VəLİyev dünyamali əMİr oğLU


ÜDM-da qeyri-dövlət bölməsinin payı, faizlə*



Yüklə 7,05 Mb.
səhifə13/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

ÜDM-da qeyri-dövlət bölməsinin payı, faizlə*




1995

2000

2001

2002

2003

2004

2005

2006

ÜDM

30, 3

70, 8

71, 8

73

73, 3

73, 5

76

81

o cümlədən Sənaye

5, 5

48, 4

51, 2

61

66, 7

68, 5

79, 1

87, 3

Tikinti

79

63, 5

60, 4

95, 8

97

97, 6

90, 2

69, 7

Kənd təsərrüfatı

61, 5

99

99

98

99, 3

98, 4

97, 7

98, 9

Ticarət və restoranlar

82, 4

98, 3

98, 4

98, 9

98, 5

97, 8

98, 3

98, 6

Nəqliyyat

4, 6

62, 6

63, 6

60, 3

36, 7

42, 1

42, 1

63, 5

Rabitə

10

57, 8

62, 8

71, 4

90, 9

81, 7

81, 5

74, 8

Sosial və sair xidmətlər

24, 1

78, 8

84, 2

59

52

47, 7

32, 7

32, 7

*[44, 2007, s. 365]
Cədvəl 4. 2 məlumatlarından göründüyü kimi görülən tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı durmadan artır və 2005-ci ildə ÜDM-un 2/3 hissəsi qeyri-dövlət sektorunda yaradılmışdır. Həmin nisbət 2006-cı ildə artıq 81%, 2007-ci ildə isə 84% təşkil etmişdir.

Özəl bölmənin xüsusi çəkisi kənd təsərrüfatında, tikintidə, xidmət sahələrində xüsusilə yüksəkdir.

Sovet dövlətinin 70 il ərzində sıradan çıxardığı iqtisadi sistem Azərbaycanda müstəqillik illərində cəmi 15 il ərzində bərpa olundu. Sahibkarlığın cəmiyyətdə rolu xeyli möhkəmlənmişdir və bu təbəqənin ictimai həyatda aparıcı rolu hamı tərəfindən qəbul olunur. Bazar münasibətləri insanların öz uğurları, öz ziddiyyətləri və çətinlikləri ilə düşüncə tərzində də inqilabi dəyişikliklərə yol açmışdır.

Ölkəmizdə kiçik biznesin inkişafı cədvəl 4. 2 və 4. 3 məlumatlarından gö­rün­düyü kimi mürəkkəb bir şəraitdə yüksələn bir xətlə cərəyan edir. Müəssisələrin sayı qeyri-sabitlik göstərsə də, orada işləyənlərin sayı və məhsul buraxılışının həcmi dinamik şəkildə artır.



Cədvəl 4. 3
Azərbaycanda kiçik müəssisələrin inkişafının əsas göstəriciləri


İllər


Fəaliyyət göstərən müəssisələrin sayı, vahid

İşləyənlərin sayı,

nəfər


cəmi

Orta

hesabla


bir müəssisədə

Orta aylıq əmək haqqı, manat

Məhsulun (işlərin, xidmətləri) həcmi, mln. manat

1990

4611

92186

20

22, 4

0, 06

1995

7226

59406

8

7, 7

56, 9

1996

13229

86708

6

7, 5

126

1997

16027

94847

6

7, 2

194, 1

1998

16504

114893

7

10, 2

241, 1

1999

19063

83756

4

30, 1

278, 2

2000

24254

99778

4

33, 9

434, 4

2001

25121

118714

5

33, 6

433, 1

2002

24721

125804

5

52, 6

724

2003

21178

187521

9

56, 4

1083, 9

2004

19462

135831

7

73, 9

1420, 7

2005

14410

105663

7

51, 2

673, 2

2006

12232

90134

7

81, 7

719, 9

1990-1998-ci illərdə kooperativlər daxil olmaqla

Azərbaycanın Statistik Göstəriciləri, 2007, s. 112-113.


4. 3. Yeni cəmiyyət quruculuğunun möhkəm iqtisadi təməli - qlobal üfüqlərə doğru aparan magistral xətdir.
Köklü iqtisadi islahatlar yeni cəmiyyətin və dövlət quruculuğunun möhkəm zəminini təşkil edən iqtisadi bazisi formalaşdırmağa başladı. K. Marksın belə bir müddəası bu gün üçün də əhəmiyyətlidir: «Cəmiyyətin müəyyən ictimai şüuruna uyğun gələn hüquqi və siyasi üstqurumu cəmiyyətin iqtisadi strukturu real bazis üzərində yüksəlir». [268, Q. 1, s. 97]

«İnformasiya cəmiyyəti: iqtisadiyyat, cəmiyyət və mədəniyyət» adlı fundamental əsər yazmış amerikan sosioloqu Manuel Kastels də öz tədqiqatlarını həmin ideya əsasında aparır və göstərir: «Yeni dünya ikinci minilliyin sonunda formalaşır. O, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində üç avtonom prosesin tarixi qovşağında yaranmışdır: 1. informasiya texnologiyasında inqilab; 2. kapita­lizm və etatizmin böhranı və onların sonrakı restruktizasiyası; 3. libertarianizm, insan hüquqları uğrunda mübarizə, feminizm, ətraf mühitin qorunması kimi mədəni-sosial hərəkətlərin çiçəklənməsi. Həmin proseslər arasında qarşılıqlı təsir və onlardan doğan reaksiya yeni dominant sosial strukturu, şəbəkə cəmiyyətini, yeni qlobal / informasiya iqtisadiyyatını və yeni mədəniyyəti - real virtual mədə­niyyəti yaratdı. Həmin iqtisadiyyatın, həmin cəmiyyətin və həmin mədəniyyətin əsasında duran məntiq, həmçinin qarşılıqlı əlaqədə olan ictimai hərəkətlərin və sosial institutların əsasını təşkil edir». [188, s. 492]

İnkişaf etmiş müasir iqtisadiyyat, modern iqtisadi bazis cəmiyyətin siyasi və sosial strukturunun da modernləşməsinin vacib şərtidir. Belə ki, Adam Przevorski demokratiyanın yaranmasını sosial-iqtisadi şəraitlə siyasi şəraitin kəsişmə nöqtəsində görür. M.Duverqer və S. P. Huntinqton kimi tanınmış politoloqlar de­mok­ratiyanı «varlı millətlərin siyasi sistemi» hesab edirlər. Huntinqtona görə, «yoxsulluq demokratiyanın ən əsas maneəsidir» və demokratiyanın gələcəyi iqtisadi inkişafın gələcəyindən asılıdır. İqtisadi inkişafın maneələri demokratiyanın yayılmasına mane olan amillərdir. Duverqer haqlı olaraq hesab edir ki, de­mokratiya hər kəs üçün, «xalqın hər qrupu üçün» müstəqillik deməkdir. «Bu da məlum bir yaşayış səviyyəsini, məlum baza təhsilini, məlum sosial bərabərliyi və məlum bir siyasi tarazlığı» tələb edir. [73, cild II, s. 583]

Beləliklə, Heydər Əliyevin radikal iqtisadi islahatlar strategiyası, İlham Əliyevin iqtisadi inkşafın diversifikasiyası əsasında sürətli iqtisadi yüksəliş strategiyası yeni cəmiyyət quruculuğunun fundamental əsasıdır. Yüksələn xətlə inkişaf edən iqtisadi bazis cəmiyyətin transformasiyasının əsasını təşkil etdi; öl­kənin qlobal üfüqlərə doğru inamla addımlaması üçün əsaslı zəmin yaradır.

Bunlar aşağıdakılardan ibarətdir:

1. İqtisadi sabitlik təmin olunmuşdur.

2. Ölkənin təbii sərvətləri üzərində milli hegemonluq bərpa edilmiş və həyata keçirilən uğurlu neft strategiyası sayəsində zəngin neft ehtiyatları geniş miqyasda mənimsənilməyə və ölkənin ehtiyaclarının ödənilməsinə yönəldilməyə başlamışdır.

3. Köklü iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi strukturun formalaşması istiqamətində ciddi addımlar atılmış, özəl bölmə cəmiyyətin inkişafının aparıcı qüvvəsinə çevrilmişdir.

4. Torpağın kəndlilərə təmənnasız verilməsi nəticəsində kəndlərdə yeni istehsal münasibətləri formalaşmağa başlamışdır.

5. Azərbaycan dövlətinin sosial yönümlülüyü ciddi şəkildə artmış, «qara qızılın, insan qızılına» çevrilməsi üçün genişmiqyaslı tədbirlər sistemi həyata keçirilməyə başlanmışdır.

6. Azərbaycan beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilmişdir.

Açıq qapı siyasətinin ardıcıl olaraq tətbiq olunması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi ölkənin beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə olunması üçün yeni imkanlar yaratmışdır.

Sürətli iqtisadi inkişafın əsas göstəriciləri: ÜDM-un dinamikası.

Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsinin müəyyən edilməsi üçün BMT göstəricilər kompleksi müəyyən etmişdir. Bu göstəricilərə aşağıdakılar daxildir: sənayeləşmə, şəhərləşmə, orta təbəqənin genişliyi, insan inkişaf indekslərinin dinamikası, ÜDM, adambaşına ÜDM, yaşayışın keyfiyyəti, iqtisadiyyatda qeyri-mütənasiblik səviyyəsi, təhsil, səhiyyə, rabitə və nəqliyyatın vəziyyəti.

Bu göstəricilər arasında ÜDM və adambaşına milli gəlir göstəriciləri özünəməxsus yer tutur.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi radikal iqtisadi islahatlar nəticəsində müstəqilliyin ilk illərində ölkədə dərinləşən dərin sosial-iqtisadi böhranın qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüş yaradılmışdır. 2003-cü ildən ölkə dinamik inkişaf mərhələsinə daxil olmuşdur.



Cədvəl 4. 4

Ümumdaxili məhsul*


İllər

Cəmi

Adambaşına




mln. manat

mln. ABŞ dolları

manat

Dollar

1990

1, 5

2443, 3

207, 8

346, 3

1991

2, 7

703, 1

373, 6

98, 3

1992

24, 1

1309, 8

3318, 6

180, 4

1993

157, 1

1326, 9

21302

179, 9

1994

1873, 4

1629, 3

250568

217, 9

1995

2133, 8

2415, 2

282, 1

319, 3

1996

2732, 6

3190, 8

357, 5

416, 1

1997

3158, 3

3960, 7

409, 2

513, 2

1998

3440, 6

4446, 4

441, 5

570, 6

1999

3775, 1

4583, 7

480, 1

582, 9

2000

4718, 1

5272, 8

595, 1

665, 1

2001

5315, 6

5707, 7

665, 2

714, 3

2002

6062, 5

6235, 9

752, 9

774, 4

2003

7146, 5

7276

880, 8

896, 8

2004

8530, 2

8680, 4

1042

1060, 3

2005

12522, 5

13238, 7

1513, 9

1600, 4

2006

17735, 8

19852

2120, 3

2373, 3

2007

25228, 1

29399, 9

2980

3473, 9

*[44, 2006, s. 365; 41, 43 2008, s. 60]
1991-1995-ci illər ərzində istehsal olunmuş ÜDM hər il 13-20% azalırdısa, bu azalma 1995-ci ildə dayandırılmış və 1996-cı ildə onun fiziki həcm indeksi əvvəlki ilə nisbətən 13% artmış və cədvəl № 3. 3. 1 məlumatlarından göründüyü kimi sonrakı illərdə bu artım davam etmiş və ilbəil sürətlənmişdir. Belə ki, 1997-ci ildə ÜDM-un artım sürəti 5, 8%, 1998-ci ildə 10%, 1999-cu ildə 7, 4%, 2000-ci ildə isə müstəqillikdən sonrakı illərdə rekord səviyyəsinə çataraq 11, 2% təşkil etmişdir.

Son dörd ildə (2004-2007-cı illər) Azərbaycan iqtisadi inkişaf sürətinə görə regionda və dünyada lider dövlətə çevrilmişdir. Belə ki, 2004-cü ildə ÜDM-un artım sürəti 10, 2, 2005-ci ildə 26, 4, 2006-cı ildə 34, 5%, 2007-ci ildə isə 25% təşkil etmişdir.



Müqayisə üçün ölkə qrupları üzrə ÜDM-un orta illik artım sürətini nəzərdən keçirmək məqsədəuyğundur. [73, cild II, Fikret Elma, s. 586]
Ümumdaxili məhsulun orta illik artım sürəti (%-lə)







1991-1995

1996-1999

2000-2005

1.

AB-nin yeni üzvləri

-5

4

5

2.

Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva)

-10

4

7

3.

Mərkəzi Avropa (Çextya, Macarıstan, Polşa, Slovakiya, Sloveniya)

0

4

4

4.

AB-nə namizəd ölkələr (Bolqarıstan, Xorvatiya, Rumıniya, Türkiyə)

-1

-1

4

5.

Balkan ölkələri (Albaniya, Bosnya-Herseqovina Makedoniya, Serbiya və Qaradağ)

-5

2

4

6.

MDB dövlətləri

-11

2

8

7.

Rusiya Federasiyası

-9

-1

7

8.

Belarus, Moldova, Ukrayna

-12

-1

7

9.

Orta Asiya ölkələri

-9

2

7

10.

Cənubi Qafqaz ölkələri

-14

6

9



o cümlədən Azərbaycan

-16

6

13

90-cı illərin ikinci yarısında radikal iqtisadi islahatların start götürməsi və uğurla davam etdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesi, vergi və bank sistemində islahatların aparılması, xarici investisiyaların təşviq edilməsi, sahib­karlıq fəaliyyəti üçün işgüzar mühitin yaxşılaşdırılması və bu kimi digər tədbirlər sisteminin həyata keçirilməsi ölkə iqtisadiyyatında başlanan dirçəliş milli iqti­sadiyyatın bütün sahələrində özünü büruzə vermişdir.

Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye ən iri və aparıcı sahədir. Həmin sahənin ümumi məhsulu 1995-2000-ci illər ərzində daha 4 dəfə artmışdır. 2007-cı ildə isə 2003-cü ilə nisbətən daha 4 dəfə artmışdır. İqtisadiyyata kapital qoyuluşları 1995-2000-ci illərdə 4, 2 dəfə, 2000-2006-cı illərdə isə 70 dəfə artmış və 967, 8 mln. dollardan 6837, 9 mln. manata çatmışdır. Bazar münasibətlərinin mürəkkəb və ziddiyyətli keçdiyi kənd təsərrüfatında istehsal olunan məhsulların həcmi, 2000-2007-cı illərdə isə 2, 1 dəfə artmışdır. Nəqliyyatda yük dövriyyəsi müvafiq dövrdə 2 və 4, 9 dəfə çoxalmışdır.

Müstəqil Dövlətlər Birliyi Statistika Komitəsinin məlumatına görə, 2006-cı ildə ümumi daxili məhsulun bu ölkələrdəki artımı 7% olub ki, bu da keçən illə müqayisədə təqribən 2 dəfə çoxdur. 2006-cı ildə ÜDM artımı Azərbaycanda 34 faiz, Ermənistanda 14, 8 faiz, Qazaxıstanda isə 10, 4 faiz olub. Rusiya 7, 2 faiz göstərici ilə birlik ölkələr arasında 7-ci yeri tutur. Beləliklə, qurum Azərbaycanın liderliyini bir daha təsdiqləyir.

Bu artım, ilk növbədə, neft amili ilə bağlı olmaqla yanaşı, iqtisadiyyatın bütün sahələrində məhsul və xidmətlərin buraxılışının artmasının və istehsal xərclərinin azaldılması və müvafiq olaraq sahələr üzrə yeni yaranan dəyərin xüsusi çəkisinin artması ilə bağlıdır. Bu isə iqtisadi səmərəliliyin yüksəldilməsinin mühüm göstəricisidir. Belə ki, 1995-1999-cu illərdə iqtisadiyyatın bütün sahələrində yaranmış əlavə dəyərin ümumi buraxılışda xüsusi çəkisi 47-52% təşkil edirdisə, son beş il ərzində onun xüsusi çəkisi 56, 4-57, 8% arasında dəyişib. [44, 2007, s. 361]. Sənayedə yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2000-ci ilə nisbətən 11, 5% artaraq 2005-ci ildə 47, 5% təşkil etmişdir. Həmin dövrdə kənd təsərrüfatında yaranmış əlavə dəyərin ÜDM-dəki payı 6, 7% azalmış, tikintidə isə 3, 5% artmışdır.

Sənayedə qeyri-neft sektorunun hesabına yaranmış əlavə dəyərin payı 79,1%-ə, kənd təsərrüfatında 97, 7%-ə, ticarət və restoranlarda 98, 3%-ə, tikintidə isə 90, 2%-ə çatmışdır.

Xarici ticarət dövriyyəsi 1995-ci ildə 1304, 4 mln. dollardan 2000-ci ildə 2917, 3 mln. dollara yüksələrək 2, 2 dəfə artmışdır. 2000-2007-cı illərdə isə 2917,3 mln. dollardan 11766, 9 mln. dollara yüksəlmiş və təxminən 4 dəfə artmışdır.

İqtisadi inkişafın ən mühüm göstəricisi adambaşına məhsul istehsalıdır.

Azərbaycanda adambaşına məhsul istehsalı SSRİ-nin mövcud olduğu 70 il ərzində cəmisi 340 dollar (1990-cı il) səviyyəsini keçməmişdirsə, müstəqillik illərində - 15 il ərzində - 3473,9 dollara yüksəlmişdir. Həmin göstərici 1995-2007-cı illər ərzində 10, 2 dəfə artmışdır. Yalnız son beş il ərzində (2003-2007-cı illər) adambaşına ÜDM istehsalı 3, 9 dəfə artmışdır. Dünya ölkələrinin təcrübəsində ÜDM-un iki dəfə artımı üçün on illik tələb olunduğu nəzərə alınarsa, Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyət olduqca yüksəkdir. Beynəlxalq təşkilatlar adambaşına milli gəlir istehsalına görə Azərbaycanı artıq orta səviyyəli inkişaf etmiş dövlətlər qrupuna aid edir. Əgər cəmisi 10 il əvvəl, 1997-ci ildə, Dünya Bankı özünün illik hesabatında ölkəmizi adambaşına milli gəlir istehsalına görə 480 dollar (1995-ci il) ilə dünyanın ən az gəlirli ölkələri (Mozambik, Efiopiya, Tanzaniya, Mavritaniya və b.) sırasına daxil etdiyi nəzərə alınarsa, bu, tarixi əhəmiyyətli bir hadisədir. Birləşmiş Millətlər Təşkilatının «İnsan inkişafı haqqında hesabatında (2006-cı il)» Azərbaycan bir çox digər göstəricilər üzrə də orta səviyyəli inkişaf etmiş ölkələr qrupuna daxil edilmişdir. Bu göstəricilərdən ən mühümü «İnsan İnkişafı İndeksi» (İİİ) üzrə ölkəmiz 0, 736 bənd ilə 177 ölkə arasında 99-cu sırada dayanmışdır. «Doğulanların gözlənilən yaşayış müddəti» göstəricisinə görə 111-ci yerdə, oxumaq-yazmaq səviyyəsinə görə 14-cü yerdə dayanmışdır. Adambaşına ÜDM istehsalına görə isə 108-ci yerdədir. [73, cild II, s. 587].

Bunlara baxmayaraq, Azərbaycan bir çox digər göstəricilər baxımından Rusiya da daxil olmaqla digər postsovet respublikaları kimi «keçid» iqtisadiyyatı ölkəsi kimi qalmaqda davam edir. Ona görə də ölkədə 90-cı illərin əvvəllərindən yığılıb qalmış ağır mirasın - deformasiya olunmuş iqtisadi strukturun, mütənasibliyin təmin olunması, yoxsulluğun, işsizliyin azaldılması, yaşayış keyfiyyətinin yüksəldilməsi, insan amilinin inkişafının dünya standartları səviyyəsinə yaxınlaşdırılması üçün dərin transformasiya prosesinin daha da dərinləşdirilməsi günün vacib məsələlərindəndir. BMT-nin yuxarıda adı çəkilən hesabatında da «Azərbaycan iqtisadiyyatının hələ keçid mərhələsində və dövlət nəzarəti altında olduğu» göstərilir. İşləyənlərin 32, 2%-nin dövlət işçisi olması faktı burada əsas meyar hesab edilir. Lakin milli gəlirin 84%-nin özəl bölmədə istehsal olunduğu nəzərə alınarsa, ölkəmizdə bazar mexanizminin rolunun daha yüksək olduğu məlum olar.

Keçid iqtisadiyyatı ölkələrində iqtisadi azadlıq göstəricisi bazar iqtisadiyyatı mexanizminin işləməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi bazar iqtisadiyyatında iqtisadi azadlıq anlayışı fərdlərin iqtisadi fəaliyyətdə sərbəst məşğul olması və bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirləri kənardan heç bir müdaxilə olmadan azad sürətdə istifadə etmələrini ifadə edir. Təşəb­büs­karlıq, mübadilə, sövdələşmə, mülkiyyət, seçim və beynəlxalq ticarətdə sər­bəstlik iqtisadi azadlığın mühüm elementləridir. Təbiidir ki, iqtisadi azadlıq səviyyəsi müxtəlif ölkələrdə müxtəlif dərəcədədir. Ona görə də iqtisadi azadlıq dərəcəsini müəyyən etmək üçün beynəlxalq təşkilatlar İqtisadi Azadlıq İndeksi (İAİ) hazırlayırlar. Bu indeksi iki beynəlxalq qurum hazırlayır: Kanadada yerləşən Frazer İnstitutu və Vaşinqtonda yerləşən Heritage Fondu. İndeks 20 müxtəlif meyarlar əsasında hazırlanır. Məqsəd həmin meyarlar əsasında «azad iqtisadiyyat» və «azad cəmiyyət» anlayışlarını mümkün qədər geniş yaymaq və ölkələrin bu sahədə tədbir görmələrini tövsiyə etməkdir. Təşkilatların nəzərə aldıqları meyarlar arasında «dövlətin rolunun böyüklüyü», «hüquqi struktur və mülkiyyət hüququ», «sağlam valyuta», «ticarət sərbəstliyi», «iş dünyası, işçi qüvvəsi və maliyyə bazarları sahəsində tənzimləmələr» kimi göstəricilər daxildir. [73, cilt II, s. 590-591].

Azərbaycanda iqtisadi azadlığın vəziyyəti Vaşinqtonda Heritage Fondunun hazırladığı və The Wall Street jurnalında dərc olunmuş İqtisadi Azadlıq İndeksi haqqında hesabatda öz əksini tapmışdır. Hesabatda [73, cild II, s. 595-597] Azərbaycanın siyasi müstəqillik əldə etdikdən sonrakı dövrə iqtisadi azadlıqlar baxımından son məlumatlar işığında nəzər salınır. Müəyyən edilmişdir ki, Azər­baycan iqtisadi azadlıq baxımından 157 ölkə arasında 107-ci yerdə dayanmışdır. Asiya-Sakit Okean regionunda yerləşən 30 ölkə arasında Azərbaycan 30-cu yerdədir və regionda orta göstəricidən az da olsa yüksək mövqe tutur. Verilmiş qrafikdə ölkəmizdə İAİ 1996-2007-ci illərdə yüksələn xətlə artır. Hesabatda göstə­rilir ki, Azərbaycanda özəlləşdirmənin yüksək sürətlə getməsi dövlət məsrəflərini azaltmışdır. Ticarət azadlığı (67, 6%), maliyyə azadlığı (87, 2%), dövlət müdaxilə­lərinin azlığı (86, 6%), işçi qüvvəsi sahəsində azadlıqlar (65, 4%) baxımından ölkəmiz dünyada mövcud olan orta göstəricidən xeyli yuxarıdır.

Azərbaycanda 1998-2007-ci illər ərzində İAİ 27%-dən 54%-ə qədər yüksələ­rək cəmi on ildə 2 dəfə artmış və dünyada orta səviyyəyə çatmışdır. Digər tərəfdən isə göstərilir ki, keçid iqtisadiyyatı şəraitində mövcud olan Azərbaycan iqtisa­diyyatı hələ öz həllini gözləyən bir sıra problemlərlə üz-üzədir. (investisiya 30%, korrupsiya 22%).

Yuxarıda verilən indeksləri təhlil edən Türk iqtisadçıları Mustafa Acar və Bahadır Akın belə bir nəticəyə gəlirlər: «Bazar iqtisadiyyatı uzun müddət mövcud olmadıqdan sonra bazar iqtisadiyyatına keçmək asan bir iş deyildir. Əgər nəzərə alınsa ki, dünyada analoqu olmayan bu prosesdə əhəmiyyətli irəliləyişə nail olmayan ölkələr kifayət qədər çoxdur, o zaman Azərbaycanın əldə etdiyi nailiyyətləri tam əminliklə ümidverici hesab etmək olar». [73, cilt II, s. 597].



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə