ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


VƏHHABİLƏRin Səud İBN ƏBDÜL-Əzizin rəhbərliyi dövründəKi Cinayətləri (1803–1814)



Yüklə 5,57 Mb.
səhifə30/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

VƏHHABİLƏRin Səud İBN ƏBDÜL-Əzizin rəhbərliyi dövründəKi Cinayətləri (1803–1814)


Səud ibn Əbdül-Əziz 1887-ci miladi ilində Məhəmməd ibn Əbdül-Vəhhabın təklifi ilə vəliəhdlik məqamına seçildi atasının qətlindən sonra vəhhabiliyin rəisliyini öhdəsinə aldı. O, həm öz hökmranlığı həm atasının dövründə müntəzəm olaraq ətraf məntəqələrə yürüşlər edir, vəhhabi ərazilərini genişləndirirdi. Buna görə Səudi yazıçıları onaKəbirləqəbi vermişdilər.1

Səud ibn Əbdül-Əziz hakimiyyətə keçdikdən sonra böyük bir ordu yaradaraq öz ərazilərini genişləndirməyə, ətraf məntəqələrə hücum etməyə başladı. O, Bəsrəyə hücum edib o şəhəri mühasirəyə almaqdan əlavə, “Hicazda itaətsizlik edən bəzi qəbilələri məhv etməyə başladı, Təyma Xeybəri işğal etdi, sonra da Əmman sərhədlərinə hücuma keçdi. Məsqitin əmiri Sultan ibn Həmid ibn Səid onunla qarşılaşmaq üçün Osmanlı dövləti ilə Ali-Səudun əleyhinə mütəffiq oldu. Lakin qətlə yetirildi. Bununla belə, Səudun Əmmanı Fars körfəzinin cənub sahillərinin hər bir yerini ələ keçirmək üçün göstərdiyi səylər şərqi Hind kompaniyasının dəxaləti ilə məğlubiyyətə uğradı.”2

Müasir islam hərəkatlarıkitabının müəllifi bu barədə belə yazır: “Vəhhabilər əmir Səudun rəhbərliyi dövründə Fars körfəzinin bütün məntəqələrindəki nüfuzlarını genişləndirməyə başladılar, Bəhreyni Küveyti işğal etdilər (1803), sonra isə sahil şəhərlərini ələ keçirdilər. Əmman məntəqələrinin əhalisi vəhhabiliyi qəbul etdi. Şərqi Hind kompaniyasının himayəsi altında olan Məsqitin hakimi ilə çarpışma baş verdi. Lakin onun qarşısında məğlubiyyətə uğradıqdan sonra (1806) qərara aldılar ki, İngilisin şərqi Hind kompaniyasının əmlakına bayrağına ehtiram qoysunlar.”3

Burada diqqət yetirilməli məsələ Britaniya müstəmləkəçilərin məntəqədə yerləşməsi idi. İngilislər vəhhabiləri himayə etmələrinə baxmayaraq, hər yerdə onların həmlələri Britaniyanın mənafeyini xətərə salsaydı dərhal onlara xəbərdarlıq edir və onların mənafeyinə riayət edilməsinin zərurətini xatırladırdı.

Səudun rəhbərliyi dövründə baş verən mühüm hadisələrdən biri vəhhabilərin onun başçılığı ilə müqəddəs Kərbəla şəhərinə hücum etməsidir. 1806- ildə baş verən bu dəhşətli hücum şəhər camaatının kəskin müqaviməti ilə qarşılaşdı qalalardakı istehkamlara görə vəhhabilər məğlubiyyətə uğradı. Səudun hakimiyyəti dövründə digər mühüm məsələ vəhhabilərin Hicazda ərazi iddiaları idi. Onlar Hicaza hücumlarının davamında Məkkeyi-Mükərrəmə Mədineyi-Münəvvərə şəhərlərini işğal etdilər (1805–1806), Şərif Qalib naçar qalıb onlara itaət etməyi qəbul etdi. Buna görə öz yerində qaldı. Onlar daha sonra Yənbu limanını ələ keçirdilər. Lakin Nəcran, Cəddə Şamı ələ keçirməkdə müvəffəq olmadılar. Cənab Fəqihi Səudun dövründə vəhhabiliyin Hicazda necə genişləndirməsi ilə əlaqədar belə yazır: “... Səudun dövründə vəhhabi məzhəbi Hicaz nahiyəsində yayılırdı. Çünki Şərif Qalib özünün Hicazda qalan nüfuzunu qoruyub saxlamaq istədiyinə görə vəhhabilərin qarşısında tam mənada təslim oldu bu da vəhhabi məzhəbinin Hicazda yayılmasına gətirib çıxardı...”1

Səudun Hicazda ərazi idialarındakı əsas məqsədi “Məkkənin şərafətli adamlarının nüfuzunu azaldıb onları aradan götürmək, eləcə də məntəqədə Osmanlı hakimlərinin nüfuzunu xətərə salmaq idi.” Buna əsasən, o, Hicazı ələ keçirdikdən sonra ilk növbədə Məkkə şəriflərinin nüfuzunu azaltmaq üçün onları özünə tabe etdirdi, sonra Osmanlı Sultanı ilə müxalifət etmək üçün onun adını xütbələrdən çıxartdırdı. Məkkə və Mədinənin qazisini şəhərdən çıxardı (o, Osmanlı Sultanı tərəfindən bu iki şəhərdə qəzavət məqamını öhdəsinə almışdı).

Hakimiyyətinin dairəsi Qırmızı dənizdən Fars körfəzinə qədər genişlənən Səud Şamın (Hələb, Dəməşq və sair yerlərin) görkəmli şəxsiyyətlərinə məktub yazmaqla onlardan vəhhabi ayinini qəbul etmələrini istədi və bac-xərac vermələrini tələb etdi.

Bundan əlavə, o, Hələb şəhərinin ətraf kəndlərinə hücum etdi, Fələstin diyarının sərhədlərinə qədər irəlilədi və Xəzrə-movtu mühasirəyə aldı. Səudun Şamı, İraqı və Fələstini vəhhabiləşdirmək üçün göstərdiyi səylər məğlubiyyətə uğradı.

Səudun Hicazın, Şamın, İraqın, Fələstinin müxtəlif ərazilərinə hakim kəsilmək üçün göstərdiyi səylər, müxtəlif qəbilələrdə kütləvi qırğınlar törədib camatın mal-dövlətini qarət etməsi, öz şəxsi nəzərinə görə onların bütpərəstlik təzahürləri olan adət-ənənələrini məhv etməsi, qədim etiqadlarda qalmağı təkid edən ruhaniləri edam etməsi və sair işləri müxtəlif məntəqələrdə vəhhabilərin əleyhinə qiyamlara səbəb oldu.

Vəhhabilərin Ərəbistan yarımadasındakı irəliləyişləri və onların Məkkə və Mədinəyə hakim kəsilmələri özünü şərif hərəmlərin (Məkkə-Mədinənin) mühafizəçisi hesab edən Osmanlı Sultanı üçün ağır başa gəldi. Çünki Sultanın etibar və heysiyyətinə xələl gəlirdi. Buna görə də Babi-Aliye-Osmani bu çətinlikdən çıxmaq üçün çarə düşünməyə balşladı. Bu məqsədlə 1806-cı ildə Misirin hakimi Məhəmməd Əli Paşanı vəhhabiləri məğlub edib Məkkə və Mədinədən çıxarmaq üçün şərif Hərəmlərə göndərdi.

Osmanlı Sultanın vəhhabilərlə qarşılaşmaq üçün Misirin Paşasına verdiyi fərmandan Məhəmməd Əli Paşanın onların əleyhinə əməli tədbirlər gördüyü vaxta qədər altı il keçməsinə baxmayaraq bu tədbiri sürətləndirən şey vəhhabilərin Hicazın, Şamın, İraqın ətraf məntəqələrində törətdiyi hücumları, qətl qarətləri idi. Bu barədəBöyük İslam Enskilopediyasıkitabında belə deyilir: “...Özünün müntəzəm olmayan müharibələrindən, ərəb əmirlərinin Ali-Səudun nüfuzu ilə qarşılaşmaq üçün təhriklərindən vəhhabiyyətdən şiddətli təhlükə hiss edən Babi-Ali, Məhəmməd Əli Paşadan onlarla müharibəyə qalxmasını istədi. 1811-ci ilin oktyabrın axırlarında ya noyabrın əvvəllərində Misir qüvvələri Tosun paşanın sərkərdəliyi ilə (o, Məhəmməd Əlinin oğlu idi) ilk hücumlarını başladılar.1

Misirlilərin vəhhabilərə hücumları ilk mərhələdə məğlubiyyətlə qarşılaşdı. Amma onlar öz qüvvələrini tez bir zamanda nizama salıb yardımçı qüvvələrin gəlişindən sonra vəhhabilərə hücum edib onları ağır tələfatlara düçar etdilər. Özünü Misir qoşunlarının qəfil hücumları qarşısında görən Səud heç bir görə bilmədi. Onlarla sülh bağlamağa çalışdı, amma onun səyləri heç bir nəticə vermədi. Nəhayət Səud ibn Əbdül-Əziz 28 aprel 1814- ildə 68 il nikbətli ömür sürdükdən, İslam müsəlmanlar üçün çoxlu çətinliklər yaratdıqdan sonra prostat vəzində iltihaba mübtəla olaraq Diriyyədə öldü.1

Səudun barəsində bunu qeyd etmək kifayətdir ki, o Məhəmməd ibn Əbdül-Vəhhab məktəbinin yetirməsi idi onun yanında iki il dərs oxumuşdu, üstəlik, “vəhhabilikdə öz atasından da təəssübkeş idi. O, müsəlmanların Allah evini ziyarət etməsinə mane olur, öz müxaliflərini kafir hesab etməkdə həddini aşırdı.”2 Nəhayət, İslam müsəlmanlara, xüsusilə şiə aləminə bir ömür xəyanət zülm etdikdən, günahsız insanları qətlə yetirib mal-dövlətlərini qarət etdikdən sonra sağalmaz bir xəstəliyə tutularaq öldü.

VƏHHABİLƏRin Əbdüllah İbn Səudun haKimiyyəti dövründəKi Cinayətləri (1814-1818)


Əbdüllah İbn Səud atasının ölmündən sonra hakimiyyətə keçdi. Əxlaqi xüsusiyyətlərinə görə vəhhabiliyi müdafiə etməkdə ən inadkar adam idi.3 Bu yolda çox çalışdı, amma onun Misir Osmanlı qüvvələri ilə qarşılaşması özünün ərazi iddalarını davam etdirərək başqa məntəqələrə hakim kəsilməsinə fürsət vermədi.

Əbdüllah hakimiyyətə çatdıqdan sonra misirlilərin (vəhhabilərin əleyhinə olan) hücumları ilə qarşılaşdı. Həqiqətdə vəhhabilər özlərinin təxribatçı hücumları ilə İraqın daxilinə, eləcə Məkkə Mədinə kimi müqəddəs məkanlara hücum etməklə Ərəbistanın sair yerlərində Sultanın iqtidar etibarını xətərə saldılar.4 Buna görə Məhəmməd Əli Paşa Osmanlı sultanının fərmanı ilə vəhhabilərin əleyhinə (Səudun dövründə) tədbir gördü.

Əbdüllah qüdrətə çatdığı zaman misirlilərin ardıcıl həmlələri qarşısında çox çətinlik çəkirdi. Bu zaman Məhəmməd Əli Paşa onun oğlu Tosun Paşa vəhhabilər əleyhinə olan hücumlarını genişləndirdilər. Əbdüllahın hakimiyyətinin ilk ilində onun qardaşı Feysəl Misir ordusu qarşısında ağır məğlubiyyətə uğradı, Məhəmməd Əli Türbəti işğal etdikdən sonra Əsirə hücum etdi.1 Amma bir qədər sonra Məhəmməd Əli ona çatan xəbərlərdən qorxduğuna görə, Misirdə əmin-amanlığın olmaması qiyam ehtimalı verildiyinə görə Misirə qayıtdı vəhhabilərlə müharibənin davam etdirilməsini Tusun Paşaya tapşırdı (1815). Tusun Paşa öz hücumlarını davam etdirdi həmin ildə Nəcdə gedərək Rəsul-Meynəni tutdu.

Sonra Əbdüllah onun qarşısında bir görə bilmədiyi üçün onunla saziş bağladı. “Saziş bu əsasda bağlandı ki, Əbdüllah Osmanlı Sultanının Ali rəhbərliyini rəsmi olaraq tanısın Misirin hakimiyyətinə itaət etsin.”2 Sonra Tosun Qahirədə qiyam xəbərinin yayılmasının ardınca oraya qayıtdı “1231-ci hicri qəməri ilində taun xəstəliyindən vəfat etdi.3 Vəhhabilərlə sülh bağlamaqdan narazı olan Məhəmməd Əli Paşa digər bir oğluİbrahim Paşanı vəhhabilərlə müharibəyə göndərdi ki, onların işini qurtarsın.” İbrahim öz hücumlarını 1816- ildə başladı Qəsimin cənub şəhərlərini Nəcdi biri digərindən sonra öz ixtiyarına keçirdi.”4 Bundan sonra Nəcd məntəqəsində misirlilərlə vəhhabilərin arasında baş verən ən mühüm müqəddərati müharibədə Diriyyənin şəhər darvazasına çata bildi. İbrahim Paşa oranı “1818-ci ilin aprel ayından etibarən mühasirəyə aldı bu mühasirə beş ay davam etdi. Nəhayət oranı öz əlinə keçirdi.”5 Klevd Fuiye Diriyyənin işğal edilməsindən sonrakı hadislərlə əlaqədar yazır: “Diriyyə yerlə yeksan edildi, xurma bağları tamamilə dağıdıldı, Ali-Səudun böyük iddiaları bu mərhələdə sona çatdı.”6

Sonra İbrahim Paşa Əbdüllahı ailəsi ilə birlikdə Qahirəyə göndərdi. Məhəmməd Əli Paşa da onu 1434- ilin məhərrəm ayının 19-da yoldaşları ilə birlikdə İstanbula, Osmanlı xəlifəsinin yanına göndərdi. Osmanlı dövləti onları şəhərdə gəzdirdi ƏbdüllahıHumayunbabında, qalanlarını isə başqa yerlərdə dağıtdılar (1818-ci ilin dekabr ayı).”1 Əlbəttə, sürgün olunanlardan bəziləri Misirə göndərildi orada həbs edildilər. Sonra İbrahim Paşa Müşari ibn Əbdüllahı Nəcdə hakim misirli bir Paşanı da Hicazın hakimiyyətinə təyin etdi. Özü isə 1819-ci ilin ortalarında Misirə qayıtdı.

İbrahim Paşanın Nəcddən çıxmasından sonra Müşari vəhhabilərin rəhbərliyini öhdəsinə aldı özünün Diriyyədəki mövqeyini möhkəmlədə bildi. Amma onun sonradan gördüyü tədbirlər, yəni Üyeynənin əmiri Müəmmərlə qarşılaşmaq misirlilərin əleyhinə olan digər fəaliyyətləri Məhəmməd Əli Paşanın Misirdən Hüseynbəyi, Müşarini məğlub etmək üçün göndərməsinə səbəb oldu o da Müşarini tutub Misirə göndərdi. Lakin Müşari yol əsnasında öldü.2 Daha sonra misirlilər tərəfindən təyin olunan hakim Diriyyəyə hökmranlıq etdi.

Bu barədə diqqət yetirməli məsələ İngilis nümayəndələrinin, İbrahim Paşa ilə vəhhabilərə qələbə çaldıqdan sonra görüşləri idi. “Gahşomare ruyidadhayi tarixi müasiri Xavərmiyane” məcmuəsində 1819-cu illərin hadisələri bəyan olunan zaman qeyd olunur ki, bu ildə kapitan Sadlir İngiltərənin Bombeydəki nümayəndəsi ünvanı ilə İbrahim Paşa ilə görüşdü və misirlilərin fəthləri münasibətilə onu təbrik etdi. Rəsul-Xeyməni ələ keçirmək üçün həmkarlıq etməyi təklif irəli sürdü. Bu da göstərir ki, Britaniya müstəmləkəçiləri öz nüfuzlarına qanunilik bağışlamaq üçün misirlilərlə həmkarlıq təklifini irəli sürmüşdülər. Həqiqətdə öz məqsədlərinə çatmaq istəyən Britaniya müstəmləkəçiləri hər yerdə bu mənafe daha artıq təmin olunurdusa ora doğru meyl göstərirdilər. Buna əsasən, bu dövrdə misirlilər Hicaza və Nəcdə hakim kəsildiklərindən, Fars körfəzi sahillərini və Əmman dəryasını qərargah seçən ingilislər təhlükə hiss edərək qərara aldılar ki, müəyyən yollarla İbrahim Paşanın bundan artıq yerlərə göz dikməsinin qarşısını alsınlar (o yerlərə ki, Britaniyanın mənafeyini təhlükəyə salırdı).

Misirlilərin Mutan döyüşü nəticəsində Diriyyəyə hakim kəsilməsi ilə vəhhabi hökmranlığının ilk dövrü sona çatdı və vəhhabilərin arasında və ümumiyyətlə, Nəcd məntəqəsindəki qiyamlara, iğtişaşlara, ixtilaf və təfriqələrə şamil olan bir dövran başlandı ki, bu da vəhhabilərin ikinci dəfəki hakimiyyət dövrlərinə qədər davam etdi.

VƏHHABİ HÖKMranlIğInIn iKinCi dövrü

VƏHHABİLƏRin ibn Rəşidin Nəcdə hakim olduğu dövrə qədərki qüdrəti


Misirlilər Nəcddən çıxdıqdan Diriyyə dağıdıldıqdan sonra orada hərc-mərclik iğtişaş hökm sürürdü. Klevd Fuiye bu barədə yazır: “...Osmanlılar müqəddəs İslam məkanlarına hakim kəsildikdən sonra türklər, adətləri üzrə, Ərəbistanın daxili məntəqələrinə etinasız yanaşdılar.”1 Bu şərait nəticəsində Nəcdin daxili vəziyyəti iğtişaşlı idi vəhhabilər yenidən qüdrətə çatmaq üçün bir daha səy göstərirdilər.

Vəhhabilərin birinci ikinci hikmranlıqları arasındakı zaman dövründə yadellilər bu iğtişaşlardan hərc-mərclikdən istifadə etdilər. Belə ki, “daxili vəziyyətin çox ciddi bir iğtişaşla, böhranla üzləşdiyi 1235-ci h.q ilində ingilislərin dəniz qoşunlarından bir qismi topla təchiz olunmuş hərbi gəmilərlə birlikdə Rəsul-Xeyməyə hücum edərək şəhəri işğal etdilər. Camaat qaçdı. İngilislər şəhəri dağıtdılar.”2

Diriyyənin misirlilər tərəfindən viran edilməsindən təqribən üç il sonra Türki ibn Əbdüllah bir sıra lazım və zəruri imkanlardan istifadə etmək, eləcə də mövcud hərc-mərclikdən, böhran və iğtişaşlı vəziyyətdən sui-istifadə edərək Riyaz qalasında özü üçün qərargah yaratmaq fikrinə gəldi. Bu qala Diriyyənin 25 km-liyində yerləşirdi. Sonralar həmin yer vəhhabilərin strateji və texniki bazalarına çevrilmişdi.

Bu bölmədə Riyaz şəhərində ikinci vəhhabi hökumətinin təşkil olunmasından İbn Rəşidin oraya hakim kəsildiyi dövrə qədər vəhhabilərin yaşadığı şərait araşdırılacaqdır.

Türki ibn Əbdüllah (1821-1834)


Türki ibn Əbdüllah misirlilərin Diriyyəyə hücum etdikləri zaman Südeyir şəhərinə qaçdı və Müşarinin ölmündən sonra Üyeynənin əmiri İbn Müəmmərlə döyüşdü və nəhayət, vəhhabilərin 1821-ci ildə törətdikləri cinayətlərə qarşı edilən qiyamlar nəticəsində vəhhabilərin rəhbərliyini əlinə aldı. Misirlilər tərəfindən təyin olunan hakimi işdən götürdükdən sonra Diriyyədə ikinci dəfə olaraq vəhhabi hökumətini yaratdı.

Osmanlılar da Türki ibn Əbdüllahı məğlub etmək üçün Hüseyn bəyin sərkərdəliyi ilə bir qoşun göndərdilər. O Diriyyəni və Riyazı ələ keçirdi, Türki də Riyazdan qaçdı (1820-1821).

Türki iki il sonra misirlilərin Nəcddəki zəifliklərindən istifadə etməklə, eləcə vəhhabilərdən kömək almaqla Riyazı ələ keçirdi. Buna əsasən, “onun hökuməti ilə qüdrət Əbdül-Əziz ibn Məhəmməd sülaləsindən Əbdüllah ibn Məhəmmədin sülaləsinə keçdi. O, 1827-ci ildə misirliləri Şəmmərdən qovub çığardı Hailin əmiri Saleh ibn Əli Şəmmərin əmiri ilə sülh bağladı. 1830-cu ildə Ehsanı işğal etdi. Daha sonra Bəhreyn, Qətər Əmmana doğru üz tutdu.”1 O, öz hökmranlığı dövründə daim müharibə aparır ətraf məntəqələrin əhalisi ilə döyüşürdü. Nəhayət 1834-ci ildə Məhəmməd Əli Paşa tərəfindən təchiz himayə olunan Müşari ibn Əbdür-Rəhmanın əli ilə qətlə yetirildi.

Müşari ibn Əbdür-Rəhman ibn Müşari


Müşari, İbrahim Paşanın Misirə sürgün etdiyi adamlardan biri idi. O, Misirdə böyüyüb boya-başa çatdı və Məhəmməd Əli Paşanın etdiyi himayələr nəticəsində qüdrəti Türkinin əlindən aldı, özü də bir neçə müddət vəhhabilərin rəisi oldu.

Müşarinin qüdrəti necə ələ keçirməsi barəsindəBöyük İslam Enskilopediyasıkitabında belə qeyd olunur: “... Türkinin işi şiddətləndikdə Məhəmməd Əli Paşa onunla qarşılaşmaq üçün Müşarini öz himayəsi altına keçirdi. Müşari 1826- ildə Nəcdə daxil oldu, Türki ibn Əbdüllah onu çox mehriban qarşıladı Mənfufənin rəisi təyin etdi. Lakin bir qədər sonra onu vəzifəsindən azad edərək Riyaza qaytardı. Türkinin hakimiyyətinə tamah gözü dikən zahirdə onun Mənfufə hökmranlığından çıxarılmasına səbəb olan Müşari Məkkəyə, Şərif Məhəmməd ibn Ovnun yanına getdi. Amma kömək tapmadığı zaman Türkinin yanına qayıtdı peşmançılığını bildirdi. Lakin sonrakı il misirlilərin himayəsi ilə Əmir Türkini qətlə yetirdi özü hökumət kürsüsünə əyləşdi.”1

Həqiqətdə biz vəhhabi rəhbərliyinin ikinci dövründə – misirlilərin onlarla qarşılaşmasında siyasətin dəyşildiyinin şahidi oluruq. Bu dövrdə, əvvəlki dövrün əksinə olaraq, (misirlilər vəhhabilərin əleyhinə birbaşa hərbi tədbirlər görürdülər) qədimdən mövcud olan “təfriqə sal və hökm sür” siyasətinin misirlilər tərəfindən icra olunduğunu görürük. Onlar Ali-Səudun yaxın adamlarından bəzilərinin himayəsi ilə çalışırdılar ki, bu dövrdə Nəcd məntəqəsinə və vəhhabilərə hakim kəsilsinlər. Amma onun özü heç vaxt Nəcd xüsusi çoğrafi mövqeyinə görə (istər qeyri-münasib abu-hava və iqlim şəraitinə, istərsə də coğrafi şəraitə görə) uzun müddət orada qala bilmədi və buna görə də yeni siyasəti icra etməklə heç olmazsa öz məqsədlərini müəyyən qədər həyata keçirə bilərdi.

Vəhhabi hakimiyyətinin ikinci dövründə onların arasında təfriqə və ixtilafların olduğunu görürük. Bunun özü də bu dövrdə vəhhabi hökumətlərinin möhkəmlənməməsinin əsas amilidir. Belə ki, 1236-1319-cu h.q illərində (Əbdül-Əziz ibn Əbdür-Rəhman bu dövrdə vəhhabilərin qüdrətini yenidən dirçəldə bilmişdi) 12 vəhhabi əmiri biri digərindən sonra hakimiyyətə keçdi. (Onların əksəriyyəti qısa müddətdə hakimiyyətdə olmuşdular).

Həqiqətdə vəhhabilərin ikinci hakimiyyət dövründə daxildə stabilliyin olmamasının səbəbi daxili problemlər və ixtilaflardan əlavə osmanlıların, misirlilərin və Ali-Rəşidin məntəqədəki fəal siyasətləri idi. Onlar çalışırdılar ki, vəhhabilərin qüdrətinə son qoysunlar. Çünki vəhhabilər (müqəddəs islam məkanlarına qarşı hörmətsizlik etdiklərinə görə) Osmanlı sultanının etibar və heysiyyətini təhlükəyə salmışdılar və misirlilərin vəhhabilərə qalib gəlməsi Osmanlı Sultanından Şam və onun ətraf məntəqələrində imtiyaz əldə edilməsinə səbəb olurdu. Nəcdə hakim olmaq istəyən vəhhabilər kimi güclü bir qoşunun varlığına dözə bilməyən Ali-Rəşid də müxtəlif yollarla onları məhv etməyə çalışırdı.

Bu dövrdə Britaniyanın məkrli və gizli siyasətləri də nəzərdən qaçırılmamalıdır. İngilislər Nəcdin müxtəlif məntəqələrində yaranan müəyyən zaman-məkan şəraitlərində müəyyən rol oynayırdılar. Onlar gizli şəkildə vəhhabiləri gücləndirir və osmanlılar tərəfindən onların məhv edilməsinin qarşısını alırdılar.

Əvvəldə işarə edildiyi kimi, Müşari 1248-1249-cu h.q illərində iqtidarı Türkidən alaraq vəhhabilər üzərində rəhbərliyi öz öhdəsinə aldı. Amma onun hakimiyyəti çox da uzun sürmədi və qırx gündən (başqa nəzərə görə iki aydan) sonra onun qətli ilə eyni zamanda Feysəl ibn Türki vəhhabilərə hökmranlığı öhdəsinə aldı.

Feysəl ibn Türki (1834-1838)


Feysəl də Misirə sürgün olunan vəhhabilərdən biri idi. Bir nəzərə görə o, 1827-ci ildə Misirdən qaçıb Nəcdə gələ bilmişdi. Daha sonra o, öz atasının qoşununun sərkərdəliyini öhdəsinə almış və vəhhabilərin müxalifləri əleyhinə müharibəyə başlamışdı. Türki Müşarinin əli ilə qətlə yetirildiyi zaman Feysəl Qətif nahiyəsində, Ali-Səud və vəhhabilərlə müxalif olan əmirlərlə mübarizə aparırdı. Bu zaman sürətlə Riyaza doğru qayıtdı və atasının intiqamını aldıqdan sonra vəhhabilərə rəhbərliyi öz öhdəsinə aldı. Feysəlin bu tədbiri osmanlılar və misirlilərlə birbaşa qarşılaşmaq sayılırdı, çünki o, onlar tərəfindən təyin olunan hakimi qətlə yetirmişdi. Buna görə də Məhəmməd Əli Paşaya əmr olundu ki, Osmanlı və Misir qoşununun başında olaraq bir daha vəhhabiləri cəzalandırsın.

Qeyd olunmalıdır ki, ingilislər bu dövrdəFars körfəzi sahillərində bir müddət ciddi fəaliyyətə başlamış həmin dövrdə Yəmənin fəal mərkəzlərindən olan Qırmızı dənizdə Ədən körfəzində qərarlaşmışdılar.”1 İngilis müstəmləkəçiləri hadisələrin gedişatına yaxından nəzarət edir bunun ardınca özlərinin əlaltısı olan hakimləri məntəqədə yerləşdirmək istəyirdilər.

Osmanlılar Yəməni fəth etmək ingilislərlə qarşılaşmaq üçün dörd ordu göndərdilər. Bu qüvvələrə göstəriş verilmişdi ki, Ərəbistanın inadkar qəbilələrini məhv etsinlər.”2

Misir və Məhəmməd Əli Paşa tərəfindən göndərilən orduların bir qismi Xurşid Paşanın sərkərdəliyi ilə Nəcddən keçərək Deyləm çölündə Feysəli məğlub etdi. Bu dəfə misirlilər Xalid İbn Səudu himayə edirdilər. Feysəl tutulduqdan və Misirə sürgün edildikdən sonra o, vəhhabi hökumətinin rəhbərliyini öhdəsinə aldı (1839) və misirlilər yenidən Riyaz, Ehsa və Qətifə hakim kəsildilər.

Xalid İbn Səud (1840-1842)


Xalid İbn Səud misirlilərin himayəsi ilə öz rəqibinə qalib gələ bildi. O, təqribən iki il müddətində vəhhabilərə hökmranlıq etdi və misirli qüvvələr Nəcddən çıxdıqdan sonra sair rəqibləri ilə döyüşə başladı. Bu zaman Əbdüllah ibn Sənyan ibn İbrahim (o, vəhhabilər tərəfindən himayə olunurdu) fürsəti qənimət sayaraq Xalidin əleyhinə qiyam etdi və nəhayət 1258-ci h.q ilində Xalidə qalib gəldi, onu Riyazdan çıxardıqdan sonra vəhhabilər üzərinə hökmranlığı öz öhdəsinə aldı. Xalid də Cəddədə məskunlaşdı. Nəhayət 1861-ci ildə dünyadan getdi. Onun hökmranlıq illəri vəhhabilərin arasında ixtilaf və təfriqənin baş alıb getdiyi, onların əksər hallarda daxili çətinliklərlə üzləşdiyi dövrə təsadüf edirdi.

Əbdüllah ibn Sənyan ibn İbrahim (1842-1843)


Vəhhabilərin köməyi ilə qüdrəti ələ alan Əbdüllah ibn Sənyan da hakimiyyət kürsüsündə uzun müddət qala bilmədi. Təqribən bir ildən sonra Feysəl ibn Türki Riyazı mühasirə edərək ona qələbə çaldı və nəhayət, o da zindanda vəfat etdi.

Aydındır ki, Diriyyənin 1334-cü h.q ilində süquta uğramasından sonra həm Nəcd məntəqəsində, həm də vəhhabilərin arasında iğtişaş və hərc-mərclik hökm sürürdü. Qüdrət iddiaçıları bir-biri ilə rəqabətə başlamışdı. Buna görə də onlardan heç biri uzun müddət hakimiyyətdə qala bilmədilər. Digər tərəfdən də Nəcdin qeyri-münasib və gərgin vəziyyəti Ali-Rəşidin, osmanlıların, misirlilərin və ingilislərin xarici siyasətlərini fəallaşdırdı və onların Nəcdin, xüsusilə vəhhabilərin daxili işlərinə nüfuz etməsini sürətləndirdi.

Feysəl İBN TürKi (1843-1865)


Feysəl Nəcddə ilk hökmranlığından beş il əvvəl bir daha vəhhabilərə rəhbərliyi öhdəsinə almışdı. Misirdə həbsdə olduğu zaman oradan qaçdı və bir nəzərə görə, Misir padşahlarından birinin köməyi ilə zindandan qaçıb bir daha Nəcddə vəhhabilərə hökmranlığı əlinə aldı.

Cənab Fəqihi Feysəl barəsində belə yazır: “...Feysəl Ali-Səudun iqtidarlı tədbirli əmirlərindən biri idi. O, yaranmış fitnəni müvəqqəti olaraq sakitləşdirdi bir neçə illik hərc-mərcliyin ardınca əmin-amanlıq aramlıq bərqərar etdi. Sonra öz əhatə dairəsini genişləndirdi.”1 O, 1846- ildəOsmanlıların Ali ağalığını onlara xərac verməyi qəbul etdi Ali-Səudun Nəcd əyalətindəki hökmranlığını möhkəmləndirə bildi.2 Feysəlin daxili xarici siyasət baxımından öz hökmranlığını davam etdirməsi üçün çalışmasına baxmayaraq, qısa müddətdən sonraNəcd onun ətraf məntəqələrində yenidən iğtişaşlar, ixtilaflar narazılıqlar yarandı.”3 Feysəl onları yatırtmaq üçün çox çalışdı, lakin müsbət nəticə əldə edə bilmədi. Onun 1865-ci ilin dekabr ayında ölməsindən sonra vəhhabilərin hökumətində daxili ixtilaflar çəkişmələr hələ qalmaqda idi (Feysəlin nəvəsi) Əbdül-Əziz qüdrətə çatdığı vaxta qədər bu ixtilaflar davam etdi.

Nəhayət, Feysəl 23 il hökmranlıqdan sonra 1865-ci ildə dünyadan getdi və oğlu Əbdüllah ibn Feysəl onun yerinə keçdi.

Əbdüllah ibn Feysəl ibn Türki (1865-1871)


Feysəlin ölümündən sonra oğlu Əbdüllah Riyazda qüdrəti öhdəsinə aldı, amma onun rəhbərliyinin ilk dövrlərindən onunla qardaşı Səud arasında vəhhabilərə hakimiyyət məsələsi barədə ixtilaflar dərinləşdi. Xərc və Əflah nahiyələrində hökmranlıq edən Səud ibn Feysəl Əbdüllahın əleyhinə qiyam etdi və Həfufu ələ keçirə bildi.

Səudun hücumlarının daha da genişlənmə ehtimalı verildiyi zaman Əbdüllah onun qarşısında bir iş görə bilmədi və əvvəlcə Ğənizədə ibn Səlimin yanına, daha sonra Haildə ibn Rəşidin yanına pənah apardı (bunların hər ikisi vəhhabilərin düşmənlərindən sayılırdı) ki, onların köməyi ilə yenidən qüdrətə keçsin. Amma ona bu cəhətdən kömək olunmadığından Bağdadın hakimi Midhət paşanın yanına getdi ki, heç olmazsa bu yöndən öz bəxtini sınasın. Midhət Paşa Əbdüllahın ixtiyarına bir qədər qoşun verdi ki, qardaşı Səudun əleyhinə istifadə etsin. Amma o, təkcə Ehsanı öz ixtiyarına keçirə bildi, lakin Riyazı ələ keçirmək üçün göstərdiyi cəhdlər nəticə vermədi və nəhayət altı il rəhbərlikdən sonra onunla qardaşı Səud arasında ixtilafların kəskin şəkildə davam etdiyi bir dövrdə öz yerini qardaşına verdi.

Səud İBN Feysəl İBN TürKi (1871-1874)


Feysəlin ölümündən sonra Səud Xərc Əflaha hakim idi. Qardaşı Əbdüllah da Riyazda qüdrəti ələ aldıqdan sonra onun əleyhinə qiyam etdi özü vəhhabilərin qüdrət kürsüsünə oturdu. “Onun dövründə Nəcd Ali-Səudun hakimləri arasında bölüşdürüldü.”1 Vəhhabilərin arasında ixtilaf təfriqə günbəgün artırdı, amma Səud çalışırdı ki, Ehsanı əlinə keçirsin. Lakin bu işdə müvəffəqiyyət əldə edə bilmədi nəhayət Üyeynəni ələ keçirmək üçün İbn Rəbian ilə apardığı müharibədə yaralanıb Riyaza qayıtdı, 1874- ildə dünyadan getdi.

Əbdüllah İBN Feysəl İBN TürKi (1875-1887)


Səudun ölümündən sonra qardaşı Əbdüllah ikinci dəfə olaraq vəhhabilərin rəhbərliyini öhdəsinə aldı. O, 1296-cı hicri qəməri ilində Ğənizə şəhərini ələ keçirdi, Bəridəni mühasirəyə aldı, amma Hailin əmiri Məhəmməd ibn Rəşid vuruşub Bəridəni mühasirədən çıxartdı və onu Riyaza doğru geri çəkilməyə məcbur etdi.

Əbdüllahın ölkə daxilindəki ən böyük çətinliyiSəud övladlarının onunla müxalif olması idi. Bu ixtilaf çox şiddətlənərək Əbdüllahı zəiflədirdi. 1300- hicri qəməri ilində Əbdüllahın hökumətində baş verən zəiflik süstlük nəticəsindəOsmanlı dövləti Ehsa Qətif şəhərlərini onun əlindən çıxartdı. Qəsim şəhərinin əhalisi onun əmrinə itaət etməkdən imtina etdilər Osmanlı dövlətinə itaət etməyə başladılar. İbn Səud hökmranlığının ən zəif həddə çatdığı bu dövrdə belə bir xəbər yayılmışdı ki, İngilis dövləti onu himayə edir.”2 Həqiqətdə Britaniya müstəmləkəçiləri vəhhabilərin məğlub olunmasının qarşısını aldılar onları himayə etməklə həyatlarını davam etdirdilər.

Əbdüllah ilə Səudun oğlanları arasında baş verən çarpışmalar və ixtilafların ardınca qardaş oğlanları əmiyə hakim kəsildi və onu tutub əsir etdilər. Ali-Rəşid yaranan fürsətdən istifadə edərək Riyazı ələ keçirmək üçün ora hücum etdi. Vəhhabilərə hakim olan zəiflik Ali-Rəşidin Riyaza hakim olması ilə nəticələndi. Onlar sonra Əbdüllahı Hailə, Səud oğlanlarını isə Xərcə sürgün etdilər.

Qeyd olunmalıdır ki, Ali-Rəşidin Riyaza hücum etməsinin səbəblərindən biri Əbdüllahın, öz qardaşı oğlanlarının əlindən qurtarmaq üçün onlardan kömək istəyi olmuşdur ki, bu da İbn Rəşidin vəhhabilərə üstünlük qazanmasına və onlara qələbə çalmasına səbəb oldu. Belə ki, Ali-Rəşid Əbdüllahın yerinə Səlim adlı bir şəxsi Riyaza hakim təyin etdi və birbaşa vəhhabilərin daxili işlərinə müdaxiləyə başladı. Nəhayət, Əbdüllah Haildə bir müddət qaldıqdan sonra Riyaza qayıtdı və 1887-ci ildə elə orada dünyadan getdi.

MƏHƏMMƏD İbn Səud İBN Feysəl


Böyük İslam Enskilopediyasıkitabında Məhəmməd İbn Səud barəsində belə qeyd olunur: “Onu Ali-Səudun hakimləri cərgəsində hesab etmək olmaz. Amma demişlər ki, az bir müddət Ali-Səudun hakimiyyət dairəsində hökmranlıq etmiş, sonra öz yerini əmisi Əbdür-Rəhmana vermişdir. O, Ehsada osmanlıların əleyhinə baş verən qiyamın rəhbəri idi (1878). Əmisi Əbdüllah onu həbs etmişdi. Lakin 1879-cu ildə azad olundu vəhhabilərin rəhbərliyini əlinə aldı. Sonra bu vəzifədən kənara çəkilərək Bəhreynə getdi (1886) nəhayət 1888-ci ildə Xərcdə Şəmmər casuslarının birinin vasitəsi ilə öldürüldü.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə