ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Misirlilərin DİRİYYƏyə haKim Kəsildiyi vaxta qədər ALİ-SƏUD dövlətinin təsis olunmasI



Yüklə 5,57 Mb.
səhifə28/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

Misirlilərin DİRİYYƏyə haKim Kəsildiyi vaxta qədər ALİ-SƏUD dövlətinin təsis olunmasI


Bu dövr Səudilər sülaləsinin qüdrət və hakimiyyətə çatdığı ilk dövrlər idi və bunun əsasında Səudi əmirlərindən: Məhəmməd İbn Səud, Əbdül-Əziz ibn Məhəmməd İbn Səud, Əbdüllah İbn Səud, Müşari İbn Səud hakimiyyətdə olmuşlar ki, onların hakimiyyəti h.q 1148-ci ildən 1235-ci ilə qədər (təqribən 87 il) davam etmişdir. Vəhhabilər məhz bu dövrdə Diriyyədə yaranmış və Ali-Səudla saziş bağlamaqla özləri üçün siyasi bir baza yarada bilmişdilər. İndi isə onların Nəcdin daxilində və xaricdə törətdikləri cinayətləri qeyd edirik.

VƏHHABİLƏRin Məhmməd İbn Səudun (1735–1766) haKimiyyəti dövründə törətdiyi Cinayətlər


1148-ci hicri qəməri ilindən etibarən Ərəbistan yarımadasının bir hisəsinə (Nəcdin bir hisəsinə) hökmranlıq edən Səud ibn Məhəmməd ibn Müqrin dünyadan getdikdən sonra onun dörd oğlu - Məhəmməd, Sünəyan, Fərhan, Müşari atalarından irs qalan kiçik əraziləri müştərək şəkildə idarə edirdilər. Sünəyanın ölümü ilə sair qardaşlar Məhəmmədə tabe oldular və beləliklə, Məhəmməd İbn Səud Nəcddə Ali-Səud dövlətinin həqiqi banisi oldu.

Məhəmmədin dövründəki ən mühüm hadisələrdən biri kimi Məhəmməd ibn Əbdül-Vəhhabın fəaliyyətlərinin güclənməsini qeyd etmək olar (belə ki, Səudilər sülaləsinin müqəddəratı məhz onun vasitəsi ilə dəyişdi və Ərəbistan yarımadasının böyük bir hissəsini də dəyişdirdi). O, Nəcd daxilindəki münasib və əlverişli şəraitdən, eləcə də beynəlxalq şəraitdən istifadə edərək Nəcddə saxta vəhhabi məsləkinin Səudi hökumətini yaratdı.

Məhəmməd ibn Əbdül-Vəhhab öz məqsədlərini həyata keçirmək üçün Diriyyəyə daxil oldu oranın hakimi Məhəmməd İbn Səudla 1157-ci (yaxud 1158-ci) ildə saziş bağladı ki, bu da hər ikisinin bir-birinə bağlılığını göstərirdi. Beləliklə, vəhhabilər yeni bir yolda qərar tutdular. Onlar Ali-Səudun hərbi siyasi köməklərindən istifadə edərək özlərinin istismarçı işğalçı hərəkətlərini başladılar. “İnəst ayini vəhhabiyyətkitabının müəllifi Məhəmməd ibn Əbdül-Vəhhabın vəhhabiliyin genişləndirilməsi üçün nəzərdə tutduğu təffəkür tərzini belə bəyan edir: “... Vəhhabilərin əməli prinsiplərinin ümdəsi onların yeganə şüarları bu qısa cümlədə xülasələnir: “Ya vəhhabiyyət, ya da qılınc!” Buna görə hər kəs vəhhabi məzhəbini qəbul etsə sağ-salamat qalır, hər kəs ondan imtina edərsə qanı hədər olur, övladları öldürülür mal-dövləti qarət edilir.”1

Bu təffəkür əsasında vəhhabiliyin yayılması onların ərazilərinin kenişləndirilməsi üçün qanlı müharibələr baş vermişdi. Məhəmməd ibn Əbdül-Vəhhabın ilk proqramı Üyeynənin əmiri Osman ibn Müəmmərdən intiqam almaq idi. Ayətullah Cəfər Sübhani bu barədə belə qeyd edir: “... Şeyx onun (Osman ibn Müəmmərin) Ehsanın əmiri ilə gizli şəkildə yazışdığından agah olduğu şeyxə xəyanət etmək məqsədində olduğunu bildiyi vaxt intiqamçılıq hissləri daha da şiddətləndi. Şeyx, Əhməd ibn Raşid İbrahim ibn Zeyd adlı iki nəfəri göndərdi ki, Üyeynənin əmirinə sui-qəsd etsinlər. Buna görə 1163- ilin Rəcəb ayında o, cümə namazını qılıb qurtardıqdan sonra müsəlladan (cümə namazı qılınan came məscid) çıxmamış qətlə yetirildi. Onun qətlindən üç gün sonra Şeyxin özü Üyeynəyə varid oldu Məşari ibn Müəmmər adlı bir nəfəri oraya hakim təyin etdi.”2

Vəhhabilik rəisinin Üyeynədə icad etdiyi vəziyyət camaatın razılığını təmin edə bilmədi. Camaat bu şəhər əmirinin əleyhinə qiyam etdilər. “Bu xəbər Şeyxə Məhəmməd İbn Səuda çatdıqda onların göstərişi ilə dərhal bir qrup Üyeynəyə həmlə edib şəhərin əhalisini qanlarına qəltan etdilər. Ağacları yandırıb quyuları doldurdular, kişiləri öldürüb qadınları əsir götürdülər camaatın namusuna təcavüz etdilər.”3

Bu hadisədən sonra hər iki Məhəmməd öz hakimiyyət dairələrini genişləndirmək üçün qəti qərara gəldilər. Məhəmməd ibn Əbdül-Vəhhab Nəcd əhalisinə məktub yazaraq onları öz ayinini qəbul etməyə çağırdı. Onun etiqadına əsasən yalnız o və Diriyyə əhalisi yeganəpərəst idilər. Bütün sair müsəlmanlar kafir hesab olunur, onların qətlə yetirilmələri vacibdir. Halbuki, bu fikir və rəy sadəcə bir bəhanə idi ki, bu yolla həm müsəlmanlara (onların azdırıcı əqidələrini qəbul etməyən müsəlmanlara) etdiyi həmlələrə bəraət qazandırsın, həm də Ali-Səud hakimləri müharibələrdə əldə olunan qənimətlərdən lazımi qədər istifadə etsinlər, öz qüdrət dairələrini genişləndirməkdən əlavə kifayət qədər qüvvəyə də malik olsunlar. Buna əsasən hər kəs vəhhabiliyi qəbul edirdisə, onların tərəfindən gələn xətərlərdən amanda idi. Amma vəhhabiliyin qondarma məzhəbini qəbul etməyənlər həmişə vəhhabilərin təəssübcəsinə və məğrurcasına hücumlarına məruz qalırdılar.

Vəhhabilər üçün (strateji və siyasi baxımdan) xüsusi əhəmiyyətə malik olan məntəqələrdən biri Riyaza hakim olmaq idi (Diriyyənin 20 km-də yerləşir).

O, şəhərə hakim olduqdan sonra ərazilərini genişləndirməkdən əlavə onları Ehsaya daha da yaxınlaşdırırdı. Vəhhabilərin Riyaz şəhərini necə ələ keçirmələri barəsində “Böyük İslam Enskilopediyası” kitabında belə deyilir: “... Məhəmməd ibn Əbdül-Vəhhab xüsusi əhəmiyyətə malik olan Riyaz şəhərini ələ keçirmək üçün oranın əmiri Dəhham ibn Dəvvası ona itaət etməyə çağırdı. Lakin Dəhham bunu nəinki qəbul etmədi, üstəlik Ali-Zəfir köçərilərindən bəzilərinin köməyi ilə vəhhabiliyi qəbul etmiş Mənfuhə əhalisinə hücum etdi... Bundan sonra Məhəmməd İbn Səud ilə Dəhham arasında ardıcıl surətdə uzunmüddətli müharibələr baş verirdi. “Şəyyab”, “Əl-əbid” adları ilə məşğul olan müharibələr onlardan heç birinin xeyrinə tamam olmadı. Nəhayət 1735-ci ildə müharibədən yorulub cana gələn Dəhham, Məhəmməd İbn Səuda sülh təklifi irəli sürdü və Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabiliyin təbliğ olunması üçün oraya bir nümayəndə göndərdi. Bütün bunlarla belə, Dəhham sonrakı il sazişi pozdu və Məhəmməd İbn Səudun müxalifləri cərgəsinə qoşuldu. O, tədricən yeni məzhəbin yayılması ilə qarşılaşmaq və Məhəmməd İbn Səudun istilaçılıq tədbirləri ilə mübarizə aparmaq üçün öz qüvvələrini səfərbər etmişdi.”1

Nəcdə hakim olan qəbiləvi üsul-idarə qəbilələrdən hansısa birinin digərinə hakim olmasını qətiyyən qəbul edə bilməzdi. Başqa sözlə desək, qəbilə tipli həyat – “tayfalar hökmranlığı” tipli bir cəmiyyətdir ki, orada hər bir əyalətin yalnız bir hakimi və əmiri vardır. Onlar da başqa əmirlərin onların öz ixtiyarlarında olan məntəqəyə nüfuz etməsi ilə müxalifdir.

Buna əsasən, Nəcddə sakin olan qəbilələrin vəhhabilərin işğalçılıqlarına qarşı müxalifətləri müəyyən qədər izah oluna bilər. Qəbiləvi cəmiyyətin mühüm xüsusiyyətlərindən əlavə, ani ötəri bir ittihadları onları düşmən müqabilində müştərək cəbhəyə vadar edirdi. Yəni müxtəlif qəbilələr xüsusi bir dövrdə tamamilə ayrı formada bir-biri ilə müttəhid olurdular ki, özlərinin müştərək düşmənlərinin ehtimal verilən təhdidlərini dəf etsinlər. Əlbəttə, bu kimi ittihadlar çox da davam gətirə bilmirdi. Çünki onlar yalnız öz mənfəətlərini ələ gətirmək məqsədi güdürdülər bu zaman düşmən onların mənafelərini təmin etsəydi, bağladıqları sazişi çox asanlıqla pozur öz qədim müttəhidlərinin əleyhinə görməyə başlayırdılar. Bu məsələ barəsində «Böyük İslam Enskilopediyası» kitabında belə deyilir: “(Vəhhabilərin 1168-ci hicri qəməri ilində Riyazı işğal etmələrindən bir il sonra onların müxalifləri müttəhid oldular...) Ehsadan Bəni-Xalid Nəcrandan Ali-Mükrəmi kimi güclü qəbilə başçılarının əmirlərinin bağlılığından təşkil olan vəhhabilərin müxalifət cəbhəsi əvvəllər vəhhabilərin itaəti dairəsinə keçmiş olan şəhər qəsəbələrin bir qrupunu qiyama vadar etdi. Hərimələdə Süleyman ibn Əbdül-Vəhhabın camaatın yeni məzhəbin ziddinə İbn Səudun işğalçılıqlarına qarşı qiyama təhrik etməsi özünəməxsus rol oynadı. Həmçinin Nəcranın əmiri Həsən ibn Hibətullah da vəhhabilərin ordu sərkərdəsi Əbdül-Əziz ibn Məhəmmədin hücumunda öldürülmüş Yəmən qəbilələrindən bir qrupuna başçılıq edərək Nəcdə hücum etdi vəhhabiləri çox ağır məğlubiyyətə düçar etdi. Vəhhabilərin fərmanından imtina edən Dəhham ibn Dəvvas da Ehsanın əmiri Ürəyəri nəcdlilərlə müharibə edib Nəcran əmirini ittihada dəvət etdi, amma Nəcran əmiri əsirləri mübadilə etdikdən sonra qayıtdı Məhəmməd İbn Səudun oğlu Əbdül-Əziz, Üreyərin Dəhham ibn Dəvvasın ordusunu məğlub etdi. Bundan sonra qiyam etmiş qəbilələrə qəsəbələrə hücum edərək onları yenidən öz itaətinə vadar etdi.”1

Yuxarıda qeyd olunan mətləblərdən qəbilə ittihadiyyələrinin nə üçün tez bir zamanda məğlubiyyətə uğraması aydın olur. Belə ki, o zaman Nəcdin, Riyazın, Ehsanın və başqa qəbilələrdən olan əmirlərin vəhhabilər əleyhinə təşkil olunan ittihadiyyələri nəticə etibarı ilə Nəcran əmirinin geri çəkilməsi ilə zəiflədi və o ittihadiyyəyə ağır zərbə vurdu. Vəhhabilər də bundan istifadə edərək onlara qələbə çala bildilər.

Bundan sonra vəhhabi qüvvələri günbəgün güclənməyə başladı. Onlar Nəcd və Ərəbistan yarımadasının sair məntəqələrini işğal etmək üçün güclü hücumlara başladılar. Vəhhabilərin hərəkəti Məkkə şəriflərini özlərinə məşğul etmişdi. (Onlar Osmanlılar tərəfindən Məkkə və Mədineyi-Münəvvərəyə hakim idilər).

Osmanlı hakimi vəhhabi hərəkətindən ilk dəfə 1748-ci ildə xəbər tutdu. Nəcd və Hicaz Osmanlı dövlətinin bir hissəsi hesab olunduğundan tədricən onlar Nəcd problemini həll etmək və ümumiyyətlə vəhhabilər tərəfindən Ərəbistan yarımadasında törənən təhdidlərin qarşısını almaq üçün çarə fikrinə düşdülər. Əlbəttə, Osmanlı dövlətinin vəhhabilər əleyhinə tədbir tökməsi çox uzun çəkdi.

Məhəmməd İbn Səudun hakimiyyəti dövründə diqqət yetirilməli məsələlərdən biri onun Nəcdin daxili mühitinə hakim və öz qonşularından xatircəm olması idi. Yəni bünövrəsi yenicə qoyulmuş hökumətin öz mövqeyini möhkəmləndirmək üçün gördüyü tədbirlər də həmin məntəqədə baş verirdi. Məhəmməd İbn Səud da vəhhabiliyi qəbul etdikdən sonra çalışırdı ki, qəbiləvi hərbi qüdrətdən istifadə edərək vəhhabilərin bünövrəsini hərtərəfli şəkildə bərkitmək üçün Nəcdin sair qəbilələrinə hakim olsun və bu yolda müxtəlif məntəqələrə hakim kəsilmək üçün heç bir vasitədən əsirgəməsin. O, ələ keçirdiyi hər bir yerdə camaatı kütləvi şəkildə qırır, onların mal-dövlətlərini qarət edir və camaat arasında qorxu hissi yaradaraq hər növ müxalifəti susdururdu. Məhəmməd İbn Səudun Nəcran, Riyaz, Ehsa, Yəmən və sair yerlərin əmirlərinə qalib gəlmək üçün çox səy göstərməsinə baxmayaraq, fəaliyyətləri nəticə vermədi və onun işinin davamı oğlu Əbdül-Əzizə həvalə edildi. Hər bir halda, Məhəmməd İbn Səudun ətraf məntəqələrə hücumları və gördüyü tədbirlər vəhhabiləri yeni bir qüvvə ünvanı ilə təqdim etdi. Bundan sonra sair Səudi əmirləri özlərini vəhhabilərin canfəşanlıq göstərən müdafiəçiləri kimi qələmə verir və bu barədə özlərindən xüsusi və şiddətli təəssüb göstərirdilər.

Nəhayət, Məhəmməd İbn Səud təqribən 30 il hakimiyyətdən və Nəcdi ələ keçirdikdən sonra 1765-ci ildə Diriyyədə vəfat etdi və elə orada da torpağa tapşırıldı.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə