ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə33/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

Həqiqətdə ixvançıların hərbi qüvvələri vəhhabilərin hərbi cəhətdən müvəffəqiyyət əldə etmələrində ən önəmli amil sayılırdı. İbn Səud daİxvan cəngavərlərinin köməyi ilə istəyirdi ki, Müteyr, Üyeynə, Hərb Əcman qəbilələrindən istifadə edərək səhrada yaşayan qəbilələrin ayrılıq müstəqillik iddialarını məğlub etsin, Ərəbistan yarımadasında təmərküzləşmiş bir dövlətin əsasını qoysun. Bundan əlavə, o, Ali-Səud ilə vəhhabilər arasında ittihad yaratmaq üçün verdiyi tarixi iltizamına təkid etmək üçün əxlaqi göstərişlər qanunun icrasının tam qüdrətini alimlərə həvalə etdi. O, Qaziyi-Əzəm Şeyx Əbdüllah ibn Əbdül-Lətifi hər gün öz hüzuruna qəbul edirdi. O, qazinin qızı ilə evləndi.1

Vəhhabiliyi araşdırarkən bu dəvətin Səudi dövləti ilə eyni səviyyədə tanınması bu həqiqəti göstərir ki, dövlət siyasətləri vəhhabi risalətinin tanıtdırıcısıdır buna görə onların siyasətdəki təəssübkeşlik inadkarlıq xüsusiyyətləri XX əsrdə vəhhabilərə məxsus üslublardan hesab olunur.2

Hər bir halda, Əbdül-Əziz vəhhabilərə qarşı seçdiyi siyasətlə ixvan firqəsinin hərbi qüvvələrindən istifadə edərək çoxlu məntəqələri öz ixtiyarına keçirə bildi. Onun ərazi iddiaları birinci dünya müharibəsindən əvvəl Nəcd və onun ətraf məntəqələri ilə xülasələnirdi. Amma birinci dünya müharibəsinin başlanmasından sonra vəziyyət tamamilə dəyişildi.

1914- ildə birinci dünya müharibəsinin başlanması ilə eyni zamanda Ərəbistan yarımadasında üç böyük qüdrətli cinah hakim idi: Hicazda Şərif Hüseyn, Nəcddə İbn Səud Nəcdin şimalında Şəmmər qəbilələri arasında Rəşid sülaləsi hökmranlıq edirdi. Bundan əlavə, Ərəbistan yarımadasının zahiri hakimiyyəti Osmanlı dövlətinin öhdəsinə idi Britaniya müstəmləkəçiləri osmanlıların qəlbinə nüfuz etmək onun daxilində təfriqə yaratmaq üçün müntəzəm surətdə çalışırdılar. Osmanlı dövləti müharibədə Almanlara tərəfdar cinaha keçən zaman Britaniya müstəmləkəçiləri bu dövlətə zərbə vurmaq, onu zəiflətmək dağıtmaq üçün Ərəb ölkələrində öz nüfuz dairələrini genişləndirməyə başladılar. Britaniya müstəmləkəçilərinin siyasətlərinin inkişaf etməsi iləöz casuslarından iki zabiti nəzərdə tutulan siyasəti icra etmək üçün Şərif Hüseyn İbn Səuda doğru göndərdilər.”3 Belə ki, Tomas Eduard Lorensi (1888-1905) Şərif Hüseynin düşərgəsinə, Vilyam Şekspiri isə (1876-1915) Səudilərin yanına göndərdi. Şekspirin İbn Səudla İbn Rəşidin arasında baş verən müharibədə öldürülməsindən sonra özünü islamçı kimi göstərən adını Əbdüllah qoyan Hari Sinnət Can Yericer Filini (1885-1960) göndərdi ki, İbn Səudu Osmançı müttəhidlərinin əleyhinə qiyama hazırlasın.”1 İngilislər müharibənin davam etdiyi müddətdə çalışırdılar ki, öz mənafeylərini qorumaqla yanaşı Şərif Hüseynlə İbn Səud cinahını gücləndirsinlər. Buna görə cənab Dərvişpurun inandığı kimi, “ingilislər Osmanlı dövlətini dağıtmaq bu böyük İslam imperatorluğunu parçalamaq üçün ərəblərin etirazlarından, onların millətçilik hisslərindən istiqlaliyyət ruhlarından istifadə etdi, yarımadanın hakimləri arasına nüfuz edərək qüvvələr tarazılığını öz xeyrinə dəyişdirə bildi.”2 Cənab Cəfər Sübhani kitabının bir hissəsində İngilis müstəmləkəçilərinin ərəb ölkələrini həm bir-birindən, həm Osmanlı imperatorluğundan ayırmalarını, həmçinin Ali-Səuda diqqət yetirmələri barəsində yazır: “Ali-Səud birinci dünya müharibəsindən Osmanlı imperatorluğunun dağılmasından əvvəl çox zəif idi Nəcddən kənara çıxa bilmirdi. Lakin böyük müstəmləkəçi dövlət olan Britaniyanın Osmanlı imperatorluğunu dağıtmaq qərarına gəldiyi gündən etibarən hər bir məntəqədə millətçilik ruhiyyəsini milli məsələləri dirçəltməyə başladı. Ərəb dövlətlərində qövm-qəbilə məsələsi ingilislərin əlaltılarının qərb fikirli ziyalıların vasitəsi ilə yayılmağa başladı. Sonra çox əlverişli bir şəraitdə istismarçı dövlətlərin həmkarlığı ilə Osmanlı imperatorluğu dağıdıldı. Ərəb ölkələri kiçik dövlətlər şəklinə salındı onlardan öz məqsədləri üçün istifadə etmək tamamilə asan oldu. Belə ki, hər bir məntəqədə öz əlaltılarını hakimiyyətə təyin etdilər bu hadisələrin gedişatında Ali-Səuda vədə verdilər ki, Osmanlı türklərini qovduqdan sonra Nəcd Hicaz məntəqəsi onların ixtiyarında olacaqdır.”3

Əbdül-Əziz ingilislərlə bərqərar etdiyi rabitələr əsnasında daxili siyasət yönündə öz ərazi iddialarına başladı. O, 1921-ci ildə oğlu Feysəlin köməyi ilə Şəmmərin əmirlər yaşayan yerlərinin hamısını (bu zaman Ali-Rəşidin hakimiyyəti altında idi) öz torpağına qatdı və beləliklə də Hicazı ələ keçirmək və Şərif Hüseyni hakimiyyətdən salmaq üçün şərait yarandı. Həqiqətdə bu tədbir (Hicazı ələ keçirib Şərif Hüseynin işdən götürülməsi) artıq Osmanlı xilafətinə son qoyulduğu zaman (1924) hazırlanmışdı.

Osmanlı xilafəti dağılıb məhv olduqdan sonra Şərif Hüseyn darhal özünü müsəlmanların xəlifəsi adlandırdı. Bu iş də ingilislərin xoşuna gəlmirdi. Çünki onlar məntəqədə böyük bir islam imperatorluğunun yenidən qüdrətlənməsinə heç vaxt dözə bilməzdilər.

Buna əsasən, ingilislər Şərif Hüseynin rəqibini, yəni İbn Səudu onun əleyhinə qiyama təhrik etmək fikrinə düşdülər bu barədə çox hiyləgər məkrli planları icra etdilər. Onlar vəhhabilər üçün maddi çətinliklər yaratmaq istədilər ki, daha çox gəlirli olan əraziləri işğal edib öz ixtiyarlarına keçirməyə vadar etsinlər. “Böyük İslam Enskilopediyasıkitabında bu barədə belə deyilir: “... Belə məlum olur ki, ingilislər İbn Səuda öz maddi köməklərini kəsməklə həqiqətdə onun əlini Şərif Hüseynə hücum etmək üçün açıq qoymuşdular. İbn Səudun Hicaza getməyə daha da əzmli edən məsələ Nəcd hacılarının Şərif Hüseyn tərəfindən Məkkəyə daxil olmasının qadağan olunması barəsində elan idi.”1

Bu bu kimi bir çox amillər nəticəsində vəhhabi məsləkli İbn Səud 1924- ilin sentyabr ayında Hicaza hücum etdi. Belə ki, “Hicaza hücum zamanı Məkkənin əmiri Şərif Hüseynin düşmənlərindən bədxahlarından olan Məlik Əbdül-Əziz İbn Səud tərəfindən təyin olunan Şərif Xalid İbn Luiyy vəhhabilərlə yanaşı idi.2 Vəhhabilərin Hacaza hücumu Taif şəhərinin işğal olunması ilə başlandı. Onlar bu şəhəri işğal etdikdən sonra camaatı kütləvi şəkildə qıraraq çoxlu yaramaz işlərə əl atdılar. Daha sonra Məkkə Mədinə şəhərlərini işğal etdilər. Belə ki, deyilənlərə görə vəhhabilər Məkkə Mədinəyə hakim kəsildikdən sonraBəqiqəbristanlığındakı şərif məqbərələri dağıtmağa başladılar. Bunun nəticəsində İran, İraq digər müsəlman ölkələrindən İbn Səuda etirazlı teleqraflar göndərilməyə başladı.1

Şərif Hüseynin öz oğlu Əlinin xeyrinə olaraq kənara çəkilməsinə baxmayaraq şərif sülaləsini hakimiyyətdən salmaq özləri Hicaza hakim olmaq məqsədində olan vəhhabilər bu dəyişikliyi qəbul etmədilər. Onlar 1344- ildə Cəddə ilə Mədinəni işğal etdikdən sonra Hicaza istilaçılıqlarını təkmilləşdirdilər. Əbdül-Əzizdən sonra 7-si yanvar 1926- ildəNəcd ətraf məntəqələrin sultanıünvanı ilə taxtda oturdu.”2

Burada diqqət yetirilməli əsas məsələ 1343- h.q ilində təəssübçü vəhhabilər tərəfindən Məkkədə islam abidələrinin qəbirlərin dağıdılması, Mədinədə isəBəqiqəbristanlığındakı imamların (ə) mübarək qəbirlərinin yerlə yeksan edilməsi idi. Bu ildə vəhhabilər Əbdül-Əzizin fərmanı vəhhabi müftisinin fətvası ilə bir daha İbn Abbas büqəsini, eləcə Taifdəki sair qəbirləri, Əbdül-Müttəlibin, Əbu Talibin, Həzrət Xədicənin qəbirlərini, Həzrət Zəhranın doğulduğu yeri Cəddədə Həzrət Həvvaya mənsub edilən qəbri dağıtdılar. Cənab Cəzairi bu barədə belə yazır: “...(Vəhhabilər Mədinəni ələ keçirdikdən sonra) Osmanlı işçilərini oradan çıxardıbBəqiqəbristanlığındakı İmamların (ə) qəbirlərini, eləcə sair qəbirləri, o cümlədən, Peyğəmbərin (s) oğlu İbrahimin qəbrini, o Həzrətin (s) zövcələrinin Həzrət Əbülfəzin (ə) anası Ümmül-Bəninin, Peyğəmbərin (s) atası Əbdüllahın, İmam Sadiqin (ə) oğlu İsmailin qəbrini (bu qəbir İsmailiyyə firqəsinin nəzərində çox möhtərəm sayılır), Osman ibn Əffanın, Malik ibn Ənəsin digər səhabə tabeinlərin qəbirlərini dağıdıb tamamilə yerlə yeksan etdilər... “Bəqiqəbristanlığındakı qəbirlərin İsfahanda düzəldilərək Mədinəyə gətirilən zərihləriniİimam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə) İmam Sadiqin (ə) qəbirləri üzərindən götürdülər. Peyğəmbərin (s) əmisi Abbasın, Əsədin qızı (Əli ələyhissəlamın anası) FatiməninBəqiqəbiristanlığında dörd imamın qəbri ilə bir yerdə məhv etdilər.1 Həqiqətdə vəhhabilər tərəfindənBəqidəki imamların qəbrinin dağıdılması, Məkkə Mədinədəki təxribatçılıq işləri islam ölkələrinin əhalisini xüsusilə alimlərini, o cümlədən, İran İraq alimlərini dəhşətə gətirdi. Onlar ehtimal verirdilər ki, vəhhabilər Həzrət Peyğəmbərin (s) müqəddəs qəbrini dağıda bilərlər. Bu barədəBöyük İslam Enskilopediyasıkitabında belə qeyd olunur: “Camaat namazı elmiyyə hövzələrində dərslər tətil edildi. Ümumi matəm elan olundu. Müsəlmanlar matəmə batdılar əzadarlıq dəstələri təşkil etdilər. Alimlərin təklifi ilə İranın o zamankı dövləti tədqiqat aparmaq üçün Hicaza bir heyət göndərdi. Amma bunun heç bir nəticəsi olmadı. Çünki artıq -işdən keçmişdi. Mərhum Seyyid Həsən Müdərris 10 səfər 1344- h.q ilində bu barədə ali məclisdə nitq söylədi.”2 Aydındır ki, vəhhabilərin səthi təəssübkeşlik üzündən olan tədbirləri İran İraq ölkələrinin əhalisini alimlərini çarə qılmaq fikrinə salmışdı. Amma vəhhabilər əleyhinə birbaşa hərbi tədbirlər keçirilməsi üçün siyasi şərait münasib deyildi.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə