ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İbn Səudun Riyaza qələbəsi, ALİ-SƏUD rəhbərlərinin yeni dövrünün başlanmasI



Yüklə 5,57 Mb.
səhifə32/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

İbn Səudun Riyaza qələbəsi, ALİ-SƏUD rəhbərlərinin yeni dövrünün başlanmasI


Vəhhabi rəhbərliyinin üçüncü dövrü təqribən 80 ildən sonra, Ali-Səudun şimal qonşusu olan Ali-Rəşid tərəfindən məğlub olmasından sonra başlanır. Bu dövr XX əsrin əvvəllərindən başlayaraq bugünkü günə qədər davam etməkdədir.

Bu dövrdə vəhhabiyyət cərəyanında əsaslı dəyişikliklərə rast gəlmək olar. Çünki beynəlxalq şəraitə diqqət yetirməklə bu cür dəyişikliklər lazım və zəruri idi. Vəhhabilərin Nəcdə hakim olmalarının yeni dövrünü Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl qoymuşdur. O, Ali-Rəşidi məğlub etməkdən əlavə, Hicaza da hakim kəsilə bilmişdi. Birinci və ikinci dünya müharibələri, zəngin neft yataqlarının kəşf olunması, Amerika ilə siyasi və iqtisadi əlaqələrin bərqərar edilməsi və bəzi başqa mühüm məsələlər XX əsrdə vəhhabilərin siyasi həyatında dəyişikliklərin yaranmasına səbəb oldu.

Bu bölmədə vəhhabilərə rəhbərliyi öhdəsinə alan şəxslərin müxtəlif daxili və xarici siyasətlərini, vəhhabilərin öz hökmranlıqları dövründə gördüyü tədbirləri, eləcə də vəhhabi cəmiyyətinə hakim olan şəraiti aydınlaşdıracaq, sonra isə İran İslam inqilabının qələbəsi və bu hadisədən sonra vəhhabilərin gördüyü təxribatçılıq əməllərini qeyd edəcəyik. Çalışacağıq ki, İran İslam inqalabından əvvəl və sonra vəhhabilərin siyasətində baş verən dəyişiklikləri ətraflı şəkildə bəyan edək.

VƏHHABİLƏRin İbn Səud adI ilə məşhur olan ƏBDÜL-Əziz İBN ƏbdüR-Rəhman İBN Feysəlin dövründə gördüyü işlər (1902-1953)


Əbdül-Əziz ibn Əbdür-Rəhman vəhhabi rəhbərlərinin ən böyüyü və ən qüdrətlisi olaraq Səudiyyə Ərəbistanının banisi, eləcə də həmin ölkənin ilk padşahı sayılır. O, Ali-Rəşidi məğlub etdikdən və Riyaza hakim kəsildikdən sonra vəhhabilərin əldən getmiş hakimiyyətlərini dirçəldə bildi. Onun Riyazı necə ələ keçirməsini araşdırmazdan qabaq vəhhabilərin üçüncü dövrdə yenidən qüdrətə çatmalarının münasib şəraitini araşdırırıq.

Tarixçilərin yazdığına görə, Feysəldən sonra Ali-Səudun vəziyyəti, öz aralarında yaranan müxalifət və mübarizələr səbəbi ilə çox böhranlı bir vəziyyətə düşüb zəifləməyə, süqut etməyə doğru sürükləndi və nəticədə Ali-Rəşid onlara qələbə çaldı.

Ali-Rəşidin vəhhabilərə hakim olmasının ardınca (Əbdül-Əzizin atası) Əbdür-Rəhman ibn Feysəl öz ailəsi ilə birlikdə Riyazdan qaçaraq Küveytə sığınmaq istədi, “amma Küveytin şeyxi Məhəmməd Əs-Səbah onun bu ölkəyə daxil olmasına mane oldu. Əbdür-Rəhman məcbur qalaraq Nəcd səhralarına (Rubül-Xaliyə) üz gətirdi. İlk əvvəl Bəni-Mürrə tayfasının yanında, daha sonra isə Əcman qəbiləsində qaldı. Bundan sonra Qətərə gedərək iki ay orada yaşadı.”1

Sonra Osmanlı dövləti Əbdür-Rəhmanın qiyam və iğtişaşlarının qarşısını almaq üçün hər ay onun üçün altmış qızıl lirə pul təyin etdi. Bu işin nəticəsində də Küveytin əmiri Əbdür-Rəhmanı bu ölkəyə buraxdı. Çünki Məhəmməd Əs-səbah bu dövrdə osmanlılar tərəfindən təyin olunmuşdu və onların tərəfindən də himayə edilirdi.

Həqiqətdə osmanlılar Əbdür-Rəhman üçün maaş təyin etməkləkiçik iğtişaşların qarşısını almaq istəyirdilər bu məbləğ onun yenidən müharibəyə girişməsinin qarşısını alırdı.”1 Beləliklə, türklər heç olmazsa müəyyən müddətə qədər vəhhabi iğtişaşlarının qarşısını ala bilmişdilər.

1901-ci ildə Küveytdə mühüm bir hadisə baş verdi ki, bu da vəziyyəti tamamilə dəyişdirdi. Bu hadisə Mübarək Əs-səbahın öz qardaşı Məhəmmədin əleyhinə dövlət çevrilişi etməsi idi. Bu qiyam onun qətlə yetirilməsi ilə bitdi. Bu hadisə düz ingilislərin Osmanlı sultanlarının ərəb ölkələrindəki nüfuzuna zərbə vurub öz əlaltılarını hakimiyyətə gətirmək qərarına gəldikləri vaxt baş vermişdi. Klevd Fuiye bu çevriliş barəsində belə yazır: “... Hindistana bir neçə dəfə səfər edən Mübarək öz çevrilişi barəsində əvvəlcə ingilislərlə müzakirə etmiş belə razılaşmışdılar ki, onun Küveytdəki hökmranlığını rəsmi tanıtdırmaq müqabilində o da Küveyti osmanlıların himayəsi altından çıxartsın Britaniyanın himayəsi dairəsinə daxil etsin... İngilislər bu fürsəti qənimət saydılar. Xüsusilə, bunun vasitəsilə Berlin-İstanbul-Bağdad-Küveyt dəmir yolunun çəkiliş layihəsi məhv olurdu. (Çünki, Almaniya osmanlıların müttəhidi idi) ingilislərin Hindistan-Britaniya arasındakı rabitəsinə təminat verən ingilislərin himayəsində olan zəncirvari hökumətlər Fars körfəzinin axırına qədər yayılırdı...”2

Osmanlı hökuməti Küveytin ingilislərə meyl etdiyini gördüyü zaman Küveyt əmirinin düşməni olan Əbdül-Əziz Rəşidin (Şəmmərin əmiri) köməyinə tələsdi və onu Küveyt əmirinin əleyhinə müharibəyə təşviq etdi.

Qeyd olunur ki, “...1318-ci hicri qəməri ilində tərəflər arasında baş verən müharibədə Küveyt şeyxi məğlub oldu İbn Rəşid Küveytin darvazalarının arxasına qədər hücum etdi. Amma gözlənilmədən geri çəkilmək məcburiyyətində qaldı. Çünki o, dəniz yolu ilə gəlib onun yolu üzərində dayanan İngilis qoşunları ilə qarşılaşmışdı. İngilislər nəsihət yolu ilə ona dedilər ki, məsləhət qayıtmaqdadır. Əgər bundan başqa bir görərsə, ağır toplarla güclü qoşunlarla onu tar-mar edəcəklər... İbn Rəşid Ali Osmanidən kömək istəmək qərarına gəldi. Lakin İstanbul-London arasında baş verən müzakirələrdə ingilislər Osmanlı dövlətini İbn Rəşidə kömək etməmək barədə qane etmişdilər.1

Həqiqətdə bu hadisənin faydası hamıdan artıq Britaniyaya çatırdı, çünki həm Fars körfəzində özü üçün mövqe yarada bilmiş, həm Küveyt əmirini hücum təhlükəsindən amanda saxlamışdı. Bundan əlavə, Əbdül-Əziz ibn Əbdür-Rəhman İbn Rəşidin ordusuna baş verən məğlubiyyət zəiflikdən lazımi qədər istifadə etdi vəhhabilərin əldən getmiş hökumətini yenidən dirçəltdi. Buna əsasən, Əbdül-Əziz Küveytin əmiri onun üçün tədarük görülən qüvvələrdən istifadə etməklə, eləcə ingilislərin müvafiq nəzər həmkarlığına görə (ingilislər nəzərdə tutmuşdular ki, Nəcddə öz əlaltılarını hakim etsinlər) Nəcdə Ali-Rəşidə hücumlarını başladı. Bu barədəBöyük İslam Enskilopediyasıkitabında belə deyilir: “... İngilislər Ali-Rəşidin müxalifləri olan ərəblərdən birlik (koalisiya) yarada bildilər. Bu da Şeyx Mübarək Əbdül-Əzizin başçılığı ilə vəhhabi məzhəbli qəbilələr İraqın cənubundakı qəbilələrin birindən təşkil olunmuşdu. Əbdül-Əziz Riyaza hücum etdi. Özünün ilk hücumunda müvəffəqiyyət qazanmamasına baxmayaraq, 1902-ci ilin yanvarın 14- oranı fəth edə bildi.”2 Daha sonra 1320-ci h.q ilində Nəcdin cənub qisminə, 1321-ci ildə isə Sədirə, Şəm Qəsimə hakim kəsildi. Ali-Rəşidin vəhhabilərlə çarpışmaları mübarizələrində Osmanlı dövləti Ali-Rəşidin xeyrinə əməl edirdi. Buna baxmayaraq 1324- h.q ilində Osmanlı türklərinin Nəcddən çıxması onları çətinliklə qarşılaşdırdı. Belə ki, həmin ildə Ali-Rəşid əmiri olan İbn Münəb qətlə yetirildi, Əbdül-Əzizin fikri onun tərəfindən müəyyən qədər asudə oldu bu yolla vəhhabilər Əbdül-Əzizin rəhbərliyi ilə əldən getmiş hökmranlığını bir daha geri qaytara bildilər. Riyazı ələ keçirməklə Nəcdin sair məntəqələrini, daha çox Hicazı ələ keçirmək üçün tədarük gördülər.

Əbdül-Əziz Riyazda hökumətinin bərqərar olmasından sonratacirlərdən borc aldı onu çoxlu döyüş təchizatı almaq, eləcə Küveytdən məharətli atıcılar almaq üçün xərclədi.”1 Bundan sonraöz qüvvələrini genişləndirmək sabitləşdirmək üçün müxtəlif vəhhabi mərkəzləri yaşayış yerləri yaratmağa başladı. Onların sakinləriniixvani tovhid”, yaxudyeganəpərəstlik qardaşlarıadlandırdı ki, bu da həqiqətdə vəhhabilərin dini-hərbi təşkilatından ibarət idi... Bu təşkilat həm qəbilələr arasında qan axıdılmasının qarşısını almaq, kin-küdürəti məhv etmək, həm səhradakı köçəri həyat sürənləri daimi olaraq məskunlaşdırmaq üçün bir vasitə idi.”2

Cənab Fəqihiİxvantəşkilatının yaranması barəsində belə yazır: “... İbn Səud öz nəzəriyyəsini icra etmək üçün Nəcdin alimi Şeyx Əbdüllah ibn Məhəmməd ibn Əbdül-Lətifdən istədi ki, bütün camaatın köçəri ərəblərin başa düşə biləcəyi sadə dildə hənbəli məzhəbi əsasında kitablar yazıb bütün qəbilələrin arasında yaysın. İbn Səud həmçinin Şeyx Əbdüllahın şagirdlərindən bir qrupunu xətib yol göstərən adı altında qəbilələrin arasına göndərdi. Beləliklə, çöl ərəbləri arasında dini bir atifə yarandı bu tədbirlərin məcmusundanİxvanfirqəsi əmələ gəldi.”3

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə