|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихиVƏHHABİLƏRin Feysəldən sonra İran islam inqilabIna qədər gördüyü işlər
|
səhifə | 37/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
|
Feysəldən sonra onun qardaşı Xalid səltənət kürsüsünə oturdu. O, əyyaş şahzadələrin kamil nümunəsi və dünyanın hər bir yerindən qafil idi. Gözlənilmədən hərəmxanalardan çıxaraq taxtda oturmuşdu. O, “siyasi işlərə çox da maraq göstərmirdi. Bu zəmində göstərdiyi fəaliyyətlərdən ən ümdəsi taxta çıxmasından ibarət idi. Bundan əlavə onun gördüyü işlərdən biri də (1939-cı ildə) Fələstin məsələsi ilə əlaqədar Ceymz London konfransını keçirmək idi. Xalid bundan sonra siyasəti bütünlüklə tərk etdi və bədəvi qəbilələr arasında yaşamağa başladı. Bununla belə, Feysəl onu vəliəhdliyə və 1965-ci ildə isə baş nazirin müavini vəzifəsinə təyin etmişdi.”2
Xalid əyyaş və sadəlövh bir adam idi. Güclü ehtimala görə Feysələ qarşı terror aktından yaranan gözlənilməz şok vəziyyəti və vəhhabi quruluşunun dağılmasından yaranan qorxu nəticəsində cürətlə, heç bir şey fikirləşmədən Feysəlin canişini təyin olundu. O əvvəldə öz sələflərinin siyasətini davam etdirəcəyini bildirməsinə baxmayaraq, bu dövrdə də siyasi məsələlərə çox da maraq göstərmədi, icra və qanunçuluq işlərini əməli olaraq öz qardaşına – vəliəhdi olan Fəhd ibn Əbdül-Əzizə həvalə etdi.
O dövrdə ərəb dünyasına hakim olan siyasi şərait elə bir vəziyyətdə idi ki, Ərəbistan neftdən hasil olan dollarlarla və daha güclü bir cazibənin olmamasına görə, qərb blokunun və Amerikanın himayələrindən istifadə edərək ərəb dövlətlərinin mərkəzinə çevrildi. Artıq Qahirə özünün qədimki ideyalarından əl çəkmiş və sair ərəb ölkələri də hər biri xüsusi bir çətinliyə düçar olmuşdu. Fars körfəzinin sahil məntəqələrində yaşayan sərvətli şeyxlər də o qədər kiçilib əhəmiyyətsiz olmuşdular ki, heç vaxt böyük iddialar edə bilmirdilər. Xüsusilə onlar və vəhhabi səudilər əməldə bir vahidi təşkil edirdilər. Buna əsasən, ərəblərin gözləri Riyaza və onun siyasətlərinə dikilmişdi. Belə bir şəraitdə Səudiyyə rəhbərləri Əbdül-Əziz və Feysəl kimi bir şey deyib əməl etməyi nə bacara bilir və nə də istəyirdilər. Onlar başa düşmüşdülər ki, öz mövqelərini qoruyub-saxlamaq, qüdrət və nüfuzlarını möhkəmləndirmək üçün bütün siyasət sahələrində yeni fikirlər və islahatlar aparmağa məcburdurlar. Xüsusilə, 70-ci illərin əvvəllərində məntəqədə yeni bir qüdrət yarandı və o da İmam Xomeyninin rəhbərliyi ilə İran İslam inqilabının əzəmətli qələbəsi idi ki, bu da səltənət rejiminin strukturunu tamamilə lərzəyə gətirib sarsıtmış, dünyada bir sıra ümdə dəyişikliklərin yaranmasına səbəb olmuşdu.
Cənab Məscid Camei Ərəbistanın 1973-1979-cu illərdəki vəziyyəti barəsində belə yazır: “...Həqiqət bundan ibarətdir ki, Feysələ sui-qəsd edilməsi ilə İran şahının süqutu arasındakı zamanda (1973-1979), xüsusilə 1973-cü ildə Səudiyyə Ərəbistanın və vəhhabilərin daxilində baş verən iğtişaş və çəkişmələr oraya hakim olan sərgərdançılıq və pərakəndəlik dövrüdür. Pul sel kimi axmağa başlamışdı. Özü də ağır zülmə, sinfi ziddiyyətlərə düçar olan, azad rəqabətin olmadığı, ictimai və iqtisadi quruluşun köhnəldiyi bir dövlətdə. Səudilər əvvəlcədən hazırlıqları olmadığı halda, gözlənilmədən özlərini ərəb dünyasının mərkəzində və strateji cəhətdən dünyanın ən həssas və mühüm ölkələri sırasında gördülər. Lakin uzun müddət belə bir mövqeyin yaranacağına inana bilmirdilər. Onlar hər bir şeydən qafil olaraq külli miqdarda olan milli sərvətləri israf etməyə başlayaraq cəmiyyəti öz halına buraxdılar. Bu müddət ərzində nə təsirli bir qüdrət var idi, nə də güclü bir proqram. Yüksək vəzifəli şəxslərdən hər biri yalnız özünə məşğul idi və ətrafında baş verən hadisələrdən tamamilə qafil idi. Xüsusilə, bunu nəzərə alaq ki, hər şeydən xəbərsiz, xəstə və huşu az olan bir fərd qüdrət başında idi...”1
Qeyd olunanlara diqqət yetirməklə o dövrdə Ərəbistana hakim olan vəziyyəti gözəl şəkildə anlamaq olar. O dövrdə vəhhabilər neftdən əldə olunan külli miqdarda pullardan faydalanırdılar. Amma bu sərvətlər yalnız vəhhabi xanədanına nəsib olmuşdu və onlardan başqaları bundan qətiyyən bəhrələnmirdilər. Kəskin sinfi ixtilaflar, ictimai ziddiyyətlər və iqtisadi ədalətsizliklər, zülm və zorakılıq ölkəyə hakim idi. Ümumxalq kütlələri fəqirlikdə, miskinlikdə və səfalətdə yaşayırdılar, camaata vicdan və mətbuat azadlığı verilməmişdi. Cəmiyyətə siyasi bir irticanın hakim olduğu belə bir şəraitdə bir sıra dəyişikliklərin və islahatların aparılması zəruri idi. “Vəhhabilik Ərəbistan yarımadasında” məqaləsinin müəllifi bu barədə belə yazır: “...Artıq qüdrət şeyxlərin və onların köhnə fikirli nüfuzlu varislərinin əlində deyildi. Əməli olaraq yeni təhsil almış təbəqələr aparıcı rola malik idilər. Sel kimi axmaqda olan bu sərvətlərin xərclənməsi xarici mütəxəssislərin, texnoloqların və fəhlələrin ölkə daxilinə gəlməsini zəruri edirdi. Onların kənarında da müxtəlif tikinti şirkətləri, müəssisələr, ticarət mərkəzləri var idi və onların ardınca da iqtisadi köməklər almaq məqsədi ilə gələn diplomatik heyətlər görünürdü.... Artıq Ərəbistanı 50-60-cı miladi illərindəki siyasət əsasında qurmaq olmazdı.1
Buna əsasən, vəhhabilikdə bir daha dəyişiklik edilməsi lazım və zəruri idi. Birinci dəfə İbn Səudun (Əbdül-Əzizin) dövründə islahatlar aparılmış və dini nəzəriyyələr baxımından vəhhabiləri Ərəbistan cəmiyyətinə hakim etmişdilər. Bu dəfə bir fərd deyil, əksinə yeni zərurətlər və təzyiqlər aparıcı rola malik idi.
Cənab Məscid Camei bu barədə belə yazır: “Fars körfəzi məntəqələrində yaşayan Şeyx əyalətlərini, xüsusilə Səudiyyə Ərəbistanını, sair ərəb və müsəlman rəhbərlərindən çoxunu şok vəziyyətinə salan şey onların heç vaxt gözləmədikləri halda İran İslam inqilabının qələbə çalması idi. Şahın müxtəlif siyasi, tarixi, mədəni və bəzi hallarda dini səbəblərdən ərəb rəhbərləri tərəfindən nifrətlə qarşılanmasına baxmayaraq, bu, ehtiram qoyulacaq bir qüdrətə malik idi. Belə ki, məntəqənin və eləcə də onun ictimai əmin-amanlığın və asayişin qorunmasındakı siyasi rolu qərblilərin və ona uyan hakimlərin xeyrinə idi və bu barədə əsaslı rol oynayırdı. Xüsusilə, 60-cı illərin axırlarında tədricən məntəqənin hərbi və iqtisadi qütbünə çevrilmişdi və kommunizmə və sovet hökumətinə qarşı zidd mövqe tutduğundan Fars körfəzində yaşayan şeyxlər onun barəsində xatircəm idilər və onun qüdrət və qərarına inanırdılar... Şahın qərb siyasətləri kommunizmə və ruslara zidd olan siyasətlərinin şüası altında idi. Amma onun bütün qüdrət, şövkət və əzəmətinin bir neçə ay ərzində dini hərəkat müqabilində böyük bir qar yığınının günəş qarşısında əriyib aradan getdiyi kimi məhv olub aradan getdiyini gördükdə, onun gözlənilməz süqutundan və məntəqədə olmamasından yaranan boşluqdan vəhşət hissi keçirməkdən əlavə, öz vəziyyətləri, qüdrətləri və sabitlikləri, həmçinin qərb və Amerika tərəfindən himayə olunma dərəcələri barəsində nigarançılıq hissi keçirdilər. Xüsusilə, İranda inqilabın qələbəsi ilə bütün müsəlman əyalətlərini bir sıra həyəcan və iğtişaşlar bürümüşdü.1
Sonrakı bölmədə İran İslam inqilabı ilə qarşılaşmada vəhhabiliyin daxilində, eləcə də Səudiyyə cəmiyyətində baş verən dəyişiklikləri araşdıracağıq.
Dostları ilə paylaş: |
|
|