VəLİyev dünyamali əMİr oğLU


MÜSTƏQИL SOSИAL-ИQTИSADИ ИNKИŞAF YOLUNUN START ŞƏRTLƏRИ



Yüklə 7,05 Mb.
səhifə10/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

MÜSTƏQИL SOSИAL-ИQTИSADИ ИNKИŞAF YOLUNUN START ŞƏRTLƏRИ
Azərbaycan xalqı əsrlər boyu müstəqillik həs­rətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiy­yətlərimizi itirməmişik.

İlham ƏLIYEV,

Azərbaycan Pespublikasının Prezidenti



  1. 1. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə təbii və iqtisadi potensialının ümumi xarakteristikası.


Azərbaycan Respublikası Qafqaz dağlarının Cənub-Şərq yamaclarında yerləşmiş və Şimalda Rusiya Federasiyası, Şimali-Qərbdə Gürcüstan, Cənubi-Qərbdə Ermənistan və Türkiyə, Cənubda İranla həmsərhəddir. Ölkənin Şərqi Xəzər dənizi ilə əhatə olunmuşdur. Azərbaycanın ərazisi 86, 6 min kv. km. -dir və təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Sovet İmperiyasının süqutu ərəfəsində - 1990-cı ildə Respublika 8, 6 milyonluq əhalisi ilə Sovet İttifaqı Respublikaları arasında 6-cı yeri, Qafqazda isə birinci yeri tuturdu. Əhalinin 54%-i şəhərlərdə, 46%-i isə kəndlərdə yaşayırdı. Azərbaycanlılar ümumi əhalinin 78, 2%-ni təşkil edirdi. Əhalinin sıxlığı kifayət qədər yüksəkdir və hər kv. km-ə 82 nəfər düşür. Əhali nisbətən gəncdir: 15 yaşdan aşağı olanlar əhalinin 33%-ni təşkil edirdi.

Azərbaycan, ümumiyyətlə, dağlıq ölkə olmaqla yanaşı topoqrafik görünüşü xeyli fərqlidir. Bir tərəfdə qarlarla örtülmüş uca dağlara, digər tərəfdə isə dəniz səviyyəsindən aşağı olan torpaq sahələrinə rast gəlmək mümkündür. Ölkə çox zəngin yeraltı sərvətlərə malikdir. Onların ən əhəmiyyətliləri neft və təbii qazdır. Bu iki resurs tarixən Azərbaycan iqtisadiyyatının lokomativi hesab olunur və kimya sənayesinin xammal bazasını təşkil edir.

Azərbaycan dünyanın ən qədim neft hasil edən ölkələrindən biridir. XX əsrin əvvəllərində dünya neft hasilatının 50%-i Azərbaycanın payına düşürdü. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra neft sənayesi yüksək sürətlə inkişaf etdirildi. İkinci dünya müharibəsi dövründə SSRİ-nin aşkar edilmiş bütün neft ehtiyatları və onun hasilatı demək olar ki, Azərbaycanda cəmlənmişdir. Ural və Qərbi Sibirdə yeni yataqlar aşkar olunduqdan sonra Azərbaycan SSRİ-də neft sənayesinin mərkəzi rolunu itirdi: 1990-cı ildə SSRİ-nin neft hasilatında onun payı cəmisi 2% təşkil edirdi. Bundan başqa, Azərbaycan digər zəngin yeraltı sərvətlərə də malikdir. Onların arasında dəmir, kobalt, qurğuşun, sink, qızıl, molibden, xrom, mis yataqlarında böyük ehtiyatlar mövcuddur. Burada alunit, barıt, duz, litoqraf daşı kimi qeyri-mədən yataqlarına da rast gəlinir. Ölkə kirəc, gil, mərmər və başqa inşaat materialları ilə də zəngindir.

Torpaq çeşidləri və iqlim xüsusiyyətləri də Azərbaycanı dünyanın nadir incisinə çevirmişdir. Belə ki, dünyada mövcud olan on bir müxtəlif iqlim zonasının çoxuna Azərbaycanda rast gəlmək mümkündür. Dünyanın mövcud torpaq növlərinin demək olar ki, hamısı bu ölkədə mövcuddur. İqlim və torpaq baxımından malik olduğu bu rəngarənglik Azərbaycanı bitki növlərinə görə də çox zənginləşdirir. Belə ki, mütəxəssislər burada bitki növü sayının 4100 ətrafında olduğunu qeyd edirlər. Bunların təxminən 10%-nə keçmiş SSRİ-nin heç yerində rast gəlmək mümkün deyildir. Ölkə taxıl bitkilərinin geniş çeşidlərini yetişdirmək üçün zəngin bazaya malikdir. Torpaqlar kifayət qədər münbitdir (Bakı ətrafındakı şoran torpaqlar nəzərə alınmasa).

Azərbaycan 150 ildən çox bir müddət ərzində Rusiya imperiyasının tərkibində olmuş və onun qanunları əsasında yaşamışdır. XX əsrdə onun müqəddəratına üç mühüm hadisə təsir göstərmişdir:


  1. 1920-ci ildə müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin Qızıl Ordu tərəfindən işğal edilməsi və ölkənin milli müstəqilliyinin ləğvi;

  2. İşğal olunduqdan sonra SSRİ-nin tərkib hissəsi kimi mövcud iqtisadi sistemin təbii axarından çıxarılması və İnzibati-amirlik sisteminin bərqərar olması;

  3. 1991-ci ildə milli müstəqilliyinin yenidən bərpa edilməsi.

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra xalq öz təbii sərvətləri üzərində qərar vermək hüququndan məhrum olmuşdur. Ölkənin zəngin təbii sərvətləri, ilk növbədə, onun nefti Azərbaycan xalqının mənafeyinə deyil, ümumittifaq xalq təsərrüfatı kompleksinin ehtiyaclarına tabe edilmişdir. Neft məhsulları üzərində nəzarət də eyni qaydada mərkəzi orqanların səlahiyyətlərinə daxil edilmişdir.

Bütün SSRİ-də olduğu kimi Azərbaycanda da inzibati-amirlik sisteminin ümumi səciyyəvi cəhətləri aşağıdakı kimi idi. Onun əsasını istehsal vasitələri və bütün ehtiyatlar üzərində total ictimai (əslində isə dövlət) mülkiyyət, iqtisadiyyatın inhisarlaşması və xüsusi formada bürokratik məmur aparatı ilə idarə olunması, iqtisadi mexanizmin əsası kimi mərkəzləşdirilmiş planlaşdırma təşkil edirdi.

İnzibati-amirlik sistemində təsərrüfat mexanizmi bir sıra xüsusiyyətlərə malik idi. Həmin sistem hər şeydən əvvəl tələb edirdi ki, bütün müəssisələr vahid mərkəzdən - yüksək dövlət orqanları tərəfindən idarə edilsin. Bu isə təbiidir ki, təsərrüfat subyektlərinin müstəqilliyinə imkan vermirdi. İkincisi, mərkəzi hökumət məhsul istehsalı və bölgüsünü öz nəzarəti altında saxlayır. Bunun nəticəsində isə ayrı-ayrı təsərrüfatlar arasında azad bazar əlaqələri aradan qalxırdı. Üçüncüsü, təsərrüfat fəaliyyətini dövlət aparatı əsas etibarilə inzibati-amirlik üsullarla idarə edirdi. Bu isə əməyin nəticələrinə maddi marağı heçə endirirdi.

İstehsal vasitələrinin dövlətləşdirilməsi tarixdə görünməmiş dərəcədə inhisarlaşmaya yol açmışdı. İqtisadiyyatın bütün sahələrində yaranmış nəhəng inhisarlar mərkəzi və yerli nazirliklər tərəfindən dəstəklənir və rəqabətə yer qalmırdı. Bunun nəticəsində isə yeni texnika və texnologiyanın tətbiqi üçün müəssisələrdə maraq olmurdu. Daha çox məsrəflə daha çox məhsul istehsal etmək müəssisələrin devizi idi. İqtisadi sistem «məsrəf» iqtisadiyyatına çevrilmişdir. Son nəticə isə belə iqtisadiyyatın «defisit» iqtisadiyyatına çevrilməsi olmuşdur.

İctimai tələbatın tərkibi də mərkəzi plan orqanları tərəfindən müəyyən edilirdi. Təbiidir ki, ictimai tələbatı praktikada bu dərəcədə müəyyən etmək mümkün olmadığı üçün minimum tələbat əsas götürülürdü.

Maddi nemətlərin, əmək və maliyyə ehtiyatlarının mərkəzləşdirilmiş qay­dada bölgüsü istehsalçı və istehlakçıların bilavasitə iştirakı olmadan həyata keçirilirdi. Onun böyük əksəriyyəti SSRİ-nin nəhəng hərbi-sənaye kompleksinin ehtiyaclarının ödənilməsinə yönəldilirdi. Həmin sistem həyatın tələblərinə cavab vermədiyinə görə və xüsusən elmi-texniki tərəqqini buxovladığı üçün onun dəyişdirilməsi tarixi tələbata çevrildi.

Sovet dövründə Azərbaycan iqtisadiyyatının inkişafına rəqəmlərin gözü ilə qısa nəzər salsaq, onda aşağıdakı mənzərənin şahidi olarıq. Rəsmi statistika məlu­matları göstərir ki, 1913-1986-cı illər ərzində Azərbaycanda sənaye məhsulları 98 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 93 dəfə, əkin sahələri 1, 4 dəfə artmışdır. Həmin dövrdə taxıl məhsullarının istehsalı 2,2; xam pambıq 1,2; üzüm 30,8; ət 4,5; süd 5,1; iribuynuzlu heyvanların sayı 1,5; qoyun və keçilərin sayı 2,4 dəfə artmışdır. Dəmir yollarının uzunluğu 2, 5 dəfə çoxalmışdır. [208, s. 10]

Akademik Asəf Nadirovun qeyd etdiyi kimi «iqtisadiyyatın inkişafının bu mərhələsi (1920-1990-cı illər) 70 illik bir müddəti əhatə edir. Lakin uzunluğuna görə əvvəlki qədər (1850-1920-ci illər) dövrə bərabər olan bu mərhələ iqtisa­diyyatın yüksəlişində baş verən çox köklü kəmiyyət və keyfiyyət dəyişiklik­lərinin böyük miqyası ilə səciyyələnir. Bununla belə, bu tarixi vaxt kəsiyində iqtisadiy­yatın yüksək inkişafı ilə onun imkanlarına uyğun səviyyəyə qalxa bilməməsi nəti­cəsində həll olunmamış çoxlu problemlərin mövcudluğu sosializm sisteminə xas olan çoxlu məlum ziddiyyətləri üzə çıxarır. Məlum olduğu kimi, sosializm cəmiyyəti şəraitində zahiri iqtisadi möcüzənin arxasında, başqa qüsurlarla bərabər bu və ya digər respublikada məhsuldar qüvvələrin inkişafının mövcud imkanlarının onların milli mənafelərinə xidmət etmək istiqamətində yönəldilməməsi halları əvvəldən axıra qədər düşünülmüş dövlət siyasəti olub. » [30, s. 51]

Sovet İttifaqı dövründə bu nəhəng ölkənin tərkib hissəsi kimi Azərbaycanın iqtisadi strukturu və fəaliyyət mexanizmi SSRİ-nin iqtisadi strategiyasına uyğun ola­raq formalaşmışdı. Sənaye müəssisələrinin çoxu ümumittifaq xalq təsərrüfatı kompleksinin ehtiyacları nəzərə alınaraq yaradılmış, SSRİ-də mövcud olan «nəhənglik» ənənəsinə sadiq idi. «Beynəlxalq» əmək bölgüsü SSRİ çərçivəsində formalaşmışdı.

Paradoksal haldır ki, Sovet dövründə Azərbaycan iqtisadiyyatında ən sürətli inkişaf mərhələsi SSRİ-də sosial-iqtisadi inkişafın durğunluq dövrünə daxil olduğu bir zamana təsadüf edir. Bu ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Hey­dər Əliyevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsində demişdir: “1969- cu ildə ilk dəfə Azərbaycanın rəhbər vəzifəsinə seçiləndə respublikanın iqtisadiyyatı çox bərbad vəziyyətdə idi. İndi bunu bəlkə də bəziləri xatırlamır, ancaq statistik göstəricilərdən biz bunları görürük. Bütün müttəfiq sovet respublikaları arasında Azərbaycan ən axırıncı yerdə idi. Həm ümumi daxili məhsul istehsalı baxımından, həm də inkişaf baxımından bütövlükdə Azərbaycan 1960-cı illərdə SSRİ-də geri qalmış respublika kimi tanınmışdı. Demək olar ki, iqtisadiyyat çox məhdud idi, sənaye potensialı əslində yox idi və respublikanın gələcəyi də mərkəzi fondlardan daha çox asılı idi. Yəni Azərbaycan özü-özünü təmin edə bilən respublika deyildi.” “Ancaq Heydər Əliyevin rəhbərliyi altında bu illər ərzində görülən işlər 1982-ci ildə ona gətirib çıxartdı ki, Azərbaycan SSRİ-də ən qabaqcıl respublika idi. Həm iqtisadi inkişaf baxımından, sənaye istehsalı baxımından, həm də bütün göstəricilər baxımından. Azərbaycanda ictimai proseslər başqa respublikalardan böyük dərəcə də fərqlənirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük quruculuq, abadlıq işləri aparılmışdır. Məhz o illərdə bu gün də müstəqil Azərbaycana xidmət edən güclü sənaye potensialı yaranmışdı. Azərbaycan sənaye respublikasına çevrilmişdi. Bu gün Azərbaycanın neft-qaz sektoru üçün əvəzsiz olan infrastruktur məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə yaradılmışdır. Əgər o vaxt o infrastruktur yaradılmasaydı, müstəqillik dövründə böyük neft-qaz layihələrinin icrası ən azı 10 il, bəlkə də, 15 il gecikə bilərdi. 1994-cü ildə Azərbaycan xarici investorları ölkəmizə dəvət edəndə artıq burada çox güclü infrastruktur var idi. O infrastruktur məhz Heydər Əliyevin vaxtında yaradılmışdır. ”

1960-70-ci illərdə Azərbaycanda MİM-in orta illik artım sürəti 5, 2% olduğu halda, 1970-80-ci illərdə 7, 4%-ə yüksəlmişdir və Sovet İttifaqı üzrə eyni göstəricini (5, 0%) xeyli qabaqlamışdır. Bunun nəticəsində Azərbaycanda məcmuu ictimai məhsul 1970-1980-ci illər arasında 2 dəfədən çox artmışdır. 1970-ci il 100% qəbul edilərsə, sənaye məhsulları istehsalı 1980-ci ildə 220, kənd təsərrüfatı istehsalı 202, kapital qoyuluşları 167, ictimai əmək məhsuldarlığı 161, o cümlədən, sənayedə 172, kənd təsərrüfatında 190 faiz təşkil etmişdir. [208, s. 15]. Sənaye məhsulu istehsalının artım sürəti 1975-1979-cu illər ərzində SSRİ-də 20% artdığı halda, bu artım Azərbaycanda bütün müttəfiq respublikalar arasında rekord səviyyədə - 36% olmuşdur. 1966-1970-ci illərin orta illik göstəricisinə nisbətən 1978-1980-ci illərdə hər il orta hesabla - taxıl 2,1; pambıq 2; tütün 2,5; üzüm 4,7; kartof 2,5; tərəvəz isə 2,6 dəfə çox istehsal edilirdi. [232, s. 192]

Bütün bunların nəticəsində «o zaman iqtisadiyyata rəhbərlik edən Heydər Əliyev respublikanın imkanlarına müvafiq olaraq onun daha yüksək sosial-iqtisadi inkişaf vəzifələrini müəyyənləşdirib ardıcıl olaraq böyük əhəmiyyətə malik proq­ramların həyata keçirilməsini təmin etdi. Nəticədə Azərbaycan özünün sosial-iqtisadi yüksəlişində heç zaman görünməyən nailiyyətlər əldə etdi və bu dövr, haqlı olaraq, respublikanın hərtərəfli tərəqqisində tarixə ən əlamətdar mərhələ kimi daxil oldu. » [30, s. 56]

Azərbaycan iqtisadiyyatı haqqında fundamental tədqiqatların müəllifi aka­demik Ziyad Səmədzadənin qeyd etdiyi kimi: «Çoxları bu gün cəsarət tapıb Heydər Əliyevin müdrik uzaqgörənliyini etiraf etməlidir. Heç şübhə yoxdur ki, qüdrətli Sovet dövlətinin liderlərindən yalnız o, acınacaqlı sonluğu - Sovet İttifaqının dağı­lacağını əvvəlcədən görürdü. Ona görə də öz xalqını, respublika iqtisadiyyatını hə­min tarixi dönüşə, suverenlik və dövlət müstəqilliyi şəraitində yaşamaq qabiliyyətinə hazırlayırdı. » [232, s. 17-18]

Həqiqətən, «70-ci və 80-ci illərdə hadisələrin gedişini izləyərkən bu dövrdə əslində qeyri-aşkar şəkildə də olsa, müstəqil Azərbaycan üçün sosial-iqtisadi və mədəni-mənəvi potensial toplandığının şahidi oluruq. » [70, s. 22]

Sonralar Heydət Əliyev qeyd edirdi ki, natamam tədbirlər sistemini özündə birləşdirən və aydın konsepsiyaya malik olmayan «yenidənqurma» dövrü nəhəng bir imperiyanın süquta doğru irəliləməsini daha da sürətləndirdi. Heç təsadüfi deyildi ki, o illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə daha çox məruz qalırdıq. Mən Azərbaycanı, həm də Orta və Mərkəzi Asiyanın bəzi digər respublikalarını nəzərdə tuturam. İndi məhz bunu xatırlamağa lüzum var ki, o illərdə xalqların, o cümlədən, Özbəkistan və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son dərəcə çox əngəllər törədilirdi.

Bütün ölkədə getdikcə pisləşən ictimai-siyasi vəziyyət özünü Azərbaycanda Qarabağ probleminin püskürməsi ilə daha qabarıq göstərdi.

Azərbaycan iqtisadiyyatı 80-ci illərdə bütün göstəricilər üzrə geriləməyə başladı. Belə ki, milli gəlirin istehsalı indeksi 1980-ci il 100% götürülərsə, 1990-cı ildə bütün SSRİ üzrə 106, 8 faiz olduğu halda, Azərbaycanda 91, 9 faiz təşkil etmişdir. Adambaşına düşən milli gəlir və əmək məhsuldarlığı indeksi isə Azərbaycanda daha çox geriləmiş və 1990-cı ildə müvafiq olaraq 85, 7 və 85, 6 faiz olmuşdur. [209, s. 12-13]

SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda adambaşına milli gəlir SSRİ üzrə orta göstəricinin 77%-ni, sənaye istehsalının 55%-ni və kənd təsərrüfatı istehsalının isə 70%-ni təşkil edirdi.

Azərbaycanda mövcud olan sərvətlərə və təbii ehtiyatlara əsaslanan sənaye sahələri inkişaf etmişdir. Bunlar arasında qara və əlvan metallurgiya, elektrik enerjisi, neft avadanlığı istehsalı, elektrotexnika, kimya, neftkimya, yüngül və yeyinti sənaye sahələri geniş maddi-texniki bazaya malikdir. Ölkədə orta həcmli müəssisələrdə təxminən 430 işçi çalışırdı. Bu göstərici Qərbdə mövcud olan eyni göstəricidən yüksək, lakin digər SSRİ respublikalarının çoxundan aşağı idi. 1991-ci ildə Azərbaycanda sənayenin strukturu haqqında aşağıdakı rəqəmlər təsəvvür oyadır.



Cədvəl 3. 1

1991-ci ildə Azərbaycanda sənayenin strukturu. *


 

Sənaye müəssisələrinin sayı

İşləyənlərin xüsusi çəkisi

(%-lə)


Məhsul istehsalı ümumi yekuna görə (%-lə)

Cəmi sənaye

3717

100

100

Ağır sənaye

1302

46, 6

38, 75

o cümlədən Elektroenergetika

129

5, 08

3, 18

Yanacaq sənayesi

18

5, 86

12, 43

Metallurgiya

14

4, 69

3, 25

Metal emalı və maşınqayırma

859

26, 27

13, 02

onlardan: maşınqayırma

126

18, 86

10, 99

o cümlədən neft maşınqayırması

18

3, 08

3, 32

Ağac emalı və kağız

554

2, 9

1, 72

Tikinti materialları

387

6, 55

2, 61

Kimya və neft-kimya sənayesi

36

6, 48

6, 47

Yüngül sənaye

251

23, 69

18, 94

Aqrosənaye

1187

13, 78

31, 51

*Dövlət Statistika komitəsinin məlumatları.
1991-ci ildə Azərbaycanın milli gəlirinin 42%-i sənayedə, 30, 2%-i kənd təsərrüfatında, 13, 4%-i inşaat sektorunda, 3, 5%-i nəqliyyat və rabitədə, 5, 7%-i isə digər sahələrdə yaradılırdı. Azərbaycan sənayesinin 48-49%-i ağır, 19-20%-i yüngül və 30%-i yeyinti sənaye sahələrinin payına düşür.

Başqa bir bölgüyə görə, Azərbaycanda sənaye istehsalının 72%-i «A» qrupu, 28%-i isə «B» qrupu məhsullarından ibarətdir.

SSRİ-nin yeyinti məhsulları istehsalının 1, 4%-i, pambıq istehsalının 8%-i, tütünün 14%-i və üzümün 23%-i Azərbaycanın payına düşürdü.

Nəqliyyat sektoru da ölkədə müəyyən dərəcədə inkişaf etmişdir. Şosse yollarının uzunluğu 29 min. km. idi. Yollar, əslində, bütün rayonları əhatə edirdi. Onların sıxlığı yüksək idi - hər 1 kv. km. -ə 0, 9 km və hər min nəfər əhaliyə 11 km. yol düşürdü. Beləliklə, Azərbaycanda yolun sıxlığı Ukraynadan və Şərqi Avropa ölkələrindən təxminən 3 dəfə çox, Fransadan isə 2 dəfə az idi. Dəmiryolu şəbəkəsi ölkənin əsas nəqliyyat dəhlizlərinə xidmət edirdi. Bu yolların uzunluğu 2120 km-dir. 400 lokomativ mövcud idi. Ölkədə 4 əsas hava limanı və 30 təyyarə mövcud idi. Xəzər gəmiçiliyində 330 min ton yükqaldırma qabiliyyəti olan 70 gəmi mövcud idi. İran, Orta Asiya və Rusiyada yaxşı müştərilərə malik idi.

Xəzər dənizi və Kür çayı (Azərbaycanda 850-ə qədər çay və xırda göllər vardır) balıqçılığın geniş yayıldığı sahələrdir.

Meşələr ölkə ərazisinin 12%-ni əhatə edir. Heyvan növləri və sayı baxımından da ölkə diqqəti cəlb edir.

Azərbaycan dünya əhalisinin 0, 006%-ni, ərazisinin isə 0, 058%-ni təşkil edirdi. Lakin neft, qaz hasilatı və pambıq istehsalı baxımından ölkə yüksək, xüsusi çəkiyə malik idi. İstehsal olunan şərab növləri və miqdarı da diqqəti cəlb edirdi.

Azərbaycan çox zəngin mədən suları və şəfalı su mənbələri ilə yanaşı müxtəlif xəstəlikləri müalicə edən şəfalı palçıqlarla da diqqəti cəlb edir. Naftalan müxtəlif revmatizm və sümük xəstəliklərinin müalicəsi ilə bütün dünyada tanınmışdır. Dünyanın heç bir yerində oxşarı olmayan bu müalicə mərkəzində iltihabdan, əsəb sistemində və hərəkət orqanlarında hiss edilən müxtəlif xəstəliklərə qədər hər cür xəstəliklər müalicə olunur.

Azərbaycan 1990-cı ildə Sovet İttifaqında əhalinin sayına görə 6-cı, ərazi baxımından isə 9-cu yerdə olmasına baxmayaraq bir sıra sənaye məhsullarına görə xeyli qabaq sıralarda dayanmışdı. Məsələn, neft istehsalında, polad boru istehsalında 3-cü, kənd təsərrüfatı məhsullarından üzüm və çay istehsalında 1-ci yerdə idi. SSRİ-də istehsal edilən kondisionerlərin hamısı, sulfanolun 95%-i, maşın və silindr yağının 40%-i, geoloji kəşfiyyat məmulatlarının 25%-i, üzümün 22%-i Azərbaycanda istehsal edilirdi. Həmin dövrdə 1990-cı ildə pambıq ipliyinin 2,5%-i, pambıq parça istehsalının 6,4%-i, yun parça istehsalının 1,3%-i, ət istehsalının 0, 5%-i, kərə yağının 0, 1%-i, kənd təsərrüfatı məhsullarının isə 1, 6%-i Azərbaycanda istehsal edilirdi. [209, s. 359, 459]

SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycan iqtisadiyyatı yalnız SSRİ çərçivəsində elmi-texniki nailiyyətlərdən bəhrələnmişdir. Bu dövrdə ölkənin zəngin təbii sərvətləri, iqtisadi potensialı inzibati-amirlik sistemi vasitəsilə mərkəzdən idarə olunduğu üçün, ilk növbədə, ümumittifaq xalq təsərrüfatı kompleksinin, onun aparıcı həlqəsi olan hərbi-sənaye kompleksinin mənafeyinə tabe edilmişdir. Yalnız onu göstərmək kifayətdir ki, Azərbaycanda sənaye müəssisələrinin 93%-i, Bakı şəhərində isə 95%-i Ittifaq tabeçiliyində idi. Onların gəlir və xərcləri respublika büdcəsində deyil, ittifaq büdcəsində öz əksini tapırdı.

Ölkə müstəqil maliyyə, büdcə, kredit və pul sistemindən məhrum idi. [30, s. 16-17]


    1. Azərbaycanda müstəqil iqtisadi sistemin formalaşmasının mürəkkəb və ziddiyyətli ilkin mərhələsi.


Vəziyyət elə təhlükəli hal almışdır ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində yenidən real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, həm də bu illərdə Azərbaycan “Ölüm və ya olum” dilemması qarşısında qalmışdı.
Heydər ƏLIYEV
Müstəqil iqtisadiyyatı yalnız müstəqil dövlət yarada bilər. SSRİ-nin süqutu və Azərbaycanda müstəqil milli dövlətçiliyin bərpası Azərbaycan xalqının sosial-iqtisadi tərəqqisi, sivil dünya toplumuna bərabərhüquqlu üzv kimi daxil olması və qlobal üfüqlərə doğru irəliləməsi üçün açar rolunu oynadı. 150 ildən çox bir müddət ərzində öz zəngin təbii sərvətləri üzərində qərar vermək hüququnu itirmiş xalq yenidən bu hüquqlara sahib çıxdı.

Azərbaycanda müstəqilliyin bərpasına yönəlmiş iqtisadi qanunların hazırlan­masına hələ onun SSRİ-nin tərkibində olduğu dövrdə başlanmışdır. Buna misal olaraq, 25 may 1991-ci ildə qəbul olunmuş «Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununu» göstərmək olar.

Qanunda Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasını müəyyənləşdirən aşağıdakı ümumi prinsiplər verilmişdir:

- ölkə ərazisinin hüdudları daxilində torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respubli­kasının müstəsna mülkiyyətidir;

- Xəzər dənizinin Azərbaycan zonasındakı ehtiyatlara beynəlxalq hüquqla təsdiq edilmiş hüdudlar çərçivəsində sahiblik, onlara sərəncam vermək və onlardan istifadə etmək hüququ Azərbaycan Respublikasına aiddir;

- bütün mülkiyyət formalarının hüquq bərabərliyini və hüquqi müdafiəsini, sahibkarlıq fəaliyyətinin sərbəstliyini təmin etmək;

- Azərbaycan Respublikasının ərazisində xarici investisiyaların qorun­masına təminat vermək.

Ölkədə mövcud olan İnzibati-amirlik sisteminin əsaslarının sarsıdılmasına da cəhd edilmişdir. Belə ki, qanunun əsas bölmələrindən biri iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi bölməsidir. Burada ölkənin təsərrüfat kompleksinin bazar mühitində, istehlak malları, əhaliyə xidmət, istehsal vasitələri, kapital, iş qüvvəsi, valyuta və qiymətli kağız bazarlarının mövcudluğu şəraitində inkişafı yolları müəyyən edilir. Bazar münasibətlərinin əsasını əmtəə-pul münasibətləri, sərbəst qiymətqoyma və sahibkarlıq əsasında satıcı ilə alıcı arasında razılaşma yolu ilə formalaşan müqavilə və bazar qiymətləri təşkil edir. Sahibkarlar üçün bərabər iqtisadi şərait yaradılır və bərabər hüquqi təminatlar müəyyən edilir. (Maddə 7)

Dövlət hakimiyyəti və idarəetmə orqanları Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi nəzərdə tutulmuş hallardan başqa, dövlət müəssisələrinin təsərrüfat fəaliyyətinə bilavasitə qarışmırlar.

Həmin qanunda nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasında iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi aşağıdakı funksiyaları yerinə yetirir:

- istehsal-iqtisadi potensialdan istifadənin ən səmərəli üsullarını müəyyən edir, iqtisadiyyatın struktur dəyişikliklərinə kömək göstərir, əsas bazar struktur­larını yaradır, intellektual mülkiyyət münasibətlərini tənzimləyir;

- milli gəlirdən istifadə proporsiyalarını müəyyən edir, iqtisadi və sosial inkişaf, Azərbaycan xalqının mənəvi dirçəlişi proqramlarını hazırlayır və bunların həyata keçirilməsinə kömək göstərir, ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır;

- başqa dövlətlərlə münasibətlərdə Azərbaycan Respublikasının mənafeyini qoruyur;

- Azərbaycan Respublikasının milli, sosial, iqtisadi, ekoloji və mədəni mənafeyinə zidd olan fəaliyyətin qarşısını alır, inhisarların amirliyinə qarşı tədbirlər görür;

- ölkənin əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını təmin edir;

- vətəndaşların dolanacaq minimumunun təminatlarını, sosial təminat və sığortalama üçün digər zəruri hüquqi təminatları həyata keçirir;

- əhalinin, müəssisələrin və təşkilatların təbii fəlakətlərdən, istehsal qə­za­larından və başqa fövqəladə hadisələrdən və vəziyyətlərdən qorunması və bunların nəticələrinin ləğv edilməsi üçün lazımi tədbirlər sistemi yaradır. (Maddə 8)

18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyinin prinsipləri haqqında Konstitusiya aktının qəbulu ölkənin tarixində yeni eranın başlanmasına yol açdı.

Müstəqillik yollarının ilk addımları qeyri-adi bir şəraitdə keçir və ciddi imtahanlarla müşaiyət edilirdi.

Lakin Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Bu dövrdə daxili siyasi inkişafın dəqiq konsepsiyasının olmaması, birqütblü dünyaya qovuşmaq niyyəti ilə şərtlənən xarici siyasətin müasir reallıqlara uyğun gəlməməsi, siyasətdə, iqtisadiyyatda, cəmiyyət və fərdin həyatının ənənəvi sahələrində sovet irsindən nümayişkaranə imtina edilməsi - bütün bunlar milli müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsinə son dərəcə mənfi təsir göstərirdi”. [76. s. 51]

1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ləğvindən sonra ölkədə müstəqil dövlətçilik təcrübəsinin olmaması da bu tarixi vəzifələrin yerinə yetirilməsini xeyli çətinləşdirirdi. Üstəlik həmin hadisələr bir növ qəfildən baş vermişdi və ölkə qısa bir müddət ərzində onları həyata keçirməyə hazır deyildi.

Akademik Asəf Nadirovun qeyd etdiyi kimi Sovetlər İttifaqı gözlənilmədən, birdən-birə çox sürətlə parçalandı və bu zaman respublikada azadlıq uğrunda hərəkət xeyli güclü şəkildə cərəyan etməkdə idi. Belə bir şəraitdə suveren dövlətin nə aydın, ardıcıl inkişaf strategiyasına malik mütəşəkkil ümumi milli təşkilati qüvvəsi var idi, nə də müstəqil ölkə kimi hadisələrin gedişi prosesində dərhal onun necə idarə olunması məsələlərini müəyyən etmək barədə düşünməyə vaxt və imkanı yox idi.

Obyektiv səbəblər ilə yanaşı bir sıra subyektiv səbəblər də mövcud idi. Yüksək idarəetmə aparatına çoxlu səriştəsiz və məsuliyyətsiz kadrlar irəli çəkilmişdi. Xalq cəbhəsinin hakimiyyəti dövründə iqtisadi idarəetmə alətləri heç bir iqtisadi təhsili olmayan Dövlət katibinin əlində cəmlənmişdi. İstər Nazirlər Kabineti, istərsə də bütün nazirliklərdə onun icazəsi olmadan heç bir əhəmiyyətli qərar qəbul edilə bilməzdi. Bu, əslində, inzibati-amirlik sisteminin yeni variantı idi. İş o yerə çatmışdı ki, 28 aprel 1993-cü ildə həmin şəxs Baş nazir təyin edilərkən Prezident yanında mövcud olan iqtisadiyyat üzrə müşavirlik postunu və onun təcrübəli aparatını tamamilə ləğv etdirdi. Bununla da o, iqtisadi həyatda özünün təkbaşına hakimiyyətini təmin etmiş oldu. Mütləq hakimiyyət isə demokratiya ilə uzlaşmır və müsbət nəticə verə bilməzdi. Azərbaycanın nefti üzərində nəzarəti uzun illər əlində saxlayan digər bir şəxsin Nazirlər kabinetinə müavin təyin edilməsi isə hər ikisinin iqtisadi həyatda hökmranlığını daha da möhkəmləndirdi, qərarların qəbulunu onların istəyindən asılı etdi. Müşahidəçilər haqlı olaraq göstərirdilər ki, “hakimiyyətdə olanların bir qismi cürbəcür yollarla, hətta ölkənin var-dövlətini, yaranmış çox güclü istehsal potensialını müxtəlif vasitələrlə açıq-aydın talan etməklə bir müddət respublikada sanki ümumi soyğunçuluq mühiti və əhval-ruhiyyəsi yaradaraq, iqtisadiyyatda başlanan böhranın daha da dərin­ləşməsinin sürətlənməsinə imkan verdilər”. [30, s. 65]

Azərbaycanın müstəqil inkişafına mane olan amillər arasında xarici amillər özünü daha kəskinliklə göstərirdi. 70 il ərzində xaricdən asılı vəziyyətdə olan Azərbaycan iqtisadiyyatı keçmiş sovet respublikaları, ilk növbədə Rusiya ilə iqtisadi əlaqələri kəsildikdən sonra əslində iflic vəziyyətinə düşməyə başladı. Azərbaycanın müstəqilliyini istəməyən qonşu dövlətlər tərəfindən bu əlaqələr süni sürətdə çətinləşdirilir və bəzən də iqtisadi əlaqələrə açıq-aşkar qadağalar qoyulur­du. Dağlıq Qarabağ münaqişəsi birmənalı şəkildə Azərbaycanın müstəqilliyinə qarşı yönəldilmişdir. Müşahidələr göstərir ki, Azərbaycan müstəqillik yolu ilə irəlilədikcə bu amillərdən daha çox istifadə edilməyə çalışılırdı. Təcrübəsiz və balanslaşdırılmayan xarici siyasət bu prosesi daha da dərinləşdirirdi.

İnzibati-amirlik sisteminin bazar iqtisadiyyatı prinsipləri ilə əvəz olunması da ciddi çətinliklərlə müşaiyət olunurdu. Mərkəzi hökümətin hökmranlığının ləğvi yerli idarəetmə sisteminin hökmranlığını meydana çıxardı. Bazar infrastrukturunun yaranmadığı bir dövrdə bazara keçid, əsas etibarilə, inzibati üsullarla həyata keçirilirdi. Çünki özəlləşdirilmənin həyata keçirilmədiyi və dövlət bölməsinin xüsusi çəkisinin yüksək dərəcədə saxlanıldığı bir şəraitdə İnzibati-amirlik üsullarının bir çoxu öz qüvvəsində qalırdı. Maliyyə-kredit mexanizmi də bazar prinsiplərindən çox, inzibati-amirlik üsulları əsasında idarə edilirdi. Bu dövrdə öz həllini gözləyən ən ciddi sosial-iqtisadi problemlər arasında pul tədavülü sahəsində yaranmış dərin pul böhranı özünü daha kəskin şəkildə göstərirdi. Bu böhranın mühüm tərkib elementlərindən biri rublun təzyiqi və dünya iqtisadi ədəbiyyatına «pul aclığı» adı altında daxil olmuş nəğd pul çatışmazlığı idi ki, onun da varlığını 1992-ci ilin əvvəlindən hər bir Azərbaycan vətəndaşı öz üzərində hiss edirdi. Ona görə də pul siyasəti sahəsində ilk və əsas tədbirlər kimi Milli Bankın yaradılması və tədavülə milli valyutanın buraxılması vacib idi. Haqlı olaraq hesab edilirdi ki, milli valyutanın olması respublika hökumətinə müstəqil iqtisadi siyasət yeritmək üçün geniş imkanlar verər, onun köməyi ilə respublika iqtisadiyyatı tədricən xarici amillərin mənfi təsirindən azad ola bilər. Milli valyuta formalaşmaqda olan daxili bazarın «rublun təzyiqindən» qorunmasında etibarlı vasitə ola bilər, başqa respublikadan gələn möhtəkirlər axınının qarşısına sədd çəkər. Bundan başqa, böyük ümidlər bəslənilən bazar iqtisadiyyatı iqtisadi ədəbiyyata həm də «pul iqtisadiyyatı» adı altında daxil olmuşdur. Bu isə iqtisadi həyatda pul siyasətinin rolunun yüksəldilməsini, yəni inzibati-amirlik idarə sisteminin doğurduğu passiv pul siyasətinin aktiv pul siyasəti ilə əvəz olunmasını tələb edirdi.

Bir sözlə, pul tədavülü sahəsində istər respublikadan kənarda, istərsə də respublika daxilində yaranmış vəziyyət, onun dərin sosial iqtisadi kökləri Azərbaycan dövlətini milli valyutanın buraxılması işini olduqca qısa müddətdə həyata keçirməyə məcbur edirdi. Bu zaman məlumdur ki, hər hansı bir dövlətin beynəlxalq aləmdə və ölkə daxilində nüfuzu ciddi sürətdə həmin dövlətin tədavülə buraxdığı pul sənədlərinin etibarlılığı dərəcəsindən asılıdır. Ona görə də milli müstəqilliyin mühüm atributlarından biri və hər hansı bir dövlətin iqtisadi gücünün ifadəsi olan milli valyutanın buraxılması sırf maliyyə məsələsi kimi deyil, böyük əhəmiyyətli ictimai-siyasi hadisə idi. O, müstəqil iqtisadiyyatın formalaşması mənafeyini sovet rublunun tədavüldən çıxarılmasını və mümkün qədər tez bir zamanda milli valyuta buraxılmasını nə dərəcədə zəruri edirsə, eyni dərəcədə də tələb edirdi ki, valyuta yüksək dərəcədə etibarlı olsun. Bütün bunlar isə səmərəli pul-kredit və büdcə siyasətinin həyata keçirilməsini tələb edirdi.

Struktur islahatları dövlət bölməsinin inhisarçı vəziyyətinin aradan qaldırılmasını, özəl bölmənin yaradılmasını, möhkəmləndirilməsini və inkişafı üçün əlverişli şərait yaradılmasını tələb edirdi. 1991-ci ilin iyun ayında xüsusi mülkiyyət haqqında qanun qəbul edildi. 1992-ci ilin əvvəllərindən qiymətlər liberallaşdırılmağa başlamışdı. Həmin ilin yanvar ayında əlavə dəyər vergisi tətbiq edildi, aprel ayında xarici kapital haqqında qanun, avqust ayında isə Milli bank haqqında qanun qüvvəyə mindi və milli valyuta tədavülə buraxıldı. 1993-1994-cü illərdə siyasi qeyri-sabitlik iqtisadi islahatların gedişini əslində dayandırmışdı və qanunlar kağız üzərində mövcud idi.

İstehsal sahəsində fəaliyyət göstərən müəssisələrdə islahatlar öz həllini gözləyirdi. Özəlləşdirmə haqqında qanun 1993-cü ildə qəbul edildi. Sənayedə özəlləşdirmə gecikirdi. Mərkəzdən planlaşdırma sistemi ləğv olunsa da, strateji məhsullar üzərində dövlət sifarişi və onların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sistemi qalmaqda davam edirdi; mərkəzləşdirilmiş valyuta fondu yaradılmışdır; müəssisələr strateji əhəmiyyətli məhsullarından əldə etdikləri gəlirləri dövlətin müəyyən etdiyi məzənnə ilə həmin fonda əvəzsiz ödəyirdilər ki, bu da onları həmin məhsulların istehsalını artırmağa maraqlandırmırdı; iri dövlət müəssisələ­rinin kiçildilməsi zəif aparılırdı və antiinhisar qanunvericiliyi yox idi. Bir sözlə, iqtisadiyyatın dövlət tənzimlənməsinin hüquqi bazası yenicə yaradılmağa başlanmışdı. Bank sistemində anarxiya mövcud idi.

Ona görə də inflyasiya əleyhinə həyata keçirilən sabitləşdirmə tədbirləri, nəinki öz məqsədlərinə çatmadı, əksinə inflyasiyanı daha da sürətləndirdi. İnzibati-amirlik sistemi istehsal amillərinin yerləşdirilməsi və inkişafını, istehsal və bölgünü istehlak tələbinin təsirindən təcrid etmişdi. Bu vəzifə uzun illər boyu mərkəzi və yerli plan və inzibati orqanlara tapşırılmışdı. Belə bir sistem daxilində istehsal edilən məhsulların texniki-iqtisadi göstəriciləri və keyfiyyəti daxili bazarın tələb­lərinə cavab vermirdi və dünya standartlarından çox aşağı idi. Bütün bunların nəticəsində iqtisadi potensial, istehsal-texniki fondlar uzun illər ərzində köhnəl­mişdir. İnzibati-amirlik sisteminin çökməsi ilə bazar iqtisadiyyatının prinsiplərinə cavab verməyən bütün sistem süquta məhkum idi.

1992-1994-cü illərdə makroiqtisadi proseslər çox ağırlaşmışdı. 80-ci illərin ikinci yarısında və 90-cı illərin başlanğıcında Sovet dövlətinin süqutu ərəfəsində Azərbaycanda başlanan iqtisadiyyatın tənəzzülü və deformasiya prosesi 1992-1994-cü illərdə yuxarıda göstərilən problemlər kompleksi ilə əlaqədar olaraq müstəqillik dövründə daha da dərinləşdi və genişləndi.



Cədvəl № 3. 2 məlumatlarından göründüyü kimi 1990-cı ildə ÜDM özündən əvvəlki ilə nisbətən 11, 7%, 1992-ci ildə 22, 6%, 1993-cü ildə 23, 1% və 1994-cü ildə isə 19, 7% aşağı düşmüşdür
Cədvəl 3. 2

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə