ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İran islam inqilabInIn əzəmətli qələbəsindən sonra VƏHHABİLƏRin gördüyü işlər



Yüklə 5,57 Mb.
səhifə38/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   34   35   36   37   38   39   40   41   42

İran islam inqilabInIn əzəmətli qələbəsindən sonra VƏHHABİLƏRin gördüyü işlər


Həqiqətdə 70-ci illərin əvvəllərində vəhhabilərin daxili və xarici siyasətlərində, eləcə də onların Səudiyyə cəmiyyətinə hakim olan din prinsiplərində dəyişikliklər baş verirdi. Amma İranda İslam inqilabının əzəmətli qələbəsi ilə bu dəyişikliklər bir daha şiddətləndi. 1979-cu ildə baş verən bu inqilab Səudi siyasətlərindən daha artıq vəhhabiləri öz təsiri altına aldı.

Şübhəsiz, XX əsrin bu böyük hadisəsihəm dünya, həm məntəqə səviyyəsində əzəmətli islami hadisə olan bu inqilab vəhhabi səudiləri onların himayədarlarını qəflət yuxusundan oyatdı. Onlar başa düşdülər ki, öz keçmiş siyasətlərini davam etdirəcəkləri təqdirdə gözlənilmədən qüdrətləri sarsılacaq cəmiyyət həll olunmaz böhranlı vəziyyətə düçar olacaqdır. Bəlkə bunun ən yaxşı nümunəsiİxvanul-müsliminə meyl edən vəhhabi Səudi xanədanının səltənəti ilə müxalifət edən bir qrupun hərəkatı idi ki, Cəhiman əl-Ətibi Məhəmməd ibn Əbdüllah Qəhtaninin başçılığı ilə, 1979-cu miladi ilində baş vermişdi.1Vəhhabiyyət Ərəbistan yarımadasındaməqaləsinin müəllifi bu barədə yazır: “Bu qiyamın tarixi, əqidəvi kəlam baxımından malik olduğu əhəmiyyət dəyərinə nəzər yetirməklə, qeyd etmək lazımdır ki, belə hərəkatların baş verməsinin özü 70-ci on illikdə Ərəbistana hakim olan riyakarlıq, dinsizlik, fəsad zülmə ən yaxşı dəlildir. Bu şəraitdən yaranan təzyiqlər o qədər üzücü təhrikedici idi ki, Ətibi onun havadarlarını məcbur etmişdi ki, bütün dini qeyri-dini sərhədləri sındırsın, öz hərəkatının qanuni olmasını izah etmək üçün Məhdəviyyət pirinsipinə üz gətirsinlər.”2

Həqiqətdə Ətibinin qiyamı səudilərə göstərdi ki, onların sonsuz fəsadları, rüsvayçılıqları dinsizlikləri cəmiyyəti onların əleyhinə qiyama səsləyir. Buna görə İran təcrübələri onun ardınca baş verən hadisələr Ərəbistanda da baş verib onlara öyrətdi ki, “Cəmiyyətin mümkün olan ən az razılığını cəlb etmədən, eləcə inkişaf amilləri inqilabi fikirlərin nüfuzu zəminələrini aradan qaldırmadan sabit qala bilməzlər. Buna görə ictimai, iqtiqsadi mədəni zəminlərdə münasib şərait yaratmaq bununla da öz siyasi həyatlarını davam etdirmək üçün çalışdılar.”3

Bir müddət anlaşılmaz vəziyyətdə qaldıqdan, onların istəklərinin əksinə olaraq baş verən və sonralar da baş verməkdə olan hadisələrlə əlaqədar nigarançılıq hissi keçirdikdən sonra nəhayət bu nəticəyə çatdılar ki, öz dini siyasətlərində yenidən nəzər verməlidirlər; bununla da cəmiyyətdə baş verə biləcək böyük dəyişiklikləri və ondan qaynaqlanan qüvvələri nəzarət altına alsınlar (bu qüvvələr onların qüdrət və hakimiyyətlərini təhdid edirdi). Əlbəttə, bu mühasibələr vəhhabi səudilərin qüdrət və bacarıqlarından çox-çox üstün idi. Buna görə də Səudi məqamlarının öz xarici himayəçiləri olan müşavirlərinin (amerikalılar və qərblilər) tövsiyələrindən kömək almadan bu nəticəyə çatmaları çox zəif bir ehtimaldır. Diqqət yetirmək lazımdır ki, bu tövsiyələr məhz İranda şahın süqutundan sonra irəli çəkildi və bu da göstərirdi ki, şahın süqutundan sonra qarşılaşdığı məğlubiyyətdən sonra (başqa sözlə, bu hadisə qəfildən baş vermişdi) öz mənafelərini Səudiyyə rejiminin qalıb davam etməsində görənlər belə tövsiyələr etmişdilər.

Bir daha vəhhabilərin hakim ideologiyasında dəyişiklik və islahat edilməsi lazım idi ki, bununla da yeni şəraitlə uyğunlaşa bilsinlər. Məscid Camei bu barədə belə yazır: “Təqribən demək olar ki, səudiləri yenidən nəzər verməyə məcbur edən amillərin ən mühümü təhsil almış yeni nəslin yayılıb inkişaf etməsi və orta səviyyəli bir təbəqənin yaranması idi. Onlar aşkarda nə öz hakimlərini bəyənirdilər, nə də onların bədəvi ərəblərə məxsus olan adətlərinə təqlid edirdilər. Eləcə də onların dini əqidələrini də qəbul etmir, üstəlik mövcud dini əqidələri məsxərəyə qoyurdular.

Deməli, vəhhabilər öz daxili siyasətlərində və zəif əqidə ideologiyasında yeni nəzərlər verməli, islahatlar aparmalı idilər. Bunun səbəbi də ictimai və siyasi zərurətlərdən əlavə, yeni həyatın tələbinə görə ruhi, psixoloji və əxlaqi hazırlıqlar idi ki, onun üçün də 20-30 il əvvəl baş verən iqtisadi və siyasi dəyişikliklər zəmin yaratmışdı. Vəhhabiləri bu dəyişikliyə vadar edən mühüm amillər yeni ziyalı nəslin artması və orta səviyyəli bir təbəqənin yaranması idi ki, bu çox sürətlə inkişaf etmişdi. Buna görə də onlar hər növ tarixi, mədəni, hətta sinfi şəxsiyyətə belə, malik deyildilər. “Onların İslamdan uzaq olmaqla yerli mədəniyyət arasında olan müştərək cəhətləri, qərbə qarşı gülünc surətdə vurğunluqları, qərb məhsullarına, əxlaq və qanunlarına həddindən artıq aşiq olmaları idi.” Əlbəttə, vəhhabilərin klassik rəhbərlərinin əsas müşküllərindən biri bu idi ki, yeni nəslin, təhsil almış qruplarından bir dəstəsi islama, əsl dinə və dəyərlərə qayıtmaqdan başqa bir şey düşünmürdülər. Bunlar həmin şəxslərdirlər ki, hal-hazırda da islam ölkələrinin və Səudiyyə Ərəbistanının çox yerlərində də böyük bir inqilabi kütlə hesab olunurlar.

Özünü vəhhabiyyətin himayəçisi və qoruqçusu hesab edən klassik vəhhabi rəhbərləri cəmiyyəti yeni nəslin, təhsil almış təbəqənin istəkləri əsasında idarə etməyə məcbur olurdular və vəhhabi hakimiyyətində də müəyyən mötədillik baş verirdi.

Vəhhabi səudiləri daim hiyləgərlik siyasətləri ilə Ərəbistana hakim olmaq istəmişdilər ki, bu vasitə ilə öz hakimiyyətlərini, istilaçılıqlarını davam etdirsinlər və milli sərvəti yaxşı qarət edə bilsinlər. Məscid Camei vəhhabilərin hiyləgərlik siyasətləri barəsində belə yazır: “Səudilər bir tərəfdən qərbə meyl edən ziyalı təbəqəsini özünə cəzb etmək (onlar əməldə qüdrəti ələ almış və qərblilərin birbaşa, yaxud müəyyən yollarla olan himayələrindən bəhrələnirdilər), digər tərəfdən də dinə şiddətlə rəğbət bəsləyən inqilabçı ziyalılar müqabilində qərar tutmuşdular. Bu da səudilərin qarşılaşdıqları çıxılmaz vəziyyətdən biri idi və onların riyakarlıq siyasətlərinin ən mühüm amillərindən sayılırdı. Səudilər İslam barəsində riyakar bir siyasət davam etdirdilər. Əməldə fəsad, əxlaqsızlıq və qeyrətsizlik kimi işləri yayır, digər tərəfdən də İslamın zahirinə riayət edirdilər ki, dinsizlik ilə mütəhhim olunmasınlar. Bu gün vəhhabilərin yerini digər ünsürlər tutmasa da, heç olmazsa onlarla eyni səviyyədə olan şeylər - ərəb millətçiliyindən tutmuş, kitablar, jurnallar və qəzetlər vasitəsi ilə gətirilən yeni fikirlər tutur.

Aydındır ki, bu dəyişiklik və islahatlar vəhhabilərin tarix boyu üzləşdiyi şeylərdir ki, müasir dövrdə islam firqələrindən heç biri onunla qarşılaşmamışlar. Bunun səbəbi bir tərəfdən odur ki, vəhhabiyyət Hicazın hakim sistemində qüvvədə olan ideologiyadır. Digər tərəfdən də onların zat və batinində olan zəiflikləri ilə əlaqədardır. Buna görə də vəhhabiyyət öz əsalətlərinin əldən verilməsi və onun əqidə prinsipləri ilə ziddiyyət təşkil edən islahatları qəbul etmək məcburiyyətində qalmışdılar. Buna əsasən, bu sahədə ciddi səylər göstərilmişdir ki, vəhhabiyyət yeni həyat və mədəniyyətlə uyğunlaşdırılsın. Bu mədəniyyət və həyat da əməldə Səudiyyə ölkəsində yeni yaranmış və qərblilərə təqlidçilikdən başqa bir şey bilməyən təbəqənin mədəniyyət və səpgisindən ibarət idi. Onlar, zahirdə bunu etməyə müvəffəq olsalar da tələm-tələsik halda gördükləri tədbirləri səthi və məzmunsuzdur.

“Ərəbistan yarımadasında vəhhabiyyət” məqaləsinin müəllifi səudilərin və onların xarici müşavirlərinin öz problemlərini həll etmək üçün vəhhabiyyətə üz gətirmələrinin səbəbi barəsində belə yazır: “Ən mühüm dəlil budur ki, onlar bu vasitə ilə əvvəla, əsl islam mədəniyyətini, insani təşkilatları məhv etmək, eləcə də öz əsl köklərinə qayıtmaq istəyən narazı xalq kütlələrinin nüfuz qazanıb formalaşmasının qarşısını almaq istəyirdilər ki, onlar ayağa qalxmasınlar. Onlar İslamın qüdrətli mədəniyyətindən ilham almaqla vəhhabiyyət tərəfindən təhrif edilib məhv olmasına baxmayaraq, hər an və hər bir halda çox təhlükəli idi. İkincisi, onlar elə bir ideologiyaya ehtiyac duyurdular ki, onun vasitəsi ilə keçid mərhələsini ötə bilsinlər. Bu ideologiya da iqtisadi, ictimai və mədəni sahələrdə müxtəlif və uzun müddətli proqramların həyata keçirilməsinə zəmin yaratsın. Başqa sözlə desək, onun köməyi və əhəmiyyəti qərbin hakim iqtisadi və mədəniyyəti içərisində həzm edilməkdən ibarətdir...

Hər bir halda fəqirliyin və zülmün hakim olması və digər çoxlu səbəblər nəticəsində bu məhrum kütlələr əməldə qapalı bir cəmiyyət formasında qalmışdılar. Bunun nəticəsində də onların fikri, ruhi, əxlaqi dəyərləri və nəhayət bütün mədəniyyətləri də çox təhlükəli və qəbul ediləsi mümkün olmayan vəziyyətdə qaldı. Siyasi, iqtisadi və mədəni yolları istismarçıların əlində olan geridə qalmış bütün ölkələrdə vəziyyət belədir. Onlar həmişə təhlükə törədəcək bir qruplarla qarşılaşır. İstismarçı qüvvələr həmişə belə hərəkatlardan qorxmuşlar. Çünki, qərbə bağlı olan mövcud fasid və yaramaz hakimiyyəti təhdid edən şey cəmiyyətin daxilində, özü də məxfi olan bu halətlərdir ki, onların ruhuna və canına hopmuşdur, həm də çox müqavimətli və güclüdür. Daha maraqlısı budur ki, təkcə daxili zalımların, yaxud onların himayəçisi olan istismarçıların müqabilində, adətən, qərb mədəniyyətinin zatən üstün və haqq olması ilə çıxış edən mübariz qruplar da olur. (Ətibinin qiyamı da bu mübarizələrdən bir nümunə idi.) Mövcud olan bu xətərli qrupları məhv edərək onların inkişaf etməsinin qarşısını ala bilən yeganə amil əvvəla, onların həyat şəraitinin dəyişilməsi, yalnız istehlakıçı qüvvələrə çevrilməsi, cəmiyyətin onlara bağlı olan mədəni və ictimai hasarının nisbətən zəiflədilməsi, digəri isə onların etimad etdiyi ünsürlərdən ibarət olan ideologiyanın qəbul edilməsi və həmçinin rəhbərlik sistemi tərəfindən təlqin olunan siyasətlərlə müvafiq olub razılaşmadır.

Qeyd olunanlara diqqət yetirməklə demək olar ki, vəhhabi səudilər də İslam İnqilabından sonra və eləcə də Məkkədə Ətibinin uğur qazanmayan qiyamından sonra bu nəticəyə gəldilər ki, Ərəbistana öz hakimiyyətlərini davam etdirmək və İslama zərbə vurmaq üçün müəyyən tədbilər görməlidirlər. Buna görə də var-qüvvələri ilə çalışırdılar ki, ucqar yerlərdə və məntəqələrdə mövcud olan mübarizə ocaqlarına nüfuz etsinlər, onların iqtisadi, ictimai və mədəni quruluşunu tamamilə dəyişsinlər və bu yolda ixtiyarlarında olan bütün imkanlardan istifadə etsinlər. Köçəri qəbilələri ev tikilənə qədər çadırlarda yerləşdirilməsi, onlar üçün iş yeri düzəldilməsi, onların yaşadığı yerlərə yol çəkilməsi, işıq və elektrik enerjisinin istifadəyə verilməsi, soyuducu və kondisonerlərdən tutmuş zinət əşyalarına qədər, xüsusilə video kimi avadanlıqların gətirilib yayılması və s. kimi işlərdən istifadə etdilər ki, bu kimi şeylər neft çıxarılan əyalətlərdə əksər hallarda pulsuz paylanırdı. Belə yerlərdə yerli əhali əsas etibarı ilə şiə idilər və İslam İnqilabının qələbəsindən sonra həmin məntəqələrdə müəyyən qədər iğtişaşlar gözə dəyirdi.

Belə bir sual yaranır ki, görəsən, vəhhabi səudilər daxili siyasətlərdə vəziyyəti öz xeyrinə dəyişməkdə gördükləri tədbirlərdə müvəffəq oldularmı? Cavabında demək lazımdır ki, onlar bu barədə müəyyən qədər müvəffəqiyyət qazandılar və bunun dəlillərindən birini ərəblərin, xüsusilə Ərəbistan ərəblərinin ruhiyyələrində, digərini isə onların özünə məxsus olan ictimai və mədəni rabitələrində, yeni dəyişikliklərlə mübarizə aparmaqda bu rabitələrin qadir olmamasında axtarmaq lazımdır. Ruhiyyə baxımından ərəblər, xüsusilə onların çöl ərəbləri bəzək əşyalarına çox meyl göstərirdilər. Buna görə də onların istehlakçı ehtiyaclarını təmin etmək onları müti etmək üçün bir amil idi.

Şübhəsiz, qəbilə və tayfa rəbitələri ərəblər arasında xüsusi əhəmiyyətə malikdir. Buna görə də Ərəbistanda və ümumiyyətlə, Ərəb yaşayan orta şərqdə ictimai qurumlar qəbilə rabitələri əsasındadır. Bu rabitələrin də güclü olması mümkündür. Lakin qan-qəbilə təəssüblərinə kəskin vəfadar olduqlarına görə baş verən yeni dəyişikliklər müqabilində məğlub olmaqdan əlavə, əsilliklərini və cəmiyyətin dəyərlərini qorumağa da kömək etməyə qadir olmayacaqdı. Ərəbistan cəmiyyətində də mədəniyyət özünün geniş mənasında islamdan deyil, qəbilə-icma quruluşundan təsirlənən bir mədəniyyət mənasınadır. Belə bir cəmiyyətdə əhəmiyyət kəsb edən şey qəbilə mədəniyyətləri və əlaqələridir; bu ikisi də öz növbəsində artıq deyil, yalnız qəbilə aralarında mövcud olan əlaqələrin qorunub saxlanmasına və güclənməsinə kömək edir. Buna görə də qəbiləvi iftixarları və heysiyyətləri ilə əlaqədar olan yeni dəyişikliklərlə qarşılaşarkən ciddi müqavimət göstərirlər. Bu, əsl qayda olduğundan bu çərçivədən xaricdə olan hər bir dəyişiklik müqabilində geriyə çəkilirlər. Daha aydın desək, bir səudiyyə ərəbi üçün mühüm məsələ budur ki, qəbilə əlaqələrini qoruyub saxlasın. Onun üçün öz qəbiləsindən olanların hansı şəraitdə yaşayıb inkişaf etmələri, necə təlim alıb tərbiyələnmələri çox da əhəmiyyət kəsb etmir. İstər onların tərbiyəsi islami olsun, istərsə də qeyri-islami, istər dindar bir şəxs, vətənə, istiqlaliyyətə və öz cəmiyyətinə bağlı adam olsun, istərsə də olmasın. Səudiyyələrin müvəffəqiyyət qazanması da həmin məsələ ilə bağlıdır. Onlar öz milli həyat quruluşlarını qısa müddət ərzində dəyişdirdilər. Halbuki, nəzərə çarpacaq ciddi bir müqavimətlə qarşılaşmadılar və çox hallarda da camaat onların gördüyü tədbirləri alqışla qarşıladılar.

Cənab Məscid Camei ərəb ölkələrinə hakim olan qəbiləvi həyat tərzi, ictimai əlaqələr və onların bu cərəyanlardan təsirlənməsi barədə belə yazır: “...Ərəb ölkələrində qorxulu diktaturanın, xüsusilə qəbiləvi əlaqələrin inkişaf etməsi, daha uzaq keçmişə malik idi. Qəbilə əlaqələrinin hər şeydən üstün tutulması, bütün sair dəyərlərin onun şüası altında qalması, eləcə də bir qəbilənin bütün ölkəyə hakim kəsilməsi bu əlaqələrin daha güclənməsinə səbəb olmuşdur. Qəbilə həyatı əsasında qurulan bu ölkələr qüdrəti ələ aldıqları üçün həqiqətdə ölüm-dirim mübarizəsinə qalxırdılar; ya qüdrəti tam şəkildə ələ keçirməli, ya da süstləşib qüdrətdən əl çəkməli idirlər ki, bu hal da qəbilənin bütün fərdlərini intiqamçılıq və qanlı mübarizə ərəfəsinə gətirib çıxarırdı.

Bu hadisənin ardınca iki nəticə gəlir: Birincisi, bu işlər qəbiləyə mənsub olan kin-küdurətə və zorakılığa gətirib çıxarır. İkincisi, qəbilə daxilindəki bağlılıqları daha da möhkəmləndirir... Bu cərəyan da kor-korana şəkildə artmağa başlayır. Təbiidir ki, belə şəraitdə hakim quruluş hər gün daha sərt mübarizə aparır. Ərəb ölkələrinin çoxunda azadlıq və demokratiya üçün şəraitin günbəgün gərginləşib daha da qeyri-münasib olması, həmçinin diktatorların daha artıq zorakılıqla hakim kəsilməsinin səbəbi də əsas etibarı ilə bundan ibarətdir. İraq, İordaniya, Bəhreyn, Suriya və Ərəbistan bunun ən yaxşı nümunələridir.

Həqiqətdə İranda İslam inqilabının qələbəsindən sonra səudilər vəhhabiyyətin bir qədər dəyişdirilməsi və öz daxili siyasətlərində yenidən baxış fikrinə düşdülər ki, bunun vasitəsi ilə vəhhabiyyət onların həm qısa müddətli, həm də uzun müddətli hədəf və proqramlarını təmin etməyə bir vasitə olsun, qüdrət və hökumətlərini sabit saxlaya bilsinlər. Buna əsasən, yenicə zühur etmiş vəhhabiyyət – Feysəlin vəhhabiyyəti istehlakçı mədəniyyət və səudilərin orta səviyyəli təbəqələrinin təqlidçiliyindən ibarətdir. Bundan da təhlükəlisi budur ki, saray müftiləri, başqa sözlə desək, vəhhabi mədəniyyətinin keşikçiləri birbaşa camaatın klassik əxlaqi və etiqadi əsaslarını dağıdan yeni mədəniyyətin genişlənib nüfuz etməsinə kömək edir, fəsad ünsürləri müqabilində sükut yolunu seçir, bu işlərə laqeyd yanaşırdılar. Səudilərin böyük riyakarlığı bununladır ki, özləri proqram irəli sürməklə əməli olaraq camaatın dini və əxlaqi əsaslarının dağılmasına kömək edir, digər tərəfdən isə iddia edib deyirlər ki, islami dəyərlərin qoruqçusudurlar...

Səudiyyə hakimləri İslamın modernləşdirilməsi cərəyanında qərb ölkələrində təhsil almış ziyalıların himayəsindən lazımınca bəhrələnirdilər. Onların inancına görə İslam dini hakim tağut dəyərlərində həll olunmalı, zəmanənin rəginə boyanmalı, mövcud hadisələrdən təsirlənməlidir.”1

Ərəbistan yarımadasında vəhhabiyyətməqaləsinin müəllifi vəhhabiyyətin 80- illərdəki xüsusiyyətlərini belə qeyd edir: “80- illərin vəhhabiyyəti Feysəlin Əbdül-Əzizin vəhhabiyyətinin modernləşdirilmiş formasıdır. Ərəbistan heç bir çətinlik olmadan qərbin iqtisad çarxında həzm olunmuş, qərb dövlətləri onun iqtisadi həyatının ayrılmaz bir hisəsinə çevrilmişdi; bu ölkəyə hakim olan rejimin həyatının davam etdirilməsi üçün böyük bir dayaq sayılırdı. Buna görə 80- illərdə Feysəlin vəhhabiyyəti Səudi ölkəsində istehlakçı mədəniyyətin orta təbəqədəki təqlidçilərin hasilindən əmələ gəlmişdi. Əlbəttə, bu qarşılıqda əsas orta təbəqədən olanların mədəniyyətidir. Bu ikisi bir-birin ilə müxalif olduğundan məhz vəhhabiyyət rəqibin xeyrinə olaraq geri çəkilmişdir. Səudiyyə Ərəbistanında daxili vəziyyət, radio, televiziya, eləcə mətbuat (istər daxildə çap olub yayılsın, istərsə xaricdəki səudilərin idarəçiliyi sərmayəsi ilə çap olub gətirilərək Hicaz məntəqəsində yayılsın) yeni yaranmış bu vəhhabiyyətin xüsusiyyətlərini bəyan edə bilər. Xüsusilə, əvvəllər şiddətli reaksiya göstərdikləri şeylərə qarşı indi süstlük səhlənkarlıq göstərirlər. Daha təhlükəlisi budur ki, bu vəhhabiyyət ya birbaşa cəmiyyətə nüfuz edir, camaatın klassik əxlaq etiqadlarını xarab etmək üçün onlara kömək edir, ya da belə bir hədəfi izləyən əsas etibarı ilə fitnə-fəsadı yayan amillər müqabilində laqeyd mövqe seçir.”1

Qeyd olunmalıdır ki, vəhhabiliklə əlaqədar qeyd olunan və bu dövrdən sonra da bəyan olunacaq məsələlər Feysəlin ölümündən sonrakı dövrə, yəni Xalidin və xüsusilə Fəhdin hakimiyyəti dövrünə aiddir. Fəhd 1982-ci ilin iyul ayının 13-də onun ölümündən sonra Ərəbistanda hakimiyyətə gəlmişdir və hal-hazırda da oraya padşahlıq üsul-idarəsi ilə hakimiyyət edir.

Bu bölmədə vəhhabilərin şiəlik barədə, xüsusilə İran İslam inqilabından sonra şiə aləmi barədəki nəzəriyyələri bəyan olunacaqdır ki, onların şiələrlə çox qədimdən olan düşmənçilikləri aydın olsun. Şübhəsiz, İran İslam inqilabının qələbəsindən sonra vəhhabi ideoloqları onu idarə edənlər (səudilər) şiəlik İslam inqilabı ilə əlaqədar nəzərlərində dəyişiklik yaratdılar. Vəhhabiyyət ilk əvvəllərdən şiələrə münasib nəzər yetirmirdilər, xüsusilə İslam inqilabından sonra onların şiələrə qarşı tutduğu mövqe daha da kəskinləşdi. Çünki, onlar daim bundan qorxurdular ki, inqilab dalğaları onların ölkəsinə gəlib çatsın, zəif xalq kütlələri onların əleyhinə qiyam etsin səltənət sütunlarını sarsıtsınlar. Buna görə şiələrin əleyhinə hər ayda, yaxud hər həftədə bir məcmuə, jurnal, yaxud kitab yazılırdı.1 Həqiqətdə bu günkü dövrdə siyasi səhnədə olan vəhhabiyyət (özü əslində yaranmış vəhhabiyyətdən tamamilə fərqli bir vəhhabiyyət) özlərini təbliğ etmək, həmçinin şiəliklə İslam inqilabı ilə mübarizə aparmaq fikrindədir. Çünki, vəhhabiyyət özünün əsl formalaşmasında çox quru təəssüb, kobud təlimlər məntiqsiz əqidə prinsiplərindən ibarət olan bir məcmuə idi ki, hətta hazırkı Ərəbistanın geridə qalan nahiyələrində onlar qəbul olunmur heç kəs ona əməl etmir.

Buna əsasən, vəhhabiyyətin şiəliklə olan düşmənçilikləri dərin köklərə malikdir. “İslam inqilabı əleyhinə mədəni müharibəkitabının müəllifi yazır: “Vəhhabiyyətin bütün fəaliyyətləri İslamın təbliğ olunması müsəlmanların müdafiə olunması adı ilə yerinə yetirilirdi. Onlar şiəni şirkin ən mühüm başçılarından hesab edir, onların əleyhinə mübarizə aparmağı ən mühüm dini vəzifə hesab edirdilər.”2 O, öz kitabının bir hissəsində vəhhabiyyətin həm şiələrlə, həm sünnülərlə düşmənçilik aparmasına onların keçmiş tarixlərinə işarə edərək yazır: “Vəhhabilər İslam inqilabının qələbəsindən sonra şiələrin əleyhinə kəskin mübarizə aparmaqdan əlavə, sünnülərlə münaqişədə, düşmənçilikdə idilər. Əlbəttə, vəhhabilər müxtəlif siyasətlərlə sünnüləri öz cəbhələrində birləşdirmək istəyirdilər, öz yazılarında belə bildirirdilər ki, vəhhabilər sünnülərin müxtəlif firqələri ilə kəskin ideoloji təzadda deyillər. Onlar bu üslubu da marksistlərdən öyrənmişdilər. İslam inqilabının qələbəsindən sonra vəhhabilər çalışırdılar ki, sünnülərin himayələrini cəlb etməklə şiələr əleyhinə olan fəaliyyətlərini təmmərküzləşdirsinlər sünnülərə qarşı mövqelərindən geri çəkilmək onlara ürək yanğısı göstərməklə, onlara maddi köməklər etsinlər, şiələri müşrik kafir kimi tanıtdırmağa çalışsınlar qeyri-şiə qüvvələrinin hamısını şiələr əleyhinə səfərbər etsinlər. Vəhhabi üslublarının dəyişilməsi xüsusilə öz siyasətləri baxımından idi. Çünki İran İslam inqilabı yeni bir hadisə idi məntəqənin padşah üsul-idarəsi əsasında qurulmuş hökumətləri üçün çoxlu təhlükələr törədə bilərdi. Belə ki, bu hərəkat İranda 37 illik şah hakimiyyətinə son qoymuşdu. İkincisi, həqiqətdə Amerika tərəfindən təyin olunan hökumətlər, o cümlədən, Ərəbistan hökumətinin əlaltısı sayılan şah rejiminin süqutu nəticəsində Ərəbistan bu məsələni öz öhdəsinə götürmək istəyirdi. Üçüncüsü, İran İslam respublikasının OPEK təşkilatında tutduğu yeni üslublar Ərəbistan üçün müəyyən çətinliklər törədə bilərdi. Vəhhabilərin malik olduqları bütün imkanlara göstərdikləri bütün fəaliyyətlərə baxmayaraq hələ bir görə bilməmişdilər. Üstəlik müxtəlif İslam firqələrinin onlara qarşı nifrətləri günbəgün artmaqda idi.”1

Vəhhabilər külli miqdarda neft satışından əldə olunan imkanlardan istifadə edərək istər islam ölkələrində, istərsə qeyri-islam ölkələrində aclıqda yaşayan müsəlmanlar arasına nüfuz edə bildi. Həmçinin imperialist qüvvələrin onlara bağlı olan ölkələrin hərtərəfli köməkləri sayəsində hal-hazırda da özlərinin şiə İslam inqilabı ilə qarşılaşmasındakı vəzifələrini davam etdirirlər. Cənab Məscid Camei vəhhabilərin şiəlik İran İslam inqilabı ilə düşmənçiliyinin dəlilləri barəsində belə yazır: “Vəhhabilərin şiəlik İslam inqilabı ilə düşmənçiliklərinin dəlilləri kimi onların hədəfinin İslamı təqdim etmək, onun xalisliyini əsalətliyini müdafiə etmək, bidətləri əyri düşüncələri ondan ayırmaq məqsədi güdməsidir... Onların həqiqi məqsədi isə şiəliyi İslam inqilabını qeyri-islami bir formada tanıtdırmaqdır. Onlar bu işdən heç çəkinmirdilər öz iddialarına görə şiəlik qədər heç bir amil İslamı müsəlmanları təhdid etmir, hər bir müsəlmanın vəzifəsi onların əleyhinə amansız müharibə aparmaqdır... Vəhhabilərin hal-hazırda İslam inqilabının müsbət nəticələrini zərərsizləşdirmək, onunla qarşılaşmaq, onun dünyanın hər bir yeri ilə əlaqəsini kəsmək qeyri-islami formada təqdim etməkdən başqa bir fikirləri yoxdur. Amma onların bütün bu tədbirləri şiəliyin İslam inqilabının ideologiyası ünvanı ilə məhv edilməsi olduğundan, onların təbiri ilə saxta bir firqə adlandırılır onların İslamla mübarizə aparmaqdan, İslam libasında İslama zidd olan təxribatçılıq siyasətlərini irəli aparmaqdan başqa heç bir məqsədləri yoxdur. Buna görə onların fəaliyyətlərindən qaynaqlanan nəticələr İslamın gələcək tarixində öz təsirini göstərəcəkdir.”1

Vəhhabilər bu iddialarla yanaşı, özlərinin azğın bir firqə olduğundan qafildirlər. Onların hədəfi camaatı günbəgün daha şiddətlə istismar etmək, onlardan bəhrələnmək, İslamda doqmatizmi yaymaq, islami ideallarında yüngülvari və səthi nəzər vermək, Ərəbistan ərəblərinin əqidəvi və mədəni cəhətdən yüksəlməsinin qarşısını almaqdır ki, bunun vasitəsi ilə ölkədəki sonsuz sərvətləri mənimsəyə bilsinlər. Bu yolda Amerika və qərb istismarçıları da onlarla çiyin-çiyinə qədəm götürür və bu hədəfə çatmaq üçün heç bir şeyi əsirgəmirlər.

Vəhhabilərin İslam inqilabı və onun ideologiyası olan şiəliklə mübarizə aparmaqda xüsusi vasitələri vardır və bu vasitələrdən öz hədəflərinə çatmaq üçün istifadə edirlər. Cənab Mənsuri vəhhabilərin şiəliklə və İslam inqilabı ilə zidiyyətdə olmaları vasitələrini sayır ki, biz onların xülasəsini aşağıda qeyd edirik:

a) Vəhhabilərin xüsusi coğrafi mövqedə yerləşməsi. Onlar iki şərif hərəmin Məkkə və Mədinənin kənarında yerləşir və bu firqənin ixtiyarında məhz bu baxımdan xüsusi imtiyazlar vardır.

b) Neft satışından əldə olunan külli miqdarda maddi imkanlar.

v) Dünya istismarçılarının siyasi və təbliğat baxımından heç bir şeyi vəhhabilərə əsirgəməmələri. Başqa sözlə desək, Ali-Səudun əsl yol göstərənləri Avropa müstəmləkəçiləridir. Onlar üçün Amerika və İsrail tərəfindən poroqram hazırlanır.

q) Orta şərqdə, xüsusilə dünyanın başqa ölkələrində şiəliyin əksinə təbliğat aparmaq üçün münasib şəraitin mövcud olması.

ğ) Şərq və qərbin Ərəbistanda vəhhabi rejiminin təbliğatlarını himayə etməsi.

Buna əsasən, İran İslam inqilabının qələbəsindən sonra vəhhabilər yuxarıda qeyd olunan vasitələrdən istifadə edərək şiəliyi əleyhinə olan böyük düşmən hesab edib, Amerika, qərb ölkələri və İsrailin siyasətlərini İslam inqilabının əleyhinə tənzim etdilər. Çünki “Səudiyyə hakimləri Amerikanın təhlükəsizliyini və iqtisadi mənafeyini təmin etmək üçün xüsusi rol ifa etməyi öz öhdələrinə almışlar. Neftdən gələn gəlirin böyük bir qismini Amerika banklarına, silahqayırma kompaniyalarına verməklə, OPEK təşkilatına gündə bir maneə yaratmaqla, İraq-İran müharibəsində Amerikanın xeyrinə olaraq məlumat toplaması üçün “Avaks” təyyarələrinin alınmasına, Fars körfəzi ölkələri şurasının təşkil edilməsi və s. bunların hamısı İran İslam inqilabının müqabilində hərbi bir məcmuə təşkil edirdi; gündəlik üç yüz min barel neftin İraqın hesabına və Küveytin razılığı ilə satılması ilə Amerikaya və qərbə gözəl xidmət etdiyini göstərirdi. Buna görə də təhqiqatçılardan biri “İran-İraq müharibəsində Ərəbistanı İranın əleyhinə işləyən bir ölkə hesab etmiş və bu müddəanı (yəni vəhhabilərin İraqı müharibəyə təhrik etmələrini) isbat etmək üçün aşağıdakı dəlilləri (biz onu xülasə şəkildə qeyd edəcəyik) irəli çəkir:

a) İraq bu yürüşdə Ərəbistanın köməklərindən faydalanır.

b) İrandakı hərbi hissələr barəsində məlumatlar, eləcə də ordu bölmələrinin yerləşdiyi yerlər və onların məkanlarının dəyişməsi kimi işlər Ərəbistandakı amerikanın “Avaks” təyyarələri vasitəsi ilə əldə olunub İraqa verilirdi.

v) Neftin qiymətinin birdən-birə enərək 28 dollardan 10 dollara düşməsində Ərəbistanın keçmiş neft naziri Zəki Yəmanin hiylələri daha aşkar şəkildə görünməkdədir.

Hər bir halda vəhhabilər İran İslam inqilabının qələbəsindən sonra inqilabçı fikirlərin öz sərhədlərindən içəri daxil olmasından qorxu hissi keçirərək mümkün olan hər bir vasitə ilə bu kimi fikirlərin məntəqədə və xüsusilə öz ölkələrində yayılmasına mane olurdular. Sözümüzün sonunda onların İranda İslam quruluşu bərqərar edildikdən sonra gördüyü tədbirlərdən bəzilərinə (onlar bu tədbirləri inqilabçı fikirlərin sərhədlərdən içəri nüfuz etməsinə mane olmaq, eləcə də inqilab və şiəliklə zidd olduqlarına görə görürdülər) işarə edirik:

1) İranda İslam inqilabı qələbə çaldığı vaxta qədər Ərəbistan dövləti hacılar üçün heç vaxt istirahət və asayiş vasitələri yaratmaq fikrində olmamışdı. Amma bundan sonra təhlükə hiss etdiyinə görə bu kimi yerlər yaratmağa başladı. Özünü İslamın himayəçisi və şərif hərəmlərin xidmətçisi kimi təqdim etdi.

2) Ölkə daxilində gördüyü tədbirlərdən ikincisi ölkənin idarə olunması üçün şəxslərin seçilməsində çox məhdud şəkildə azadlıq verməsi idi. Həmin məqsədlə ziyalı sinifləri üçün müəyyən məhdud ixtiyarlar vermiş, fəqir ailələrə köməkliyi artırmışdı. Bu yolla da çalışırdı ki, daxildəki narazılıqları müəyyən qədər azaldaraq aradan aparsın; siyasi baxımdan da Milli Məclisin təşkil olunmasına və Əsas Qanunun yazılmasına başladı.

3) Mədəni-maarif baxımından ali və orta məktəb, kitabxana və sairə təlim ocaqlarını gücləndirməyə başladı. Bu zəminlərdə müəyyən sərmayələr ayırdı ki, ölkənin gələcəyi üçün kadrlar hazırlaya bilsin. Onlar Mədineyi-Münəvvərədə, eləcə də bir neçə başqa şəhərdə “İslam” adlı universitetlər yaratdılar ki, cavanların ölkə daxilində təhsil almasına şərait yaransın.

Onların mədəni-maarif tədbirlərindən digəri qərb mədəniyyətinin töhfəsi olan əxlaqsızlıq və fəsadın yayılmasıdır. Dünya ağalığına can atanlar bunu təcrübə etmişdilər ki, camaatın gələcəyə olan ümidini əllərindən almaq üçün ilk növbədə onlara yaxşı və firavan şərait yaratmaq, daha sonra onların arasında fəsadı yaymaq lazımdır. Bu mərhələlər Ərəbistanda da eynilə icra olunmaq vəziyyətindədir.

4) Daxildəki tədbirlərlə yanaşı, Ərəbistandan xaricdə də müəyyən fəaliyyətlər göstərildi. Dünyanın müxtəlif yerlərində mədrəsələr, məscidlər, dini binalar təsis olundu. Məsələn, Malaziyada beynəlxalq İslam universiteti təsis olundu ki, dünyanın cənub və qərbindəki tələbələrin təhsil almasına şərait yaratsın.

Xarici fəaliyyətlərdən ən ümdəsi kimi müxtəlif kitab və jurnalların çap edilərək dünya səviyyəsində yayılması idi. İslam inqilabının qələbəsindən öncə Ərəbistan xaricdə ən çoxu iki jurnal çap edirdi. Halbuki, inqilabdan sonra bu jurnalların sayı ona çatdı və onların hər birinin tirajı da milyondan artıq idi. Maddi imkanlardan istifadə edərək digər ölkələrdə müxtəlif jurnalların imtiyazlarını alır, yaxud yeni jurnallar buraxmağa başlayırdılar. Nümunə olaraq, Londanda yüz min tirajla çap olunan “Əl-Məcəllə” jurnalının təqribən iyirmi min cildi Misirə göndərilirdi. Vəhhabilərin çap etdiyi kitabların müştərək fəsilləri şiəliyin və İranın əleyhinə təbliğat aparmaq idi.

Radio kütləvi informasiya və təbliğat vasitələrində ən mühümüdür. Ərəbistan çox yüksək səviyyəli bir radio qurşağından istifadə edərək dünyanın böyük bir hissəsində təbliğat apara bilərdi.

5) Ərəbistanın siyasi, hərbi mədəni məsələlərlə əlaqədar ölkədən xaricdə gördüyü tədbirlərdən biri Fars körfəzi ölkələri həmkarlıq şurasını təşkil etməsi idi. Bu şura siyasi hərbi yönlərə malik olmaqdan əlavə, mədəni təsirə malik idi. Məntəqədən çatan xəbərlər göstərir ki, vəhhabilər Fars körfəzinin cənub haşiyəsində yerləşən ölkələrə çox nüfuz etmişlər. Məsələn, Qətər Birləşmiş Ərəb Əmirlikləri dövlətlərində ziyalı sinfindən yüzlərlə nümayəndə Ərəbistan institutlarında təhsil alaraq imam-camaat mübəlliğ adı altında şəhərlərə kəndlərə göndərilir, mədəni faliyyətlərini davam etdirirlər. Fars körfəzi ölkələri şurasına daxil olan ölkələrdə şiələrlə mübarizə siyasəti qəbul olunaraq icraya qoyulmuşdur. Bu siyasət Ərəbistanın daxilində çox şiddətlə davam etdirilir. Ərəbistan dövləti şiələri İran İslam respublikasının ilkin mədəni ocağı hesab edir. Bir neçə il bundan öncə iranlı qeyri-iranlı şiələri ölkədən ixrac etmişdir. Küveytdə, Bəhreyndə Fars körfəzinin digər ölkələrində şiələrlə mübarizə siyasəti icra olunmuşdur. Həqiqətdə bu tədbirlər İslam inqilabı təffəkürünün genişlənib onların öz ölkələrində camaat arasında yayılmasından qorxan bütün dövlətlərdə icra olunur.

Vəhhabilərin 1366-cı hicri şəmsi ilində (31 iyul, 1987) iranlı şiə hacıların əleyhinə törətdiyi vəhşiliklər, insaniyyətə zidd cinayətlər və yaramaz əməlləri onların Məkkədəki şiələr və İran İslam inqilabında yaşayan şiələr əleyhinə aşkar düşmənçiliyini göstərirdi. Bundan əlavə vəhhabilərin müharibədən təzə çıxmış bir ölkədə – İranın sərhəd məntəqələrinə çox incə məkrliklə nüfuz etmələri, hələ də müharibə vəziyyətində olan Əfqanıstana müdaxilə edərək Taliban hərəkatına maddi kömək adı ilə etdiyi müdaxilələr əsla qəbul oluna bilməz.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə