələrinə Zürmaya hücum etdi. Əlbəttə, çox da böyük müvəffəqiyyətlər əldə edə bilmədi.

Bu illərdə vəhhabiliyin Ərəbistan yarımadasındakı nüfuzları müqabilində müəyyən qədər müxalifətlərin baş verməsinə baxmayaraq, “müxalif əmirlərin arasında sıx həmkarlığın olmamasına və vəhhabiyyətin hərbi cinahının Əbdül-Əziz ibn Məhəmmədin sərkərdəliyi ilə möhkəm şəkildə təşkil olunmasına görə heç bir əsaslı iş görə bilmədilər. Əksinə Qəsim, Münəyx, Əz-zilfa, Yəmanə məntəqələrinin əhalisinin məğlubiyyətinə, eləcə də Dəlmin əmiri Zeyd ibn Zamilin vəhhabiyyətə təslim olmasına görə Əbdül-Əziz Şəmmərə dağından Fars körfəzinə qədər bir məntəqəni öz istilası altına keçirdi.”3 O cümlədən, o, Üreyərin Ehsadakı daxili ixtilaflarından istifadə edərək o məntəqənin cənub bölməsinə hakim oldu və EHsanın şimal məntəqələrini də ələ geçirmək üçün münasib şərait yaratdı.

Əbdül-Əziz ibn Məhəmməd Nəcddə əldə etdiyi müvəffəqiyyətlərdən sonra Hicaza hücum etdi. Məkkəni ələ keçirib Şərif Qalibi işdən götürmək üçün müəyyən tədbirlər gördü. Əvvəllər qeyd olunduğu kimi, Məkkə şərifləri vəhhabilərin Nəcddəki işlərindən çox nigaran idilər və çarə düşünürdülər.

Əvvəlcə Şərif Məsudun (1165-ci h.q), sonra isə Şərif Əhmədin (1195-ci h.q) Məkkə alimləri və vəhhabilər arasında təşkil etdikləri elmi mübahisələrdən sonra vəhhabilərin əqidələrinin batil olması isbat edildi. Buna uyğun olaraq “Vəhhabilər Şərif Məsudun öldüyü vaxta qədər Həcc əməllərindən məhrum olundular. Şərif Məsuddan sonra onun qardaşı Şərif Müsaid ibn Səid Məkkənin hakimi oldu. Vəhhabilər həcc icazəsi almaq üçün bir nəfəri onun yanına göndərdilər. Lakin o da icazə verməkdən imtina etdi.”1 1769-cu ildə vəhhabilərdən bir qrupu Şərif Mənsuru (Məkkə Şərifinin yaxın adamlarından idi) əsir tutdular, amma Əbdül-Əziz onları buraxdırdı. 1186-cı hicri ilinə qədər vəhhabilər əvvəldə olduğu kimi, yenə də həcc əməllərindən məhrum idilər. “Şərif, Allah evini ziyarət etmək barədə vəhhabilərə icazə verməsinə baxmayaraq bu şərti irəli sürmüşdü ki, onlar cizyə versinlər. Lakin onlar cizyə verməkdən imtina etdilər.”2 Bu məsələ də onların yenidən həcc əməllərindən məhrum olmasına səbəb oldu.

Vəhhabilər Nəcddə əldə etdikləri müvəffəqiyyətlər qələbələrdən sonra Hicaza üz tutdular. Əbdül-Əziz Səud ilə Məkkə-Mədinənin hakimi Şərif Qalib arasındakı çarpışmalar vəhhabilərin 1202-ci hicri qəməri ilində həcc əməllərindən məhrum olunduqdan sonra onları kafir adlandırdığı zaman başlandı. Həmin məsələ vəhhabilərin əlinə bir bəhanə verdi ki, Hicaza doğru hərəkət etsinlər. Lakin onlarla Şərif Qalib arasında baş verən ilk çarpışmada vəhhabilər məğlub oldular müvəqqəti olaraq geri çəkilmək məcburiyyətində qaldılar. Vəhhabilərin ilk məğlubiyyəti ilə əlaqədarBöyük İslam Enskilopediyasıkitabında belə qeyd olunur: “...Şərif Qalib öz nüfuzu altında olan məntəqələrdən vəhhabilər əleyhinə kömək istədi. Çoxlu adam kömək üçün onun ətrafına yığışdı Şərif Qalibin qardaşı Şərif Əbdül-Əziz ibn Müsaidin rəhbərliyi ilə Nəcdə doğru hərəkət etdilər. Əbdül-Əziz Səudi öz əli altında olan qəbilə şəhərlərdən cəngavərlər topladı. Əvvəlcə Həsən ibn Müşariyə, Şərifin tərəfdarı olan köçərilərə həmlə etmək əmrini verdi. O da öz qoşunlarından bir qrupunu Vadid-Dəvasir əhalisi ilə müharibəyə göndərdi. Özü isə Müteyr ərəblərinə Həsən Düveyşin ardıcıllarına hücum etdi onları çox ağır məğlubiyyətə düçar etdi. Bu işdən çox qorxuya düşən Əbdül-Əziz, Şərif Qalibdən kömək istədi o da böyük bir ordu ilə qardaşına qoşuldu. Amma özünün Şəra qəsəbəsinə etdiyi ilk hücumunda məğlub oldu dərhal Məkkəyə qayıtdı. Vəhhabilər Hicaz əmirinin tərəfdarlarını məğlub etməyin davamında Müteyr Şəmmərə qəbilələrinə hücum etdilər əvvəlcə onları geri oturtdular. Lakin axırda özləri məğlub oldular.1

Əbdül-Əziz ibn Məhəmmədin hakimiyyəti dövründə baş verən mühüm hadisələrdən biri vəhhabiliyin rəisi olan Məhəmməd ibn Əbdül-Vəhhabın 1792-ci ildə ölməsi idi. O, 92 il ömür sürdükdən, İslama və müsəlmanlara böyük xəyanətlər etdikdən, istismarçılara və mürtəce qüvvələrə layiqli xidmət etdikdən sonra müsəlmanların arasında nifaq və təfriqənin bariz nümunəsi olan bir ayin yaratdı. O, özündən sonra quru, təəssübkeş və ruhsuz bir din yadigar qoyub getdi.

Vəhhabilərin Hicazdakı müharibələr əsnasında gördüyü işlərdən biri Ehsaya hakim olmaq üçün çalışmaq idi (əvvəllər bu nahiyənin iqtisadi və strateji əhəmiyyəti bəyan olundu). Əbdül-Əziz 1792-ci ildə Ehsanın bir qismini öz ixtiyarına keçirməsinə baxmayaraq, oranın tam istilası dörd il çəkdi. Bu hadisələrlə eyni zamanda İraq tərəfindən vəhhabilər əleyhinə müəyyən tədbirlər görülürdü. Vəhhabilərin gördüyü işlərdən və istilaçılıq fikirlərindən agah olan Bağdad valisi Süleyman Paşa onların müəyyən bir vaxtda İraqa da hücum edəcəklərini ehtimal verərək 1212-ci hicri qəməri ilində Əli Paşanı bir ordu ilə Nəcdə göndərdi. Eyni zamanda bir neçə məntəqədə döyüşməyə qüdrəti olan vəhhabilər də əvvəllər işğal etdikləri yerləri qoruyub saxlamaq və yeni-yeni məntəqələri işğal etmək fikrində idilər. Buna əsasən Əli Paşa ilə saziş bağlayıb söz verdilər ki, İraqın Hicaz bölgələrinə toxunmasınlar və İraqın da özünə hücum etməkdən çəkinsinlər.

Vəhhabilərin Bağdad valisi ilə bağladıqları sazişi çox da davam etmədi. Çünki “müxaliflər hərəkətə gəldilər və Bağdadın valisi Süleyman Paşanı (o, lap əvvəllərdən vəhhabilərin əleyhinə müştərək cəhbənin yaradılması fikrində idi) məcbur etdilər ki, Bəni Müntəfəq əmiri olan Süveyni ibn Əbdüllahı Əbdül-Əzizin müxalif qüvvələrinə hakim seçsin. Süveyni də Süleyman Paşanın himayələri və eləcə də Ali-Zəfir kimi qəbilələrin ittihadı ilə bir qoşun topladı, əvvəlcə Bəsrəyə, oradan da Ehsaya getdi. Digər tərəfdən, Şərif Qalib də Osman Müzayifinin sərkərdəliyi ilə bir qoşunu Ali-Səudla müharibəyə göndərdi. Bu qoşun Əbdül-Əzizin müttəhidlərindən sayılan və Qəhtandan olan Ali-Rəvaqa hücum etdi. Lakin onlara qələbə çala bilmədi. Süveyni də Şubakda düşərgə saldı və vəhhabilərin ərazilərinə hücum etmək üçün oranı qərargah seçdi (1797), amma çox keçməmiş vəhhabilərin tərəfdarı olan Bəni-Xalid qəbiləsindən olan bir nəfərin vasitəsi ilə qətlə yetirildi və onun topladığı ordu pərakəndə vəziyyətə düşdü...

Həmin dövrlərdə əksəriyyəti Əl-ətban qəbiləsindən olan Hicaz ərəblərinin bir qurpu vəhhabiliyi qəbul etdilər. Bu da Şərif Qalibə çox ağır oturdu o, böyük bir qüvvə ilə vəhhabilərin itaətinə keçən qəhtanlıları məğlub etmək üçün Məkkədən çıxdı. Lakin onların arasında baş verən müharibədə Şərif Qalib tab gətirə bilmədi müharibəni dayandırdı. Artıq özünün yalqız qaldığını görən Şərif Qalib Hicaz qəbilələrinin çoxunun Əbdül-Əzizə qoşulduğunu, yaxud onun tərəfindən məğlub edildiyini görürdü. Xüsusilə, öz qardaşı da vəhhabiliyə iman gətirmiş Əbdül-Əzizin hakimiyyətini qəbul etmişdi.”1 Şərif Qalib Əbdül-Əziz sülh müqaviləsi bağladılar həcc yolu vəhhabilərin üzünə açıldı. Bu məsələ barəsində Cənab Fəqihi belə yazır:

“... Bu münasibətlə əlaqədar olaraq Nəcdin əmiri 1214-ci ildə ondan sonrakı ildə həccə getdi. Bu da vəhhabi əmirlərinin yerinə yetirdiyi ilk həcc sayılırdı... 1215-ci hicri qəməri ilində Əbdül-Əziz öz oğlu Səud, eləcə Nəcd köçəriləri camaatından təşkil olunan bir qrupla Məkkəni ziyarət etmək həcc əməllərini yerinə yetirmək məqsədilə Məkkəyə yola düşdü. Yol əsnasında Əbdül-Əziz çox yorğun olduğuna görə qayıtdı. Oğlu Səud həcc əməllərini yerinə yetirdi Məkkədə Şərif Qalib ilə görüşüb müəyyən danışıqlar apardı.1

Əbdül-Əziz Səudi ilə Bağdad valisinin arasında baş verən razılaşmalar, digər tərəfdən də Şərif Qaliblə bağlanan saziş nəticəsində Əbdül-Əziz öz ərazilərini Bəhreyn, Əmman və Fars körfəzi əyalətlərinə doğru genişləndirməyə fürsət tapdı.

Vəhhabilər qarşıya çıxan şəraitdən bəhrələnərək Salim Əl-həriq adlı bir nəfərin sərkərdəliyi ilə Əmmana qoşun göndərdilər. Ali-Xəlifənin köməyi ilə Bəhreynin Zübarə məntəqəsini Sultan Məsqitdən geri aldılar (1800-ci il). Sonra oranın hökmdarı Səqər Qasimi vəhhabilərə tabe oldu (1801-ci il). Beləliklə, Vəhhabilər Fars körfəzi məntəqəsində böyük bir ərazidə öz nüfuzlarını genişləndirdilər bir neçə il ərzində Bəhreyni, Əmman qəbilələrini, xüsusilə Casimi qəbiləsini öz itaətlərinə vadar edə bildilər.2

Vəhhabilərin Əbdül-Əziz Səudinin hakimiyyəti dövründə gördükləri işlərdən biri onların Kərbəla Nəcəfə etdikləri hücumlardır. 1802-ci ilin aprel ayında Əbdül-Əzizin oğlu Səudun etdiyi hücumun səbəbi vəhhabi etiqadının islamın gövhəri ilə uyğun gəlmədiyini deyən şiələrdən intiqam almaq onlarla daha artıq müharibə aparmaq idi. Onlar Kərbəlaya hücum etdilər müqəddəs məkanları dağıtdıqdan sonra oranın əhalisinin çoxunu qılıncdan keçirdilər.”3 Vəhhabilərin üçüncü imam Həzrət İmam Hüseynin (ə) mütəhhər hərəmində törətdikləri cinayətlər faciəli hərəkətlər dördüncü fəsildə qeyd olunacaqdır.

Vəhhabilər 1803-cü miladi ilində Nəcəfi-Əşrəfə hücum edib şəhəri mühasirəyə aldılar. Lakin camaatın kəskin müqavimət göstərdiyinə və möhkəm qalaların mövcud olduğuna görə oranı işğal edə bilmədilər.

Onlar 1216- hicri qəməri (1803) ilində Taif şəhərini, sonrakı ildə isə Məkkə Mədinə şəhərlərini işğal etdilər. Taifdə kütləvi qırğınlar törətdilər. Məkkə Mədinədə isə müqəddəs zərihləri dağıtdılar.1 Vəhhabilər Hicaza hakim olduqdan sonra Şərif Qalibin qardaşı Şərif Əbdül-Muini Hicazda onun canişini təyin etdilər. Sonra Nəcdə qayıtdılar öz ərazilərini Ehsada, Bəhreyndə Küveytdə genişləndirməyə başladılar. Vəhhabi olmuş Ali-Səudun əraziləri bu dövrdəFəratın sahillərindən Sirhan vadisindən başlayaraq Rəsul-Xeyməyə, Əmmana qədər, Fars körfəzi məntəqələrindən başlayaraq Hicazın bütün sərhədlərinə Əsir məntəqəsinə qədər davam edirdi.”2

Nəhayət vəhhabilərin ikinci əmiri Əbdül-Əziz ibn Məhəmməd İbn Səud 40 il işğalçılıq, qarətçilik, kütləvi qırğınlar viranlıqlar törətdikdən sonra vəhhabilərin Taifi işğal etdiklərindən sonra 1803- ildə qətlə yetirildi. Belə xəbər yayılmışdır ki, onu Hacı Hüseyn Səbzvari adlı bir şiə müsəlman qətlə yetirmişdir ki, bu da onun Kərbəlada törətdiyi cinayətlərin cəzası hesab olunurdu.”3

Şiələr vəhhabiliyə qarşı böyük bir maneə olduğundan, onların vəhhabilərin təssübkeş və qarətçilik hərəkəti qarşısındakı qüdrət və əhəmiyyətini aşkar şəkildə görmək olar. Çünki zülm ilə mübarizə, hər növ ruhsuz, kor-koranə təəssüb və donuqluqla mübarizə aparmaq şiəliyin zatında gizlənmişdir.

Tarix boyu şiələr öz məsum imamlarından (ə) nümunə götürməklə (həm fərdi həyatda, həm də daxili və xarici siyasətdə) İslam və müsəlmanların əleyhinə tamam olan hər bir hərəkət qarşısında müqavimət göstərərək şəhadət həddinə qədər irəliləmiş, müsəlmanların və İslamın izzətini müdafiə etmişlər. Aydındır ki, onlar bu yolda Ələvi şiələrinin əzəmətini xətərə salan hər hansı bir hərəkətlə şiddətlə qarşılaşacaqdılar. Buna görə də şiələrin vəhhabilərin quru və ruhsuz hərəkətləri qarşısında müqavimətini nümunə olaraq göstərmək olar.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə